Bayramov Sudani ilə bir arada .....                        İlham Əliyev Moskvaya getməyəcək .....                        Mehriban Əliyeva baş katibin xanımı ilə görüşdü .....                        Bakıda mühüm sənəd imzalandı .....                        İlham Əliyevlə To Lam mətbuata birgə bəyanatla çıxış edirlər .....                        Cəlilabadda maşın 10 yaşlı məktəblini vurub öldürdü .....                        İran xarici işlər naziri Hindistana getdi .....                        Hacıqabulda bu əraziləri su basıb, 2 nəfər təxliyə edilib - VİDEO .....                        Hindistanın təxribatı beynəlxalq konvensiyalara da ziddi idi - VİDEO .....                       
7-10-2021, 21:28
Sahibə Qafarova Slovakiyada rəsmi səfərdədir

Oktyabrın 7-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Slovakiyaya rəsmi səfəri başlayıb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri - Sadiq Qurbanov, Musa Quliyev, Zahid Oruc, Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Anar Məmmədov, deputatlardan Sədaqət Vəliyeva, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Oktyabrın 7-də Milli Məclisin Sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Bratislava şəhərinin Beynəlxalq Aeroportunda ölkəmizin Slovakiyadakı səfiri Rövşən Sadıqbəyli və bu ölkənin rəsmi şəxsləri qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin Slovakiya Respublikasının Baş naziri, Milli Şuranın sədri, ölkənin xarici işlər naziri ilə görüşləri nəzərdə tutulub.

Səfər oktyabrın 9-da başa çatacaq.

Butov.az
7-10-2021, 17:07
“Müharibə veteranı” adının verilməsi qaydasına DƏYİŞİKLİK

“Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə” dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara edilən dəyişikliyə əsasən, Əsasnamənin “Müharibə veteranları” hissəsinə yeni bənd əlavə edilib.

Yeni bəndə görə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçularına münasibətdə müharibə veteranı adının və vəsiqəsinin, habelə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı olmasına dair arayışın verilməsi üçün, Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin hesablanması və ödənilməsi , Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi , “Evdə (səyyar) sosial xidmətin göstərilməsi, Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi, Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması üçün maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nə də müraciət edə bilər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə şəhid ailələrinin üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə göstərilən xidmətlərin vahid məkandan həyata keçirilməsini təmin etmək məqsədilə “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri” yaradılıb. Fərmanda sözügedən mərkəzlərdə göstəriləcək xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı, habelə həmin xidmətlərin göstərilməsi qaydası müəyyən olunub.

Butov.az
7-10-2021, 17:01
Xoşqədəmdən YENİ XƏBƏR

Bir müddət əvvəl Xəzər TV ilə yollarını ayıran əməkdar jurnalist Xoşqədəm Hidayətqızının yeni çalışacağı kanal məlum olub.

Butov.az Manset.az-a istinadla xəbər verir ki, məşhur teleaparıcının artıq ARB TV rəhbərliyi ilə görüşdüyü və razılığa gəlidikləri bildirilib.
Hidayətqızının öz kollektivi ilə noyabrın əvvələrində efirə başlayacağı bildirilib.
7-10-2021, 16:43
İlham Əliyev pakistanlı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev pakistanlı həmkarı Arif Alviyə başsağlığı məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Ölkənizin Bəluçistan əyalətində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Butov.az
7-10-2021, 12:22
İlham Əliyev və Vladimir Putin bölgədəki vəziyyəti müzakirə etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib, ona ölkənin inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı bölgədəki vəziyyət müzakirə edilib.

Butov.az
7-10-2021, 12:15
Payız xurmasının faydaları

Xurma hazırda ən aktual və çox satılan mövsüm meyvəsidir. Bu dadlı şərq meyvəsini uşaqlar da, yaşlılar da eyni dərəcədə sevir.

Butov.az medicina.az-a istinadən xəbər verir ki, mütəmadi xurma istifadə etsəniz, onun sayəsində bir çox xəstəliklərin qarşısını almaq olar. Lakin özünün bütün cəlbedici və faydalı xüsusiyyətləri ilə bərabər xurmanın zərərli tərəfləri də var.

Orqanizmə ümumi təsiri

Xurmada olan kaxetin və polifenollar iltihabönləyici və antinakterial xüsusiyyətlərə malikdir. Faydalı tərkibi sayəsində meyvə qrip və soyuqdəymə kimi mövsüm xəstəliklərindən orqanizmi müdaifə edir.
Narıncı piqment - beta-karotin isə tənəffüs sistemi orqanlarına müsbət təsir göstərir, xüsusilə də ağciyər iltihabını və bronxitin ağırlaşmasının inkişafına yol vermir.

