“Qarabağ” qələbə qazandı .....                        Tramp məni oğlu kimi görür - Zelenski .....                        Ramazanın 25-ci günündə imsak və iftar vaxtı .....                        Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ .....                        Müharibəni dayandırın! .....                        Lukaşenko naziri qorxudan zarafat etdi .....                        "Abraham Linkoln" gəmisini sıradan çıxardıq - İran generalı .....                        ABŞ İranla müharibədən geri çəkilməlidir - Ağ Evdən çağırış gəldi .....                        9000 dollarlıq fotoaparat oğurlayan qadın tutuldu .....                       
19-03-2025, 14:45
Putinin danışıqlardakı şərti - Ukraynadan bunu tələb edir


Putinin danışıqlardakı şərti - Ukraynadan bunu tələb edir

Martın 18-də Sənayeçilər və Sahibkarlar İttifaqının nümayəndələri ilə bağlı qapılar arxasında keçirilən görüşdə prezident Vladimir Putin bəyan edib ki, Krım, habelə ilhaq edilmiş Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələri danışıqlar zamanı Rusiya ərazisi kimi tanınsa, onda Moskva Ukraynanın Odessa və digər ərazilərinə iddia etməyəcək.
Bu barədə “Kommersant”ın xüsusi müxbiri Andrey Kolesnikov öz məqaləsində yazıb.
Kolesnikov görüşün bir neçə iştirakçısına istinadən iddia edir ki, tədbirin qapalı hissəsində Putin iş adamları ilə biznesdən deyil, Ukrayna və sülh danışıqlarından danışıb. Rusiya prezidenti deyib ki, Ukraynanın “az qan tökməklə” Krımın tanınması haqqında danışmağa başlamaq imkanı var idi.
Sonra aydın oldu ki, rəsmi Kiyev Luqansk və Donetsk “respublikaları”nın muxtariyyətinin tanınması barədə eşitmək istəməyib.
Jurnalistin həmsöhbətlərinin sözlərinə görə, Putin görüşdə bildirib ki, hazırda danışıqlar Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyanın bir hissəsi kimi tanınması ilə bağlıdır.
Jurnalist məqaləsində bunu kimin etməli olduğunu göstərmir - yalnız Ukrayna, yoxsa ABŞ və Avropa?
Görüş iştirakçıları "Kommersant”ın müxbirinə qeyd ediblər ki, Vladimir Putinin fikrincə, Donald Trampla razılaşmaq mümkündür və ümumilikdə o, əslində Donald Trampa inanır.
Putinin iş adamları ilə bağlı qapılar arxasında görüşü Rusiya prezidentinin Donald Trampla telefon danışığından bir qədər əvvəl baş tutub.
Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl Ukraynanın istənilən ərazisinin hüquqi tanınması imkanını Kiyev üçün “qırmızı xətt” adlandırmışdı. Zelenski həmçinin etiraf edib ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra bəzi ərazilər de-fakto Rusiyada qala bilər.
19-03-2025, 14:29
Sumqayıtda sənədsiz evlər söküldü - VİDEO


Sumqayıtda sənədsiz evlər söküldü - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edib.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi tərəfindən Sumqayıt şəhəri, 76-cı məhəllədə zəbt edilmiş ərazidə qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.


19-03-2025, 14:04
İmamoğlu nə qədər həbsdə qalacaq?


İmamoğlu nə qədər həbsdə qalacaq?

Səhər saatlarında saxlanılan İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlu dörd gün həbsdə qalacaq.
Bu barədə “CNN Türk” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, İmamoğlu və onunla birlikdə saxlanılan şəxslər dörd gün ərzində polis nəzarətində qalacaqlar.
Qeyd edək ki, İmamoğlu ilə yanaşı 100-dən artıq şəxs saxlanılıb.
19-03-2025, 14:00
Prezidentin açılışlar etdiyi Ağdərədə neçə kənd var? - SİYAHI


Prezidentin açılışlar etdiyi Ağdərədə neçə kənd var? - SİYAHI

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonuna səfər ediblər. Dövlət başçısı və birinci xanım Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun, Suqovuşan kəndindəki məscidin, yaşayış kompleksinin açılışında iştirak ediblər.
Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
5 dekabr 2023-cü il tarixində Milli Məclisdə "Azərbaycan Respublikasının Ağdərə rayonunun yenidən yaradılması haqqında" qanun qəbul olunub. Qanuna əsasən, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan, ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonu əvvəlki qaydada təşkil edilib. Yeni rayonun mərkəzinin 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən Ağdərə şəhərinin olması qərara alınıb.
27 dekabr 2023-cü il tarixində Prezident İlham Əliyev “Ağdərə rayonunun yaradılması haqqında” qanunu təsdiqləyib. Bu Fərmana əsasən, Ağdərə rayonu Qarabağ iqtisadi rayonunun ərazisinə daxil edilib. Fərmanda həmçinin Ağdərə Rayon İcra Hakimiyyəti yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunmuş və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünmüşdü.
1993-cü il iyulun 7-də Ağdərə rayonu ermənilər tərəfindən işğal olunmuşdu.
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri nəticəsində Ağdərə Azərbaycan nəzarətinə qaytarılıb. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb.
Ağdərə rayonunun sahəsi 1.660,83 km²-dir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Ağdərə rayonunda 12 mindən çox sakin qeydiyyatdadır.
İnzibati Ərazi Bölgüsü Təsnifatına əsasən, hazırda işğaldan azad edilmiş Ağdərə rayonunda 1 şəhər, 1 qəsəbə və 57 kənd var.
Həmin yaşayış məntəqələrinin adlarını diqqətinizə çatdırırıq:

