“Qarabağ” qələbə qazandı .....                        Tramp məni oğlu kimi görür - Zelenski .....                        Ramazanın 25-ci günündə imsak və iftar vaxtı .....                        Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ .....                        Müharibəni dayandırın! .....                        Lukaşenko naziri qorxudan zarafat etdi .....                        "Abraham Linkoln" gəmisini sıradan çıxardıq - İran generalı .....                        ABŞ İranla müharibədən geri çəkilməlidir - Ağ Evdən çağırış gəldi .....                        9000 dollarlıq fotoaparat oğurlayan qadın tutuldu .....                       
22-03-2025, 17:15
Naxçıvanda dönərdən kütləvi zəhərlənmə


Naxçıvanda dönərdən kütləvi zəhərlənmə

Naxçıvanda dönərxanada kütləvi qida
zəhərlənməsi baş verib.
Bu barədə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Məlumata görə, Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş məlumata əsasən ikisi azyaşlı olmaqla altı nəfərin dönərdən zəhərləndiyi bildirilib.
Agentlik əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisənin Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Hilal kafe”də baş verdiyi məlum olub.
Faktla bağlı Agentlik tərəfindən araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
22-03-2025, 17:03
Türk kinosunun əfsanəsi öldü


Türk kinosunun əfsanəsi öldü

Türk kinosunun əfsanəvi adlarından olan Filiz Akın 82 yaşında dünyasını dəyişib.
Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Əfsanəvi aktrisa bir müddət idi ki, səhhətində problem yaşayırdı.
Səhiyyə Nazirliyinin twitter səhifəsində verilən açıqlamada "Türk kinosunun nadir adlarından olan Filiz Akın müalicə olunduğu xəstəxanada həyatını itirdi. Kino tariximizdə unudulmaz iz qoyan Filiz Akına Allah rəhmət eləsin, ailəsinə, sənət sevənlərinə başsağlığı veririk", - deyə bildirilib.
Filiz Akın 1 sentyabr 2024-cü il tarixindən pnevmoniya və bəzi digər infeksiyalardan müalicə alırdı.
Ulduz aktrisa əvvəllər də xərçəngdən müalicə almışdı.
Sol qulağının üstündəki xərçəng toxuması və səs tellərindəki problemlərdən sonra çoxsaylı əməliyyatlar keçirən Akın 2002-ci ildə diaqnozu qoyulan xərçəng, burun və ağız arxası xərçənginə qalib gələ bilmişdi.
O, kino aktrisaları Türkan Şoray, Hülya Koçyiğit və Fatma Girik ilə yanaşı, türk kinosunun bir dönəmində iz qoyan dörd önəmli addan biri hesab olunur.
22-03-2025, 16:27
Qarabağ Universitetinin Klinikası bu problemi həll edəcək - Deputat


