Putin Pezeşkiana başsağlığı verdi .....                        53 vətəndaşımız İrandan təxliyə edildi .....                        Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur .....                        İranda minlərlə hədəfi vuracağıq - Netanyahu .....                        Azərbaycan və İran XİN başçıları telefonla danışdı .....                        Xameneinin yerinə o təyin olundu .....                        Xamenei kim idi - DOSYE .....                        İran Hörmüz boğazını açdı .....                        Bu ölkələrin vətəndaşları Azərbaycana təxliyə olundular .....                       
7-01-2022, 15:13
Təhsil niyə düzəlmir? - Əmrullayev nədən başlamalıdır?

Təhsil naziri Emin Əmrullayev ilk növbədə hansı çatışmazlıqları aradan qaldırmalıdır, problemlər əsasən hansı sahələrdədir? Onların aradan qaldırılması istiqamətində hansı addımlar atılmalıdır?

Tanınmış təhsil ekspertləri təhsil sahəsindəki problemlər və onların həlli yolları barədə Bakupost.az -a fikirlərini bildirib, təkliflərlə çıxış ediblər.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov təklif edir ki, strateji baxımdan öncə təhsilin məzmununa diqqət yetirilməlidir.

Professorun sözlərinə görə, təhsilin məzmunu tədris proqramları ilə tənzimlənır. Proqramlar elə tərtib edilə bilər ki, təhsilalan sonda ya ateist, ya dindar, ya vətənpərvər, ya da kosmopolit olar. Bu səbəbdən də təhsilin məzmun, təhsil prosesinin əsas mərkəzi hesab edilir. Təhsilin məzmunu elə olmalıdır ki, şagirdlər şəxsi maraq yox, ictimai maraq daşıyıcıları olsunlar. Biz kamil insan yetişdirməliyik: “Yalan danışmaq, tamahkarlıq, paxıllıq, yekəxanlıq, tənbəllik və s. kimi davranış növlərinin günah olduğunu gənclər orta məktəbdə öyrənməlidirlər. Təhsilin məzmununda Tarix fənni böyük əhəmiyyət kəsb edir. Milli tarixi qədimdən başlayaraq bu günə gəlməklə öyrənməliik, yoxsa bu gündən başlayaraq qədimə getməklə? Birinci halda tarix azyaşlı öyrəncilər tərəfindən dərk edilməz və sevilməz. Sevilməyən tarix kitabları oxunmaz, öyrənilməz. İkinci halda tarix başa düşülər, sevilər və öyrənilər. Çünki öyrəncilərin dərk etmə qabiliyyəti yaşa dolduqca artır. Bu səbəbdən də tarix fənni mənimsənilsin deyə, dərsliklər bu gündən başlayaraq qədimə getmək şərti ilə yazılmalı və öyrənilməlidir. Belə tarix kitabını dövlət başçısının və ya vitse-prezidentin rəhbərlik etdiyi redaksiya şurası altında müəllif kollektivi tərəfindən yazmalıdır ki, subyektiv fikirlər kitabda yer almasın. Fikrimcə, vətənpərvərlik ruhunun toxumları tarix kitabında əkilir və tarix kitabımız, bizim ikinci müqəddəs kitabımız olmalıdır. Bir sözlə, təhsilin məzmununa baxışımız dəyişməlidir”.

Professorun sözlərinə görə, taktiki baxımdan məktəbi idarə edənlərin, yəni məktəb direktorlarının düzgün seçilməsi çox vacib şərtlərdən biridir: “Məktəb direktorlarını ictimai mənafe daşıyıcıları, özünü məktəb işinə qurban verənlərin içərisindən seçilməlidir. Direktorlar nümunəvi əxlaqa sahibi olmalıdır ki, məktəb müqəddəs yerə çevrilsin”.

