Britaniya kəşfiyyatına o rəhbərlik edəcək .....                        Türkiyə və Ermənistan nazir müavinləri görüşdü .....                        Ermənistanda hərbi maşın aşdı - Yaralanan var .....                        İyirmiqat dünya çempionu qəzada öldü .....                        İsrailin məqsədi İranda siyasi rəhbərliyi dəyişmək deyil - Səfir .....                        İsrail Tehranın hava məkanına tam nəzarət edir - Netanyahu məqsədini AÇIQLADI .....                        Müharibəyə görə Bakıda qalan nazir İsrailə necə qayıtdı .....                        Pakistan İranla sərhəd keçidlərini bağlayır .....                        Hamamda qaz partladı, qadın yandı .....                       
Tarix : 28-10-2016, 19:10
Azərbaycan ilə İran arasında Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsinin gündəlik iş rejimi 10 saatdan 12 saata çatdırılıb



Butov.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, oktyabrın 29-dan Şahtaxtı və Poldəşt gömrük orqanları Bakı vaxtı ilə səhər saat 08:30-dan axşam saat 20:30-dək fəaliyyət göstərəcək.

Bu yenilik Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin İranın Qərbi Azərbaycan vilayətinə səfəri çərçivəsində imzalanmış iqtisadi və mədəni sahələrdə əməkdaşlıq haqqında memoranduma əsasən həyata keçirilib. İş vaxtının uzadılması vətəndaşların Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsindən istifadəsinin daha da yaxşılaşmasına, eləcə də xarici ticarət dövriyyəsinin artmasına şərait yaradacaq.

Beynəlxalq statusa malik Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsində tətbiq olunan yeniliklərdən biri də yüklü nəqliyyat vasitələrinin buraxılışının təmin olunmasıdır. İranın Poldəşt gömrüyünün yenidən qurulması və iş prosesində elektron idarəetmə sisteminin tətbiqinə başlanılması imkan verir ki, Naxçıvandan xarici ölkələrə və Azərbaycanın digər bölgələrinə gedən və əks istiqamətdə gələn yüklü nəqliyyat vasitələrinin buraxılışı həyata keçirilə bilsin. Bu isə öz növbəsində xarici ticarət əməliyyatları ilə bərabər Naxçıvanın tranzit potensialının artmasına da əlavə stimuldur.

Xatırladaq ki, 2007-ci ildə Araz çayı üzərində yeni Şahtaxtı-Poldəşt körpüsünün tikilib istifadəyə verilməsi, 2009-cu ildə Şahtaxtı Gömrük İdarəsi üçün müasir kompleksin qurulması, burada əlverişli iş şəraitinin yaradılması bu gömrük orqanının fəaliyyətinin artırılmasına və günün tələbləri səviyyəsində qurulmasına hesablanmış addımlar idi. Naxçıvan ilə İranın yaxın vilayətləri arasında bütün sahələrdə qarşılıqlı münasibətlərin ilbəil möhkəmlənməsi fonunda gömrük əlaqələrinin də inkişafı onu deməyə əsas verir ki, gələcəkdə Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsi maksimum gücü ilə fəaliyyət göstərəcək.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!