Ağdərə şəhəri;
Şıxarx qəsəbəsi;
Ağabəyyalı k.
Aşağı Oratağ k.
Dəmirli k.
Qasapet k.
Baş Güneypəyə k.
Canyataq k.
Gülyataq k.
Çardaqlı k.
Lüləsaz k.
Meqrelalay k.
Çaylı k.
Suqovuşan k.
Təpəkənd k.
Çərəktar k.
Çıldıran k.
Dəvədaşı k.
Mehmana k.
Dovşanlı k.
Bazarkənd k.
Hayad k.
Heyvalı k.
Yayıcı k.
Həsənqaya k.
Çiləbürt k.
Göyarx k.
Maralyansarov k.
Həsənriz k.
Xatınbəyli k.
İmarət Qərvənd k.
Çapar k.
Zardaxaç k.
Kiçik Qarabəy k.
Kolatağ k.
Damğalı k.
Qızılqaya k.
Yuxarı Oratağ k.
Qızıloba k.
Seysulan k.
Yarımca k.
Qozlu k.
Qozlukörpü k.
Məlikli k.
Qazançı k.
Narınclar k.
Orta Güneypəyə k.
Sırxavənd k.
Ballıqaya k.
Bəşirlər k.
Qaraşlar k.
Talış k.
Ulu Qarabəy k.
Umudlu k.
Zəylik k.
Vəngli k.
Çormanlı k.
Şahmansurlu k.
Yeni Qaralar k.
19-03-2025, 13:04
Türk lirəsi yenə "öldü" - Nazirdən AÇIQLAMA


Türk lirəsi yenə "öldü" - Nazirdən AÇIQLAMA

İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlunun həbsindən sonra türk lirəsi yeni tarixi minimuma çatıb.
Martın 19-da ticarətin əvvəlində Forex bazarında ABŞ dollarının türk lirəsinə nisbətdə məzənnəsi (USD/TRY) 11,99% bahalaşaraq 1 dollar üçün 41,1 lirə olub.
Dolların lirə məzənnəsi tarixdə ilk dəfə bu səviyyəyə qalxıb.
Türkiyənin maliyyə naziri Mehmet Şimşek bazarlardakı vəziyyətlə bağlı açıqlama yayıb. O bildirib ki, bazarların sağlam işləməsi üçün lazım olan hər şey edilir: "Həyata keçirdiyimiz iqtisadi proqram qətiyyətlə davam edir", - nazir sosial media hesabında bildirib.
19-03-2025, 12:16
Bayram gününün hava proqnozu


Bayram gününün hava proqnozu

Martın 20-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.
19-03-2025, 12:03
Heç kim toxunulmaz deyil - Baxçalıdan İmamoğlunun həbsinə REAKSİYA


Heç kim toxunulmaz deyil - Baxçalıdan İmamoğlunun həbsinə REAKSİYA

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlunun həbsinə münasibət bildirib.
O deyib ki, heç kim toxunulmaz və əlçatmaz deyil.
"Əkrəm İmamoğlu ilə bağlı verilən məhkəmə qərarına səbr və sağlam düşüncə ilə yanaşmaq, qanunun verdiyi hər qərara hörmətlə yanaşmaq, ortaq məsuliyyət olmalıdır. Qanuni bir tədbiri çevriliş adlandıraraq qaralamaq, hüquq axtarışına çıxmaq üçün küçələrə çıxmağa hazırlaşmaq dəli olmuş, ağıl və əxlaq səviyyəsini itirmiş siyasi fəsaddır.
Mən Türkiyə məhkəmə sisteminə tam güvənirəm. Təqsirsizlik məhkəmə tərəfindən sübuta yetirilənə qədər vacibdir", - Baxçalı qeyd edib.
19-03-2025, 11:38
İlham Əliyev Sahibə Qafarovanı qəbul edib - FOTO


İlham Əliyev Sahibə Qafarovanı qəbul edib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev martın 19-da Sahibə Qafarovanı qəbul edib və ona “Şərəf” ordenini təqdim edib.
Sahibə Qafarovanı salamlayan Prezident İlham Əliyev deyib:

- Hörmətli Sahibə xanım, sizi yubileyiniz münasibətilə təbrik edirəm. Sizə yeni uğurlar, cansağlığı arzulayıram. Siz uzun illərdir Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayırsınız. Milli Məclisin deputatı kimi 15 il və Milli Məclisin sədri kimi 5 ildir uğurlu fəaliyyət göstərirsiniz. Mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm, həm seçicilərlə daim təmasda olursunuz, eyni zamanda, ölkəmizin milli maraqlarını beynəlxalq arenada müdafiə edirsiniz və öz işinizlə ölkəmizin ümumi inkişafına dəyərli töhfə verirsiniz. Bu yubiley günündə mənim Sərəncamımla siz “Şərəf” ordeni ilə təltif olunmusunuz. İcazə verin, bu ordeni sizə təqdim edim.