Ş.Əsgərov bildirib ki, təhsil milli və mənəvi dəyərləri qorumalı və yeni dəyərlər yaratmalıdır. Təhsil keçmiş nəsillərin yaratdığı dəyərləri gələcək nəsillərə çatdırmaq, həm də ötən illərdə buraxılan səhvləri təkrar etməmək missiyası daşıyır: “Ən önəmlisi isə təhsil iqtisadiyyatdan yox, iqtisadiyyat təhsildən asılı olmalıdır. Birinci təhsil sonra iqtisadiyyat gəlməlidir. Belə olan halda təhsil bizi xoşbəxt gələcəyə aparar. İstər öyrəncinin, istərsə də sinifin biliyini ölçmək üçün yeni, dəqiq meyarlar lazımdır. Biliyin qiymətləndirilməsinin xətti şkalası tələbatı ödəmir. Sinifin potensialına nəzarət və müəllimin fərdi fəaliyyətinin monitorinqi üçün yeni meyara ehtiyac var”.
Təhsil eksperti Nadir İsrafilov bildirib ki, Təhsil haqqında Qanunda da qeyd edildiyi kimi, Azərbaycanda təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Ötən illər ərzində təhsilin inkişafı istiqamətində atılan mühüm addımlar bu sahənin prioritet olduğunu bir daha göstərdi. Təhsil sahəsində son on ilin ən mühüm hadisələri Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, habelə bir sıra mühüm qanun və qərarların qəbul edilməsidir. Strategiyanın qəbulu hər şeydən əvvəl təhsilin mövcud durumuna nəzər salmağa imkanı verdi: “Bu mühüm sənəddəki təhlillər göstərdi ki, təhsilin idarə olunmasında başlıca problemlərdən biri təhsildə tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsidir. Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur, dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyil. Bununla yanaşı, təhsil müəssisələrinin rəhbərliyi tədrisin nəticələrinə görə ciddi məsuliyyət daşımır. Təhsil müəssisələrinin maliyyələşdirilməsi təqdim etdiyi təhsilin nəticələrindən asılı deyildir və keyfiyyətə yönəlməyib. Peşəkarlığa əsaslanan stimullaşdırıcı əməkhaqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim nüfuzuna təsir edən amillər sırasındadır. Bütün bunlar nəzərə alınaraq, təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməsi, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkildi. Düzdür, Strategiyanın qəbul edilməsindən keçən müddət ərzində nəzərdə tutulan hədəflərə çatmaq istiqamətində mühüm addımlar atılıb. Hər şeydən əvvəl əsaslı tikinti, təmir, təchizat, bununla bağlı digər infrastrukturlar yaradılıb və daha da təkmilləşdirilib. Təhsil məzmun və formaca yenilənib, təhsildə mütərəqqi metod və müasir texnologiyaların tətbiqi sahəsində xeyli nəzərəçarpacaq işlər görülüb. Təhsil müəssisələrinin rasionallaşdırılması və optimallaşma istiqamətində davamlı işlər gedir. Təhsilin təkmilləşdirilməsi istiqamətində “Təhsil haqqında” Qanununa müvafiq dəyişikliklər edilib, bu məqsədlə yeni sahəvi qanunlar qəbul olunub və s. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” sərəncama dəyişiklik edilməsi barədə” sərəncamı ilə Təhsil Nazirliyinin regional idarələri yaradıldı. Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verildi ki, bu da şübhəsiz ki, təhsilin idarərtemə problemlərinin həllinə təsirsiz ötüşməyəcək. Prezidentin "Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında" sərəncamı isə təhsil işçilərinin maddi.cəhətdən stimullaşdırılmasına növbəti töhfədir”.
