Türküstan poeziyası .....                        Özünü axtaran şair, təbrik edirik! .....                        Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTO .....                        Sumqayıtda silah-sursat tapıldı .....                        Ərdoğan Şimali Kiprdə .....                        Netanyahu Azərbaycana səfərini təxirə saldı .....                        Bakıda 8 bıçaq yarası alan kişi öldü - Şübhəli oğludur .....                        Türkiyədən Netanyahu ilə bağlı təkzib .....                        Azərbaycan komandası birinci oldu, Ərdoğan mükafat verdi .....                       
30-04-2024, 17:03
Abituriyentlər üçün son 1 həftə! - Ən çox qeydiyyat I qrupdadır


Abituriyentlər üçün son 1 həftə! - Ən çox qeydiyyat I qrupdadır

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyatın bitməsinə 1 həftədən az vaxt qalıb.
İndiyədək 68 mindən çox abituriyent qeydiyyatdan keçib.
Məlumata görə, ən çox qeydiyyat I ixtisas qrupundadır. 23564 nəfər bu qrup üzrə müraciət edib.
II ixtisas qrupu üzrə 19494 nəfər, III qrup üzrə 20282 nəfər, IV qrup üzrə isə 5083 nəfər qeydiyyatdan keçib.
Qeydiyyatdan keçənlərin böyük hissəsini - 61587 nəfəri Azərbaycan bölməsi, 6836 nəfərini isə rus bölməsi üzrə müraciət edənlər təşkil edir.
Qeyd edək ki, qeydiyyat 6 may saat 23:59-da başa çatacaq.
30-04-2024, 16:54
Onlar imtahanda maksimum bal topladı


Onlar imtahanda maksimum bal topladı

Xəbər verdiyimiz kimi, bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 4 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
4 şagirddən ikisinin adı açıqlanıb.
Belə ki, onlardan biri 270 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Alıyev Nəsib Şamil oğludur.
Digəri, Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin 9-cu sinif şagirdi Xəlilli Aylin Elşən qızıdır.
30-04-2024, 16:50
Spiker Çin Xalq Assosiasiyasının sədri ilə görüşüb


Spiker Çin Xalq Assosiasiyasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə qeyd olunub ki, Azərbaycan ilə Çin Xalq Respublikası arasında münasibətlər yüksək inkişaf dinamikası ilə səciyyələnir və çox yüksək səviyyədədir. Xüsusilə son zamanlarda münasibətlərimizin inkişafında böyük intensivlik müşahidə olunur.
Milli Məclisin sədri deyib ki, Azərbaycan ilə Çin arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər. Azərbaycan hər zaman birmənalı olaraq “vahid Çin” siyasətini, onun ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Spiker Sahibə Qafarova Çinin ölkəmizin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyi yüksək qiymətləndirib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəklədiyi diqqətə çatdırılıb. Prezident İlham Əliyevin Çinə səfərləri, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşləri münasibətlərimizin inkişafına böyük stimul verib.
Söhbət zamanı, iki ölkə arasında münasibətlərin dərinləşməsində parlamentlərin də vacib rolu qeyd edilib.
Yan Vanmin də öz növbəsində qeyd edib ki, ölkələrimiz arasında əlaqələr dövlət başçılarımızın rəhbərliyi altında sağlam, sabit inkişaf yolu keçib. Onun sözlərinə görə, prezidentlərimiz arasında mövcud olan şəxsi dostluq əlaqələri münasibətlərimizə təkan verir. Hazırda ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu söyləyən Yan Vanmin vurğulayıb ki, onun ölkəsi Azərbaycanla əlaqələrə böyük dəyər verir və Azərbaycanın inkişaf yoluna böyük hörmət göstərir. Vurğulanıb ki, Çin ölkəmizin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir, o cümlədən, Azərbaycanın da "vahid Çin" siyasətini dəstəkləməsini yüksək qiymətləndirir.
Parlamentlərarası əlaqələrin əhəmiyyətini qeyd edən qonaq məlumat verib ki, Çin Xalq Assosiasiyası xarici ölkə parlamentləri ilə əlaqələrin inkişafına töhfə verir. Assosiasiya bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir. Parlamentin üzvü kimi dostluq qruplarında təmsil olunduğunu deyən Yan Vanmin bu sahədə işə böyük əhəmiyyət verdiyini, Azərbaycan parlamenti ilə daha sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduğunu qeyd edib. O, qeyd edib ki, parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsi ölkə başçılarının əsasını qoyduğu strateji tərəfdaşlıq xarakterli əlaqələrin inkişafına daha çox töhfə verir.
Diqqətə çatdırılıb ki, mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsi Heydər Əliyev Fondu və Çin Xalq Assosiasiyası arasında münasibətlərdir. Onların birgə həyata keçirdiyini layihələr xalqlarımızın yaxınlaşmasına, əlaqələrin güclənməsinə töhfə verir.
Yan Vanmin rəhbərlik etdiyi Assosiasiyanın 150 ölkədən 500-dən çox qurumla əməkdaşlıq etdiyini bildirərək, vurğulayıb ki, Heydər Əliyev Fondu bu regionda Assosiasiyanın ən yaxın tərəfdaşıdır.
Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Heydər Əliyev Fondu Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanın Əliyevanın rəhbərliyi ilə nəinki ölkəmizdə çox mühüm əhəmiyyət kəsb edən layihələr həyata keçirir, eyni zamanda, dünyanın bir çox ölkələrində vacib işlərə imza atır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
30-04-2024, 16:44
Mərkəzi Seçki Komissiyasına yeni sədr seçildi


