Bir İtaliya, 12 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib - YENİLƏNİB .....                        İran Qətərdə ABŞ-a məxsus erkən xəbərdarlıq radarını vurdu .....                        İran Abu Dabiyə raket atıb .....                        İranın müdafiə naziri və SEPAH-ın rəisi öldürüldü - KİV .....                        İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu .....                        İsraildən yeni hücumlarla bağlı XƏBƏRDARLIQ .....                        Müharibəyə görə daha bir ölkədə məktəblər bağlandı .....                        İsrail İranın əsas şəxslərinə zərbə vurdu - KİV .....                        Müharibə Ayətullahın hakimiyyətdən getməsi üçündür - KİV .....                       
4-02-2022, 16:58
Tariximizdən 1 səhifə

Füzuli Baratov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Qədim mənbələrdən məlumat axtaran vaxt Azərbaycanın tarix araşdırmaçıları həmişə eyni çətinliklərlə üzləşiblər. Bu çətinliklər əsasən yazılan məlumatların başqa dillərdə, başqa əlifbalarla yazılmış olduqlarından yaranır. Bundan da başqa, adam haqqında olan məlumatlarda Şərq mənbələrində şəxslərin təxəllüs, familiya, ata adı, soy kök bildirən yazııları seçib ayırmaq üçün hərdən böyük tədqiqat işi aparmaq lazım gəlir. Müasir dövrdən fərqli olaraq, keçmişdə ləqəb, təxəllüslər rəsmi olaraq şahlar, xəlifələr, krallar tərəfindən verilib. Hərdən xalq arasında qeyri – rəsmi ayamalar da yaranıb ki, belə ləqəblər ya bir bədən əlamətinə görə (topal, uzun, çəpgöz və s.), ya istedadına, ya da peşə və xidmətinə görə xalqın verdiyi adlar olub.
Yer adları da həmçinin müxtəlif dillərdə müxtəlif cür səslənib.
Sasanilərin 24-cü şahı olmuş Adil Ənuşirəvan (531 – 579) dövründə yazılıb İsgəndəriyyə arxivlərində saxlanılan sənədlərdə Azərbaycan adı Atropaten kimi yox, Azərbaycan kimi yazılıb. Həmin sənədlərdə Azərbaycanın Gürganla Gilandan şimalda yerləşməsi göstərilir. Mərhum akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun tədqiqatlarında qədim yunan alimi, fiziki, riyaziyyatçısı, coğrafiyaçısı olmuş Ptolemeyin yazılarında Azərbaycan adının və başqa yer adlarının olduğu barədə məlumatlar var. 168-ci ildə vəfat etdiyi bildirilən Ptolemeyin məlumatlarını ermənilər və onlara xidmət edən sapı özümüzdən olanlar Ziya Bünyadovun yazıları ilə birlikdə məhv etdilər.
Azərbaycan haqqında qədim yazıları son dövrlərdə ən çox Ziya Bünyadov tədqiq edib. Onun gəldiyi qənaətə görə məlumatların qədim Azərbaycanın öz qaynaqlarından bizə gəlib çatmadığı üçün Azərbaycanın qədim tarixi yadelli yazılı mənbələrdən öyrənilib. İlk yazılı mənbələr də iki çay arasında (Mesopotamiya) yaranmış piktoqrafiya mixi yazılarıdır.
Eramızdan əvvəl III – I minilliklərdə mövcud olan Şumer, Akkad, Assuriya dövlətləri qədim Azərbaycan ərazisi ilə siyasi və iqtisadi əlaqələr yaratmışlar. Arxivdə Akkad hökmdarlarının salnamələrindəki Azərbaycana olan hərbi yürüşləri haqqında yazılar qorunur. Ziya Bünyadovun tədqiq etdiyi həmin Assur mixi yazılarında Urartu hökmdarları, Aratta, Kutium, Lullubum, Manna və Azərbaycan haqqında məlumatlar var. Həmin məlumatlarda Azərbaycan hökmdarları, yer və məkan adları, əhalinin etnik tərkibi haqqında qiymətli materiallar var.
Bundan başqa Ziya Bünyadov e. ə. V – III əsrlərdə Azərbaycan ərazisi və qədim tayfaları barədə geniş məlumatları Heredotun “Tarix” əsərindən götürmüşdür. Makedoniyalı İsgəndərin hərb yürüşünü yazanlar, sonralar qədim Yunan, Roma tarixçi və çoğrafiyaçıları Strabon, Ptolemey, Plini, Arrian, Kursi Ruf, Ammian Marsellin, Tassit, Yuli Solin və başqaları qədim Azərbaycan əhalisi, çoğrafiyası, siyasi hadisələri, əhalinin məşğuliyyəti, ölkənin yaşayış məntəqələri, dağları, çayları barədə məlumatlar veriblər.
