Yunanıstan səfirliyini Bakıya köçürdü .....                        İsrail “Hizbullah”ın daha bir ofisini vurdu .....                        ABŞ-də sinaqoqa terror hücumu edildi .....                        Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA .....                        İsrail Tehranda “Bəsic” postlarını bombaladı .....                        Baş katibə Atatürk mükafatı verildi .....                        Ağ Ev həmin xəbəri təkzib etdi .....                        Xameneinin həyat yoldaşı sağ imiş .....                        Füzulidə mina partladı - Çoban həlak oldu .....                       
Tarix : 22-05-2017, 20:29
"Azərbaycan" jurnalının yeni sayı

"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb.
Butov.az-ın Trend-ə istinadən məlumatına görə, jurnalın bu sayında Pərvin Nürəliyevanın "Anar yaradıcılığında tənhalıq", Vaqif Yüsiflinin "Qəzəl dünyamız" (əvvəli), Paşa Əlioğlunun "Səməd Vurğun və Şəhriyar", Ülviyyə Rəhimovanın "Midas effekti və Yusif Səmədoğlunun "Bayatı Şiraz" hekayəsi", Südabə Ağabalayevanın "Yaddaş", Günel Natiqin "Həyatını ispan müğənnisinə həsr etmiş rus yazıçısı", Paşa Kərimovun "Əlyazmalar İnstitutunun yeni nəşrləri" kimi yazılar çıxıb.

Eyni zamanda jurnalda Nizamı Cəfərov "Təbiət qədər təbii", Əjdər Ol "Həmişə şair", Günay Qarayeva "...Sağ ol, təmiz ömür, var ol, təmiz yol..." yazıları ilə çıxış ediblər.

Poeziyasevərlər isə jurnalın bu sayında Musa Yaqub, Tahir Taisoğlu, Mayis Səlim, İsa Sevər, Güləmail Murad, Leyla Əsədullayeva, Zirəddin Qafarlı, Ramiz Kərəm, Mahcamal, Lilpar Cəmşid qızı kimi müəlliflərin şeirləri ilə tanış olacaqlar.

Hüseynbala Mirələmovun "Qazi Bürhanəddin səltənətinin süqutu" romanı, Qəşəm Nəcəfzadə "Mənim ilk kitabım" yazısı və Sadiq Zamanın "Kolumbun səhvi" hekayəsi də jurnalın bu sayında yer alıb.

"Azərbaycan" jurnalı oxucularına dünya ədəbiyyatından yeni tərcümələr də təqdim edir:

Oleq Amiqin (Sidorov) - Tigin ağacı (hekayə)

Yuri Şerbakov - Şeirlər

Suheyr əl - Qalamavi - Alovlu məktub (hekayə)

Hənəfi bin İsa - Əlcəzairli Parisdə (hekayə)

Qeyd edək ki, jurnalın bundan əvvəlki xüsusi buraxılışının dramaturgiyaya həsr olunması və Nizami Cəfərovla Nərgiz cabbarlının Aydın Talıbzadənin "Əbuhübb" romanı ilə bağlı söhbəti oxucuların marağına səbəb olmuşdu.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!