Rubinyandan sərt cavab: Solovyov itdir! .....                        İranda saxlanılan etirazçı edam ediləcək .....                        Deputat öz yerinə onu təyin etdi .....                        Ermənistan Solovyova görə Rusiyaya nota verdi .....                        Xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası təsdiqləndi .....                        İrandakı bu etirazçılar çərşənbə günü EDAM EDİLƏCƏK .....                        Yeni gömrük yığımları tətbiq ediləcək .....                        Xaricdə təhsil üçün universitetlərin siyahısı AÇIQLANDI .....                        Kuba lideri Trampa cavab verdi .....                       
Tarix : 20-11-2015, 11:43
Yumurtanı kimlər bahalaşdırır? - Araşdırma



Bakıda yumurtanın qiymətində 2-3 qəpik artım müşahidə olunur.


Butov.az
Gecce.az-a istinadən bildirir ki, paytaxtın bir sıra ərzaq mağazalarında son iki gündə yumurta qıtlığı nəzərə çarpır. Şəhərin Suraxanı, Nəsimi, Nərimanov rayonlarında yerləşən mağazalarda müşahidələrimiz də qiymət artımını təsdiq edir. Baş çəkdiyimiz dükanlarda yumurtanın bir ədədi 14, 15, hətta 16 qəpiyə satılırdı. Sosial əhəmiyyətli məhsullar sırasına daxil olan yumurtanın qiymətində baş verən ən cüzi artım insanların gündəlik büdcəsinə hissolunacaq səviyyədə təsir edir.

Bu üzdən qiymət artımının səbəblərini öyrənmək üçün Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin bildirdiyinə görə, nazirlik tərəfindən ötən həftə monitorinqlər aparılıb və müəyyən olunub ki, keçən həftə yarmarkalarda yumurtanın bir ədədi 12-13 qəpiyə satılır: “Bu həftə necə olacaq, ona hələ baxacağıq. Ötən il də qiymət artımı olmuşdu, yumurtanın bir ədədinin qiyməti 15 qəpiyə qalxmışdı. Mən hesab edirəm ki, bu, müvəqqəti haldır və yumurta əvvəlki qiymətinə qayıdacaq”.

Yumurta istehsalında azalmaya gəlincə, M.Hacıyev mağazalarda yumurta qıtlığı ilə razılaşmır: “Bizim əlimizdə statistika var. Statistikaya görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yumurta istehsalında azalma müşahidə olunmayıb”.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə Publika.az-a açıqlamasında qiymət artımına mağaza sahiblərinin səbəb olduğunu deyib: “Yumurta 8, 9, 10, az hallarda isə iri yumurtalar 11 qəpiyə satılır. Mağazalar bu qiymətə yumurtanı alır və üzərinə hərəsi bir qiymət qoyub satır. Bəziləri 30 faiz, bəziləri 40 faiz və s. Hər mağaza özünə cavabdehdir, biz bunu tənzimləyə bilmərik. Hər yer yumurta ilə doludur, azalma yoxdur. Qiymət artımı olmayıb, gələcəkdə olacağı gözlənilmir”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!