Tramp Makronu qarşılamadı .....                        İkinci kurs tələbəsi vəfat etdi .....                        "Gülüstan" sarayında dövlət ziyafəti verilir .....                        Bakıda Azərbaycan-Pakistan biznes forumu - Liderlər çıxış ediblər .....                        Qara görə 8 aviareys təxirə salındı .....                        Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr .....                        Şahbaz Şərif İlham Əliyevi Pakistana dəvət etdi .....                        Hacıqabulda yaşayış binasında partlayış - Xəsarət alan var .....                        "Axmat" batalyonunun qəddar komandiri Ukraynada öldü .....                       
Tarix : 30-01-2019, 14:22
Azərbaycan-İran sərhədindən 1 milyondan artıq xarici turist keçib

Ötən il İranın Ərdəbil vilayəti Biləsuvar gömrük yoxlama-keçid məntəqəsindən 1,174 milyon nəfər keçib. Onun 1,05 milyon nəfəri turist, xarici ölkə vətəndaşı, əsasən Azərbaycan vətəndaşları olub.
Butov.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Ərdəbil vilayəti Biləsuvar rayonu (Şəhristan) qubernatoru Həsən Qubadi deyib.
Qubadinin sözlərinə görə, sərnişinlərin 85%-i, 993 113 nəfəri piyada, 180 969 min nəfəri isə nəqliyyat vasitələri (avtobus, mikroavtobus və minik avtomobili) ilə Biləsuvar gömrük yoxlama-keçid məntəqəsindən keçib.
Qubernator əlavə edib ki, bu müddətdə 53 998 ədəd yük maşını, 2064 ədəd avtobus, 17 065 ədəd avtomobil sərhəddən keçib.
Bu müddətdə ümumilikdə 311 432 ton məhsul 13 767 yük maşını vasitəsi ilə Biləsuvar gömrüyündən Rusiya, Azərbaycan və Gürcüstana ixrac olunub. Bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə artımın olduğunu göstərir.
Qubadinin sözlərinə görə, 10 ay ərzində 24,3 min ton məhsul 1113 yük maşını ilə Biləsuvar gömrüyü vasitəsi ilə İrana idxal olunub.
Qubernator bildirib ki, ixrac edilən məhsullar sırasında keramika, kartof, müxtəlif şüşə, tikinti materialı, duz, bitum, profil pambıq, müxtəlif toxumlar, idxal edilənlər sırasında isə heyvan yemi, süni liflər olub.
Qeyd edək ki, Biləsuvar İranın Ərdəbil vilayətində yerləşir. Ərdəbil vilayətinin yeganə beynəlxalq gömrük sərhəd keçid məntəqəsi bu rayondadır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!