Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 14-04-2015, 19:07
“Gücün olmasa, səninlə kimsə hesablaşmaz” “Siyasətin olmasa, qılıncını işlətməyə qoymazlar”

Vətəndən kənarda yaşayıb Vətən üçün işlər görməyə çalışan insanları görəndə sevinməyə bilmirsən. Xüsusən bu işlər heç bir təmənnasız, şəxsi maraq güdülmədən ediləndə. Əslində onları buna məcbur edən də yoxdur. Bəs nədir xaricdə yaşayan bir çox soydaşımızı Azərbaycan adına işlər görməyə məcbur edən? Azərbaycanda yaşamasa da, özünün dediyi kimi, Azərbaycanı bir an belə unutmayan şəxslərdən biri də Niderlandda yaşayan jurnalist həmkarımız Vüqar Abbasovdur.
“Bütöv Azərbaycan"ın qonağı Vüqar Abbasovdan götürdüyümüz müsahibədə də əsas olaraq bu suallara aydınlq gətirməyə çalışmışıq.
“Gücün olmasa, səninlə kimsə hesablaşmaz” “Siyasətin olmasa, qılıncını işlətməyə qoymazlar”

Qısa tanışlıq:
Vüqar Zakir oğlu Abbasov 1974-cü ildə Beyləqan rayonunda anadan olub. 1991-ci ildə orta, 1997-ci ildə ali məktəbi bitirib. Təxminən 11 il Azərbaycan dövlət televiziyasında çalışıb. 2008-ci ildə ailəsi ilə birlikdə Niderlanda gedib və 7 ildir orada yaşayır. Niderland mətbuatında onun Azərbaycan həqiqətləri ilə bağlı ürəkaçan yazıları dərc olunur. Azərbaycan və Niderland Jurnalistlər Birliyinin üzvüdür.

- Vüqar bəy, Vətən amili sizin üçün nədir?
- Vətən böyük amildir. Harda dünyaya gəlməyindən asılı olmayaraq, Vətən əcdadlarının uyuduğu məkan kimi səciyyələnir. Məsələn, mənim əslim Qərbi Azərbaycanın Vedi rayonundandır. Mən bir dəfə də olsun, Vedini görməmişəm. Lakin Vedini də özümə Vətən sayıram; çünki əcdadlarım həm də orada uyuyur, babalarımın ruhu orada dolanır.
- «Vətən, uğrunda ölən varsa, Vətəndir», - deyirlər. Məgər Vətəni Vətən etmək üçün yalnız qan tökmək lazımdır?
- Yaşadıqlarımızdan, gördüklərimizdən belə bir qənaət hasil etmək olar ki, Vətən uğrunda qan tökülməsi zərurət imiş. Vətəni Vətən etmək üçün qan da tökmək, ağıllı, sağlam siyasət də yürütmək lazımdır. Buna görə də bir əldə qılıncın, bir əldə qələmin olması şərtdir.
Gücün olmasa, səninlə kimsə hesablaşmaz. Siyasətin olmasa, qılıncını işlətməyə qoymazlar. Diqqət yetirək; Qarabağ illərdir düşmən tapdağındadır. Azərbaycanın güclü ordusu olduğunu deyirik (inanıram ki, həqiqətən elədir və əgər belədirsə, mən buna sevinənlərdənəm). Siyasətimizi də güclü şəkildə yürütməliyik ki, iki gücün sayəsində torpaqlarımızı azad edə bilək. Ümid edirəm ki, bir gün bunu görəcəyik. Gerçək bir həqiqət var: «Donuza kiş deməklə, darıdan çıxmaz». Yaxud, sifarişlə də həcc qəbul olunmaz.
- Niderlanddan Azərbaycan necə görünür?
- Səhv etmirəmsə, Rüstəm Behrudi bir neçə illər öncə Fransa səfərindən qayıdarkən ölkəmizdə ona belə bir sual vermişdilər ki, Avropadan Azərbaycan necə görünür? O da cavabında (sual şəklində) demişdi ki, Aropadan Azərbaycan heç görünürmü? İndi isə o müsahibənin üstündən illər keçib və demək istəyirəm ki, bu gün Azərbaycan Avropadan kifayət qədər aydın, ən əsası, olduğu kimi görünür.
- Niderlandda azərbaycanlılara, Azərbaycan dövlətinə münasibət necədir?
“Gücün olmasa, səninlə kimsə hesablaşmaz” “Siyasətin olmasa, qılıncını işlətməyə qoymazlar”