Maraqlı cəhətlərdən biri odur ki, ermənilər tarixdə Alban tarixçisi kim tanınan Moisey Kalankatlının adını dəyişib Moisey Kalankatvatsi kimi yazıb özünü də erməni tarixçisi kimi təqdim edib və “VII əsr erməni coğrafiyası” kitabı yaratmışlar. Saxta yaradılmış erməni tarixində Azərbaycan torpaqlarını Albaniya ərazisi kimi göstərmiş və Azərbaycanın qərb torpaqlarını Ermənistana aid etmişlər.
Azərbaycan haqqında qədim məlumatlar VII əsrdən etibarən ərəb mənbələrində də qorunur. Bu mənbələrdə Azərbaycanın xəritələri, ölkənin şəhərləri, kəndləri, siyasi hadisələri, Azərbaycanın mənşəyi, qədim adı, bu ərazidə qədimdən türklərin yaşaması barədə qeydlər var. Ərəb mənbələrinin müəllifləri də məlumdur. Onlar Bəlazuri, İbn Xordadibeh, İbn Havkəl, Təbəri, Müqəddəsi, Yaqut Həməvi, Məsudi və başqalarıdır.
Oxunması çətin olsa da Azərbaycan ərazisindəki Qobustan qayalarında I əsrdə, 12-ci Roma legionu Domisianın dövrünə aid daş üzərində aşkar olunmuş yazılar burada kimlərin məskunlaşmasından xəbər verir.
Azərbaycan tarixinə aid dəqiq məlumatları tapmaq istəyən gənc tarixçilərə tövsiyə edirəm Ərəb tarixçisi İbn Əl-Əsir və onun sələflərinin əsərlərinin orijinallarını araşdırsınlar. Azərbaycanlı coğrafiyaçı Həmdullah Qəzvini və Azərbaycan tarixçisi Rəşid Əd-Din ərəb tarixçisi İbn Əl-Əsirin yazılarına istinad edib qədim Azərbaycanın coğrafiyası, şəhər, kənd, dağ, çay, təbii sərvətləri, əhalisinin etnik tərkibi haqqında məlumatları kitablarına tarixi sənəd kimi daxil ediblər. Ziya Bünyadovun üzərində işləyib hazırladığı həmin sənədli materialları hamının gözü qabağında ermənilər akademiyanın fondundan çıxarıblar. Həmin yazılarda Azərbaycan ərazisinin Dağıstanla birlikdə Terek çayına qədər olduğu yazılıb. Hətta Əmir Teymur Toxtamış xanı məğlub etdikdən sonra Qumari (Terek çayının şimalında çay, indiki Kumi, rusca Kuma çayı) çayının ətraf ərazilərini dağıstanlı Şamxala ənam kimi bağışlayıb. O kitabda Qassi çayı (İndiki Manas), Albanus (İndiki Samur) çayı, Qubanın Xudat, Niyazabad, Şabran mahalları haqqında, Şabran yaxınlığında Gilhinçayın (İndiki Gilgilçay) sahilindəki qala səddi haqqında məlumatlar var. Məlumata görə Şabran şəhəri yaxınlığında dəniz kənarındakı Əlixanlı kəndindən başlayıb Çıraq kəndində bitən səddin davamı Ata dağından keçib Qonaqkəndin üstündən Baba dağına qədər uzanıb.
Azərbaycanlı tarixçi Rəşid Əd-Din həmçinin öz dövrünün tanınmış tarixçisi olmuş məşhur Roma alimi, eramızın 23-cü ilində doğulmuş Plininin “Təbii tarix” kitabından Azərbaycan tarixi və coğrafiyası haqqında məlumatları öz kitabına köçürmüşdür. O, eramızdan 63 il əvvəl doğulmuş, 44 il yaşayıb eramızdan əvvəl 19-cu ildə vəfat etmiş Yunan coğrafiyaşünası Strabonun “Coğrafiya” kitabından Azərbaycan haqqında olan zəngin materialları öz kitabına köçürmüşdür. Diqqət çəkən cəhət odur ki, kitabda məşhur Pompeyin Azərbaycana hərbu yürüş etdiyi zaman qənimət kimi apardığı yazılı kitabələr, yazılı qızıl əşyalar və müxtəlif yazılar barədə məlumatları Strabonun kitabından köçürüb.
Rəşid Əd-Din 130 – 200-cü illərdə yaşamış məşhur Yunan təbibi və coğrafiyaçısı Kalimusun əsərlərindən Azərbaycana aid məlumatları da öz kitabına əlavə edib.
Ardı var...
4-02-2022, 16:48
Həmzə müəllim məsləhət yerimiz idi.


