Təyyarə qəzasında xəsarət alanların son durumu AÇIQLANDI .....                        Azər Zahid barəsində həbs qərarı verildi .....                        Təyyarə qəzasının canlı şahidi danışdı .....                        Yasamaldakı yanğın söndürüldü .....                        Bakı-Qroznı-Bakı reysləri DAYANDIRILIR .....                        Qazaxıstan Hökumət Komissiyası qəzanın baş verdiyi ərazidə - FOTO .....                        Qəzada zərərçəkən ailələrə tibbi və psixoloji dəstək qrupu yaradıldı .....                        Təyyarədə iki çeçenistanlı uşaq olub .....                        Bakıdan Qroznıya nə üçün gedirlər? - Diaspor sədri qəzadan danışdı .....                       
Tarix : 16-04-2019, 06:50
Çexiyada təşkil olunan sərgidə Azərbaycandakı memarlıq kompleklərinə aid fotoşəkillər nümayiş etdirilib

Çexiyada Azərbaycan mədəniyyətinə dair sərgi vernisajı təşkil olunub.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ostrava Universitetinin, Bakı Slavyan Universitetinin və Azərbaycanın Çexiyadaki səfirliyinin birgə təşkil etdiyi tədbirdə Azərbaycanın qədim, orta əsrlər və müasir dövrlərə aid memarlıq abidələrini, eləcə də ölkəmizin təbiətini əsk etdirən 29 fotoşəkil sərgilənib.
Azərbaycan Fotoqraflar Birliyinin üzvləri Mirnaib Həsənoğlunun, Əminə Mirlinin, Fərqanə Qasımlının, Rauf Umudovun, Fətəli Fətəliyevin və İsmayıl Kərimovun çəkdikləri və sərgi üçün təqdim etdikləri bu fotoşəkillərdə əsasən Azərbaycanda olan qədim alban kilsə və manastır komplekslərindən Xudavənd, Kiş, Pəri qalası kompleksləri, orta əsrlərə, Şirvanşahlar dövrünə aid saray kompleksləri, Azərbaycanın UNESCO-nun mədəni irsi siyahısına daxil edilmiş "Qız qalası" kompleksi, polyak əsilli memarlar İosif Qoslavskinin, Kazimir Skureviç, İosif Ploşkonun Bakıda inşa etdikəri barokko və qotika üslublu binalar, Azərbaycanda keçirilən “Eurovision” mahnı müsabiqəsinin, birinci Avropa Oyunlarının və İslam Həmrəylik Oyunlarının keçirildiyi idman arenaları əks olunub. Bunlarla yanaşı, ölkəmizdəki palçıq vulkanlarına, Naxçıvanda yerləşən "İlandağ"ına və "Duzdağ"ı fizioterapiya mərkəzinə dair fotoşəkillər yer alıb.
Sərginin məqsədi Azərbaycan xalqının qədim tarixə və mədəniyyətə malik olduğunu, müxtəlif dini konfessiyalara aid ibadətgahların hazırda da fəaliyyət göstərdiyini, Azərbaycan xalqının multikultural dəyərlərə sevgi və hörmətlə yanaşdığını göstərməkdir.
Tədbirdə çıxış edən Ostrava Universitetinin Fəlsəfə fakültəsinin nümayəndəsi Nela Parmova Azərbaycanın zəngin tarixə və mədəniyyətə sahib ölkə olduğunu bildirib.
Daha sonra Azərbaycanın Çexiydakı səfirinin köməkçisi Eldar Vəliyev və Bakı Slavyan Universitetinin Çex Dili və Mədəniyyəti mərkəzinin müdiri Qəmbər Qəmbərov çıxış edərək Çexiya və Azərbaycan münasibətlərindən, eləcə də Ostrava Universitetinin Bakı Slavyan Universiteti ilə əlaqələrindən bəhs ediblər.
Daha sonra Heydər Əliyev Fondunun hazırladığı "Land of Fires" ("Odlar Yurdu") adlı qısa videoçarx nümayiş etdirilib, Azərbaycanın bayrağı və rəqsləri barədə məlumat verilib.
Çexiyada təşkil olunan sərgidə Azərbaycandakı memarlıq kompleklərinə aid fotoşəkillər nümayiş etdirilib


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!