Qarabağ Universitetinin Klinikası bu problemi həll edəcək - Deputat

Bir müddət öncə Samir Namiq oğlu Babayev Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub. Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Universitetinin Klinikası publik hüquqi şəxs də yaradılıb. Klinika Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetində tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edən, tibb sahəsində elmi tədqiqatlar aparan, regionda əhalinin sağlamlığının qorunmasında iştirak edən publik hüquqi şəxsdir.
Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, Qarabağ Universitetində tibb ixtisaslarının tədrisinin nəzərdə tutulması çox önəmlidir:
“Azərbaycan səhiyyəsinin İcbari Tibbi Sığortanın tətbiqindən sonra yüksək səviyyəyə qalxdığını görürük. Yaradılan infrastruktur, xəstəxanalar, tibb müəssisələri və onların fəaliyyətinin bu səviyyədə yüksəlməsi cənab Prezidentin İcbari Tibbi Sığortanın tətbiqi istiqamətində atdığı addımlar və səhiyyənin inkişafı üçün ayrılan vəsaitlərin yüksək səviyyəyə qalxması, tibbin aparıcı sahələrinin inkişafı ilə əlaqədardır. Səhiyyə büdcəsi artdıqca, daha da irəliləyişlərin şahidi olacağıq”.
Deputat qeyd edib ki, bütün bu inkişaf həm də müasir səhiyyənin hər bir sahəsini inkişaf etdirəcək kadrların olmasını da tələb edir:
“Azərbaycanda tibbi kadrlar yalnız Tibb Universitetində və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında aparılır. Qarabağ Universitetində mütəxəssislərin hazırlanması isə inkişaf etməkdə olan Şərqi Zəngəzur və Qarabağın dirçəldilməsi, əhalinin geri dönməsindən sonra tibb mütəxəssislərinə olan tələbatın ödənilməsinə gətirib çıxaracaq. Hazırda da regionlarda ixtisaslı həkim kadrlarına çox ehtiyac var. Bu baxımdan yeni tibb mütəxəssislərinin yetişdirilməsini və onların rezidentura səviyyəsindən sonra bölgələrdə işlə təmin olunması prioritet məsələdir. Ona görə də regionda yerləşməsi və dövlətin ciddi diqqət və qayğısı, yeni mütəxəssislərinin cəlb olunaraq kadr hazırlığının aparılması Azərbaycan səhiyyəsinin bölgələrdə də yüksək səviyyəyə çatmasında mühüm rol oynayacaq”.
22-03-2025, 16:03
Bakıda oğurluq edən qadınlar yaxalandılar


Bakıda oğurluq edən qadınlar yaxalandılar

Bakıda oğurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, paytaxtın Binəqədi və Səbail rayonlarında marketlərdən silsilə oğurluqların edilməsi barədə polisə məlumat daxil olub. Həyata keçirilən tədbirlərlə əməli törədən 31 yaşlı N.Mulakin və bir qadın müəyyən olunaraq saxlanılıblar.
Binəqədi rayonu ərazisində daha bir oğurluq hadisəsi isə Ə.Naxçıvanski küçəsində qeydə alınıb. Bir nəfərin içərisində sənədlər və bank kartları olan çantasını oğurlayan 23 yaşlı daha bir qadın tutulub.
Faktlarla bağlı araşdırma aparılır.
22-03-2025, 15:28
Azərbaycan türkləri Urmiyada etiraza qalxdılar


Azərbaycan türkləri Urmiyada etiraza qalxdılar

Güney Azərbaycanın Urmiya şəhərində etiraz aksiyaları geniş vüsət alıb.
Şəhərin türkdilli əhalisi – Azərbaycan türkləri Urmiyanın tarixi və mədəni kimliyinə qarşı yönəlmiş hər hansı dəyişikliyi qəbul etmədiklərini və bu məsələdə İran hökumətinin siyasətinə açıq şəkildə etirazlarını bildiriblər.
Onlar türk düşmənlərinə, Qərbin və İran rejiminin dəstəklədiyi terror təşkilatlarına və havadarlarına küçələrə çıxmqala etiraz ediblər.
Aksiya iştirakçıları "Azərbaycan var olsun, istəməyən kor olsun!", “Urmu Kürdüstan olmaz, bu torpaqdan pay olmaz!” şüarları səsləndiriblər.
Qeyd edək ki, İran hökuməti Urmiyada əhalinin əksəriyyətini təşkil edən Azərbaycan türklərinə Novruz bayramı ilə bağlı tədbirlər keçirməyə icazə vermədiyi halda, kürdlərə belə qadağa tətbiq etməyib. Kürdlər də öz tədbirlərində Azərbaycan ərazilərinə iddalarını səsləndirib, Urmiyanın "kürdistan" olduğunu bildirərək öz bayraqlarını qaldırıblar.
Nəticədə Urmiyanın türkdilli əhalisi ayağa qalxmağa məcbur olub.
22-03-2025, 15:14
Suriyanın yeni hökuməti Bəşər Əsədi Rusiyadan istədi


