Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
3-12-2024, 14:52
Dövlət qulluğu imtahanının nəticələri açıqlandı


Dövlət qulluğu imtahanının nəticələri açıqlandı

Dövlət qulluğuna qəbul olmaq üçün dekabrın 1-də keçirilən test imtahanının nəticəsi elan olunub.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Bakı və Naxçıvan şəhərlərində kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Məlumatda bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 3338 namizəddən 67 nəfər imtahana gəlməyib.
İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 8 nəfər, BA2 altqrupu üzrə 21 nəfər, BA3 altqrupu üzrə 52 nəfər, BA4 altqrupu üzrə 93 nəfər, BB1 altqrupu üzrə 125 nəfər, BB2 altqrupu üzrə 152 nəfər, BB3 altqrupu üzrə 229 nəfər, BB4 altqrupu üzrə 346 nəfər olmaqla, ümumilikdə 1026 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün 2024-cü il dekabrın 4-dən 17-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

· ali təhsil haqqında sənədin surəti;

· əmək kitabçasının surəti (olduğu halda).

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 4 dekabr saat 10:00-dan 6 dekabr saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi 2024-cü il dekabrın 1-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul imtahanı keçirib.
3-12-2024, 14:46
Litva Gürcüstan prezidentinə sığınacaq verə bilər


Litva Gürcüstan prezidentinə sığınacaq verə bilər

"Litva lazım gələrsə, Gürcüstan prezidentinə sığınacaq verəcək".
Bunu Litva prezidenti Gitanas Nausedanın baş məsləhətçisi Aasta Skysgyryte deyib.
Onun sözlərinə görə, Litva Gürcüstan prezidenti Salome Zurabişviliyə sığınacaq verə bilər.
"Əgər belə bir ehtiyac olarsa, Litvanın sığınacaq verməsi təbiidir, lakin hazırda prezident Zurabişvili açıq şəkildə bildirib ki, o, öz xalqı ilə Tbilisidə olacaq", - Skysgiryte deyib.
Bundan əvvəl üç Baltikyanı ölkə - Litva, Latviya və Estoniya "Gürcüstanda qanuni etirazların yatırılmasında iştirak edənlərə" qarşı milli sanksiyaların tətbiqi barədə birgə razılığa gəliblər.
Xatırladaq ki, hakim "Gürcü arzusu" partiyası bəyan edib ki, dekabrın 14-də Gürcüstana yeni prezident seçiləcək.
Gürcüstan müxalifəti isə etiraz aksiyası keiçirir. Hazırkı prezident S.Zurabişvili də bu aksiyaları dəstəkləyir.
3-12-2024, 14:23
Ağadadaş Ağayevin balta atdığı mühafizəçinin istintaqı başa çatdı


Ağadadaş Ağayevin balta atdığı mühafizəçinin istintaqı başa çatdı

Xalq artisti Ağadadaş Ağayevin balta atdığı “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun da ibtidai istintaqı başa çatıb.
Toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
N.Cəlilova da 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. Bu maddənin sanksiya həddində 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Cinayət işi üzrə Ağadadaş Ağayev zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, insidentə görə cinayət işləri ayrı-ayrılıqda icraata götürülüb. Digər işdə Ağadadaş Ağayev müttəhimdir.
3-12-2024, 14:15
“Valideynlərimin vəziyyəti ağırdır” - Vüqar Həşimovun bacısı


“Valideynlərimin vəziyyəti ağırdır” - Vüqar Həşimovun bacısı

“Hazırda həm atamın, həm də anamın vəziyyəti ağırdır”.
Bunu mərhum şahmatçı Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva partlayışda xəsarət alan valideynlərindən danışarkən bildirib.
Onun sözlərinə görə, hazırda valideynlərini xəstəxanaya yerləşdirməklə məşğuldurlar: “Hər ikisinin vəziyyəti ağırdır. Amma hansı dərəcəli xəsarətlər aldığı barədə tam məlumatım yoxdur”.
Qeyd edək ki, bu gün səhər saatlarında baş verən partlayışda mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimov və anası Aida Həşimova xəsarət alıb.
3-12-2024, 14:10
Prezident rektor təyin etdi


Prezident rektor təyin etdi

Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Azərbaycanda rektorlar 5 il müddətinə təyin edilir. Elbrus İsayev 2019-cu ilin 3 dekabr tarixində Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib və bu gün səlahiyyət müddəti bitib.
Ölkəmizdə qanunvericiliyin geriyə qüvvəsi olmadığı üçün sözügedən qayda 2018-ci ilin dekabr ayından əvvəlki rektorlara aid edilmir.

3-12-2024, 13:16
"BakıKart"ın problemi nə vaxt həll ediləcək? - AÇIQLAMA


"BakıKart"ın problemi nə vaxt həll ediləcək? - AÇIQLAMA

Avqust ayından etibarən "BakıKart" tətbiqində texniki nasazlıq yaranıb. Problemin yaranmasından 3 aya yaxın vaxt keçsə də, hələ də tətbiq istifadəyə verilməyib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, “BakıKart” tətbiqində təkmilləşdirmə işləri davam etdirilir: "Tətbiq yaxın günlərdə istifadəyə veriləcək".
Qeyd edilib ki, vətəndaşların “BakıKart” mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib:
“Mobil tətbiqin işi bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər.Sərnişinlər ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən (məsələn, BirBank və M10 tətbiqlərində QR yartamaqla) istifadə edə bilərlər”.
3-12-2024, 12:30
“Solo gənclik” layihəsi çərçivəsində  növbəti konsert keçirlib.