Kərimov Həmzə Məmmədrza oğlu
(1933-2022)

Onlar əslən Zəngəzur mahalının Qafan rayonunun Şabadin kəndindəndirlər. Atası Məmmədrza kişi 1918-ci ildə Zəngəzurdan qaçqın düşüb. Birinci Dünya Müharibəsinin sonları Zəngəzurda böyük bir çaxnaşma yaranmışdı. Bir tərəfdən bolşevik rusiyası Azərbaycanı yenidən işğal etmək istəyirdi. Osmanlılar isə Azərbaycanda yeni qurulmuş Müsavat hökumətini (A.X.C) müdafiə etməyə gəlmişdir. Kazım Qarabəkir paşanın komandanlığı ilə Naxçıvanda Araz terk Respublikası yaradılmışdır. Ermənilər isə bu qarışıqlıqdan istifadə edib Azərbaycanlılar yaşayan kəndləri yandırır, xalqa zülm edirdilər.
Oxçu, Şabadin, Atqız, Pirdavdan, Buğacıq kəndləri tamamilə yandırılmışdır. Sağ qalan əhali dağlara, meşələrə üz tutub Naxçıvana, Ordubada qaçırdılar. Payızın sonları olduğuna görə hər yer qar idi. Uşaqlar, qocalar yolda donub qalırdılar. Sağ qalanlar “ Qapıcıqdan” aşıb üz tutmuşdular Ordubada. Yurd-yuvasından didərgin düşmüş qaçqınlar türk əsgərlərinə qoşulub Əylis və başqa kəndləri ermənilərdən azad edirdilər. Qaçqınların bir hissəsi Əylis də qalırlar. Qalanları isə Qoruq ərazi sayılan indiki Qoruqlarda ev-eşik, yurd-yuva qurmağa başlayırlar.
Məmmədrza kişi də bu kənddə məskunlaşır. Şura höküməti hər yerdə öz hakimiyyətini qurmuşdur, kəndləri, şəhərləri öz qanunları ilə idarə edirdilər. Kolxozlar yaratmışdılar. Məmmədrza kişi də kolxozda işləməyə başlayır. Az sonra onu ferma müdiri təyin edirlər. Yavaş-yavaş həyat axarına düşür. Məmmədrza kişi Gülüstan nənə ilə ailə həyatı qurur, övladları dünyaya gəlir. Qızları Həqiqət, Səkinə, Qönçə, Nazlı, oğlanları Həmzə və Surxay.
Yavaş- yavaş yaraları qaysaq tutmağa, həyat öz axarına düşməyə başlayırdı ki, 1941- ci il İkinci Dünya Müharibəsi başlayır. 1942-ci ildə növbə Məmmədrzaya çatır. Onu da əsgər aparırlar. Gülüstan nənənin rahatlığı pozulur, uşaqlarla təkbaşına qalır. Bir neçə aydan sonra cəbhədən ərinin “qara kağız”ını alır. Bütün bu çətinliklərə, həyat yoldaşının qara xəbərinə dözə bilməyən Gülüstan nənə 1944-cü ildə dünyasını dəyişir. Bacılarının əri Həmid dayı onun uşaqlarına qayğı göstərir. Uşaqlar ərsəyə gələndən sonra kolxozda işləməyə başlayırlar, qardaşları Surxay lap erkən yaşlarından fermada çalışır.
1951-ci ildə Həmzə müəllim orta məktəbi bitirib Naxçıvan Pedaqoji Texnikumuna daxil olur, oranı bitirdikdən sonra, İmişli rayonuna müəllim işləməyə göndərilir. 2 il orada işlədikdən sonra Ordubada qayıdır. Əvvəlcə Aza kəndində müəllimlik edir. Elə həmin il də Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakultəsinə daxil olur. (Qiyabi). Az müddətdən sonra onu Düylün kəndinə məktəb direktoru təyin edirlər. Həmzə müəllim Qoruqlarla Düylün kəndindəki məsafəni kəsə yolla hər gün gedib-gəlir. Bu məsafə təqribən 5-6 km təşkil edir. Direktor oldğu müddətdə gənc müəllimlərin işlə təmin olunmasına diqqət göstərir. Rayon ərazisində təşkilatçılğı işə fərqlənir. Bunu rayon partiya komitəsində də görürlər. Ona görə də onu rayon partiya komitəsinə 2-ci katib vəzifəsində işləməyə dəvət edirlər. Bu dəvətə, yüksək etimada baxmayaraq o, öz peşəsindən ayrıla bilmir Kənddə qalıb müəllimlik etməyi üstün tutur.

