Azərbaycan matçında bədbəxt hadisə .....                        Cənubi Koreyada hərbi vəziyyət: küçələrə texnika yeridildi .....                        Utilizasiya portalı istifadəyə verildi .....                        Rüfət Səfərov saxlanıldı - Rəsmi AÇIQLAMA .....                        Zaxarova Zelenskini aşağıladı .....                        Cənubi Koreyada hərbi vəziyyət elan edilib .....                        Cənubi Koreyada hərbi vəziyyət elan edilib .....                        NATO Baş katibi Gürcüstan hökumətinə çağırış etdi .....                        Masazırda arvad ərini öldürdü .....                       
Tarix : 21-12-2021, 14:45
Naxçıvan Xanı haqqında BALLADA... - Və yaxud Muxtar Respublikanın GÖZÜ...

Dünyanın indiyədək gəlib-keçmiş ən aktiv diplomatı kimdir, bilirsinizmi?

Xeyr, bilmədiniz. Gözünüz müxtəlif ölkələrin diplomatiya tarixi kitablarını da axtarmasın. Diplomatiya tarixində bu adı qazanmağa layiq yeganə bir şəxs var, o da bizim lap yaxınlığımızda yaşayır. Bəlkə də bir çoxlarımız onunla Bakının müxtəlif marketlərində, küçələrində qarşılaşırıq. Amma bu gizli qəhrəman barədə heç nə bilmədiyimizdən onu tanıya bilmirik. Ürəyinizi çox sıxmadan adamın adını zikr edirəm: Naxçıvan MR-nin Bakıdakı nümayəndəsi Bəxtiyar Əsgərov.


Adam, demək olar ki, hər gününü bir səfirlə görüşə həsr etməklə dünya rekordu qırır. Sizi inandırım, dünyanın ən təcrübəli diplomatı sayılan, 1996-cı ildən 2006-cı ilə qədər BMT-nin Baş katibi vəzifəsini icra edən Kofi Annan belə, həyatı boyu bu performansı sərgiləyə bilməyib. Yəqin ki, Bəxtiyar Əsgərovun bu rekordunu qırmaq qiyamətə qədər də heç kimə nəsib olmayacaq.

Sual oluna bilər: Naxçıvanın Daimi Nümayəndəliyi nədir, hər gün bir səfirlə görüşmək nə? Axı Naxçıvanın Daimi Nümayəndəliyinin təyinatı Azərbaycan icra strukturları ilə Muxtar Respublikanın əlaqəsini yaratmaq, bəzi rəsmi prosedurları həyata keçirməkdirsə, Bəxtiyar Əsgərovun xarici ölkələrin səfirləri ilə nə işi ola bilər?

Açığı, 2020-ci il 7 yanvar tarixində bu sual bizi də xeyli maraqlandırdığından kiçik bir araşdırma aparıb istər Muxtar Respublika rəhbərliyindən, istərsə də rəsmi Bakıdan bu müəmmanın sirrini soruşmuşduq. Üzərindən hardasa 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də sualımıza cavab gözləyirik. Görünən budur ki, sualımız xeyli qəliz olduğundan nə XİN, nə də Naxçıvan MR rəsmiləri hələ də məsələyə aydınlıq gətirə bilmir. Nə etməli, biz də eyni sualı təkrar gündəmə gətirib yenə bir neçə il təkrarən cavab gözləməyə məhkumuq.

Naxçıvan Daimi Nümayəndəsinin qeyri-adi diplomatik qabiliyyətindən bəhs edən həmin yazını təkrarən diqqətinizə çatdırırıq.

Bir müddət əvvəl xəbər vermişdik ki, 7 iyul 2018-ci il tarixində Naxçıvan Muxtar Respublikasının facebookdakı rəsmi səhifəsində Vasif Talibov Heydər Əliyevdən sonra dövlətçilik təcrübəsinə sahib ən bacarıqlı şəxsiyyət elan olunmuşdu. Statusda eynilə belə deyilirdi:
“Heyder Eliyevden sonra En bôyük İnsan Cenab Sedrimizdır !

