"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 27-05-2018, 22:25
Azərbaycan Cümhuriyyətinin canlı varisi


Mübariz Azərbaycanlı,
müstəqil jurnalist


Gəlin etiraf edək ki, nə qədər təvəzökarlıq etsək də, hər kəsin haqqı tanınanda, qiymətləndiriləndə bu, daha insaflı və daha ədalətli olur


Hər türlü mükafatlar almış ssenarist və rejissor Rüstəm İbrahimbəyov elə "kino çıxartdı" ki, indi hamı gecə-gündüz onun bu yersiz "əməlindən" yazır. Mənim ona "heç sözüm yoxdur" deyə, bu bayram günü onun "əməlindən" deyil, mükafatı Vətən sevgisi olan Azərbaycan kino və televiziya rejissoru, kinodramaturq, Beynəlxalq və Ümumittifaq kinofestivallarının laureatı publisist, ssenarist, Nazim Rza İsrafiloğlunun əməllərindən söz açacağam.


Nazim Rza İsrafiloğlu dahi Nizaminin yurdunda, ziyalı ailəsində - ata babası Rza Əsədullayev, ana babası isə dövrünün görkəmli ziyalısı, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və möhkəmləndirilməsində fəal iştirak etmiş dövlət xadimi, "Difai" partiyasının Gəncə şöbəsinin katibi, ilk nizamişünas Mirzə Məhəmməd Axundzadənin ocağında dünyaya göz açıb.


Demək olar ki, ömrünün hər bir ilinə, yəni indiyədək 70-dən artıq film çəkən, bir-birinin ardınca 2002-ci ildən 2018-ci ilədək "Odlu məmləkət", "Neft və cahan savaşı", "Mirzə Məhəmməd Axundzadə", "Neft. Qlobal münaqişələr mənbəyi", "Огненная земля", "Qara üçbucaq və kentavrlar dünyası", "Üçüncü dalğanın meridianlarında" və "Нефть и Война: Битва Титанов" kimi dəyərli kitabların müəllifi olan bu insan, bəlkə də milyon dəfələrlə kadr seçimi üçün müxtəlif rakursları nəzərdən keçirib. Çəkdiyi filmlərdə kadrları öz baxış bucağına - rejissuranın qaydalarına uyğun seçən peşəkar rejissorun, dünyaya olan şəxsi baxış bucağı isə həmişə fərqli olub. O, çəkdiyi filmləri kinematoqrafiyanın qızıl qanunlarına riayət edərək - əhatəli, dolğun, zəngin görmək istəyi halda, amma öz "həyat filmini" daha çox sadə, dəb-dəbəsiz "kadrlarda" görmək istəyib.


Əlbəttə, Nazim Rza İsrafiloğlu ömrünün bu çağınadək həyatda haqsız, riyakar simalarla çox üzləşib. Amma erməni riakarlığını, erməni xislətini "Timsahın göz yaşları" kimi damla-damla axıtmağı bacaran bu peşəkar rejissor, onun özünə qarşı edilən riakarlıqlara heç vaxt məhəl qoymayıb. Əksinə, "sağa" - "sola" yön almadan yalnız öz əqidəsinin diqtəsi ilə daim Azərbaycan adına irəli doğru hərəkət edib.


Çünki o, şəxsiyyət olaraq yaltaqlığı, yalaqlığı, gözəgirənliyi nəinki özünə yabançı bilib, hətta belələrini heç vaxt özünə yaxın buraxmayıb.


Bu üzdən bəzi bədxahlar Nazim Rza İsrafiloğlunun fəaliyyətinə nə qədər kölgə salmağa çalışsalar da, əksinə bu onu daha da mətin olmağa sövq edib, yaradıcılığının ən yüksək zirvəsinə qalxmağa, şan-şöhrət hərislərinə isə əsl yaradıcılığın necə olduğunu sübut etməyə, göstərməyə daha böyük stimul verib.


Nazim Rza İsrafiloğlu çar rejiminə qarşı istiqlal mücadiləsinin başlanmasının ilk illərindən - 1905-1918-ci illərdə, əsasən Gəncədə baş verən hadisələrdən bəhs edən "Mücadilə -1 İstiqlalın beşiyi" adlı filmini 2006-cı ildə çəkir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixini işıqlandıran bu ekran işində hadisələr tarixi faktlarla ən incə detallarına qədər təqdim olunur.


Müəllif 1-ci Mücadilənin davamı olaraq bir ilin içində "Mücadilə - 2 Yüksələn bayraq" adlı ikinci filmin çəkilişini uğurla başa vurur. Bu dəfə rejissor öz filmində Azərbaycanın erməni daşnakları, ingilis işğalçıları və Sentrokaspi diktaturasına qarşı mübarizə dövründən bəhs edir. 1918-20-ci illəri əhatə edən bu mübarizə dövrünə təkcə Azərbaycanın daxili mübarizəsi deyil, həmçinin diplomatik korpusumuzun Azərbaycanın beynəlxalq aləmdə faktiki olaraq tanınması uğrunda apardığı mübarizə də daxildir. Peşəkar rejissor ərsəyə gətirdiyi bu dəyərli filmdə Azərbaycan tarixinin bu həssas dövrünə olduqca dəqiqliklə yanaşaraq İstanbul, Batum və Trabzon konfransları, eləcə də Paris sülh konfransındakı hadisələr, bolşevik Rusiyasının vətənimizi yenidən öz təsiri altına salmasına qarşı Azərbaycan hökumətinin apardığı mübarizə öz əksini tapır. Filmə diqqətlə baxanda görürsən ki, rejissor Azərbaycanın istiqlal mücadiləsinin keçdiyi bütün mərhələləri demək olar ki, xronoloji ardıcıllıqla zərgər dəqiqliyi ilə təsvir edir.


