Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
23-04-2025, 15:41
Azyaşlı futbolçuları yumruqlayan məşqçiyə AFFA-dan ağır cəza


Azyaşlı futbolçuları yumruqlayan məşqçiyə AFFA-dan ağır cəza

AFFA İntizam Komitəsi U-15 Liqasında keçirilən “Şamaxı” – “Metak” oyununda baş verən neqativ hallarla bağlı qərarını açıqlayıb.
Matçın sonlarında hakimi təhqir edən “Şamaxı”nın baş məşqçisi Tərlan İsgəndərov 5 oyunluq sanksiya ilə üzləşib.
Həmin anda eyn hərəkətə yol verən “Şamaxı”nın rəsmisi Amil Mənsimov də 5 matçlıq diskvalifikasiya olunub.
Bundan başqa, “Şamaxı”da adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanov meydana daxil olaraq rəqibin bir neçə azyaşlı futbolçusunu yumruqla vurub. AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaraq o, 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilib. Müstəsna hal olaraq komanda 500 manat cərimələnib.
“Şamaxı”nın növbəti ev oyunu azarkeşsiz keçiriləcək.
23-04-2025, 15:36
Yasamalda bank kartından 5 min manat oğurlandı


Yasamalda bank kartından 5 min manat oğurlandı

Yasamalda bir nəfərin bank kartından 5000 manat oğurlayan şəxs saxlanılıb.
Yasamal rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartından 5000 manatının oğurlanmasını bildirib.
Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı M.Vəliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
23-04-2025, 15:16
Elektron xəstəlik vərəqini kimlərin ala biləcəyi açıqlandı


Elektron xəstəlik vərəqini kimlərin ala biləcəyi açıqlandı

Xəstəlik, xəsarət, hamiləlik və doğum səbəbilə əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında pasientlər elektron xəstəlik vərəqindən istifadə edilə bilər.
Bunu Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.
O qeyd edib ki, xəstələr vərəqi kağız formada əldə etmək istəsələr, tətbiq üzərindən elektron formanı kağız halında çap etmək mümkündür:
"Xəstəlik vərəqinin elektronlaşdırılması xəstəlik vərəqi alma prosesini sürətləndirəcək. Qeyri-iş günlərində də xəstəlik vərəqəsi almaq mümkün olacaq".
Qeyd edək ki, mayın 1-dən elektron xəstəlik vərəqələrinin verilməsi qüvvəyə minəcək.
23-04-2025, 15:10
Zəlzələ sonrası insanlar küçələrə axın edir


Zəlzələ sonrası insanlar küçələrə axın edir

İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra insanlar küçələrə axışıb.
Episentri Mərmərə dənizi və İstanbulun Silivri bölgəsində olan 6,2 bal gücündə zəlzələ İstanbul ilə yanaşı, ətraf vilayətlərdə də hiss olunub.
Zəlzələdən sonra bütün şəhərdə vətəndaşlar küçələrə axın edib. Onlar parklara, açıq ərazilərə toplaşıblar.
İstanbul Hava Limanında sərnişinlər və işçilər də panika içində çölə çıxıblar.
Taksim meydanındakı otel və iş yerlərində çalışan işçilər zəlzələdən sonra bayırda gözləməyə başlayıblar.
23-04-2025, 15:09
Təqaüd "düzəldən" dələduz həbs edildi


Təqaüd "düzəldən" dələduz həbs edildi

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilən, əvvəllər məhkum olunmuş 41 yaşlı Rasim Yusubov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, o, zərərçəkənləri işlə təmin etmək və təqaüd təyin etdirmək barədə yalan vədlər verərək aldadıb. Dələduzluq yolu ilə Cəlilabad və Masallı rayon sakini olan 8 nəfərin müxtəlif məbləğlərdə pulunu ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə R.Yusubov barəsində həbs qətimkan tədbiri seçilib.
23-04-2025, 15:04
Pezeşkian aprelin 28-də Bakıda olacaq - RƏSMİ


Pezeşkian aprelin 28-də Bakıda olacaq - RƏSMİ

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə aprelin 28-də Bakıya rəsmi səfər edəcəyi açıqlanıb.
Bu barədə Prezidentin Siyasi Aparatının rəhbər müavini Mehdi Senai sosial media hesabında paylaşım edib:
"Doktor Pezeşkian Azərbaycan Prezidentinin dəvəti ilə aprelin 28-də Bakıya rəsmi səfər edəcək. Səfər üçün bir çox proqramlar nəzərdə tutulub və bu səfərin iki qardaş ölkə arasında bütün sahələrdə, xüsusən də ticarət və sərhəd bölgələrində əməkdaşlığın tarixi səviyyəyə yüksələcəyi gözlənilir".
23-04-2025, 15:00
İstanbulda zəlzələ binanı uçurdu


İstanbulda zəlzələ binanı uçurdu

İstanbulun Fatih bölgəsində zəlzələ nəticəsində bina uçub.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
AFAD-ın yaydığı məlumatda isə qeyd olunur ki, ciddi ziyan görən bina qeydə alınmayıb.
23-04-2025, 14:40
Ərdoğandan zəlzələ sonrası açıqlama


Ərdoğandan zəlzələ sonrası açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulda baş verən zəlzələlərlə bağlı xalqa müraciət edib.
Bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb.
"Vətəndaşlarımıza keçmiş olsun diləklərimizi çatdırır, hadisələri yaxından izləyirik" - deyə Ərdoğan açıqlamasında qeyd edib.
23-04-2025, 14:36
Kürəkənini bizlə qətlə yetirən qayınata HƏBS OLUNDU


Kürəkənini bizlə qətlə yetirən qayınata HƏBS OLUNDU

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, aprelin 21-də 1988-ci il təvəllüdlü Ədil Məhərrəmovun paytaxtın Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə sonuncunun qohumu - qayınatası Nəcəf Qafarov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
23-04-2025, 14:31
İstanbul daha iki dəfə silkələndi


İstanbul daha iki dəfə silkələndi

İstanbulda 6.2 ballıq zəlzələdən sonra daha iki yeraltı təkan qeydə alınıb.
Hadisə ilə bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, növbəti təkanlar 4.4 və 4.9 maqnitudalı olub.
Sonuncu zəlzələnin episentri Mərmərə dənizində, Büyükçekmece sahillərində olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!