Türküstan poeziyası .....                        Özünü axtaran şair, təbrik edirik! .....                        Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTO .....                        Sumqayıtda silah-sursat tapıldı .....                        Ərdoğan Şimali Kiprdə .....                        Netanyahu Azərbaycana səfərini təxirə saldı .....                        Bakıda 8 bıçaq yarası alan kişi öldü - Şübhəli oğludur .....                        Türkiyədən Netanyahu ilə bağlı təkzib .....                        Azərbaycan komandası birinci oldu, Ərdoğan mükafat verdi .....                       
1-05-2024, 16:55
Xınalığa dolu düşüb - VİDEO


Xınalığa dolu düşüb - VİDEO

Mayın 1-i saat 16:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Quba-Qusar bölgəsinin dağlıq ərazilərində şimşək çaxıb, arabir yağış yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Saat 15:55-16:05 radələrində Xınalığa diametri 5 mm olan dolu düşüb.

1-05-2024, 16:48
Azərbaycanda baş direktor və müavini cinayət başında saxlanıldı


Azərbaycanda baş direktor və müavini cinayət başında saxlanıldı

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin birgə məlumatında deyilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, sanitariya-gigiyena xarakterli tədbirlərin icrası zamanı yol verilən qanunsuzluqların aşkar olunaraq qarşısının alınması, o cümlədən hüquqpozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi olaraq Səhiyyə Nazirliyi ilə birgə kompleks tədbirlər həyata keçirilir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.
Fakt üzrə Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.
İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Hazırda iş üzrə bütün qanunazidd hallar tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
1-05-2024, 16:43
Prezident BMT Baş katibinin köməkçisini qəbul etdi


Prezident BMT Baş katibinin köməkçisini qəbul etdi

Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də BMT Baş katibinin Sülhməramlı Əməliyyatlar Departamentində qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisi Aleksandr Zuyevi qəbul edib.
1-05-2024, 16:29
Şoyqu müharibə ilə bağlı yeni göstəriş verdi


Şoyqu müharibə ilə bağlı yeni göstəriş verdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Birgə Qüvvələr Qrupunun qərargahında müşavirə keçirib.
Müşavirədə nazir müharibədəki vəziyyətlə bağlı məruzələri dinləyib.
Nazirə düşmən PUA-ları ilə döyüşmək üçün modernləşdirilmiş silahlar təqdim edilib.
Şoyqu silah və məhvetmə vasitələrinin tədarükünü artırmağa, həmçinin hərbi texnikanın mühərrikləri, aqreqatları və komponentlərinin təmir müddətinin azaldılmasına çağırıb.
"Hücumun tələb olunan tempini saxlamaq və qoşun qruplarının döyüş gücünün artırılmasını təmin etmək üçün verilən silahların, hərbi texnikanın həcmini və keyfiyyətini artırmaq lazımdır" .
Sergey Şoyqu texnika və silahların operativ təmiri üçün ehtiyat hissələrinin və komponentlərinin dövriyyə vəsaitlərinin artırılması barədə göstəriş verib.
1-05-2024, 16:21
İlham Əliyev İraq parlamentinin sədrini qəbul edib


İlham Əliyev İraq parlamentinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.



1-05-2024, 16:12
Gələn ay ardıcıl 5 gün iş olmayacaq


Gələn ay ardıcıl 5 gün iş olmayacaq

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq.
15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür.
Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 9 dekabr 2023-cü il tarixli qərarına əsasən, bu il iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib.
Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun qeyri-iş günləri olacaq. Beləiliklə, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.
1-05-2024, 16:01
Yeni nazir onları işdən çıxardı


Yeni nazir onları işdən çıxardı

Ədliyyə Nazirliyində bir sıra vəzifəli şəxslər işdən çıxarılıb.
Ədliyyə naziri Fərid Əhmədovun əmri ilə strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini Kazımov Sübhi Əli oğlu vəzifəsindən azad edilib.
Nazirin digər bir əmri ilə Ədliyyə Naziriliyinin Notariat İdarəsinin rəisi vəzifəsini icra edən Mirağa Abbasov vəzifəsindən azad olunub.
Süleymanov Anar Bahadır oğlu isə Notariat İdarəsinin rəisi - Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinin rəis müavini təyin olunub. Qeyd edək ki, Anar Süleymanov 2020-ci ilə qədər Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, bu ilin fevral ayının 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Əhmədov ölkənin ədliyyə naziri təyin edilib. O, təyin edilməsindən bir müddət sonra Nazirlikdə kadr islahatları həyata keçirib.
1-05-2024, 15:39
İlham Əliyev Baş katibi qəbul edib


