Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
3-12-2024, 17:08
“Landmark” 120 milyona satışa çıxarıldı


“Landmark” 120 milyona satışa çıxarıldı

Bakı şəhər Səbail rayonu Nizami küçəsi 90 A ünvanında yerləşən 21 mərtəbəli “Landmark” Biznes Mərkəzi hərraca çıxarılıb.
Bu barədə herrac.gov.az saytında məlumat yerləşdirilib.
Açıq auksion formatında elektron qaydada keçiriləcək satış rəsmi olaraq dekabrın 22-də 18:41-də başlayacaq.
32654 kvadratmetr ərazisi olan qeyri-yaşayış binasının likvid qiyməti 120 milyon manat təyin edilib.
İştirak üçün beh 6 milyon manatdır.
3-12-2024, 17:05
Azərbaycanda 7 yeni ixtisas yaradıldı


Azərbaycanda 7 yeni ixtisas yaradıldı

Ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas təsnifata əlavə edilib.
Bunu elm və təhsil nazirinin müavini İdris İsayev bildirib.
O qeyd edib ki, “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları təsnifata əlavə olunub: "Eyni zamanda 10 ixtisasın adında dəyişiklik edilib”.
Nazir müavini vurğulayıb ki, İxtisasların təsnifatı magistratura və rezidentura səviyyələri üzrə 2011-ci ildə, bakalavriat səviyyəsi üzrə isə 2019-cu ildə təsdiqlənib. 2019-cu ildə bakalavriat səviyyəsi üzrə təsdiqlənmiş təsnifata əsasən qəbul olan tələbələrin məzun olduqda təhsillərini davam etdirmələri üçün magistratura səviyyəsində də təsnifatın uyğulaşdırılması zərurəti yaranıb.
İdris İsayev bildirib ki, bu səbəbdən müxtəlif səviyyələr üzrə ixtisasların cari təsnifatını yenidən işləyərək vahid qərarda təsdiqləmə zərurəti yaranıb. Nəticədə vahid qərarla dörd təhsil səviyyəsi əhatə olunmuş və təsnifatların cədvəlləri təsdiq edilib. Təsdiq edilən təsnifata bakalavriat səviyyəsi üzrə 153, əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə 3, magistratura səviyyəsi üzrə 129, rezidentura səviyyəsi üzrə 44 ixtisas daxil edilib.
Xatırladaq ki, Baş nazir Əli Əsədovun qərarı ilə ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların təsnifatları təsdiqlənib.
3-12-2024, 16:32
Ağadadaş Ağayev məhkəmədə ifadə verdi