Prezident İlham Əliyev “Şərəf” ordenini Sahibə Qafarovaya təqdim edib.

Sahibə Qafarova: Çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Sahibə Qafarova dedi:

-Çox sağ olun, çox minnətdaram. Möhtərəm cənab Prezident, icazə versəniz, mən bir neçə söz deyərdim.
Möhtərəm cənab Prezident, bu yüksək təltifə görə dərin və səmimi minnətdarlığımı bildirmək istərdim. Onu da qeyd etmək istərdim ki, mən bu yüksək təltifi Azərbaycan Respublikası Milli Məclisinin işinin qiymətləndirilməsi kimi dəyərləndirirəm. Əmin etmək istəyirəm, möhtərəm cənab Prezident, həm Milli Məclisin bir üzvü kimi, həm Milli Məclisin sədri kimi, ümumiyyətlə, Milli Məclis adından demək istərdim ki, bizim hər birimiz Sizin apardığınız siyasətə həmişə parlament səviyyəsində dəstək olacağıq. Xalqın təmsilçiləri olaraq bütün Milli Məclis xalqın rifahı üçün parlament səviyyəsində əlindən gələni edəcək. Mənim haqqımda dediyiniz sözlərə görə Sizə çox minnətdaram. Mən ömür boyu işləmişəm ki, cəmiyyətimizə həmişə hansısa bir xeyir gəlsin. Mən əminliklə demək istəyirəm ki, bundan sonra da işlədiyim zaman Milli Məclisin sədri kimi, bir insan kimi, Azərbaycan vətəndaşı kimi həmişə əlimdən gələni edəcəyəm ki, işlədiyim yerdə öz vəzifəmi yerinə yetirim. Mən Sizə çox minnətdaram.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.


19-03-2025, 11:35
İranda çərşənbə faciəsi: 15 ölü, 3276 yaralı


İranda çərşənbə faciəsi: 15 ölü, 3276 yaralı

İranda ilin axır çərşənbə gecəsində keçirlən şənliklərdə 15 nəfər həyatını itirib, 3276 nəfər yaralanıb.
Bu barədə “Mehr” Agentliyinin məlumatında bildirilib.
Məlumatda qeyd edilib ki, İranda Novruzdan əvvəl ilin axır çərşənbə gecəsi keçirilən “Çərşənbə Suri” şənlikləri bu il də ölümcül xarakter alıb.
Müşahidələrə görə, xüsusilə uşaq və gənclər çərşənbə tonqalının üstündən tullanmaq, atəşfəşanlıq etmək və partlayıcı fişənglər yandırmaq kimi hərəkətlər zamanı ehtiyatsızlığa yol verirlər.
İranda Novruz martın 20-si cümə axşamı günü başlayır.
19-03-2025, 11:24
"İmsakdan sonra evimizə gəldilər" - İmamoğlunun həyat yoldaşı danışdı


"İmsakdan sonra evimizə gəldilər" - İmamoğlunun həyat yoldaşı danışdı

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrəm İmamoğlu saxlanılıb. O, “cinayət təşkilatı yaratmaq, rüşvət almaq, dələduzluq” kimi ağır cinayətlərdə ittiham olunur.
İmamoğlunun oğlu və həyat yoldaşı da açıqlama verib.
Siyasətçinin oğlu Mehmet Selim İmamoğlu atasının saxlanılmasını ədalətsizlik adlandırıb. “Bu ölkəyə xidmət edən bir insanı, sanki bir terrorçunu tuturlar kimi şəfəq əməliyyatı ilə evindən aparırlar. Bu, qəbul edilə bilən bir şey deyil” – deyə oğlu bildirib.
İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu isə hadisənin detallarını açıqlayıb. Onun sözlərinə görə, polis qrupları imsakdan dərhal sonra evə gəlib: “İmsakdan sonra evimizə gəldilər. Ekrem bəy hazırlandı və 07:30-da evdən ayrıldı. Gələn polislər nəzakətli davrandılar. Evdə 13 yaşlı qızımız da var, amma o, hər şeyə rəğmən məktəbə getmək istədiyini bildirdi”
Dilek İmamoğlu həmçinin bildirib ki, bu hadisədən bir gün əvvəl həyat yoldaşının diplomu qanunsuz şəkildə ləğv edilib. O, İmamoğluna qarşı yayılan ittihamları təkzib edib, bunların yalan və böhtan olduğunu vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!