"İRƏLİ" Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Solo gənclik” layihəsi çərçivəsində növbəti konsert keçirilib
bütöv.az xəbər verir ki, layihə çərçivəsində növbəti konsert Niyazinin mənzil-muzeyində gənc balaban ifaçısı Amin Əliyevin iştirakı ilə baş tutub.
Tədbirdə çıxış edən “İRƏLİ” İctimai Birliyinin nümayəndəsi Mədinə Səlimova, Azərbaycanın zəngin musiqi irsinin gənc nəslə çatdırılmasının və bu sahədə həyata keçirilən layihələrin vacibliyini qeyd etdi. O, son dövrlərdə yaradıcı gənclərin fəaliyyətini dəstəkləmək məqsədilə bir sıra tədbirlərin görüldüyünü bildirdi və istedadlı gənclərin qatıldığı mədəniyyət tədbirləri, festivallar və müsabiqələrin onların inkişafına müsbət təsir göstərdiyini vurğuladı.
Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunub. Balaban və saksafon alətlərində çıxış edən Amin Əliyev, musiqi ilə tanışlığından və sənət yolundakı arzularından da söz açıb.
Xatırladaq ki, Amin Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alır. Bülbül adına Beynəlxalq müsabiqədə üçüncü yerin sahibi olan Amin Əliyev eyni zamanda milli musiqi ifaçılarının Respublika müsabiqəsində birinci dərəcəli diplomla təltif edilib. Bir çox yerli və beynəlxalq festival, müsabiqələrin iştirakçısıdır.
Layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin mədəni iştirakçılığının artırılması, musiqi mədəniyyətinin inkişafına töhfə vermək və istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdır.
3-12-2024, 12:15
Sabahın havası


Sabahın havası

Dekabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə Quba-Qusar zonasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
3-12-2024, 11:44
Rezidentura təhsili qaydalarında dəyişiklik edildi


Rezidentura təhsili qaydalarında dəyişiklik edildi

Rezidentura təhsilinin məzmunu və təşkili qaydalarında dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, rezidentura təhsili Nazirlər Kabinetinin ali təhsilin rezidentura səviyyəsi üzrə müəyyən etdiyi ixtisasların təsnifatına uyğun olaraq həkim-mütəxəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar həmin ixtisasın təhsil proqramında sahələr üzrə müəyyən olunur.
Həmçinin qaydalarda rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti ləğv edilib.
3-12-2024, 10:54
Səma İSMAYILOVA yazır: "Şəhidlər ölməz…


Səma İSMAYILOVA yazır: "Şəhidlər ölməz…"

Şəhidlər ana yurdu tutdular candan baha,
Şəhidlər yollar açdı, qaranlıqdan sabaha.
Şəhidlər ölməz ruhla, gedir üzü Allaha,
Şəhidlər gedən yolu tufanlar bağlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzə ağlamazlar!


Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb, qanı ilə yazanlar şəhidlərdir. Şəhidlər vətənimizin qüruru, ucalıq rəmzi, onun mənliyini qoruyanlardır. Şəhidlik zirvəsi, dünyadakı zirvələrin
ən ucasıdır. Bu zirvəyə yüksəlmək hər insana nəsib olmur. Qəlbində sonsuz vətən sevgisi olan, cəsarətli, vətən uğrunda bir an belə olsun canından keçməyə tərəddüd etməyən mərd oğullarımız bu zirvəyə ucalır. Vətəni üçün, xalqı üçün ölümü gözə alan müqəddəs şəhidlərimizi sonsuza qədər qəlbimizdə saxlayıb onları unutmamaq hər bir Azərbaycan vətəndaşının borcudur. Şəhidlər xalqımızın qan yaddaşıdır. Şəhidlərimizin qisasını almaq uğrunda bu yola çıxan, bu yolun sonunda müqəddəs şəhidlik zirvəsinə yüksələnqəhrəmanımız Fərid Vahid oğlu Quliyevdir. Uşaq ikən də vətənə, bayrağına bağlı olan bu gənc qəhrəmanımız vətən uğrunda gözünü qırpmadan canını fəda etdi.
Bakı şəhərində yaşamış qəhrəmanımız 166 nömrəli məktəb-liseyin məzunudur. O, ailənin tək oğul övladıdır. Ailəsinin, yaxınlarının, dostlarının sevgisini qazanmış qəhrəmanımız şəhidlik zirvəsinə yüksəlməklə onları kədərləndirsə də, eyni zamanda qürurlandırmışdır. Keçməkeşli
yollardan keçən, minbir əziyyətlərlə övladını böyüdən ata, məğrur bir şəkildə oğlunu əbədiyyətə yola salmışdır. Gənc övladını torpağa tapşıran heç bir təsəllisi olmayan şəhid anası Vüsalə Quliyeva "Mənim balam ölməyib, mənim balam şəhiddir, şəhidlər ölmür"- demışdır.
Biz səninlə fəxr edirik Azərbaycan əsgəri, sən öz vətənini şərəflə qorudun!
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!