Dôvletçilık mübarizesınde bacarıqlı, genış dünyagörüşe sahıb dövlet xadimi kımi formalaşan Cenab Vasif Talıbov - Muxtar Respublıkamızın GÔZÜDÜR.

Heydər Əliyevdən sonra Xalqını və Azərbaycanı Heydər Əliyev qədər sevən ən böyük İnsandır. Allah Cənab Sədrimizi bu Dövlətə və Millətə çox görməsin..”
Doğrusu, bu statusdakı təsnifata hazırkı ölkə başçısı İlham Əliyevin adının salınmaması bizə təəccüblü gəlmişdi. Axı necə ola bilər ki, YAP məntiqiylə yanaşanda Heydər Əliyevin ən böyük mirasçısı kimi qəbul olunan və 15 ildir (2018-ci ildə hakimiyyətə gəlişinin 15-ci ildönümü tamam oldu) ölkəni idarə edən İlham Əliyev Muxtar Respublika ideoloqlarının yadından çıxsın?

Beynimizi qurcalayan bu sualın cavabını axtarışımız uzun sürmədi. Əldə etdiyimiz dəqiq məlumatlara görə, bu status gəlişigözəl yazılmayıbmış. Sən demə, həmin dövrlərdə ölkə başçısının səhhətində problemlər yarandığı barədə hakimiyyət kluarlarında dedi-qodular yayılmağa başlayıbmış. Hətta bu şayiələt müxalif mediaya da ötürülmüş və cəmiyyət yeni dəyişikliklərə hazırlanırmış.

Sonradan yalan olduğu ortaya çıxan bu iddialar hakimiyyət dairələrində yeni lider axtarışına yol açıbmış. Ciddi müzakirələrin getdiyi həmin dövrdə Naxçıvan Muxtar Respublikasının isə, sözsüz ki, özünəməxsus namizədi olub – Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov.

Təsadüfi deyil ki, 2017-ci ilin sonlarından etibarən Naxçıvanın Daimi Nümayəndəliyinin də xeyli aktivləşdiyi müşahidə olunub. Məlumata görə, özünü hər yerdə “Heydər Əliyevin ən gənc dostu” kimi qələmə verən Naxçıvanın Bakıdakı Daimi Nümayəndəsi Bəxtiyar Əsgərov tez-tez xarici ölkələrin səfirləriylə görüşür və onların Naxçıvana səfərini təşkil edirmiş. Məlum statusun paylaşıldığı 2018-ci ildə Bəxtiyar Əsgərovun keçirdiyi diplomatik görüşləri də bu şübhələri artırır. Onlardan bəziləri.

31.07.2018: İtaliya Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin müavini-Müvəqqəti İşlər Vəkili Umberto Boeri və İtaliyanın "Techno Alpin" şirkətinin export üzrə direktoru Benjamin Poetz Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. Görüş Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində keçirilib.
23.07.2018: Avstriya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri Axel Wech Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb.
20.07.2018: Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Belçika Krallığının milli bayramı-Müstəqilliyin 188-ci və Kral Filipin Taxt-taca çıxmasının 5-ci ildönümü ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edib.
04.07.2018: Sudan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Abbas Mustafa Ahmed Abdalla Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb.
23 noyabr 2018-cı il tarixində Yaponiyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Teruyuki Katorinin dəvətilə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov bu ölkənin milli bayramı-İmperatorun Ad günü münasibətilə təşkil edilmiş rəsmi qəbulda iştirak edib.
22 noyabr 2018-cı il tarixində Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Çex Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Milan Ekert ilə görüşüb.
25 oktyabr 2018-cı il tarixində Avstriya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Axel Wechin dəvətilə Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov bu ölkənin Milli Günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak edib. Qeyd edək ki,"Landmark"da baş tutan tədbir həm də Səfir Axel Wechin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar təşkil edilib.
23 oktyabr 2018-cı il tarixində cənab Bəxtiyar Əsgərov Yunanıstanın Azərbaycandakı İqamətgahında təşkil edilmiş səhər yeməyində iştirak etmişdir.
22 oktyabr 2018-cı il tarixində cənab Bəxtiyar Əsgərov Sudan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində olub.
17 oktyabr 2018-cı il tarixində Türkmənistan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Mekan İşanquliyevin dəvətilə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov bu ölkənin Müstəqillik Günü münasibətilə təşkil edilmiş rəsmi qəbulda iştirak edib.
13 sentyabr 2018-cı il tarixində Gürcüstanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri ilə görüş keçirilmişdir.
5 sentyabr 2018-cı il tarixində Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində görüş keçirilmişdir.
19 iyul 2018-cı il tarixində Belçika Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Bert Scooesun dəvətilə Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov muxtar respublika adından bu ölkənin milli bayramı - Müstəqilliyin 188-ci və Kral Filipin Taxt-taca çıxmasının 5-ci ildönümü ilə əlaqədar təşkil edilmiş rəsmi qəbulda iştirak edib.
7 iyun 2018-cı il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyində görüş keçirilmişdir.

