“TARİXÇEYİ-NÖVRƏS” ORXAN İSAYEVİN TƏQDİMATINDA .....                        Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                       
Tarix : 7-06-2017, 19:07
Yeni departament yaradıldı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Layihələrin idarə edilməsi departamenti yaradılıb.

Butov.az xəbər verir ki, QSC-nin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, yeni struktur Gəmiçiliyin tabeliyində olan qurum və ya onların müvafiq bölmələrinin göstərdiyi gəmi agentliyi, liman, dibdərinləşdirmə, dərinlik ölçmə, dalğıc, ofşor (lövbər əməliyyatı, yedəkləmə, təchizat, kran gəmiləri xidmətləri) və gəmi təmiri xidmətlərinin iqtisadi səmərəliliyinin və effektivliyinin artırılması, onların fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, kommersiya işinin təkmilləşdirilməsi və əlaqələndirilməsi, yeni layihələrdə iştirak kimi mühüm vəzifələri yerinə yetirəcək.

Departament layihələrdə iştirak üçün zəruri tədbirlərin görülməsi, xidmətlər bazarının öyrənilməsi və təhlili, potensial müştərilərlə danışıqların aparılması, tenderlərdə Cəmiyyətin təmsil olunması kimi funkusiyaları da yerinə yetirəcək. Bundan başqa, layihələr daxilində problemləri müəyyənləşdirəcək və həll edəcək.

Strukturun işi təkcə yerli bazarla məhdudlaşmayacaq. Belə ki, departament BP, SAİPEM, TOTAL, PETRONAS, DRAGON OİL kimi nüfuzlu şirkətlərlə əməkdaşlığı daha da genişləndirəcək. Ən əsası göstərilən xidmətlərin səviyyəsi beynəlxalq standart və tələblərə uyğunlaşdırılaraq artırılacaq. Eyni zamanda, departament kənar təşkilatların gəmilərinin (xarici ölkələrin) AXDG-nin zavodlarında təmirə cəlb olunması işi ilə də məşğul olacaq.

Yeni yaradılmış Layihələrin idarə edilməsi departamentinin rəisi vəzifəsinə bir çox nüfuzlu beynəlxalq şirkətdə logistika və layihələrin idarə edilməsi sahəsində təcrübəyə malik Kərim Sultanov təyin olunub. O, bu təyinatadək “AXDG” QSC-də bir sıra rəhbər vəzifədə çalışıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!