Ürək-damar sistemi

Xurmanın tərkibindəki yüksək kalium və maqnezium ürək və damarların normal işini qorumağa kömək edir. Bu maddələr bədən üçün olduqca vacibdir, çünki ürək əzələsinin hüceyrələri maddələr mübadiləsində iştirak edir və onları enerji ilə təmin edirlər. Onlar miokard funksiyasını tənzimləyir, bu səbəbdən də xurma istifadəsi imkan verir ki, onu aritmiya və ürək çatışmazlığının təbii profilaktikası adlandıraq.

Sidik kisəsi xəstəliyinin müalicəsində

Xurmada olan maqnezium böyrəklərdə daşların yaranma ehtimalını azaldır, orqanizmdən natrium və duzu çıxartmağa kömək edir. Bu məhsul sidikqovucu və bir çox xüsusiyyətləri sayəsində bədəni tonusda saxlayır.

Anemiya

Xurmanın ləti bu xəstəliyin müalicəsinə yaxşı kömək edir, çünki onun tərkibində çoxlu sayda dəmir var. Meyvə xüsusilə dəmir elementi çatışmazlığından əziyyət çəkən gələcək analar üçün vacibdir.

Xərçəng əleyhinə

Xurma xərçəng yaradan hüceyrələrin inkişafına mane olur. Bu da meyvənin tərkibində hüceyrə strukturlarını dağıdan, azad radikallarla mübarizə apara biləcək çox güclü antioksidant olan beta-karotinlə izah olunur.

Əks təsiri

Piylənmə və şəkərli diabet

Xurmada çoxlu sayda şəkər olur, odur ki, artıq çəkili insanlara, həmçinin şəkər xəstələrinə xurma yemək məsləhət görülmür.

Üç yaşına qədər uşaqlar

Üç yaşadək uşaqlara xurma verməmək daha yaxşıdır, çünki onlarda bu yaşda mədə şirəsinin normal ifzarı formalaşmayıb. Bu səbəbdən də lif hissəcikləri mədəyə yapışa və qarında ağrılara səbəb ola ilər.

Allergiya

Mütəxəssislər yoda yüksək həssaslığı olan insanlara xurma yeməyi məsləhət görmür. Belə hallarda o, allergik reaksiyaların müxtəlif təzahürlərini yarada və ziyan vura bilər. Yoda qarşı allergiya ən çox uşaqlarda rast gəlinir, lakin böyüklərə də xeyli pis təsir göstərir.

Kariyes

Xurma yedikdən sonra ağız boşluğunu yaxalamaq və dişləri təmizləmək lazımdır, çünki karies riski böyükdür.

Bağırsaq işinin pozulması

Mədə və bağırsaqlarda əməliyyat keçirən insanlara xurmadan imtina etməyə dəyər. Həddindən artıq xurma istifadəsi bağırsaq işinin pozulmasına gətirib çıxarır.
Məsələ ondadır ki, xurma qabığında çoxlu sayda taninlər saxlanılır. Bitki mənşəli bu maddələr aşılayıcı və büzücü xüsusiyyətlərə malikdir. Taninlər mədənin spesifik mühitində həzm edilməyən hissəcik qruplarını meydana gətirə bilər.
7-10-2021, 11:33
Yeni tikililər mərkəzi istilik sisteminə qoşula bilər?

"Yeni binalar tikilərkən mərkəzləşmiş qaydada istilik təchizatına qoşulmaq üçün müraciət edə bilərlər”.

Sfera.az xəbər verir ki, bunu açıqlamasında "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, bunun üçün öncə binadaxili istilik sistemi qurulmalıdır:

"Bundan sonra biz texniki şərtlər çərçivəsində yaxınlıqda yerləşən istilik sisteminə qoşulmanı təmin edirik. Lakin bəzi MTK-lar özləri fərdi şəkildə qazanxanalar tikir. Mərkəzi istilik sisteminə qoşulma məcburi olmadığı üçün biz sadəcə bu istiqamətdə tövsiyə verə bilərik".

Paytaxtın bəzi yerlərində köhnə tikililərin sökülməsi ilə əlaqədar mərkəzi istilik sisteminin əhatə dairəsinin daralmasına gəlincə isə qurum rəsmisi ciddi azalma olmadığını bildirib:

"Bu gün sökülən köhnə tikililər əsasən birmərtəbəli, ikimərtəbəli evlərdir. Doqquzmərtəbəli binaların söküntüsü demək olar aparılmır. Sökülən beşmərtəbəli binaların sayı isə az olduğundan, bu, ümumi faizə çox cüzi təsir edir. Həmçinin mərkəzi istilik təchizatına yeni binaların qoşulması ilə vəziyyət kompensasiya olunur".

(Trend)

Butov.az
7-10-2021, 11:22
Ocaqnejat Azərbaycanı tərk edib

İran İslam Respublikasının ali rəhbəri Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejat Azərbaycanı tərk edib.

Axar.az xəbər verir ki, bu barədə “BBC Azərbaycanca”ya İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, Ocaqnejat bir aydır ki, Tehrandadır.

