30-03-2025, 16:39
Tehran Vaşinqtonla birbaşa danışıqları rədd etdiTehran ABŞ Prezidenti Donald Trampa cavab məktubunda Vaşinqtonla birbaşa danışıqlardan imtina edib, yalnız vasitəçilik üçün pəncərə açılıb.
Bunu İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında deyib.
Pezeşkian qeyd edib ki, İran amerikalı həmkarının məktubuna cavabı Oman vasitəsilə göndərib.
“İran vasitəçilik yolu ilə danışıqlara açıq olduğunu bəyan edir və heç vaxt danışıqlardan yayınmadığını vurğulayır", - Pezeşkian bildirib.
İran Prezidenti əlavə edib ki, yerinə yetirilməmiş vədlər İran və ABŞ arasında etimadın bərpası ilə bağlı problemlərə gətirib çıxarıb, danışıqların taleyini Vaşinqtonun davranışı müəyyənləşdirir.
30-03-2025, 16:27
Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir - ƏrdoğanTürkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqalada Amfibiya Korpusu Komandanlığının şəxsi heyətinə müraciətində deyib.
O bildirib ki, Türkiyə Suriya və İraqda terrorla mübarizə aparır: “Eyni zamanda biz Albaniya, Liviya, Azərbaycan, Qətərdə sülh və təhlükəsizliyin təsis olunmasına töhfə veririk”.
30-03-2025, 15:30
Ermənistandan növbəti təxribatMartın 29-u axşam və 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində 3 dəfə kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdlərinin qarşısı alınmışdır.
Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub.
30-03-2025, 15:10
Ermənistanda seçki pozuntularıErmənistanda yerli özünüidarəetmə orqanlarına seçkilərdə iki qanun pozuntusu qeydə alınıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyinə məlumat daxil olub.
Hər iki pozuntu ilə bağlı araşdırma aparılır. Nəticələrlə bağlı məlumat veriləcək.
Xatırladaq ki, bu gün Ermənistanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.
30-03-2025, 14:36
Azərbaycanla çoxşaxəli əməkdaşlıq inkişaf edəcək - Baş nazirƏminəm ki, Belarus ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq dost xalqlarımızın rifahı naminə bundan sonra da qarşılıqlı hörmət və etimadlı dialoq şəraitində inkişaf edəcək.
Bu barədə Belarusun Baş naziri Aleksandr Turçinin Azərbaycanın Baş nazirinə ünvanladığı məktubda deyilir.
"Hörmətli Əli Əsədov, Belarus Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağım münasibətilə təbriklərinizə görə səmimi minnətdarlığımı qəbul edin. Fürsətdən istifadə edərək, Sizə cansağlığı, mühüm dövlət vəzifələrinin həllində yaradıcılıq enerjisi arzulayıram", - məktubda bildirilir.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko martın 10-da ölkənin Baş naziri vəzifəsinə Aleksandr Turçini təyin edib.
30-03-2025, 14:22
Husilərdən ABŞ aviadaşıyıcısına hücumHusilər son 24 saat ərzində ABŞ-nin “USS Harri Truman” aviadaşıyıcısına üç dəfə hücum edib.
Bu barədə husilərin nümayəndəsi Yəhya Səriya "Al Masirah" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, əməliyyata raketlər, pilotsuz təyyarələr və dəniz qüvvələri cəlb edilib.
Xatırladaq ki, martın 15-də ABŞ Prezidenti Donald Tramp Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən üsyançılara qarşı hərbi əməliyyata başladığını bildirib. O, qərarını husilərin Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə hücumları ilə izah edib. Əməliyyatda Qırmızı dənizdə yerləşən "USS Harry Truman" aviadaşıyıcısı iştirak edir.
30-03-2025, 14:05
Arxdan kişi meyiti tapıldıŞəmkirdə arxda kişi meyiti aşkarlanıb.
Meyit şəhər ərazisində fəaliyyət göstərən restoranların birinin yaxınlığından keçən arxda aşkar edilib.
Meyit tibbi ekspertizaya aparılıb. Şəxsiyyəti və ölüm səbəbi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
30-03-2025, 13:50
Məkkədə 4 milyondan çox müsəlman bayram namazı qıldıRamazan bayramı müqəddəs torpaqlarda coşqu ilə qarşılanıb.
Bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, Ramazan ayını Səudiyyə Ərəbistanında keçirən 4 milyondan çox müsəlman Kəbədə birləşib.
Gecə yarısından etibarən Kəbə ətrafında toplaşanlar Ramazan ayının sona çatması ilə Məscid-ül Həramda bayram namazını qılıblar.
Namazı qıldıran məscidin imamı Əbdürrəhman Sudeysi bayram münasibətilə təbriklərini çatdıran xütbə verib.
30-03-2025, 13:38
Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır - Türkiyə XİNSuriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.
Qeyd olunub ki, həmçinin Suriyada sabitliyin bərpası üçün addımlar atılmalıdır: “Türkiyə Suriyada təhlükəsizlik və sabitliyin yaradılmasının təməl daşı olan hərtərəfli və əhatəli siyasi prosesi dəstəkləməyə davam edəcək”.
Vurğulanıb ki, hökumətin qurulması Suriyanın siyasi keçid prosesini irəlilətmək iradəsini nümayiş etdirir. Rəsmi Ankara bu qərarı məmnunluqla qarşıladığını diqqətə çatdırıb.
Bundan əvvəl Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şəraa yeni Nazirlər Kabinetinin formalaşması münasibətilə öz xalqını təbrik edib.
30-03-2025, 13:24
Biləsuvarda əməliyyat - Narkotik, silah-sursat aşkarlandıBiləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 38 yaşlı E.Məmmədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxsdən 11 kiloqram marixuana, tiryək, metamfetamin və 1 ədəd gecəgörmə cihazı aşkarlanıb.
Keçirilən digər tədbirlərlə isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Y.Qurbanov saxlanılıb. Ondan "Makarov" markalı tapança, 4 ədəd patron və daraq aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.