Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 7-03-2019, 12:26
Ana Dünyası

Rövşən Əvəzoğlu
Sosial ekspert

Gözümün nuru, canım ana,
Böyütdün sən məni yana-yana.
Odlusan gün kimi, bu qaynar həyat kimi,
Borcluyam mən sənə, sənə bir övlad kimi, Əziz ana!

Ana həyatımızın ən müqəddəs varlığıdır. Ona həmişə ülvi bir istək, həssas bir sevgi ilə yanaşmışıq. Bu da onun həmişə bizlərə qayğı və nəvazişlə yanaşmasından irəli gəlir. Ana heç bir vaxt sevgisini, diqqətini, himayəsini bizlərdən əsirgəməyib. Onu da qeyd edək ki, ana qəlbində eyni zamanda idraka sığmayan bir mərdlik, səbir, dözüm də var. Bu mərdlik və dözümlülük qarşısında, bu ülvi məhəbbət qarşısında biz hamımız baş əyirik, səcdə edirik. Analar müqəddəsdir. Dünyada ana məhəbbəti qədər müqəddəs, ana sevgisi qədər ülvi bir hiss yoxdur. Adəm oğlunun dünyaya gəlişindən bəri hamı ana qayğısına ehtiyac duyub, möhtac olub, indi də olmaqdadır. Ana haqqı-Tanrı haqqı, ana qucağı- behişt, cənnət guşəsidir. Ana məhəbbəti kainat qədər sonsuz, həyat qədər şirindir. Dünyada ana qucağından isti bir yer, ana laylasından şirin bir səs, həzin bir musiqi yoxdur. Dünyanın ən gözəl musiqisi ana laylası, ən şirin ətri isə ana nəfəsidir. Ana adı çəkilən kimi hər kəsin qəlbi riqqətə gəlir, üzündə təbəssüm yaranır, düşüncələrindən xoş fikirlər, ürəyindən xəfif bir hisslər keçir, bəzən də həsrət, nisgil hissi yaşanır. Yaşından-başından asılı olmayaraq istər-istəməz uşaqlıq illərini xatırlayırsan. Ananın insanda doğmalıq yaradan birinci hissi, onun gözəllik, xeyirxahlıq protretini çizən ümdə amili şirin laylalarıdır. Çoxlarımız sonralar genetik yaddaşımıza hopan şirin, doğma laylaları zümzümə edir, bir müddətdən sonra isə övladlarımıza da təlqin edirik. Bəlkə də yeganə xalqıq ki, analarımız dünyaya gətirdiyi övladlarını layla ilə oxşayıb əzizləyirlər. Yuxusuzluqdan, əziyyətdən qorxmadan övladlarına qartal kimi qanad çəkirlər. Hamıdan sonra yatır, hamıdan da tez qalxarlar. Ocaqlarının istisini, çıraqlarının nurunu gur saxlayırlar. Evə, ailəyə, körpələrinə xidmətdə dururlar. Səssiz-sədasız sanki həyatın həyatın qanunymuş kimi yuvalarının keşiyini çəkirlər. Çaydanı qaynadıb ailə üzvlərini məxməri çaya dəvət edirlər. Hər kəsi bir arada çay süfrəsində birləşdirirlər. Yağ, pendir, lavaş, Allah nə verərsə düzərlər süfrəyə. Uşaqlardan bəziləri stəkanı cingildədən qaşığın səsinə oyansada, bəzilərinin yuxusu ağır olar. Belə olduqda da ana yaxınlaşar çarpayının yanına. Sevgi ilə öpər, qoxulayar, oxşayar ciyərparasını. Mülayimcəsinə danışdırar onu, dil tökər, sevər nəticədə də açılar mürgülü balaca gözlər. Əslində yenigün onlar üçün bax beləcə zəhmət və əziyyətlə başlasada, ana üçün bundan gözəl, bundan rahat, bundan xoşbəxt həyat ola bilməz. İşıqlar yanar-sönər, əllər-üzlər yuyular, geyimlər təzələnər, çəki-düzənlər başlanar, beləliklə də həyatın nikbin notlarla başlayan ritmi öz axarı ilə davam edər. “Qadınlar zəif, analar güclüdür” deyirlər. Heç bir insan, heç bir qadın qəlbinə bənzəməz ana ürəyi. Əllə tuta, gözlə görə bilmərdiyimiz ana ürəyini yalnız hiss edə bilərik, minnətdarlığımızı isə ömür boyu ona qarşı olan xoş duyğularımızla ifadə edə bilərik. Elə buna görə də “cənnət anaların ayaqları altındadır” deyirlər. Ən uca məqamlarda, ən müqəddəs yerlərdə çəkilir ana adı. Doğma torpaqla, müqəddəs vətənlə müqayisə edilir ana himayəsi. Qurani-Kərimdə belə buyurulur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış" (İsra, 23). Anaya “Of” demək belə günah hesab olunur. Haqqını ödəmək mümkün deyil anaların. Ana həmişə ömrünü fəda etdiyi övladını vətən üçün əmanət