Şübhəsiz ki, bütün bunlar mübağiləsiz olaraq Nazim Rza İsrafiloğlunun peşəkarlığını sübut edən Azərbaycan boyda möhürlə təsdiq edilmiş sənəddir, onun yaradıcılıq məharətinin şəxsiyyət vəsiqəsidir.


İndi Azərbaycanda kitab oxuyanların sayının azaldığı halda, Nazim Rza İsrafiloğlunun yuxarıda qeyd etdiyimiz kitabları dünyanın ən böyük biblioqrafik məlumat bazası olan "WorldCat"-a yerləşdirilib. "WorldCat" 1967-ci ildə Fred Kilgour tərəfindən yaradılıb və burada 470 dildə müxtəlif mövzulara aid 240 milyondan çox kitab qeydiyyatdan keçirilib. Bu baza dünyanın 170 ölkəsində olan 72 mindən çox kitabxananın birgə səyləri nəticəsində yaradılıb. Bu o deməkdir ki, biz Nazim müəllimi oxumasaq da, amma o, dünya tərəfindən nəinki oxunur, hətta onun kitabları bizdən fərqli olaraq tədqiqatçılar tərəfindən araşdırılır və dəyərli ədəbiyyat kimi istifadə olunur.


Müəllifin kitabları - Harvard kolleci və universiteti, Pitsburq universiteti, Kaliforniyada Los Angeles universiteti, Nyu-yorkda Kolumbiya universiteti, Vaşinqtonda Konqress kitabxanası, həmçinin Viskonsin universiteti - Madison əsas kitabxana sistemində və Almaniya, eləcə də İngiltərə universitetlərinin kitabxanalarında yer alıb.


Bundan əlavə, bu kitablar Misir, Bosniya və Herseqovina, Estoniya, Gürcüstan və Özbəkstana göndərilərək müvafiq kitabxanalarda yerləşdirilib.


Gəlin etiraf edək ki, nə qədər təvəzökarlıq etsək də, hər kəsin haqqı tanınanda, qiymətləndiriləndə bu, daha insaflı və daha ədalətli olur.


Bir il ərzində - 1998-ci ildə 12 seriyadan ibarət "Odlu məmləkət" adlı 7 film çəkməsinə baxmayaraq, bu böyük ürəkli insan indiyədək heç kimdən heç nə ummayıb. Nə fəxri ad, nə hansısa mükafat, nə orden, nə də medal. İndiyədək onun fəxri adı, mükafatı, ordeni, medalı sadəcə şərəfli Nazim Rza İsrafiloğlu imzası olub.


Amma olmazmı ki, təkcə "Neft və cahan savaşı" kitabına görə Azərbaycan Dövlət Neft Akademiyasının rəhbərliyi Nazim Rza İsrafiloğluna fəxri professor adı, həmçinin Ali Attestasiya Komissiyası elmlər doktoru elmi dərəcəsi versin? Məgər onun yazdığı bu elmi tarixi dəyərli kitab digər alimlərin yazdıqları doktorluq işindən zəifdirmi? Yoxsa müəllif bu yaşında "səs yığıb" deputat olmalıdır? Axı, o, öz "səsini" filmlərində və kitablarında çoxdan yığıb.


Hərçənd bu məsələnin ictimailəşdirilməsində media, xüsusən də televiziyalar insaflı olmalıdırlar.


Baxın, hər dəfə xalqımızın qanlı-qadalı anım günləri - 20 yanvar faciəsi, 31 mart və Xocalı soyqırımları qeyd ediləndə, "Azərbaycan televiziyası" az qala öz səhərini Nazim Rza İsrafiloğlunun "Mücadilə"ləri açır və "Timsahın göz yaşları" ilə bağlayır. Maraqlıdır, bəs nədən yaddan çıxmayan bu dəyərli filmlərin ssenaristi, rejissoru və öz ifasında səsləndirəni bu gün tamamilə unudulur, "təltifçilər" tərəfindən yada salınmır?


Məgər, onu bu tarixi günlərdə telekanallara dəvət edib bir peşəkar kimi fikirlərindən bəhrələnmək olmazmı?


Mənə görə hər bir insanın qiyməti kimliyindən, sosial statusundan və əqidəsindən asılı olmayaraq, birmənalı şəkildə onun əməlinə və ya əməyinə görə verilməlidir.


El deyimində deyildiyi kimi - "dəymə mənə, dəyməyim sənə" prinsipi ilə ömrünün müdrüklük dövrünü yaşayan, filosofsayaq həyat tərzinə üstünlük verən, Nazim müəllim, qələmini indi də yerə qoymur, yenə nə isə yazır, araşdırmalar aparır, mülahizələrini qeydə alır.


Zənnimcə, doğma Azərbaycana təmannasız xidmətləri ilə özündə Mirzə Məhəmməd Axundzadə ruhunu yaşadan Nazim Rza İsrafiloğlu babasının yeganə varisi olduğu üçün, onu həm də bu mənada Azərbaycan Cümhuriyyətinin canlı varislərindən biri hesab etmək olar.


P.S. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir. Babası Mirzə Məhəmməd Axundzadə bu dövlətin qurulması və möhkəmləndirilməsində fəal iştirak etmiş dövlət xadimlərindən biri olduğu üçün, bizimlə müqayisədə məncə Nazim Rza İsrafiloğluna daha çox təbrik düşür. Bayramınız mübarək olsun, Nazim müəllim!


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!