Xalqına Vurğun Səməd... .....                        Zelenski kameralar önündə üzr istəməlidir - Vaşinqtondan tələb .....                        Ermənistan vururdu, elə təqdim edirdi, guya biz vururuq .....                        Şəhidin ata-anası dəm qazından öldü .....                        Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil .....                        Azərbaycanın BMT qurumları ilə yeni əməkdaşlıq modeli açıqlandı .....                        Bu oğlan sülh istəmir - Tramp Zelenskiyə söz atdı .....                        Gürcüstan MDB sazişindən çıxdı .....                        İlham Əliyevə məktub yazmaq istəyirdim, Paşinyan qoymadı - Arayik .....                       
Tarix : 5-02-2021, 12:56
Böyükşor gölündə üzən günəş stansiyası tikiləcək

Bakıdakı Böyükşor gölündə ümumi gücü 100 kVt təşkil edən üzən günəş stansiyasının tikintisinə dair pilot layihə üzrə işlərə başlanması ilə bağlı ilk görüş keçirilib.

Butov.az Modern.az-a istinadən xəbər verir ki, görüşdə layihə üzrə satınalınma müsabiqəsinin qalibi “Gamma Solutions” şirkətinin layihə ilə bağlı iş prinsipləri, səfərbər etdiyi işçi heyəti, layihənin icra qrafiki təqdim edilib və görüləcək işlər barədə müzakirələr aparılıb.

Tədbirdə Energetika Nazirliyinin, “Təmiz Şəhər” ASC-nin, Asiya İnkişaf Bankının və layihə üzrə məsləhətçi şirkətin nümayəndələri iştirak ediblər.

Məlumat üçün bildiririk ki, “Gamma Solutions” şirkəti üzən günəş stansiyasının mühəndisliyi, satınalınması, tikintisi, iki il müddətinə istismarı və texniki xidmətinin göstərilməsi üçün keçirilmiş satınalma müsabiqəsinin nəticəsində müəyyən edilib. Müsabiqədə beynəlxalq şirkətlərlə yanaşı, yerli şirkətlər də iştirak ediblər. Satınalma işləri layihənin məsləhətçisi “EQO-NIXUS” şirkəti tərəfindən yerinə yetirilib və layihə üzrə qəbul edilmiş təkliflərin qiymətləndirilməsi nəticəsində “Gamma Solutions” beynəlxalq şirkəti satınalma müsabiqəsinin qalibi elan olunub və şirkətlə müqavilə imzalanıb. Stansiyanın tikintisinin yerli şirkətlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, layihə Asiya İnkişaf Bankının Bilik və Dəstəyin Göstərilməsi üzrə Texniki Yardım proqramı çərçivəsində həyata keçirilən Azərbaycan, Qırğızıstan və Əfqanıstanı əhatə edən “Üzən Günəş Enerji Sistemlərinin İnkişafı” regional layihəsi çərçivəsində reallaşdırılır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!