Suriyanın yeni hökuməti Bəşər Əsədi Rusiyadan istədi

Suriyanın yeni hakimiyyət orqanları rəsmi olaraq Rusiyadan ölkənin keçmiş prezidenti Bəşər Əsədin mühakimə olunmaq üçün ekstradisiyasını istəyib.
Bu barədə “Əl-Ərəbiyyə” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin hələlik Suriyanın yeni lideri ilə şəxsi təmasları planlaşdırmır.
2024-cü il dekabrın 8-də silahlı müxalifət - “Heyət Təhrir əl-Şam” qruplaşması paytaxt Dəməşqə daxil olub. Suriyanın keçmiş prezidenti Bəşər Əsəd dövlət başçısı vəzifəsindən istefa verib və ölkəni tərk edərək Rusiyaya qaçıb.
Suriyaya hazırda keçid hökumətinin başçısı Əhməd əl-Şaraa rəhbərlik edir.
22-03-2025, 14:33
Zelenski Donetsk vilayətinə gedib


Zelenski Donetsk vilayətinə gedib

Ukrayna prezidenti Vladimir Zelenski bu gün, martın 22-də Donetsk vilayətinə səfər edib.
Zelenski bu barədə Telegram-da bildirib.
Qısa videoçarxda prezident döyüş hissələrinin bayraqlarına və Ukrayna Qəhrəmanı Dmitri Kotsiubayloya həsr olunmuş “Da Vinçi” stelesinə baxıb. Bundan əlavə, Zelenski Donetsk vilayətinin əfsanəvi stelası yaxınlığında mülki şəxslər və hərbçilərlə bir neçə foto çəkdirib.
"Bütün müdafiəçilərimizə, kişi və qadınlarımıza təşəkkür edirəm. Bütün həlak olan qəhrəmanlara başsağlığı veririk. Ukraynaya kömək edən və bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm", - prezident yazıb.
22-03-2025, 14:26
Yol lövhələrindən çıxarılan "Nardaran" adı geri qaytarıldı - FOTO


Yol lövhələrindən çıxarılan "Nardaran" adı geri qaytarıldı - FOTO

Buzovna-Bilgəh-Nardaran yolundakı məlumat lövhələrində Nardaranın adının silinərək yerinə “Sea Breeze” yazılması cəmiyyətdə müzakirələrə səbəb olmuşdu. Belə ki, həmin istiqamətlərdə yol nişanlarına yalnız qəsəbə adları qeyd olunsa da, “Sea Breeze” istisna təşkil edirdi.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələyə aydınlıq gətirərək bildirmişdi ki, məlumat lövhələrinin əsas funksiyası sürücülərə istiqamət vermək və hərəkəti tənzimləmək olduğundan əsas cəlbetmə məntəqələrini və hərəkət istiqamətlərini göstərmək proritet hesab edilir:
“Lövhələrdə cəlbetmə məntəqəsi olan “Sea Breeze” yaşayış və turizm kompleksi də göstərilib. Bu, həm şəhərimizin qonaqları, həm də yerli sakinlərə aydın istiqamət yaratmaq üçün tətbiq edilən praktikadır. Dünyada da oxşar nümunələr mövcuddur. “Sea Breeze” ifadəsi bir ərazi adı olduğu üçün tərcümə edilməyib və lövhələrdə orijinal formada qeyd edilib. Bu cür adlar çox vaxt məkanın orijinal adını qorumaq və tanınmağını təmin etmək məqsədilə tərcümə edilmir”.
Nardaran adının silinməsinə isə AYNA-nın cavabı olaraq qeyd edilmişdi ki, həmin istiqamətdə Nardaran, Pirşağı, Fatmayı, Goradil, Novxanı və digər ərazi vahidləri mövcuddur və bu adların hamısının eyni anda məlumat lövhələrində göstərilməsi mümkün olmayıb.
Hava limanı şosesində yerləşən həmin yol göstəriciləri yenidən dəyişdirilib.
Lövhələrin üzərində Nardaran qəsəbəsinin adı bərpa olunub.