Sonra onu daha yaxın kəndə direkor təyin edirlər. Vəlaver kənd orta məktəbində işləyir. Təqaüdə çıxana qədər bu məktəbdə direktor kimi çalışır. Kənddə hörmət və böyük nüfuza malik idi. Mənim şəxsi həyatımda Həmzə müəllimin həmişə xatırlanacaq xoş xatirələri var. Beləki yetim oğlan idim. Ailə həyatı qurmağımın vaxtı çatmışdı. Qız evinə elçiliyə gedəcək atam olmadığı üçün çox sıxılırdım. O çətin məqamımda Həmzə müəllim sinəsini qabağa verdi. Həm elçiliyə getdi, həm toyun ağsaqqallığını elədi, həm də xeyir duasını verdi. Deyim ki, ayağı da çox düşərli oldu. Mehriban ailə, oğul-uşaq sahibi olduq. Mənim ali təhsil almağımda da onun böyük əməyi var. Tarix fənnindən özü hazırlaşdırırdı məni.
Amma rəhmətlik bir dəfə məni çətinə salıb. Oğlu Etibarın toyunda, heç gözləmədiyim halda, məni tamada təyin elədi. Bir o qədər müəllimlərin, ağsaqqalların, söz ustalarının arasında məni başa çəkdi, urvatlı tutdu. İlk baxışda mənə çətin gəlsə də, daha sözündən çıxmaq olmazdı... İnsafən məclis də pis keçmədi. Özü də razı qaldı. Beləliklə Etibarın toyunda mənə göstərdiyi etimad həyəcan dolu anları ilə xatirəmə əbədi həkk olundu. Bir sözlə Həmzə müəllim bizim məsləhət yerimiz, ağsaqqalımız idi.
Kiçik qardaşı Surxay müəllim də Neft və Kimya İnstitutunu bitirib. Uzun müdət Azər-neftdə geoloq işləmişdir. Təbiətən çox sakit insandır, indi o da təqaüddədir. Həcc ziyarətinə gedib. Hacı Surxaydan soruşdum ki, qardaşın haqqında nə deyərsən? Dedi ki, qonum-qonşular da bilir ki, biz çox mehriban qardaş olmuşuq. Necə deyərlər, aramızdan bir su belə keçməyib. Allah qardaşıma rəhmət eləsin! Bu məqamda Aşıq Şəmkirin 2 bənd şeiri yadıma düşdü:
Qərib ölsəm canı yanan kim olar?
Urvatsız görünər yad ölü qardaş.
Payızda göyərən gülün çiçəyin
Ya şaxta yandırar, ya dolu qardaş.

