Xırdalanda qəza - Motosiklet sürücüsü öldü .....                        İsrail ilk dəfə Xəzərdəki İran gəmilərinə hücum edib - TƏSDİQLƏNDİ .....                        ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır .....                        Nazirin müavinlərinin sayı artırıldı .....                        Zaur Əliyev vəzifəsini itirdi .....                        Azərbaycanda yeni agentlik yaradıldı .....                        İcbari Tibbi Sığortanın bu səlahiyyətləri TƏBİB-ə verildi .....                        İlham Əliyev MDB ilə bağlı vacib sənədi TƏSDİQLƏDİ .....                        ABŞ İran neftinə sanksiyaları ləğv edə bilər .....                       
Tarix : 18-09-2015, 10:58
Xalq artisti işlə təmin olundu – Gəncədə


Azərbaycan xalq artisti Valeh Kərimov işlə təmin olunub. Bu barədə məlumatı Axar.az-a Valeh Kərimov özü verib. Aktyorun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə bu mövsüm Gəncə Dövlət Dram Teatrında bir tamaşa səhnələşdirəcək: “Sumqayıt teatrında da tamaşalar səhnələşdirmişəm. Hazırda Gəncədəyəm. Məni bura rejissor kimi dəvət ediblər. Hələlik bir tamaşa hazırlayacağam, həm də aktyor kimi fəaliyyət göstərəcəyəm. Hələlik müqavilə bağlanmayıb, burada müvəqqəti, yaxud daimi olduğum dəqiq məlum deyil”. V.Kərimov Gəncə Dövlət Dram Teatrında quruluş verəcəyi əsərin də hələlik dəqiq məlum olmadığını, hazırda teatr rəhbərliyi ilə bunu müzakirə etdiklərini qeyd edib: “Fikrimdə çox əsərlər var, burada işləyəcəyim müddətdən asılı olaraq teatrın imkanları çatan əsərləri səhnəyə gətirəcəyəm”. Xatırladaq ki, Sumqayıt Dövlət Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərən xalq artisti Valeh Kərimov keçən mövsüm yaş senzi ilə əlaqədar teatrdan uzaqlaşdırılmışdı.

Butov.az


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!