Mərkəzi Seçki Komissiyasına yeni sədr seçildi

Gürcüstan parlamenti Giorgi Kalandarişvilini Mərkəzi Seçki Komissiyasının rəhbəri vəzifəsinə təsdiqləyib.
Onun lehinə 85 deputat, əleyhinə 16 deputat səs verib.
“Gürcü arzusu”ndan olan deputatlardan bəziləri və müxalifətin bir hissəsi onun əleyhinə səs verməyi seçiblər.
Giorgi Kalandarişvili 5 il bu vəzifəni icra edəcək. Parlament həmçinin Maya Zaridze, Gia Tsatsaşvili və Giorgi Şarabidzeni Mərkəzi Seçki Komissiyasına üzv seçib.
30-04-2024, 16:37
Daha bir sərhəd kəndində minatəmizləmə işləri başa çatdı


Daha bir sərhəd kəndində minatəmizləmə işləri başa çatdı

Ermənistanın Tavuş vilayətinin Berkaber kəndi ərazisində minatəmizləmə işləri başa çatıb, lakin delimitasiya və demarkasiya işləri hələ tamamlanmayıb.
Bu barədə Ermənistanın KİV-nə Tavuş vilayətinin Berkaber icmasının rəhbəri Tiqran Arutyunyan bildirib.
O qeyd edib ki, bu gün heç bir iş görülmür.
Xatırladaq ki, Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb.
Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.
30-04-2024, 16:25
Ceyhun Bayramov Əlcəzairdən olan həmkarı ilə görüşdü


Ceyhun Bayramov Əlcəzairdən olan həmkarı ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfəri çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüşdə nazir Ceyhun Bayramov bu il Azərbaycan ilə Əlcəzair arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbriklərini çatdırıb.
Görüşdə tərəflər beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İƏT çərçivəsində qarşılıqlı fəaliyyətin hazırkı səviyyəsindən məmnunluq ifadə edərək, beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərə və təşəbbüslərə qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər həmçinin enerji və digər sahələrdə əlaqələrin inkişafının vacibliyini vurğulayaraq, bu xüsusda yüksək səviyyəli səfərlərin və siyasi məsləhətləşmələrin əhəmiyyətini qeyd ediblər.
Nazir həmçinin parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətini qeyd edərək, Əlcəzair-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu üzvlərinin cari ilin 22-25 aprel tarixlərində Azərbaycana səfərini yüksək qiymətləndirib.
Tərəflər enerji sektorunda ikitərəfli əlaqələrin əhəmiyyətini qeyd edərək, bu istiqamətdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığı vurğulanıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.
30-04-2024, 15:50
Ayxan Hacızadə Fransa daxili işlər nazirinə cavab verdi