Həmin dövrlərdə Azərbaycandakı xarici səfirlər Naxçıvana da tez-tez səfər ediblər. Bu səfərlər içərisində ən diqqəti cəlb edənlər isə Asiyanın ən əzazil dövləri Şimali Koreya ilə müqayisə olunan Naxçıvan şəhərində keçirilən “Avropa günləri” çərçivəsində bir sıra Qərb diplmatlarının səfətləridir. Naxçıvanın rəsmi saytları bu səfəri belə xatırlayır:
“Sentyabrın 22-də (2018) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində keçirilən “Avropa günləri”ndə iştirak etmək üçün muxtar respublikaya gələn Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirləri ilə görüşüb.

Finlandiyanın səfiri xanım Arya Makkonen, Danimarkanın səfiri Svend Olinq, Yunanıstanın səfiri Nikolas Kanellos, Macarıstanın səfiri Viktor Szederkenyi, Bolqarıstanın səfiri Nikolay Yankov və Belçika Krallığının səfiri Bert Skufs Naxçıvanda olmaqdan məmnunluqlarını bildirib və əməkdaşlıq imkanlarını diqqətə çatdırıblar”.
Digər diqqət çəkən görüş 8 Noyabr 2018-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovla bir araya gəlməsidir.

Maraqlıdır ki, Naxçıvan Daimi Nümayəndəsinin 2019-cu ildə də ölkəmizdəki səfirlərlə görüşlərini davam etdirib. Həm də diplomatik görüşlərin intensivliyini bir az da artırıb. Onun sadəcə bir ay ərzində keçirdiyi diplomatik görüşləri sadalasaq, hətta dünyanın ən dahi diplomatları belə Naxçıvanın Daimi nümayəndəsinin daxili enerjisinə qibtə ilə yanaşarlar. Biz də artıq heç nəyə təəccüblənməyən Azərbaycan oxucularını “Heydər Əliyevin ən gənc dostu”nun qeyri-adi diplomatik məharətilə heyrətləndirmək istəyirik:

31.10.2019: Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkərimovla görüşüb.
01.11.2019: Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Manuel A.C.Montenegro L.Da Cruzla görüşüb.
04.11.2019: Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Hərbi Attaşesi Polkovnik Əli Seyfi ilə görüşüb.
05.11.2019: Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Çin Xalq Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Guo Minlə görüşüb.
07.11.2019: Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Fransanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosla görüşüb.
13.11.2019: Bəxtiyar Əsgərov Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dainis Qarançsın dəvətilə Avropa İttifaqının "Süd çayı" layihəsi çərçivəsində həyata keçirilən, Latviya Süd Komitəsinin İdarə Heyətinin sədri cənab Yanis Solks və bu ölkənin Qida və Baytarlıq Xidmətinin rəisi cənab Janis Balodisin iştirakı ilə Bakıda təşkil edilmiş Latviyanın süd məhsulları Sərgisində iştirak edib.
19.11.2019: Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Malaziyanın Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Dato Yubazlan Yusofla görüşüb..
20.11.2019: Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Belarus Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçin dəvətilə, bu ölkənin Bakıdakı Səfirliyinə gəlib.
22.11.2019: Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov İsrail Dövlətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Dan Stavın dəvətilə, səfirin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Bakıda təşkil olunan ziyafətdə iştirak edib.
28.11.2019: Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Slovakiya Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Peter Priputenin dəvəti ilə bu ölkənin respublikamızda fəaliyyət göstərəcək səfirliyinin rəsmi açılış mərasimində iştirak edib.
29.11.2019: Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosun dəvəti ilə, 28 noyabr- Beynəlxalq Fransız dili müəllimləri günü münasibətilə Azərbaycan Dillər Universitetində keçirilən "İnnovasiya və yaradıcılıq" adlı konfransda iştirak edib.