- Qeyd etdiyim kimi, indi əvvəlki illərlə müqayisədə ölkəmiz haqqında məlumatı olanlar çoxdur. Bəlkə başqa cür səslənə bilər, Avrovizion yarışmasından sonra bizi tanıyanların sayı artdı. İndi Azərbaycanda keçiriləcək birinci Avropa Yay Oyunları ilə də bağlı ölkəmizin adı burda, yerli mətbuatda çox hallanır. Doğrudur, deyə bilmərəm ki, hər zaman yaxşılığımıza yazırlar, yaxud hər zaman haqsızdırlar. Ancaq əks təbliğatın özü də bir təbliğatdır (gülümsəyir). Çox istərdim ki, ölkəmizin adı hər vaxt yaxşı işlərdə çəkilsin.
- Ölkəmizdən yüz kilometrlərlə uzaqda yaşayırsınız. Deyək ki, bu, tale işidir. Bəs əslində sizin üçün qəriblik nədir?
- Necə yaşamasından, hansı ideallar uğrunda çarpışmasından asılı olmayaraq qəribin adı üstündə olur: bilirsən ki, qəribsən. Gözlərin həmişə nəsə axtarır. Lap yağın-balın içində üzsən belə, yenə də Vətən iyi, dost-tanış kölgəsi, tozuna-torpağına bulaşdığın küçələrin yoxluğu və s. səni darıxdırır. Yəni qərib eldə sənə lazım olan Vətən istiliyi yoxdur. Bunu da heç nə ilə əvəz etmək mümkün deyil.
- Yuxarıda dediniz ki, Niderland mətbuatında Azərbaycanla bağlı haqlı-haqsız yazılar dərc olunur. Bəs həmin mətbuatda Niderland hökumətinin apardığı siyasət öz əksini necə tapır?

- Şəxsən mən özüm Niderland mətbuatında bu hökuməti tənqid etmişəm. Orada nə dövlət, nə digər strukturlar, nə məmur sənə yazdığın tənqidə görə bir söz demir (əlbəttə, əndazəni də aşmamalısan). Maraqlı olan odur ki, Niderland mətbuatında yazılanlarda təhqir, qərəz yoxdur. Hər bir fikir müəyyən bir gerçək fakta əsaslanır. Lakin Azərbaycan mətbuatında, təəssüf ki, bəzi hallarda tənqid adı altında təhqir, qərəz görünür. Mən bilmirəm, Niderlandda kimsə kimisə təhqir edərsə, ona nə edərlər. Açığı, orada kimsə kimisə təhqir etmir. Azərbaycanda isə mətbuat vasitəsilə təhqiri belə tənqid kimi sırımağa çalışanlar olur. Bu da bilirsiniz, nədən irəli gəlir? Azərbaycan mətbuatında qeyri-peşə sahibləri həddən çoxdur. Özünə iş tapa bilməyən adamların əksəriyyəti mətbuatdadır. Belə olan halda da, jurnalistika qeyri-peşəkarların cənginə keçir, tənqidlə təhqir yerini dəyişik salır.
Belə deyək, hansısa bir inşaatçı mətbuata yol tapır, jurnalistika ilə məşğul olur. Hər kəs ixtisası üzrə işləsə, daha yaxşı olmazmı? Niderlandda jurnalistika ilə sırf ixtisas sahibləri məşğul olur - hansılar ki, onların peşəkarlığına qəti şübhə ola bilməz, ona görə də onlar nə yazdıqlarını, nədən yazdıqlarını çox yaxşı bilirlər. Niderland hökuməti də bu yazılanları soyuqqanlılıqla izləyir və gərəkən nəticələr çıxartdıqlarına da inanıram.
“Gücün olmasa, səninlə kimsə hesablaşmaz” “Siyasətin olmasa, qılıncını işlətməyə qoymazlar”