Ekspert qeyd edib ki, bununla belə təhsil sahəsində həllini gözləyən problem xarakterli bir sıra məsələlər hələ də qalmaqdadır ki, bunların da yoluna qoyulmasının müəyyən zamana ehtiyacı var. Təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, məktəbə hazırlıq təhsilinin icbariliyinin təmin olunması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə tam əhatəsinin təmin edilməsi, 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması, səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlmiş və təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə kurikulumların yeniləşdirilməsi, qiymətləndirmə mexanizminin təkmilləşdirilməsi, təhsil sistemini idarə edən orqanların səlahiyyətlərinin, funksiyalarının və məsuliyyətinin dəqiq müəyyənləşməsi, idarəetmə prosesində şəffaflığın və maraqlı tərəflərin iştirakının təmin edilməsi və bu kimi digər məsələlər yəqin ki, yaxın perspektiv üçün gündəm olacaq: “Şagirdlərin dərs yükünün ağırlığı, məktəb-valideyn münasibətlərində olan soyuqluq, repetitorluğa qeyri-rəsmi fəaliyyət sahəsi, kölgə təhsilinin atributu kimi baxılması, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılması, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunması, müəllimlərin və məktəb direktorlarının işə qəbulu imtahanının məzmununda dəyişiklik edilməsi, müəllimlərin dərs yükünün qanunvericilik əsasında tənzimlənməsi, diplomu dövlət nümunəli olmayan müəllimlərlə bağlı süründürməçiliyə son qoyulması və bir çox bu kimi narahatçılıq və narazılıq doğuran məsələlərin həlli də gözləniləndir”.
N.İsrafilov vurğulayıb ki, ən başlıcası kadrlar nə qədər düzgün seçilib yerləşdiriləsə, problemlər də bir o qədər az olar.
Təhsil ekspert Elçin Əfəndi isə təklif edib ki, Təhsil Nazirliyi tərəfindən məktəblərə direktor seçimi prosesinə şəffaf yanaşılmalıdır. Ümumtəhsil müəssisələrində çalışan pedaqoji heyyətin tam tərkibdə eyni ixtisasa sahib olmasına diqqət yetirilməlidir. Yəni müəllimlər ixtisasları üzrə tədrisə cəlb olunmalıdır. Coğrafiya müəllimi məktəb psixoloqu işləməməlidir. Ekspert bildirib ki, dərslik sahəsində də ciddi islahatların aparılmasına ehtiyac var: “Hazırda dərsliklərin hazırlanması ilə bağlı ciddi problemlər var. Təəssüf ki, yeni təhsil sisteminə keçiddən sonra qarışıqlıq yaranıb. Əvvəl bir mövzu bir dərslikdə yer alırdı. Amma indi demək olar ki, həmin mövzu barədə bir neçə sinif dərsliyində məlumat öz əksini tapır. Məsələn, şagird isim mövzusunu həm beş, həm altı, həm də yeddinci sinifdə öyrənir. Bu düzgün deyil. Halbuki əvvəlki dərsliklərdə bu yalnız bir sinif dərsliyində yer alırdı. Aşağı siniflərdə, xüsusilə də birinci siniflərdə şagirdlərin dərs yükü ağırlaşdırılıb, çətinləşdirilib. Dərsliklərin hazırlanmasında əsas şərtlərdən biri olan şagirdlərin yaşı sanki nəzərə alınmayıb. Bu da elə ilk siniflərdən şagirdi əlavə hazırlığa , repetitora yönəltməyə imkan yaradır. Biz şagirdin birinci sinifdən repetitorluğa üz tutmasına şərait yaradırıq. Şagirdə lazım olan biliklərdən əlavə ona lazım olmayan biliklərin verilməsi, ümumiyyətlə çətinlik qarşısında şagirdi üz-üzə qoymaq yolverilməzdir. Dərsliklərə bağlı ciddi və əməli tədbirlər görülməlidir. Buna doğurdan da cox böyük ehtiyac var. Dərsliklərin və tapşırıqların çətinləşdirilməsi şagirdlərin əlavə məşğələlərə, müəllim yanına getməsinə imkan yaradır. Əgər bu problem həll edilsə şagirdlərin də əlavə hazırlıga, repetitor yanına getməsinə ehtiyac qalmaz”.