bilib, qoruyub, vətənin keşiyini çəkmək, vətən uğrunda mübarizə aparmaq üçün öyüd-nəsihətini verib. Övladı şəhidlik zirvəsinə ucalanda da ürəyinə daş basıb Vətən sağ olsun deyib analarımız. Nə bəxtəvərdir anasını razı salan, xeyir-duasını alan, bir ömür boyunca onun qayğısına qalan övladlar. Ana bağlılığın, fədakarlığın, əliaçıqlılığın, təmənnasız yaxşılığın, bəşəriyyəti sülhə səsləyən ali sevginin simvoludur. Dinimizdə də anaya və ana sevgisinə xüsusi bir yer verilmiş, cənnət anaların ayaqları altındadır deyə buyrulmuş, vaxtında qılınan namazdan sonra ən sevimli işin anaya yaxşılıq etmək olduğunu, Allahın rizasını qazanmağın, cənnətə çatmağın ən qısa yolunun anaya xidmətdən və ananı lazımi qaydada sevməkdən keçdiyi bildirmişdir. Analar ömür boyu sevgiyə, ehtirama, xidmətə və hörmətə layiq ən uca varlıqlardır. Analar başımızın tacı, könlümüzün məlhəmidir. Ona görə də, onlarla davranışımıza xüsusi fikir verməliyik. Əgər yaşlı anamız bu gün bizim himayəmizdədirsə bunu bir ilahi lütf, bizlərə olunan əmanət bilib, onlar körpəliyimizdə bizə necə qayğı göstəriblərsə, biz də o qayğını onlara göstərməliyik. Hər bir insan bilməlidir ki, bu həyatda etdiyimiz əməllər bir gün qarşımıza çıxa bilər. Bu gün öz valideynlərini müxtəlif bəhanələrlə qocalar evinə yerləşdirən övladlar bilməlidir ki, sabah eyni bəhanələrlə öz övladı tərəfindən oraya atıla bilər. Əgər övladlarımızın bizim üzümüzə ağ olmasını istəmiriksə, biz də öz böyüklərimizin üzünə ağ olmamalıyıq. Hər halda Hz. Peyğəmbərin bu mövzuda buyurduğu tövsiyə hamımıza aiddir: "Ata-ananıza yaxşılıq edin ki, uşaqlarınız da sizə itaət etsin və hörmət göstərsin" (Təbərani). Ana övladlarına görə bir çox sıxıntılara qatlanır. Sevgi və şəfqət duyğuları ilə onları hər cür təhlükədən, dərd və sıxıntıdan qorumağa çalışır. Onların böyümələri və yaxşı bir insan, cəmiyyət üçün yararlı bir vətəndaş olmaları üçün əlindən gələni əsirgəmir. Çox vaxt özü yemir, yedirdir, özü geyinmir geyindirir. Dinimiz ata-ananın uşaqları üçün qatlandığı sıxıntıların, çəkdiyi əziyyətlərin qarşılığında onları mükafatlandırmış, Allahın razılığını qazana bilmək üçün əvvəlcə ata-ananın razılığının qazanılmasını əmr etmişdir. Ata-ananın razılığını qazanmaq onlara xidmət etməklə, öyüd-nəsihətlərinə qulaq asmaqla, onlara ehtiram göstərməklə, əmrlərini yerinə yetirməklə, onları üzməməklə, incitməməklə, ehtiyacları olanda kömək etməklə mümkün olur. Beşiyimiz başında analar bizə layla deyərək keşiyimizi çəkərlər. Laylalar musiqi dünyamızın ən gözəl himnidir. Bizim dünyaya bağlılığımız, humanist düşüncələrimizin başlanğıcıdır. Dünyada bundan daha gözəl musiqi, nəğmə ola bilərmi? Körpənin şirin yuxuya getməsi üçün qucağını beşik edən analarımızın üstümüzü sevgiylə örtən sanki bir yorğanıdır laylalar. Tapınarıq, sığınarıq, ehtiyac duyarıq laylalara. Bizə həyatı anladan, insanlıarı sevdirən həzin nəğmə, insanlıq, qayğıkeşlik mücəssəməsi, sevgi himnidir laylalar. Hansı yaşda oluruqsa olaq, analarımız üçün həmişə bir uşağıq. Anaları heç bir zaman unutmamalı, qədir qiymətini bilməliyik. Çünki onlar hər zaman bizim keşiyimizdədirlər. Hər bir yaşımızda da onlar bizim Analarımızdır, müqəddəs varlıqlardır. Analarını sevən, onlara ən gözəl şəkildə xidmət edən, dünyadan köçən analarını hər zaman xoş xatirələrlə, böyük sevgi hissi ilə xatırlayan övladlar doğrurdan da xoşbəxt bəndələrdir.
Ömrünü caladın mənim ömrümə, Özünü mən qədər sevmədin ana. Özün öz canından pay verdin mənə, Ruhumda sən varsan, ölmədin ana. Gəlin ANA-lı dünyamızı qoruyaq!


Paylaş



Bölmə: Ana seife / Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!