Bilirsiniz, Niderlandda sanki insanlar öz aid olduqları missiyanı dürüst bilirlər. Məsələn, adi qarson peşəsinə yiyələnmiş şəxs bilir ki, o, yalnız bu işdə çalışmalıdır. Daha doğrusu, bu işin peşəkarı olmalıdır. O, daha hansısa başqa bir peşədə çalışmaq barədə düşünmür. Əgər başqa işlə məşğul olmağa qərar verirsə, mütləq o sahə üzrə təhsil almağa başlayır.
- Niderlandda demokratiya öz missiyasını necə xarakterizə edə bilir?
- Niderlandda dünyanın müxtəlif ölkələrindən insanlar yaşayır. Orada kimsə kimsənin haqqını tapdaya bilməz. Əgər mən haqlıyamsa, ölkənin baş naziri belə mənim haqqımı əlimdən almağa cəhd etmir. Bu ölkədə hər kəsin hüququ təsdiq olunmuş Konstitusiya və Qanunlarla qorunur. Yaxşı bilirik ki, demokratiya anarxiya demək deyil. Təbii ki, real demokratik şəraitdə hər kəs öz fikrini ifadə edə bilir. Bu yöndə Niderlandda hökumət və hökumətin formalaşmasında rol oynayan partiyalar demokratik meyarlara böyük önəm verirlər.
Diqqət yetirək: Niderlandda müxalifət hakimiyyətin səhvlərini deməkdən qəti çəkinmir, həm də bu dialoq zamanı etik normalar tam gözlənilir, şəxsi məsələlər siyasi müstəvilərə çıxarılmır. Nəticədə, müxalif qüvvələr xalqın hörmətini qazanmış olurlar. Bu, haradasa, bir inam hissi də yaradır. Azərbaycanda necədir? Bunu siz məndən daha yaxşı bilirsiz. Niderlandda siyasi mədəniyyət tam fərqlidir. İqtidarla müxalifət siyasi müstəvidə bir-birlərini tənqid edirlər. Ancaq əks fikirli siyasi partiya liderlərinin, sıravi üzvlərinin və adi insanların bir – biri ilə görüşmələrində, harda olmağından asılı olmayaraq, heç bir problem olmur. Kimsə kimsəni “satqın” və.s. bu kimi aşağılayıcı sözlərlə təhqir etmir. Heç bir iqtidar nümayəndəsi hansısa bir müxalifətçi ilə görüşməkdən çəkinmir, buna görə o cəzalanmır.
- Siz jurnalistsiniz. Bilmək istərdik ki, Azərbaycan mətbuatına hansı rakursdan yanaşırsınız?
- Açığı, mən özümdə o cürəti, o cəsarəti görmürəm ki, Azərbaycan jurnalistikası, Azərbaycan jurnalistləri barədə fikir bildirim, ölkə mediasına qiymət verim. Hər bir fikir subyektivdir. Ancaq etiraf edək ki, Azərbaycan mətbuatında diletantlar daha çoxdur. Səmimi deyək, bu gün Azərbaycan mediasında adi bir cümləni qura bilməyən, ard-arda iki sözü məntiqə uyğun ifadə etməyi bacarmayan şəxslər də çoxluq