Ayxan Hacızadə Fransa daxili işlər nazirinə cavab verdi

Fransanın daxili işlər naziri Jerar Darmanin
tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli iddiaları qətiyyətlə rədd edirik.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın daxili işlər naziri Jerar Darmaninin Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycana qarşı səsləndirdiyi iddialara dair cavabında deyib.
“Azərbaycanı Yeni Kaledoniyanın timsalında guya separatçılığa dəstək verməkdə günahlandıran Fransanın daxili işlər naziri unudur ki, məhz Fransa tərəfi uzun müddət ərzində Azərbaycanda aqressiv separatizmi dəstəkləyən addımlar atıb, qondarma separatçı rejimin nümayəndələrini Fransada mütəmadi əsasda yüksək səviyyədə qəbul edib. Fransanın hakim partiyasının təşəbbüsü ilə Fransa Parlamenti Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan və xələl gətirən, separatçı rejimi tanıyan qərar və qətnamələr qəbul etməklə yanaşı, keçmiş qondarma separatçı rejim ilə dostluq qrupunun fəaliyyətinə imkan yaratdığı məlumdur.
Fransanın daxili işlər naziri erməni əhalinin qətliamı kimi Azərbaycana qarşı heç bir əsası olmayan gülünc və ucuz qarayaxmaya cəhd göstərmək əvəzinə, ölkəsinin uzun illər boyu həyata keçirdiyi və hazırda da davam etdirdiyi müstəmləkəçilik siyasəti çərçivəsində yerli xalqlara qarşı törətdiyi insanlıq əleyhinə cinayətləri, vəhşicəsinə qətlə yetirdiyi milyonlarla günahsız insanı unutmamalıdır.
Bütün qeyd olunanların fonunda Fransa hökumət rəsminin beynəlxalq dövlətlərarası münasibətlər baxımından heç bir etik çərçivəyə sığmadan Azərbaycanın konstitusional dövlət quruluşu haqqında qəsdən təhqir dolu ifadələrdən istifadə etməsi tamamilə qəbuledilməzdir.
Bir daha Azərbaycanın daxili işlərinə qarışmamağı və ölkəmizə qarşı əsassız iddialar səsləndirməyə son qoymağı Fransadan tələb edirik.
Ölkəmizin öz milli maraqlarının qorunması üçün bundan sonra da bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edirik”, o deyib.
30-04-2024, 15:38
Baş nazirlə prezidentin sözü çəpləşdi: “Bu, böyük yalan və təxribatdır!”


Baş nazirlə prezidentin sözü çəpləşdi: “Bu, böyük yalan və təxribatdır!”

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin prezident Salome Zurabişvilini satqın adlandırdığını və ondan hakimiyyətdə olduğu müddətə görə xalqdan üzr istəməyi tələb etdiyini xəbər vermişdik.
Kobaxidze bu gün ölkənin Müdafiə Qüvvələri Günü münasibətilə təşkil olunan tədbirdə prezident Salome Zurabişvilini Konstitusiyanı pozmaqda ittiham edərək, onu salamlamaqdan da imtina edib.
“Hər kəs Konstitusiya andını pozduğuna və ölkəyə xəyanət etdiyinə görə cavab verəcək”, - Kobaxidze bildirib.
Zurabişvilinin isə sözügedən tədbirdəki çıxışında bir sıra siyasi bəyanatlar verib, o cümlədən hakimiyyəti kollektiv Qərbdəki tərəfdaşlarından düşmən qazanmağa çalışmaqda ittiham edib.
“Bu gün bəzi insanlar bizim dostlarımızı və həmkarlarımızı Gürcüstanı macəra və qarşıdurmaya cəlb edən hansısa şəxsiyyətsiz müharibənin tərəfi kimi təqdim etməyə çalışırlar. Bu, böyük yalan və təxribatdır”, - deyə o bildirib.
Prezidentin sözlərinə görə, “hamı Gürcüstana qarşı kimin döyüşdüyünü, onun dilini və kilsəsini çox yaxşı bilir”.
30-04-2024, 15:30
Bu gün 82 min şagird 1-ci sinfə yerləşdirilib


Bu gün 82 min şagird 1-ci sinfə yerləşdirilib

Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 82 minə yaxın uşaq bu gün avtomatik olaraq 1-ci sinfə yerləşdirilib.
Bununla bağlı valideynlərə SMS bildirişləri göndərilib.
Övladları avtomatik olaraq 1-ci sinfə yerləşdirilən valideynlər mayın 1-dən saat 11:00-dan etibarən mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq elektron ərizələrini çap edib məktəbə təqdim edə bilərlər.
30-04-2024, 15:26
DİM-dən 14 aprel tarixli imtahanların nəticələri barədə açıqlama


DİM-dən 14 aprel tarixli imtahanların nəticələri barədə açıqlama

Dövlət İmtahan Mərkəzi (DİM) 14 aprel tarixli qəbul imtahanlarının nəticələri barədə açıqlama verib.
DİM-dən bildirilib ki, 14 aprel tarixində keçirilmiş buraxılış və qəbul imtahanlarının nəticələrinin mayın 10-dək olunması nəzərdə tutulur.
“Nəticələr hazır olan kimi elan olunur. Dəqiq vaxt demək mümkün deyil”, - DİM bəyan edib.
Xatırladaq ki, aprelin 14-də əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı keçirilib.
Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunmuş imtahanlarda 34 mindən çox şagird iştirak edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!