Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 31-10-2020, 17:47
Vasitəçilər "zəhərlənib"lər- Nə tökərsən aşına, o da çıxar qaşığına

Xarici işlərlər nazirləri Minsk qrupunun həmsədrləri vasitəsi ilə yenə görüşdülər. 30 il davam edən görüşlərin növbətisi...Həmişəki kimi nazirlər danışdı, sonra da həmsədrlər çağırışlar etdilər, tərəflərin üzərlərinə götürdükləri öhdəliklərə əməl edilməsini bəyan etdilər. Biz 101-ci dəfə biz riayət etdiyimizi qarşı tərəf isə, əksinə, buna məhəl qoymadığını bir daha yorulmadan, bezmədən, utanmadan təkrarladı.
Hərəsi bir nəhəng dövləti təmsil edən diplomatlar, özləri dediyi kimi, sülh yolu ilə məsələni həll edə bilmirlər? Məncə, yox. İstəsələr edərlər. İstəyərlər də. Amma bizim xeyrimizə yox. Haqlarımızı tapdalamaq, torpaqlarımızı(xeyli hissəsini artıq azad etmişik) işğalda saxlamaqla.
Düşünürəm ki, bu, böyük dövlətlərin nümayəndələri taleh , tarix bizim necə bir xain, şərəfsiz, qəddar, minüzlü (mənfi xüsusiyyətlərin siyahısını sonsuzluğa qədər uzatmaq olar) düşmənlə üz-üzə olduğumuzu anlamırlar. Yeri gəlmişkən, bizə qismət olan taleh və tariximizdə ingilis, fransız və rusların ( müasir dildə desək, həmsədrlərin) mənfi iştirakından yan keçə bilməmişik.
Türk qardaşlarımız ortaq düşmənimizin xain üzünü tanıyan kimi ölkələrini xeyli təmizlədilər, süpürdülər, amma hara? Külək ("fələk" də demək olar) bir hissəsini ABŞ-a, Rusiyaya, Fransaya və başqa uzaqlara, yəni sahiblərinə apardı. Həmin ölkələrdə, xislətlərinə uyğun, müxtəlif yollarla bir lobbi yaratdılar. Bu yerdə bir atalar sözümüz yadıma düşdü: "Nə tökərsən aşına, o da çıxar qaşığına". Təəssüf, hələ çıxmayıb, amma mütləq çıxaçaq.
Bəxtimizdən düşmənin xeyli hissəsi iki qardaş arasında toplaşdı, gedib-gələnlərin ayaqlarının altına yapışaraq lap evimizin içinə girdi. Adlarımızdan özlərinə soyad düzəltdilər. Mətbəximizin yeməklərindən yeyib qudurdular, ağızları dada gəldi, dedilər ki, bizimdir. Musiqimizdən yararlanıb, guya mədəni millət oldular. Özlərini tanımayanların "bəstəkar"ları da yarandı. Beləliklə, torpaqlarımızı tutdular və ala-ala gəlmək fikrinə düşdülər. Azmış kimi, murdar xislətlərinə uyğun, bizə qənim kəsildilər. Əllərindən gəlsə, yer üzündən bizi silib tariximizə də sahiblənərlər.
Təbii ki, bu, əsrlərlə davam edən gizli-aşkar ( isti-soyuq ), istəmədən düşdüyümüz müharibədən, onların şimal və qərb sahibləri (həmsədrlər) məharətlə, zaman- zaman istifadə etdilər.
Yuxarıda qeyd etmişdim ki, həmsədrlər, bizi analoqu olmayan düşmən qarşısında qoyduqlarının fərqinə varmırlar. Çünki onlar özləri, hələ ki, bizə qarşı qoyduqları "silahla" qarşılaşmayıblar. Amma, deyəsən, şimal sahiblərinin ağzına "bir qaşıq zəhərli aş dəyib" (atalara eşq olsun).
Nə isə, vasitəçilər qoy "zəhərlənsinlər". Bizə kifayətdir. Bəlkə, bundan sonra dırmıxın da ildə bir dəfə güllə atdığını anlayarlar. Dünyada viruslar da, mikroblar da, parazitlər də var. Onlar artdıqca ətrafa və mühitə ciddi ziyan vururlar. Belə olan halda müvafiq mütəxəsislər öz işlərini yaxşı bilir və məharətlə görürlər...
Yaşasın başda Ali Baş Komandanımız olmaqla ƏSGƏRİMİZ!!!


Vüqar Novruzov


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!