Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 21-02-2020, 18:25
"Onların dəyişməyən tək arzuları olur: "Şəhidlik!"

Hər kəs bu yazını sona qədər oxusun, çünki çox vacibdir. Ən əsası valideynlər!
Bir şeyi başa düşmürsüz ki:
"Komandir deyir: "Əsgər bala, postda siqaret çəkmə! Düşmənin hədəfi olarsan"...
Komandir deyir: "Əsgər bala, posta qayıdarkən yol uzun olsa belə təyin olunmuş marşrutdan yolu qısaltmaq üçün çıxma! Düşmənin hədəfi olarsan"...
Komandir deyir: "Əsgər bala, postda olarkən kaska və bronjiletini ağır olduqlarına görə, narahat olduqlarına görə çıxartma! Düşmənin hədəfi olarsan"...
Komandir deyir: "Əsgər bala, nə olur olsun postda yatma! Düşmənin hədəfi olarsan"...
Komandir deyir: "Əsgər bala, telefon istifadə etmə, posta isə qətiyyən telefon aparma! Başın qarışar düşmənin hədəfi olarsan"...
Komandir deyir: "Əsgər bala, qışqırsam da, kobud desəm də, yüngülvari təhqir etsəm də, inan ki, sənin ailənə, yolunu gözləyən nigaran anana sağ-salamat qovuşmanı, tərxis olmanı istədiyim üçün edirəm. Əvvəla sənin sağ qalmağın, sağ-salamat evinə qayıtmağın mənim başımın ucalığıdır. Əgər sənə bir şey olsa mənim barəmdə cinayət işi qaldırıla, mən həbs oluna, mən rütbədən-vəzifədən vurula, mən işimdən ola bilərəm. Bu günə qədər Vətənim üçün, ailəm üçün qüsursuz xidmət etmişəm. Sən bu xidməti heç etdirəcək bir iş görmə. Əvvəla özünə, sonra ailənə-anana-atana-sevənlərinə, daha sonra isə mənə görə etmə. Nizamnamədə sənin pisliyin üçün heç bir müddəa yoxdur. Əksinə nizamnamə üzrə xidmət tələb etmək, xidmət etmək sadəcə və sadəcə sənin sağ qalmağın, problemsiz xidmət etməyin, mənim də qüsursuz xidmət etməyim, əsgərimin sağ qalması, salamat olması üçün vacibdir. Əsgər bala, insan hər səhvi edə bilər ama həyatıyla heç vaxt qumar oynaya bilməz. Əgər həyatınla qumar oynasan uduzacaqsan".
Uşaq ailədə 18 ildə tərbiyə görmürsə, hər cür yaramazlığı edirsə, ərköyündürsə xidmətə gələndə başına bir iş gəlsə 18 ildə övladına tərbiyə verə bilməyən valideynlər övladının komandirindən haqq-hesab soruşaraq 18 aylıq xidməti dövründə övladını onlara tapşırdığını və niyə övladına sahib çıxmadığını tələb edirlər. Komandir neyləsin axı? Onun xidməti dönəmində hər çağırışda onlarla, yüzlərlə əsgər gəlir. Onların hər birini bir-bir tərbiyə etsə belə 18 ildə evdə tərbiyə görə bilməyən övlada komandir 18 ayda heç vaxt tərbiyə öyrədə bilməz. Ona görə də əziz valideynlər övladınızı 18 il doğru dürüst tərbiyə edin ki, sonda övladınızın haqqını komandirindən ala biləsiniz. Əgər komandir səhvdirsə ondan qanun qarşısında cavab verməsi üçün əlinizdən gələni əsirgəməyin. Ama unutmayın ki, illərlə postda xidmət etmiş, ailəsini bəlkədə aylarla görməmiş birini hədəf seçməzdən əvvəl övladınıza doğru dürüst tərbiyə verin. Komandirlərin illərlə çəkdiyi əziyyətləri, qüsursuz xidmətləriylə yüksəldikləri rütbələrini, vəzifələrini təhlükəyə atmayın. Axı onlar da bir ananın balasıdır. Hərbiçidir deyə robot deyillər ki, haqlı-haqsız yerə yıpransınlar...
Şərəfli və ləyaqətli komandir 18 ayda Əsgərin həm anasıdır, həm atasıdır, həm qardaşıdır, həm əmisi, həm də dayısıdır. Çünkü Əsgər xidməti dövründə bütün sıxıntılarını ona danışmalıdır. Dərdini ona danışmalıdır. Yardımı ondan istəməlidir. Yaxşı komandir əsgərinin xəstələnməsini istəməz ( ana da belədir ), yaxşı komandir istəyər ki, Əsgəri düzgün qidalansın yemək yesin (ana da belədir ), yaxşı komandir istəyər ki, əsgəri vaxtında yatsın, vaxtında dursun ( ana da belədir ), yaxşı komandir Əsgəri sağlam, tərbiyəli olsun istəyər (ana da belədir ).
"Onların dəyişməyən tək arzuları olur: "Şəhidlik!"

Komandir Əsgəri pis işlərlə məşğul olmasın istəyir ( ata da belədir ), Komandir Əsgərin nə sıxıntısı olsa ona deməsini istəyir ( ata da belədir ), Komandir Əsgərə pul sıxıntısı olsa, hərbi hissələrdəki bufetlərdən nəsə almaq istəsə pulu çatmasa ondan almasını istəyir ( ata da belədir övladına sıxıntın olanda gəl pul verim ) deyir. Belə misallar çoxdur. Ən əsası Komandir Əsgərə böyük qardaş, dayaq olur. Hərbçilər başımızın tacı, gözümüzün nurudur. Onların dırnağına daş dəydikdə bizim bağrımız yanır. Mütləq Şəhid olduqdan sonramı komandirlərə qiymət verməliyik?! Axı sağikən yaşayan qəhrəmanlarımıza qiymət verərək, onlara sevildiklərini, bizim üçün xüsusi olduqlarını niyə hiss etdirməyək?! Hər şeydən əlavə vicdanlı olaq və bizim üçün ailəsini, sevdiklərini, anasını, atasını ən əsası "azadlığını" qurban verən bax bu igidləri sevin daha çox sevin. Bacardığınız qədər sevginin miqdarını artırın. Çünkü onlar postdan, səngərdən, hərbi formadan, qayğısızlıqdan başqa bir şey görmürlər. Bizim hər birimiz bir paltarı 3 dəfə ard-arda geyinəndə deyinirik ki, fərqlilik olsun filankəsdən nəyim əksikdi?! Ama hərbçilər bir formanı illərlə geyinir. Dəyişir dəyişməyinə ama modası, rəngi, ölçüsü yox, eyni formanı təzəsilə dəyişir. O da fəsillərə görə. Onların dəyişməyən tək arzuları olur: "Şəhidlik!"
Allah Ordumuzu, Əsgərimizi, Vətənə millətə sadiq olan komandirlərimizi qorusun. Komandir deyərkən Əsgərdən üst rütbədə olan bütün komandirlər nəzərdə tutulur. Vəzifəsindən asılı olmayaraq!
Hörmətlə: F. Muxtarlı


Paylaş



Bölmə: Maarif / Xəbər / Hərbi / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!