TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 1-09-2017, 14:57
Neft: XXI əsrin yeni təzyiq rıçaqı


Öz mövcudiyyəti ərzində bəşəriyyət bir çox müharibə görmüşdür: dünya, regional,
soyuq və digərləri. Düşünmək olardı ki, bu hamısıdır. Başqasını tapmaq
çətindir. Lakin tərəqqi öz yerində dayanmır və budur, tərəqqinin yeni körpə varlığı-
iqtisadiyyata və ölkənin valyuta ehtiyatlarına ildırım sürətilə zərbə vuran “Neft
müharibəsi” və ya neft rıçaqı.


İmperiyalar və müstəmləkələr dövrü çoxdan
keçmişdir, əgər “Böyük qardaş” olaraq ikinci variantı necə də olsa nəzərdən
keçirmək mümkün idisə, lakin bu variant belə artıq XX əsrdə və XXI əsrin
əvvəllərində olduğu təsirə malik deyil. Kütləvi müharibələr artıq dəbdə deyil,
kütləvi dağıdıcı silahların istifadə olunduğu müharibələr olmayacaqdır. Çünki
onlar hər şeyə zərbə vururlar, həm də heç kim öz resurslarını itirmək istəmir, ancaq bunlar vasitəsilə pul qazanmaq olardı.

Suriya və Liviyadan olan qaçqınlarla bağlı Avropa böhran içindədir. Şərq
saxta “müsəlmanlar” - İŞİD terrorçuları ilə mükafatlandırıldı. Şahmat taxtasında
hər şey düzülüb, lakin Çin və MDB dövlətləri qalır. Çinə təzyiq etmək, çaldıqları
ilə onu oynamağa məcbur etmək mümkün deyildi, açıq şəkildə savaşmağın heç bir
mənası yox idi, belə ki, bu, sarsıdıcı məğlubiyyətə gətirib çıxaracaqdır. Geriyə
sadəcə iqtisadi müharibə qalır ki, burada əsas rollardan birini də neft oynayır.
MDB ölkələrinə keçək.

SSRİ-nin süqutundan sonra, Qərb keçmiş sovet respublikalarını müstəmləkəyə
çevirə bilmədi. Qərb siyasətçiləri dövlətləri devirməyə cəhd etdilər, lakin Ukrayna
istisna olmaqla bunun heç bir nəticəsi olmadı. Beşinci kolonların yaradılması
yekunda zəiflədi, göndərilmiş kuklalar özlərinin uğursuzluqları və xalqın qəzəbi
nəticəsində gedirlər. Belarus və Rusiyaya qarşı sanksiyalar yalnız dövlətləri
gücləndirdi və onların daxili bazarlarının inkişafına təkan verdi. Təsir metodları
kimi həyat da dəyişir. Yeni təsir metodu bazarda neftin qiyməti oldu. Bu da daha
çox büdcələri neftdən asılı olan ölkələrə - şərq ölkələri, bəzi Avropa ölkələri, MDB
dövlətləri (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan) təsirini göstərdi.

«Neft zərbəsi»ndə heç kim gunahlandırıla bilməz. Belə ki, bazarda neft çoxalıb və
bu səbəbdən də aşağı qiymət yaranır.Bu da dövlətin iqtisadiyyatını öldürür və
ölkənin maliyyə ehtiyatlarını (Çin, Rusiya və digər böyük dövlətlər), eləcə də
iqtisadiyyatı birbaşa neftin qiymətindən asılı olan ölkələri (Azərbaycan.
Türkmənistan, Qazaxıstan) zəiflədir.
Nəticədə neft üzərində oynamaqla və bir sıra ölkələrdə dolları möhkəmləndirməklə
Qərb, neft istehsal edəndövlətləri özünə tabe etmək üçün onları gəlilərindən
məhrum edir. Bu, bir tərəflərin qələbə qazandığı və təbii olaraq digərlərinin
uduzduğu oyundur. Bir dövlətin iqtisadiyyatına və onun resurslarına zərbə vurmaq
olar, lakin burada bir məqam var. Böhranla üzləşmiş ölkədaxili resurslarını cəlb
edir, fabrik, zavod və digər müəssisələrin tikintisi hesabına daxili bazarın inkişafı
başlanır. İxracı əvəz edəcək və neftdən asılılığı aradan qaldıracaq hər bir şey edilir.
Bizimlə bağlı onu demək olar ki, Azərbaycan inkişaf etmiş iqtisadiyyatı, qüdrətli
ordusu, möhkəm əxlaqi və mənəvi keyfiyyətlərə malikəzəmətli xalqı olan güclü
dövlətdir.
Böhran dünyaya fərqli bir rakursdan baxmaq və əvvəl mövcud olanların əsasında
daha yaxşını yaratmaq üçün yeni üfüqlər, imkanlar açır.Azərbaycan daxili
resursları və bizim Prezidentimiz İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında
mütəşəkkil xalqınınhesabına böhrandan layiqli şəkildə çıxacaqdır.

Tamerlan Ələkbərov
Butov.az


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!