Təsəvvür edirsinizmi, 1 ay ərzində 10-dan artıq görüş. Biz hələ Bəxtiyar müəllimin ölkəmizin tanınmış adamları ilə görüşlərini bu siyahıya əlavə etmirik. Hər gün bir neçə dəfə müxtəlif adamlarla görüşlər keçirən Naxçıvan Nümayəndəliyinin bu aktivliyi həqiqətən heyrət doğurur. Xüsusilə də səfirlərlə görüşlər onun nəyinə lazım idi? Bu görüşlərdə nələr müzakirə edilirdi? Bəxtiyar müəllimi yenə başa düşmək olar; adam xarici dövlətlərin ölkəmizdəki ən yüksək səlahiyyətliləri ilə görüşürdü. Bəs səfirlər niyə onun dəvətini dərhal qəbul edib, hüzuruna tələsirdilər? Ümidvarıq ki, bu sualların cavabı təkcə Azərbaycan hakimiyyətini yox, həm də həmin səfirlərin təmsil etdikləri dövlətləri də maraqlandırmalıdır.
Daimi nümayəndənin işi sadəcə səfirlərlə görüşüb Naxçıvan MR-nın Ali Məclisinin sədrinin salamlarını onlara və təmsil etdikləri dövlətlərin rəhbərliyinə çatdırmaqdan ibarət olmayıb. O, həmçinin Azərbaycanın tanınmış ziyalıları, dövlət adamları və deputatları ilə də tez-tez bir araya gəlir və Naxçıvandan onlara sovqatlar çatdırırmış. Bu sovqatların içərisində təkcə Muxtar Respublikada istehsal olunmuş məhsullar deyil, həm də pul və dəyərli əşyalar da yer alırmış. Həmin görüşlərin tarixləri və iştirakçıları barədə gələcək yazılarımızda məlumat verəcəyik. Hələlik isə onu vurğulamaqda fayda görürük ki, Naxçıvan Muxtar Respublikası hökuməti Azərbaycan ziyalılarına və tanınmış adamlarına xüsusi diqqətlə yanaşırmış.

Məlumata görə, Naxçıvan rəhbərliyi ölkə birinciliyi yarışında öz namizədinə daxili dəstək almaq üçün Azərbaycanın bəzi vəzifəli şəxslərini Muxtar Respublikaya dəvət edir və onlara bu diyarda villalar tikmək üçün şərait yaradırmış. Bu təklifə biganə yanaşanlara isə özləri villalar tikib hədiyə edirmişlər.

Sözsüz ki, bu işdə Vasif Talıbovun lobbiçiliyini edən başqaları da olub. Əks halda təkcə “Heydər Əliyevin ən gənc dostu” ilə bu qədər genişmiqyaslı lobbiçilik fəaliyyəti yürütmək mümkün deyildi. Daxili lobbiçilik fəaliyyətini isə əsasən iki nəfər yürüdürmüş. Bunlardan biri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti və MM deputatı İsa Həbibbəyli, digəri isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Mehbalıyev imiş. Zaman-zaman Milli Məclisin deputatı Eldar İbrahimov da bu lobbiçilik fəaliyyətinə qoşulsa da, deyilənlərə görə, intellektual səviyyəsini bəyənmədiyindən Vasif müəllim ona çox böyük missiyalar tapşırmırmış. Naxçıvanın digər deputatı Siyavuş Novruzovdan isə zəndeyi-zəhləsi getdiyindən onu öz müqəddəs lobbiçiliyinə ümumiyyətlə yaxın buraxmırmış.
(Ovqat.com)

Bütöv.az


Paylaş



Bölmə: Sosial şəbəkələr / Köşə / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!