Xatırladaq ki, oktyabrın 5-də polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür.

Qeyd edək ki, Ocaqnejatın ofisi Hüseyniyyə məscidində yerləşir.

Butov.az
7-10-2021, 11:11
Ağcabədi rayonunda rəzalət- İcra başçısı uşaq bağçasında işləyən qadınlar arasında “test” imtahanı keçirir…

İcra başçısı deyib ki, kim işdən çıxmaqla bağlı ərizə yazmasa, onlarla özüm məşğul olacam…

Rafil Hüseynov, yəqin ki, “Tütək səsi” filmindəki “əsgər ailəsi” yadındadır…

Ağcabədi sakini Günel Yusif qızı Mehdiyevanın Gundelik-Bakıya səsli müraciəti daxil olub. Müraciəti olduğu kimi dərc edirik.

Mən Günel Yusif qızı Mehdiyeva Ağcabədi rayonunun Hacıbədəlli kəndində yaşayıram. Atam Qarabağ müharibəsində şəhid olub. 15 ildir Səməd Vuğun adına uşaq bağçasında işləyirəm.

Həyat yoldaşım Novruzov Qabil Əfqanıstan müharibəsi veteranıdır.

Həyat yoldaşıma Rusiya məhkəməsinin qərarı ilə 10 il həbs cəzası verilib.

Həyat yoldaşım artıq həbs cəzasının 5 ilini Rusiyada çəkib.

Bir sözlə, ailə başçısı olmayan başsız qadınam.

Dediyim kimi, 15 ildir uşaq bağçasında işləyirəm, hazırda 208 manat maaş alıram. Onun 150 manatını kredit verirəm. Anamın köməkliyi ilə birtəhər yaşayıram.

Rafil Hüseynov Ağcabədiyə icra başçısı gələnədək öz həyatımızı birtəhər yaşayırdıq.

Rafil Hüseynov 2019-cu ildə Ağcabədiyə icra başçısı təyin olunandan sonra bizim qara günlərimiz başladı.

Belə ki, icra başçısı Rafil Hüseynov bizi icra hakimiyyətinə dəvət edərək sorğu-sual edir, elə suallar verir ki, heç bizim sahəyə dəxli yoxdur.

Sorğu-sualdan sonra bizim qarşımızda şərt qopyulur: Ərizənizlə işdən çıxmalısınız.

Yəni biz icra başçısının tapşırığı ilə guya könüllü işdən çıxmalıyıq.

Biz axı niyə işdən çıxmalıyıq ?

Hansı səbəbə görə, işimizi itirməliyik ?

Mənim 15 illik əmək stajım var.

İşdən çıxsam, mən nə ilə dolanmalı, hansı pulla yaşamalıyam ?

Axı, dedim ki, həyat yoldaşım həbsdədir, hər ay 150 manat kredit verirəm, anamın köməkliyi ilə yaşayıram.

Biz ərizə yazmadığımız üçün icra başçısı göstəriş verib ki, könüllü ərizə yazmayanların maaşlarını kəsin, qoy məcbur olub işdən çıxmaqla bağlı ərizə yazsınlar.

Hazırda bizim bağçadan 3 nəfərə deyilib ki, işdən çıxmaqla bağlı ərizə yazaq.

Onlardan biri icrada işləyən Səfərin qohumudur. Ona dəymirlər. Bizi, yəni məni və iş yoldaşım Abbasova Fəridə Sumbat qızını kimsəsiz görüb bizə təzyiq edirlər.

İcra başçısı bizi başsız görüb bizi incidir.

Görəsən, icra başçısı Rafil Hüseynov biz başsız qadınlardan nə istəyir ?

Biz artıq bezmişik. İş yoldaşım olan qadınlardan biri deyir ki, özümü yandırıb öldürəcəm.

İcra hakimiyyətində işləyən Sevinc xanım bizə deyir ki, icra başçısı sizi yanına çağırır…

İcra başçısı deyib ki, əgər ərizə yazmasalar özüm bilirəm nə edəcəm…

Görəsən, icra başçısı bizə nə edəcək ?

Biz ehtiyat edirik, qorxuruq…

Redaksiyadan: Cənab Rafil Hüseynov !

Yəqin ki, “ Tütək səsi” filminə baxmısan. Əsgər ailəsinə, şəhid qızına problem yaratmağın nə olduğunu bilirsən ?

Biz Gundəlik-Bakı olaraq təkcə bu məsləni deyil, ümumiyyətlə, şəhid və asgər ailələri ilə bağlı bütün məsələləri gündəmdə saxlayıb, sonuna çıxmağa çalışacağıq.

Biz imkan verməyəcəyik ki, kimlərsə əllərində olan səlahiyyət resurslarından istifadə edib cənab Prezidentimizin gördüyü tarixi işlərə kölgə salmağa çalışsınlar.

Bildinmi, Rafil Hüseynov ?

(Gundəlik-Bakı)

Butov.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!