Bütöv.az
7-01-2022, 15:09
Ayaz Mütəllibov nitq qabiliyyətini itirdi

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov nitq qabiliyyətini itirib.

Bütöv.az modern.az-a istinadən xəbər verir ki, uzun müddətdir səhhətində problem yaşayan siyasətçinin adından mətbuata verilən açıqlamalar köməkçisi tərəfindən hazırlanır.

Bildirilir ki, 84 yaşlı A.Mütəllibov dəfələrlə edilən zənglərə belə, cavab vermək iqtidarında deyil.
7-01-2022, 15:02
İlham Əliyev rusiyalı deputatın Qarabağa qanunsuz səfəri ilə bağlı Medvedevə məktub göndərdi

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycan ərazilərinə növbəti dəfə qanunsuz səfər edib.

Hakim “Vahid Rusiya” partiyasının üzvü Yeni il günlərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərə qeyri-qanuni səfər edərək, orada bir sıra görüşlər keçirib.

APA-nın əldə etdiyi məlumatına görə, onun bu addımı Azərbaycan rəhbərliyinin kəskin etirazına səbəb olub.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiya üzvünün Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə qəti etirazını bildirib.

Qeyd edək ki, V. Milonov bundan əvvəl də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı dəfələrlə hörmətsizlik nümayiş etdirib.

Bütöv.az
7-01-2022, 13:00
Qazaxıstanda dəhşət: Onlarla etirazçı öldü - VİDEO

Qazaxıstanda ötən gecə də gərgin keçib.

Metbuat.az xəbər verir ki, hərbçilər səsgücləndiricilər vasitəsilə nümayişçilərə Respublika meydanından çıxması, əks halda atəş açılacağı barədə xəbərdarlıq edib. Ardınca ərazidə atışma səsləri eşidilib. Ölənlərin və yaralıların olduğu bildirilir. Ümumiyyətlə aksiyalar başlayandan bəri Almatı şəhərində baş verən toqquşmalar zamanı onlarla etirazçı həlak olub. 1000-dən çox yaralı var.

Türkiyənin Milliyet qəzetinin məlumatına görə, etirazçıların əksəriyyəti dövlət binalarına daxil olmağa çalışarkən baş verən qarşıdurma zamanı həlak olublar. Şəhərdə gərginlik davam edir. Qeyd edək ki, rəsmi açıqlamalara görə, toqquşmalar zamanı 18 hüquq-mühafizə əməkdaşı həlak olub. 300-dən çox polis xəsarət alıb.



Bütöv.az
7-01-2022, 11:18
Narkotik satan şəxslər saxlanıldı - VİDEO

Abşeron rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfərdən 7 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bütöv.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Həyata keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər – Abşeron rayon sakinləri Məhəmməd Səmədov və Elnur Xəlilov saxlanılıblar. M.Səmədovdan 4 kiloqram 153 qram, E.Xəlilovdan isə 470 qram narkotik vasitə olan marixuana aşkar edilib. Araşdırma zamanı bu şəxslərin narkotik vasitələrdən istifadə etməklə yanaşı Abşeron rayonu ərazisində satışını də təşkil etdikləri məlum olub. Saxlanılan şəxslərdən biri Məhəmməd Səmədov əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilib.

Faktlarla bağlı bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Abşeron rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

7-01-2022, 11:16
“Caliber”in Qazaxıstanda baş verənlər haqqında analitikası: “SSRİ 2.0 layihəsi qüvvədədir” - VİDEO

“Caliber” hərbi-analitik layihəsinin yeni videosüjeti Samir Vəliyevin “SSRİ 2.0 layihəsi” yazısının təhlilinə və Rusiya Federasiyasının Qazaxıstandakı son hadisələrə dair yanaşmasına həsr edilib.

Videomaterialda Rusiya dövlət telekanallarının SSRİ nostalgiyasına yönəlik müəllif verilişlərinə diqqət çəkilir, Kremlin SSRİ-nin reanimasiyası istiqamətindəki fəaliyyətinə toxunulur.

Daha ətraflı “Caliber”in süjetində:



Bütöv.az
7-01-2022, 11:13
“Neftçi” və “Qarabağ”ın sabiq yetirməsi “Olimpiakos”da oynayacaq?