Şəmşir, günün zərri ayağı bəsdir,
Məni incitdiyin ay yağı bəsdir!
Qardaşın bir quru ayağı bəstir
İstər boş gəlsin, ya dolu qardaş.

Oğlanları Zöhraba, Etibara, Azərə, Elşənə, Elmana və qızı İradə xanıma dərin hüznlə baş sağlığı veririk.
Uşaqların anaları Zərqələm xanım 15 ildir ki dünyasını dəyişib, indi hər ikisi haqq dünyasındadırlar.
Qəbirləri nurla dolsun!
Amin!

Adil Camalov
4-02-2022, 12:10
Təbrizli bəhai müvəqqəti azadlığa buraxılıb

Yanvarın 17-də təhlükəsizlik məmurları tərəfindən Təbrizdə həbs olunaraq ETTELAAT təcridxanasına aparılan bəhai dininə mənsub Sina Şəhri fevralın 2-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.
Sina Şəhrinin evində qanunsuz olaraq məhkəmə hökmü olmadan axtarış aparan təhlükəsizlik məmurları, ona məxsus bir neçə şəxsi əşyanı,o cümlədən bilgisayar və mobil telefonunu götürüblər.
Girov qarşılığında sərbəst buraxılan Sina Şəhrinin nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib.
Ehtimal edilir ki, onun həbs edilməsinə səbə bəhai təriqətinə mənsub olmasıdır.
Yanvarın 22-də isə Sina Şəhrinin xanımı Nigar Nəsiri İran Təhlükəsizlik Nazirliyinin Təbriz bölməsinin “27-ci otaq” kimi tanınan informasiya şöbəsinə çağrılmış, yanvarın 23-də isə dindirilmişdi.
Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.
Məhz buna görə də, son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.

İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.
1979-cu ildə İranda dini hakimiyyət qurulandan bu günə kimi, ölkədə minlərlə bəhai həbs olunub, yüzlərlə bəhai edam edilib və on minlərlə bəhai ölkədən köçmək məcburiyyətində qalıb.
4-02-2022, 12:03
Zəncanda su qıtlığı



Güney Azərbaycanın Zəncan şəhərinin icra başçısı Pərviz Xaliqi şəhər və ətraf kəndlərin əhalisinin qış aylarında da su qıtlığından əziyyət çəkdiyini bildirib.
O, ətraf kəndlərdə əkin yerlərinin suvarılması üçün davamlı problem yaşandığını və bunun həlli üçün tədbir görülmədiyi təqdirdə yaxın gələcəkdə daha ciddi böhranın baş verəcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Zəncan əyalətində su və kanalizasiya sisteminin təkmilləşdirilməsi üçün nəzərdə tutulan layihələr vəsait çatışmazlığı ucbatından yarımçıq qalıb. Əyalətdə su və kanalizasiya sisteminin təkmilləşdirilməsi üçün nəzərdə tutulan layihələri tamamlamaq üçün 2500 milyard tüməndən çox vəsaitin lazım olduğu bildirilir.
Əlirza Cüz Qasimi Zəncan şəhərinin içməli su təminatı üçün nəzərdə tutulan layihələrin də yarımçıq qaldığını, 500 milyard 300 milyon tümən vəsait tələb olunduğunu deyib.
4-02-2022, 11:51
Türkiyə parlamenti Şuşa Bəyannaməsini TƏSDİQLƏDİ


Türkiyə Böyük Millət Məclisi “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini təsdiqləyib.
TBMM-nin sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Şuşa Bəyannaməsi həmin komissiya tərəfindən yüksək dəyərləndirilib və zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim olunub.
Daha sonra Şuşa Bəyannaməsinin təsdiqi ilə bağlı TBMM-də səsvermə keçirilib. Qanun layihəsinin lehinə 266 deputat səs verib.
Qeyd edək ki, Azərbaycan Milli Məclisi Şuşa Bəyannaməsini fevralın 1-də təsdiqləmişdi.
3-02-2022, 18:26
“Sallana-sallana gedən Salatın”

İlham İbadlı,
Lerik rayonu. Politoloq,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.


Çox hörmətli, Ruslan müəllim!