təşkil edir. Belələrinin yazılarını oxuyanda, nə dediklərini - nədən bəhs etdiklərini anlamırsan. Ancaq mətbuatımızda yetərincə özünə, qələminə, sözünə hörmət edən jurnalistlərimiz var. Hər sahədə olduğu kimi, bu sahənin də arzu olunan səviyyədə olması üçün jurnalistlərin maddi rifahı yüksək olmalıdır. Jurnalistlər kimsədən asılı olmalı deyillər.
- Azərbaycanda diqqət çəkən çatışmazlıqları ölkəmizin gənc müstəqil dövlət olması ilə əlaqələndirmək olarmı?
- Təbii ki, bu halları Azərbaycanın gənc müstəqil dövlət olması ilə əlaqələndirmək olar. Düzdür, bu ölkəmiz 1991-ci ildən müstəqildir. Aradan ötən 24 il tarix üçün o qədər böyük zaman deyil. Lakin bu on illər ərzində yerində addımlamaq da olmaz. İldən-ilə ciddiləşmək, inkişaf etmək müstəqillik qazanmış ölkənin borcudur. Sadə dillə deyək, 5 yaşında uşağa elədiyi səhvi bağışlayırıq, o, 20 yaşında olanda səhv etməməlidir, əgər o yaşda onun etdiyi səhvi bağışlayırıqsa, demək günahkar özümüzük. Bu mənada, Azərbaycan müstəqil dövlət olaraq uşaqlıq dövrünü keçib, hətta gənclik çağlarını başa vurmaqdadır.
Azərbaycanda görülmüş işləri danmaq olmaz. Ancaq çox istərdim ki, neqativ hallara son qoyulsun. Qeyri neft sektoru inkişaf etsin. Ölkədə istehsal sahələri çoxalsın. Əhali işlə təmin olunsun. Bir sözlə, kiməsə Vətənimizi tənqid etməyə əsas verməyək.
- Azərbaycanın sabahına inamınızın hansı həddə olduğunu bilmək istərdik.
- İnanıram ki, Azərbaycan dövlətinin sabahı çox parlaq olacaq. Mən inamlı insanam, pessimist deyiləm. Belə bir fikir var, ən böyük optimist əslində, ən böyük pessimistdir. Bu, nə qədər həqiqətdir, deyə bilmərəm, demək istədiyim odur ki, Azərbaycan mənim də ölkəmdir, onun daha parlaq sabahlar yaşamasını mən də istəyirəm. Bu səbəbdən, arzu edirəm ki, bu ölkənin gələcəyi yaxşı olsun. Bunun üçün edə biləcəyimiz hər şeyi etməliyik. Məni narahat edən məsələlərdən biri budur ki, 7 ildən sonra Bakıya gəlmişəm və insanların üzündə təbəssümü çox görmədim. İnsanların üzlərində daha çox qayğı gördüm.
Düzdür, burada müasir standartlı binalar tikilib, zövq oxşayan işlər görülüb. Lakin sosial zəminin də daha yüksək olması lazımdır ki, insanlar bu templə ayaqlaşa bilsinlər.
“Gücün olmasa, səninlə kimsə hesablaşmaz” “Siyasətin olmasa, qılıncını işlətməyə qoymazlar”