Ağadadaş Ağayev məhkəmədə ifadə verdi

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Xalq artisti sərbəst ifadə verib. Bildirib ki, həmin gün qəza keçirib və sözügedən hospitalda əməliyyat olunub: “Əməliyyatda qulağıma tikiş qoyuldu. Sonra məni evə buraxdılar. Səhər saat 7-də ağrılarım başladı. Eyvana çıxdım, qiyabi şəkildə tanıdığım hospitalın mühafizəçisinə vəziyyətimin ağır olduğunu dedim və içəridən həkim çağırmağı xahiş etdim. O isə mənə “sən kimsən ki, mənə əmr edirsən” deyərək təhqir etdi. Qapıma kimi gəldi. Onu oradan uzaqlaşdırdılar. Yenidən qapıma gəldi və “kişisənsə, aşağı düş” deyərək təhqiramiz ifadələr işlətdi. Mən aşağı düşdüm, özümü müdafiə məqsədi ilə həyat-bacada işlədilən balaca baltanı götürdüm. Əgər onu vurmaq istəsəydim, qapımda vurardım. Bunun hüquqi cəhətdən fərqini bilirəm. Onu qorxutmaq və uzaqlaşdırmaq istədim. Mühafizəçi hətta o balta ilə mənim üstümə gəlməyə cəhd etmək istəyib. Lakin baltanı yerdən götürüb uzaqlaşdırdılar. Sonra o mənə dəyənəklə hücum etdi. Qaşımdan və tikiş qoyulmuş qulağımın üstünə vurdu. Mən yııxıldım. Yıxılandan sonra da məni vurmağa davam etdi”.
Daha sonra A.Ağayev dövlət ittihamçısının suallarını cavablandırıb. Bildirib ki, balta zərərçəkənə dəyəndə görməyib, bu epizodu yanlız videoda izləyib.
Daha sonra A. Ağayev zərərçəkənlərin suallarını cavablandırıb və onların dediklərini məntiqsiz adlandırıb.
Zərərçəkənlərin nümayəndələri isə bununla bağlı məhkəməyə etiraz edib. Hakim Xalq artistinə xəbərdarlıq edib.
Zərərçəkən şəxsin hüquqi nümayəndəsi Ağadadaş Ağayevin indiki ifadəsi ilə istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğunu və ilkin ifadənin elan olunması ilə bağlı vəsatət verib.
Dövlət ittihamçısı vəsatəti əsaslı sayıb və təmin olunmasını istəyib. Vəsatət təmin olunub və ifadə elan edilib.
Məhkəmə dekabrın 17-də davam etdiriləcək.
Qeyd edək ki, iş üzrə zərərçəkən kimi “Medera” hospitalın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilov tanınıb.
A.Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) üzrə təqsirli bilinir.
Hadisə bu il iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb.
Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev və Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb edilib. Sonradan N.Cəlilovun işi ayrıca icraata verilib.
Xalq artisti Ağadadaş Ağayev isə “Medera Hospital”a qarşı mülki iddia qaldırıb.
İşə Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev “Medera Hospital”dan mənəvi zərərin ödənilməsini tələb edir. Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.
3-12-2024, 16:28
Muxtar Babayev səudiyyəli nazirlə iqlimin maliyyələşdirilməsini müzakirə etdi


Muxtar Babayev səudiyyəli nazirlə iqlimin maliyyələşdirilməsini müzakirə etdi

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Səudiyyə Ərəbistanının xarici işlər naziri və iqlim üzrə elçisi Adel Əl-Cubeyr ilə iqlimin maliyyələşdirilməsi məsələlərini müzakirə edib.
Bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Muxtar Babayev və Adel Əl-Cubeyr arasındakı müzakirələr iqlim maliyyələşdirilməsi, torpaqların bərpası və qlobal iqlim dəyişikliyinə davamlılıq sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlib", - məlumatda bildirilib.
Görüş Ər-Riyadda keçirilən BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində baş tutub.
3-12-2024, 16:25
Sahil Babayev sabiq xanım deputatı özünə müşavir təyin etdi


Sahil Babayev sabiq xanım deputatı özünə müşavir təyin etdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə yeni müşavir təyin edib.
Sahil Babayevin əmri ilə Jalə Əhmədova əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin edilib.
Məlumatı saytımıza Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən təsdiqləyiblər.
Qeyd edək ki, Jalə Əhmədova Milli Məclisin VI çağırış (2020-2024-cü il) deputatı olub.
Məlumatı bundan əvvəl "unikal" saytı yayıb.

3-12-2024, 16:20
Konstitusiya Məhkəməsi prezident və müxalifətin tələbini rədd etdi


Konstitusiya Məhkəməsi prezident və müxalifətin tələbini rədd etdi

Gürcüstanın Konstitusiya Məhkəməsi prezident və
müxalifətin oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı iddiasını qəbul etməyib.
Bu barədə “Sputnik Gürcüstan”ın məlumatında bildirilib.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 26 oktyabr tarixli parlament seçkiləri nəticəsində qanunverici orqandakı 150 yer aşağıdakı kimi bölüşdürülüb:


“Gürcü Arzusu” – 89 yer;

"Dəyişiklik Koalisiyası" – 19 yer;

“Birlik – milli hərəkat” – 16 yer;

“Güclü Gürcüstan” – 14 yer;

“Gürcüstan üçün” – 12 yer.