“Səbail”in futbolçusu Turan Manafov legioner həyatı yaşayacaq.

Bütöv.az xəbər verir ki, 23 yaşlı sol cinah müdafiəçisi karyerasını Yunanıstanda davam etdirəcək.
Gənclər millimizin (U-21) sabiq üzvü Volos “Olimpiakos”u ilə anlaşıb. Yunanıstanın ikinci Super Liqa (I divizion) təmsilçisi cinah oyunçusu ilə müqavilənin şərtlərini razılaşdırıb. Onun yaxın günlərdə Volosa yollanması və tibbi müayinədən keçməsi gözlənilir. Manafov daha sonra yeni komandasına qoşulacaq.

Lakin “Səbail”in mətbuat xidmətinin rəhbəri Mehriban Mürsəlova saytımıza onun klubla mövsümün sonunadək müqaviləsinin olduğunu və bu məlumatın doğru olmadığını bildirib.

Qeyd edək ki, 2019-cu ildən “Səbail”də çıxış edən Turan Manafov “Neftçi”nin yetirməsidir. “Qarabağ”ın aşağı yaş komandasında da çıxış etmiş Turan “Sumqayıt” və “Zaqatala” klublarında peşəkar futbolçu həyatı yaşayıb.
7-01-2022, 11:10
Qazaxıstan prezidenti bir neçə saatdan sonra xalqına müraciət edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün ölkədəki vəziyyətlə bağlı xalqa müraciət edəcək.

“Bu gün nahar vaxtı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqına müraciət edəcək”, - dövlət başçısının rəsmi nümayəndəsi Berik Uali bildirib.

Bildirilir ki, müraciət dövlət telekanallarının efirində yayımlanacaq.

Mənbə: Xabar 24

Bütöv.az
7-01-2022, 11:07
Almatıda ŞİDDƏTLİ ATIŞMA gedir: Küçələr cəsədlərlə doludur - VİDEO

Qazaxıstanın Almatı şəhərində toqquşmalar yenidən başlayıb.

Bütöv.az xəbər verir ki, şəhərdə intensiv silah səsləri eşidilir. Aksiya iştirakçıları “Mir” telekanalının binasını ələ keçirərək, barikadalar qurublar. Həmçinin, Respublika meydanında da barrikadalar qurulub. Hərbçilərə ciddi müqavimət göstərilir.
Toqquşmalar zamanı çox sayda insanın həlak olduğu deyilir. Cəsədlərin küçələrədə qaldığı deyilir. Rəsmi açıqlama yoxdur.

7-01-2022, 11:03
Prokuror Eldar Həsənova 11 il HƏBS İSTƏDİ

Sabiq səfir, eks-Baş prokuror Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.

Modern.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Anar Nəsibov çıxış edib.
Prokuror təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə (179.3.2), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya əmlakı leqallaşdırma (193-1.3.2), vəzifə səlahiyyətlərindən sui-istifadə (308.2), dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə (308-1.1) və vəzifə saxtakarlığı (313) maddələri ilə verilmiş ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirildiyini bildirib.
O, toplanmış kifayət qədər sübut və dəlilləri, həmçinin şahid ifadələrini əsas gətirərək, Eldar Həsənovun elan olunmuş maddələrlə təqsirli bilinməsini və 11 il azadlıqdan məhrum edilməsini tələb edib.
Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyiblər.
Qeyd edək ki, Eldar Həsənov məhkəmədə dörd vəkillə müdafiə olunub: Adəm Məmmədov, Cavad Cavadov, Cəlil Mirzəyev, Valeh Mehralıyev.
Sabiq səfir məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyib.
Xatırladaq ki, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Buna görə Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.
Eldar Həsənov 1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə Baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professordur.
Eldar Həsənov 2001-ci il martın 28-dən Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfir Eldar Həsənovun tutulduğunu açıqlayıb.
Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib.
Eldar Həsənova maliyyə pozuntularına yol verilməsi, dövlətə külli miqdarda ziyan vurulması üzrə ittihamlar irəli sürülüb.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!