Əvvəl


Sonra
22-03-2025, 14:05
Əfsanəvi boksçu öldü


Əfsanəvi boksçu öldü

Əfsanəvi boksçu, amerikalı Corc Forman vəfat edib. 76 yaşlı idmançının hələlik ölüm səbəbi açıqlanmayıb.
C. Forman 1968-ci ildə Meksikada keçirilən Olimpiya Oyunlarının qalibi olub. O, 45 yaşında ağır çəkidə çempion titulunu qazanan ən yaşlı boksçu kimi tarixə düşüb.
Corc Forman dünya boks tarixinin ən böyük döyüşlərindən birinin iştirakçısıdır.
Forman ağır çəkidə ikiqat dünya çempionu və 1968-ci il Yay Olimpiya Oyunlarının qalibidir. 1974-cü ildə Forman boks tarixinin ən böyük döyüşlərindən biri hesab edilən Məhəmməd Əli ilə döyüşmüşdü. Kinşasada baş tutan döyüş “Cəngəllikdəki gurultu” adlandırılıb. Döyüş səkkizinci raundda Əlinin qələbəsi ilə başa çatıb.
22-03-2025, 13:57
Xamenei Trampa məktubda nə yazıb?


Xamenei Trampa məktubda nə yazıb?

İran İslam Respublikasının ali rəhbərliyi ABŞ prezidenti Donald Trampın bir neçə gün öncə Tehrana gönmdərdiyi məktuba cavab yazıb.
Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff deyib ki, İran vasitəçilərlə Trampın məktubuna cavab verib və mümkün danışıqlara yol açıb.
“Təsdiq edə bilərəm ki, İran məktuba cavab verib, ancaq mənə təfərrüatları və ya istifadə olunan kanalları açıqlamağa icazə verilmir. Bunlar həssas və davam edən məsələlərdir. Cavab alınıb və dialoq üçün mümkün qapılar açılıb".
Stiv Vitkoff jurnalist Taker Karlsona müsahibəsində Donald Trampın İrana məktubunun təxmini məzmunu ilə bağlı danışıb.
Onun sözlərinə görə, Tramp məktubu zəif olduğu üçün deyil, hərbi fəaliyyət göstərmək istəmədiyi üçün yazıb.
"Trampın məktubunda təxminən deyilir: "Mən dünyanın prezidentiyəm. İstədiyim budur. Bizim hərbi fəaliyyət göstərmək üçün heç bir əsasımız yoxdur. Danışmalıyıq. Anlaşılmazlıqları aradan qaldırmalıyıq. Biz yoxlama proqramı yaratmalıyıq ki, heç kim sizin nüvə materialınızın silah kimi istifadə olunmasından narahat olmasın. Və mən istərdim ki, bu cür olsun, çünki alternativ çox yaxşı deyil".
ABŞ prezidentinin xüsusi nümayəndəsinin sözlərinə görə, ABŞ və İran arasındakı fikir ayrılıqları diplomatik yollarla həll oluna bilər:
“Məncə, bu, həqiqətən də diplomatik yolla həll oluna bilər. Mən İranda hər kəslə danışmışam, məsələni diplomatik yolla həll etməyin məntiqli olduğunu düşünürəm. Belə də olmalıdır. Düşünürəm ki, prezident etiraf edib ki, İran sanksiyalardan azad olanda və iqtisadiyyatını inkişaf etdirə bilən böyük bir ölkəyə çevrildikdə onunla hər şeyi yoluna qoymaq imkanına açıqdır.
Onların iqtisadiyyatı bir vaxtlar böyük idi. Bu gün onlar boğulur. Buna ehtiyac yoxdur. Onlar qanuni dövlətlərə qoşula bilərlər və biz daha yaxşı əlaqələr qura və inkişaf etdirə bilərik. Düşünürəm ki, Tramp İranla hörmətlə razılaşmaq istəyir. Mümkünsə onlarla etibarlı münasibət qurmaq istəyir. Və ümid edirəm ki, iranlılar bunu müsbət qarşılayacaqlar".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!