İlham Əliyev Baş katibi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlhartini qəbul edib.
Görüşdə dövlətimizin başçısı VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 110-dan çox ölkənin nümayəndələrinin iştirakını və bu tədbirin dünyada sülh gündəliyinin irəlilədilməsinə, dialoqa və körpülərin qurulmasına xidmət etdiyini diqqətə çatdırdı. COVID-lə əlaqədar Forumun təşkilində müəyyən fasilələrin yarandığını deyən Prezident İlham Əliyev artıq onun fəaliyyətinin tam şəkildə bərpa olunduğunu və davamlı şəkildə keçiriləcəyini qeyd etdi.
KAICIID-in Baş katibi bu Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi və dövlətimizin başçısının tədbirin açılışındakı nitqində dünyaya çox vacib mesajlar verdiyini vurğuladı. O, Azərbaycanın müxtəlif dinlər arasında daim bir harmoniya mərkəzi olduğunu dedi, ölkəmizdəki tərəfmüqabilləri ilə yaxından əməkdaşlıq etdiyini bildirdi.
KAICIID tərəfindən həyata keçirilən layihələr barədə məlumat verən Baş katib bundan sonra da Azərbaycanla birlikdə müxtəlif layihələrin reallaşdırılması üçün yaxından işləyəcəklərini diqqətə çatdırdı.
O, həmçinin qeyd etdi ki, bu Forum çərçivəsində gündəlikdə duran məsələlər KAICIID tərəfindən də yaxından dəstəklənir.
Dövlətimizin başçısı Azərbaycanın multilateralizmə - çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verdiyini bildirdi, ölkəmizin Qoşulmama Hərəkatındakı sədrliyini qeyd etdi. Prezident İlham Əliyev COVID dövründə Azərbaycanın 80-dən çox ölkəyə dəstək göstərdiyini dedi.
Söhbət zamanı KAICIID-lə Azərbaycanın təsisatları arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.
1-05-2024, 15:23
Azad edilən ərazilərdə dağıdılan məscidlər bərpa olunur


Azad edilən ərazilərdə dağıdılan məscidlər bərpa olunur

Azərbaycan Prezidenti İlham Əliyev işğal dövründə ermənilər tərəfindən tarixi-dini abidələrimizin dağıdıldığını qeyd edərək hazırda həmin ərazilərimizdə aparılan genişmiqyaslı bərpa işləri çərçivəsində yeni məscidlərin inşa edildiyini, dağıdılanların isə bərpa olunduğunu deyib.
Bu barədə dövlət başçısı mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bildirib.
Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri zamanı Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışını və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri zamanı Ağdamın Xıdırlı kəndində inşa olunacaq tam orta məktəb binasının təməlinin qoyulmasını dostluq və qardaşlıq əlaqələrimizin təzahürü kimi dəyərləndirib.
Eyni zamanda, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın ölkəmizə rəsmi səfərini məmnunluqla xatırladıb.
Özbəkistan Müsəlmanlar İdarəsinin sədri Nuriddin Xaliknazarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, Şimali Kipr Türk Respublikasının Diyanət İşləri Başkanı Ahmet Unsal isə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın salamlarını dövlətimizin başçısına çatdırıblar.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə və Ersin Tatara çatdırmağı xahiş edib.
1-05-2024, 15:22
FARSLARIN MİLLİ KİMLİYİNİN QORUYUCUSU