Təbii ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial vəziyyətin düzəlməsi üçün birinci növbədə, ölkənin təhsili normal səviyyədə olmalıdır. İnsanların savadına, dünyagörüşünə dəyər verilməlidir. İrəli adamlı adamlar deyil, bacarıqlı, işgüzar adamlar çəkilməlidir. Yəni işi iş bilənə tapşırmaq lazımdır - atın qarşısına ot, itin qarşısına ət qoymaq gərəkdir. Xülasə, hər kəs yerində olmalıdır.
-Niderland sosial həyat tərzi ilə Azərbaycan sosial həyat tərzini müqayisə etmək olarmı?
- Hər cür müqayisə qüsurludur. Niderlandla Azərbaycanı da sosial həyat baxımından müqayisə etməzdim. Çox fərqli ölkələridirlər bu baxımdan. Niderland insanı sosial baxımdan tam təmin olunub. Doğrudur, burda da aşağı gəlirli insanlar var ki, onlar üçün “Qida Bankı” deyilən təşkilatlar fəaliyyət göstərir. Yaşayış səviyyəsi aşağı olan insanlar burdan həftəlik olaraq pulsuz qida məhsulları ala bilərlər. Niderlandlılar burda belə bir bankların olmasına görə xəcalət çəkdiklərini deyirlər. O baxımdan ki, onlar düşünürlər ki, bu ölkənin insanlarının bu cür banklara ehtiyacları olmalı deyil. Xüsusi qeyd etmək istəyirəm ki, bu cür bankların xidmətindən çox az adam istifadə edir. Ancaq heç olmasa burda bu cür banklar var. Niderlandın sosial həyatından çox danışmaq mümkündür. Qısa olaraq onu qeyd edə bilərəm ki, Niderlandda yaşamaq izni olan hər kəs sosial cəhətdən təmin olunmalıdırlar və olunurlar.
- Özgə köməyindən bəhrə götürmək mümkündürmü?
Mən Azərbaycan xalqına demək istəyirəm ki, özgə gəlib onun torpağını alıb ona verəsi deyil. Əmin olun, nə Amerika, nə Avropa, nə də digərləri Qarabağı ermənidən almayacaq. Bunun üçün xalq özü öz işini həll etməlidir. Necə ki, hakimiyyəti də məhz xalq formalaşdırır.
Açığı, mənə görə dünyanın heç bir dövləti yüz faiz müstəqil deyil. İstənilən dövlətin bu və ya digər şəkildə digərlərindən asılılığı var. Bu mənada, bu gün Azərbaycanda gedən proseslərin bəzisi heç bu dövlətdən də asılı deyil. Təbii ki, dünyada gedən proseslər bu dövlətə təsir etməlidir və edir də. Mən Azərbaycanı dünyanın ən qabaqcıl ölkələrindən biri kimi görmək istəyirəm.
- Vüqar bəy, maraqlı müsahibə üçün sağ olun. Təbii ki, ürək dolu, söz çox, lakin bir qəzet materialı üçün bunlar da yetər.
- Sağ olun ki, mənə vaxt ayırdınız.
Müsahibəyə əlavə:
Bəli, düşüncəli insan bütün əməlləri ilə bir şəfqət abidəsidir. Həyəcan və sevincini əzizləri ilə bölüşəndə qönçə kimi açılar və ətrafa təbəssümlər yağdırar. Ancaq onlarda narahatlığı, kədəri görüncə yarpaq tək saralar, solar və kədərlə inlər. Əminik ki, müsahibimiz Vüqar Abbasovun - real fikirləri ilə çoxlarına görk və nümunə olan bir jurnalistin insan çöhrəsində bu fiziki-ruhi əlamətlər özünü aydın xarakterizə edir. O, vətənpərvər, zəhmətsevər bir insan olmaqla, ürəyini həm də daim xoş niyyətlərə kökləyib, Vətən amili onun üçün ən uca amildir.
“Gücün olmasa, səninlə kimsə hesablaşmaz” “Siyasətin olmasa, qılıncını işlətməyə qoymazlar”

Təbiidir ki, əsl şəxsiyyətlər vaxtdan da, zamandan da ucada dayanırlar. Vüqar Abbasovu da belə gördük. Onun, yaşadığı Niderlandda ölkəmizin adına çalışmaları hər birimizdə qürur hissi yaradır. Təbii ki, ilk tanışlığımızdan kəşf etdik ki, o, təbiətcə dəqiq, dürüst və hər şeyi ölçüb-biçən insandır. Maneələrə rast gəlsə də, öz insan çərçivəsində qalmağı bacarıb. Həyatı, insanları başa düşən bir insan ola bilməyin özü nə qədər çətin və məsuliyyətli bir işdir. Vüqar Abbasov bu yaşda belə bir mərtəbəyə ucala bilib. Allahdan arzu edək ki, həyat, tale bundan sonra da ona nəcib arzular yaşatsın!
Hikmət Məlikzadə,
AYB və AJB-nin üzvü


Paylaş



Bölmə: Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!