Mən bu yazıya “Ruslanqrad döyüşü Lerikin Dırıq zonasını xilas edə biləcəkmi?” başlığını vermək istəyirdim. Lakin sonradan fikrimdən daşındım. Və yuxarıda qeyd etdiyim başlığı yazdım. Mən rəhbəri olduğunuz Azəriqaz İstehsalat Birliyində təşkil olunan Mətbuat konfranslarında vaxtaşırı iştirak edirəm. Oradakı bütün məsələlərdən bir jurnalist olaraq xəbərdaram. Mənə o da bəllidir ki, bu gün məni bir ziyalı olaraq narahat edən məsələlər siz rəhbərliyə gəlməmişdən qabaqkı dövrlərə təsadüf edir.
Fakt: 2005-ci ildə Lerik rayonunun Ordahal kəndində Qazpaylayıcı stansiya tikilib istifadəyə verilmişdir. Bu günə qədər həmin məntəqədən yalnız bircə Ordahal kəndinin sakinləri istifadə edir. 27 kəndi, 30 minə yaxın əhalisi və 22 minə qədər seçicisi olan bir zonada əhali qazla təmin olunmayıb. Çox sağ olun ki, Dırıq zonasında yerləşən Züvüç kəndi 2022-ci ilin qazlaşması nəzərdə tutulan kəndlərin siyahısındadır. Lakin digər kəndlərdə, mən Dırıq zonasını nəzərdə tuturam, qazlaşma məsələsi barədə müsbət addım yoxdur. Bu məsələlərin hansı mənbədən qidalanması mənə bəlli deyil. Mənə bəlli olan odur ki, yalnız Lerikdən deputat seçilmiş İqbal Fatmaoğlunun dünyaya göz açdığı kənd və digər ona bitişik məntəqələr qazlaşdırıldı. Hətta onun qardaşı Çingiz xanın adına olan müəssisələr harada mövcuddursa, oraya qaz xətti təcilli olaraq çəkilib. Bütün bunlar hamam üsulu ilə dost tutmaq demək deyildirmi? Bu, büdcədən israfçılıq etməkdir.

Mən Mətbuat konfranslarında da bu məsələləri qaldırmışam. Siz xəbərdarsınız. Onu da sizin hüzurunuzda vurğulamışam ki, əslən Lerik rayonundan olan, lakin Bakıdan deputat seçilmiş Hüseynqulu Mirələmovun doğma kəndi də qazsız qalmayıb. Yəni, Lerikin Nuravud kəndinə qaz çəkilib. Bütün bunlar bir yana. Onu da vurğulamaq yerinə düşərdi ki, Lerik rayonunun Qaz İstismarı İdarəsinə yalnız Milli Məclisin adlarını yuxarıda sadaladığım deputatların yaxın qohumları rəhbərlik edib. Ya deputatların qardaşı oğlu, əmisi oğlu, ya da deputatın bacısının qaynı qaz sahəsində rəhbərliyə gətirilib. Bu, nə deməkdir? Lerik rayonunda başqa bir ziyalı, başqa bir təşkilatçı yoxdurmu?

Yazıqlar olsun Sizdən əvvəl bu addımı atanlara. Axı, yuxarıda qeyd etmişəm ki, bu olaylar sizin rəhbərliyinizdən əvvəlki dövrlərdə olub. İndi isə məni jurnalist olaraq bir məsələ maraqlandırır: “Ruslanqrad döyüşü Lerikin Dırıq zonasını xilas edə biləcəkmi?” Təki, belə olsun. Allaha yaxınlığı ilə tanınan leriklilərin dualları, məncə, sizi hifz edəcək. Təki, tutduğunuz yoldan dönməyəsiniz. Lerikin Dırıq zonasından sallana-sallana gedən qaz kəmərlərinə əhali illərdir həsrətlə baxır. Axı, Lerikin Dırıq zonasının hər bir kəndindən, hər bir aulundan ana qaz xətti ötüb keçir. Ötüb keçən qaz
xəttinə həsrətli baxışlar hakim kəsilib. İnanıram ki, qaldırdığım problem tərəfinizdən vaxtında icra olunacaq.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!