Müxalifət bu nəticələrə etiraz əlaməti olaraq parlamenti boykot edib. Prezidnt Salome Zurabişvili də müxalifəti dəstəkləyib.
Gürcüstanda yeni etiraz dalğası noyabrın 28-də hakim “Gürcü arzusu”nun Avropa İttifaqına üzvlüklə bağlı müzakirələrin başlanmasını 2028-ci ilin sonuna qədər təxirə salmaq qərarından sonra başlayıb.
3-12-2024, 16:16
Ceyhun Bayramov İranın XİN rəhbəri ilə görüşüb


Ceyhun Bayramov İranın XİN rəhbəri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Məşhəddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 28-ci Nazirlər Şurası çərçivəsində İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşüb.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Nazirlər Azərbaycan-İran əməkdaşlığından irəli gələn iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiya, enerji təhlükəsizliyi sahələrindəki məsələləri, eləcə də birgə təşəbbüslər və layihələri müzakirə ediblər.
Görüşdə həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu arasında kommunikasi xətlərinin ən qısa zamanda başa çatdırılmasının və əldə olunan razılaşmaların həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
3-12-2024, 15:46
Lalə Şövkət hərəkət qabiliyyətini itirdi


Lalə Şövkət hərəkət qabiliyyətini itirdi

“Lalə xanım xroniki ürək xəstəliyindən əziyyət çəkir. Hazırda Bakıda ev şəraitində həkim nəzarətindədir. Səhhətində müsbətə doğru ciddi bir irəliləyiş yoxdur”.
Bu sözləri “Teleqraf.com”a ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin oğlu Sidqi Şövkət deyib.
“Lalə xanım 2020-ci ildə ürək əməliyyatı keçirib. O vaxtdan səhhətində problemlər daha da artıb. Daimi konsultasiya olunur. Həkim nəzarəti olmasa səhhəti daha da pisləşər”, - deyə o əlavə edib.
Sidqi Şövkət anasının kənar yardım olmadan sərbəst hərəkət edə bilmədiyini bildirib: “Səhhətinə görə mütləq ona kənardan kömək edilir ki, o, ev şəraitində gəzə bilsin”.
3-12-2024, 15:45
İki təhlükəli asteroid Yerə yaxınlaşır


İki təhlükəli asteroid Yerə yaxınlaşır

2024-cü il dekabrın 3 və 4-də iki böyük asteroid Yerin yanından keçəcək.
Onların hər birinin ölçüsü dünyanın ən böyük binaları ilə müqayisə olunur.
Mütəxəssislər hər iki asteroidi ölçülərinə və Yerin orbitinə yaxınlığına görə "potensial təhlükəli" kimi təsnif edirlər. Bununla belə, NASA toqquşma təhlükəsinin olmadığını bildirib.
3-12-2024, 15:21
Rusiya ilə Azərbaycanı birləşdirən yol 4 zolaqlı olacaq


Rusiya ilə Azərbaycanı birləşdirən yol 4 zolaqlı olacaq

Krasnodar diyarının Pavlovskaya kəndindən Azərbaycanla sərhədə aparan R-217 “Qafqaz” federal əhəmiyyətli avtomobil yolu 2030-cu ilə qədər dörd zolağa qədər genişləndiriləcək.
Bu barədə Rusiyanın Federal Avtomobil Yolları Agentliyinin “Qafqaz” Federal avtomobil yolları Departamentinin rəhbəri Aleksandr Lukaşuk TASS-da keçirdiyi mətbuat konfransında bildirib.
“Bu günə bizim prioritetimiz Rusiya Federasiyasının subyektlərini və xarici dövlətləri birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan R-217 “Qafqaz” yoludur. Bu yol ilə ən ağır trafik, o cümlədən yük daşımaları həyata keçirilir, ona görə də bu istiqamətə xüsusi diqqət yetirilir. 2030-cu ilə qədər bütün R-217 avtomobil yolu nəqliyyat axınının ayrılması ilə dörd zolaqlı olacaq”, - deyə o bildirib.
Lukaşuk qeyd edib ki, magistralın dörd zolağa qədər genişləndirilməsi qarşıdan gələn nəqliyyat axınını ayırmağa imkan verəcək. Bu, xüsusilə ciddi nəticələri olan qəzaların qarşısını almağa kömək edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!