Doğma ocağımıza qayıdacaq, yenə qurub yaradacağıq .....                        "Kəpəz" "Səbail"i məğlub etdi .....                        11-ci sinif şagirdi vəfat etdi .....                        Xameneidən göstəriş - Ordu hazır vəziyyətə gətirildi .....                        ABŞ-də ilk: Bu ölkənin vətəndaşlarına verilən bütün vizalar ləğv edidi .....                        Qəzzada son gün: 26 ölü, 113 yaralı .....                        Azərbacan-Türkiyə-Gürcüstan üçtərəfli parlament formatı yaradılacaq .....                        Ermənistanın mina terroru səbəbiylə günahsız insanlar təhdid altındadır - Ombudsman .....                        ABŞ-də Trampa qarşı kütləvi etirazlar .....                       
Tarix : 9-06-2017, 19:02
"Yeni Fikir 2017" startap müsabiqəsinin qalibləri müəyyən olunub

Bakı Mühəndislik Universitetinin təşkilatçılığı və Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının (AMEA YTP) əsas tərəfdaşlığı ilə reallaşdırılan "Yeni Fikir 2017" startap müsabiqəsi final mərhələsi keçirilib.
Butov.az-ın "Report"-a istinadən məlumatına görə, final mərhələsində təhsil nazirinin müavini Ceyhun Bayramov, AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev, nazirlik nümayəndələri, millət vəkilləri, universitet rektorları və şirkət nümayəndələri iştirak edib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov təqdim olunan layihələrin fərqli istiqamətlərdə olmasını sevindirici hal kimi qiymətləndirib. O qeyd edib ki, dövlət başçısı İlham Əliyevin gənclər üçün yaratdığı imkanlar gənclərin startaplara marağını artırır.
Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov Yeni Fikir Layihəsinin zəhmət və ədalət tələb edən bir layihə olduğunu diqqətə çatdırıb. O deyib ki, universitetin bu istiqamətdə olan elmi potensialı, alimlər və savadlı tələbələrin olması belə layihələri müvəffəqiyyətlə həyata keçirməyə imkan verir.
Bu il 148 startap layihənin iştirak etdiyi müsabiqədə 11 komanda finala vəsiqə qazanıb. İyunun 9-da keçirilən finalın nəticələrinə görə 5 layihə qalib elan edilib. Mükafatlandırma mərasimində 1-ci yerə layiq görülən komandaya müsabiqənin baş sponsoru olaraq AMEA YTP tərəfindən 10 000 manat pul mükafatı təqdim edilib. 2-ci və 3-cü yer sahiblərinə isə müsabiqəyə tərəfdaş olan bir sıra özəl şirkətlər tərəfindən 5 000 manat və 2 500 manat pul mükafatı verilib. Bundan əlavə, qaliblər Silikon vadisinə (ABŞ/SanFransisko) gediş-gəliş üçün avia bilet və digər müxtəlif mükafatlara layiq görülüblər. Müsabiqədə qalib gələn layihələr ilkin maliyyə dəstəyi, inkubasiya və akselerasiya xidmətləri ilə dəstəklənir.
Qeyd edək ki, "Yeni Fikir" startap müsabiqəsində öz iş fikri ilə biznesini qurmaq istəyənlər iştirak edirlər. Texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılması, təşəbbüskar düşüncənin inkişaf etdirilməsi, ölkənin və regionun inkişafında rol oynaya biləcək beynəlxalq rəqabətə dayanıqlı şirkətlərin formalaşdırılması layihənin əsas məqsədlərindəndir. Artıq 5-ci dəfədir keçirilən "Yeni Fikir" startap müsabiqəsinə indiyədək 842 layihə cəlb edilib. "Yeni Fikir 2017" müsabiqəsi Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi və bir sıra şirkətlərin dəstəyi ilə həyata keçirilir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!