Vidadi Mustafayev


FARS SÖZÜ VƏ BU SÖZDƏN YARANAN SÖZ BİRLƏŞMƏSİ FARSLARIN MİLLİ KİMLİYİNİN QORUYUCUSUDUR

Aprel ayının 30-u (İranda rəsmi təqvim ili olan hicri şəmsi ilə 10 ordibeheşt 1403) İranda Fars körfəzi günüdür. İran saytları biri az, biri çox həmin günlə bağlı yazılar veriblər. Həmin yazıların əksəriyyətində bu “Milli gün”ün mahiyyəti və əhəmiyyətindən qətiyyən söz açılmır, söz arası tarixçəsi və hansı münasibətlə belə bir günün elan olunduğuna toxunulur. Əsas diqqət “Fars körfəzi” adında “fars” sözünün olmasına, onun qədimliyinə, həmin sözün farsların kimliyini yaşatmasına, bundan sonra da həmin missiyanı daşıyacağına, ərəblərə qarşı dağ kimi durduğuna və bir sözlə, farsların millətçiliyini qızışdırmağa yönəlibdir.
Əslində isə həmin gün tarixdə nə baş veribdir?
1623-cü ildə Şah Abbas Səfəvi dövlətinin cənub sərhədlərini, dəniz ticarətini genişləndirmək və təhlükəsizliyini təmin etmək məqsədilə Hürmüz adasını ələ keçirib Fars körfəzi rayonunda 100 ildən çox ağalıq edən Portuqaliya müstəmləkəçilərini həmin bölgədən qovmağa nail olmuşdur. Həmin hərbi-siyasi addım sonrakı İranın taleyində və tarixində mühüm rol oynamışdır.
Nədənsə saytlarda gedən yazılarda həmin tarixi hadisəyə, onun əhəmiyyəti və nəticələrinə deyil, qeyd edildiyi kimi, “Fars körfəzi” ifadəsində “fars” sözünün yaşaması və onun millətçilk mənalarına, yükünə, xüsusən də panərəbizmə qarşı durmaq qabiliyyətinə əhəmiyyət verilir. Tarixə belə yanaşma cox güman ki, farsların da ermənilər kimi uydurduqları fobiyalarla bağlıdır. Onlar bu gün Cənubi azərbaycanlıları İranın ərazi bütövlüyü üçün təhlükə kimi qələmə verirlər. Ona görə Fars körfəzi və Hürmüz adasını portuqalların işğalından xilas etmiş Şah Abbasın adını türk olduğuna görə çəkmirlər. Tarixi yaxşı bilən farslar şovinizm xəstəliyinə düçar olduqları üçün onlara hazır-halva ölkə təhvil verməklə kifayətlənməyib üstəlik onları hakimiyyətə gətirənləri alçaqcasına dövlətin düşməni elan edirlər.
Cənubi azərbaycanlıların gələcək İran dövlətinin formalaşmasında rolunu unutdurmaq üçün farslar onların bütün xidmətlərini danmaq bir yana, hələ bir dövlət üçün təhlükə olduqlarını utanmadan dilə gətirirlər. Belə düşüncə sahibləri təbii ki, Fars körfəzinin azadlığından və kimin tərəfindən azad edilməsindən, bu günkü milli günü onlara bəxş edənlərdən deyil, “Fars körfəzi” söz birləşməsinin milli kimlik sahəsində ona aid olmayan rolundan danışırlar. Farsların özlərinin isə bu işdə heç bir rolu olmayıb.
Farslar bircə onu deyə bilmirlər ki, bu körfəz niyə 7000 il, hətta 10000 il yaşı olan İran adı ilə yox, cəmi 2500 yaşı olan Fars dövlətinin adı ilə adlandırılıb. Farslar nə qədər çabalasalar da, “fars” sözü ilə İran sözü arasında əlaqə tapa bilmirlər. Onların bir qisminə “İran”, digər qisminə isə “fars” sözü daha əzizdir . İranı özləri üçün əziz bilənlər milli kimliyini danaraq, fars olmadıqlarını iddia edirlər. Fars sevərlər isə İran adının beynəlxalq müstəvidə bərpa edilməsini milli xəyanət hesab edirlər. Ona görə hətta bir siyasi-ideya cərəyanı “fars” termininin işlənmə dairəsini genişləndirərək “İran” sözünü əvəz etməsi istiqamətində çalışır. “Fars körfəzi” ifadəsindəki “fars” sözünə tarixi, milli kimlik və s. cəhətdən baxaraq, onda milli bir xilas yolu axtarırlar.

Vidadi Mustafayev,
Bakı, 1 may 2024


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!