Zəngilan və Cəbrayılda qartəmizləmə işləri görülür .....                        Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur - "Azərişıq” .....                        Əliyar Ağayev Avropa Liqasına təyinat aldı .....                        Vaqif Allahverdiyevə 8 il həbs verildi .....                        Rayonlarda qar intensivləşib, 12 dərəcə şaxta var .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - İlham Əliyev .....                        İlham Əliyev bank prezidenti ilə görüşdü .....                        Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ .....                        Kəlbəcərin yeganə 20 Yanvar şəhidi - Firuz Cabbarov .....                       
Tarix : 9-09-2015, 09:16
"Toya görə kimdi mənə 1 milyon verən?"


Nəyimə lazımdır, kim kimə nə dedi, kim harada, kimlə nə elədi

Toy şənliklərinə bir milyon manata gedəcəyi ilə bağlı açıqlamasından sonra gündəmə gələn xalq artisti Bilal Əliyev azvision.az-ın əməkdaşı ilə həmsöhbət olub.

Sənətkar televiziyalara az-az çıxmasının səbəbindən və hazırkı durumundan söz açıb. Müğənni bildirib ki, televiziya verilişlərinin bir çoxundan gələn təklifləri qəbul etmir və çalışır ki, efirlərdə çox görsənməsin. "Müsahibə üçün müraciət edən jurnalistləri çalışıram ki, qırmayım.

Amma tez-tez açıqlamalar, müsahibələr verməyi də xoşlamıram. Hətta bir çox verilişlərə aldığım dəvətlərdən imtina edirəm. Ona görə ki, bəzi proqram aparıcıları sənətkarları sənətinə görə deyil, onların hansısa sözündən qalmaqal yaratmaq məqsədi ilə verilişə çağırırlar. Mənim 50-dən çox yaşım var. Nəyimə lazımdır ki, kim kimə nə dedi, kim harada, kimlə neylədi.

Bunlar ola bilər başqalarına maraqlıdır. Ancaq mənə maraqlı deyil. Ona görə də həmin verlişlərə gedib, hansısa münasibət bildirmirəm. Ay qardaş, sənə sənətim lazımdırsa, çağır məni gəlim verilişində saatlarla oxuyum, konsert verim. Məndən o zaman şikayət edə bilərlər ki, hansısa tədbirə getməyim, çıxış eləməkdən boyun qaçırım".

Xarici ölkələrə səfərlərindən danışan B.Əliyev bildirib ki, hazırda İngiltərənin tarixi ilə bağlı musiqi əsəri üzərində çalışır. "Hazırda İngiltərənin tarixi ilə bağlı musiqi əsəri üzərində işləyirəm. Səsimi eşidib bəyəndikləri üçün bu sifarişi mənə etdilər. Üzərimdə 5 müəllim çalışır.

Diqqət edirlər ki, tələffüzlərimdə hansısa problem olmasın. Əsərlə bağlı bu yaxınlarda İngiltərəyə yenidən səfərim olacaq. Ölkədə konsert verməyə gəlincə isə, maliyyə durumu imkan vermir. Məsələn, Heydər Əliyeva adına Sarayda konsert vermək üçün kifayət qədər icarə haqqı vermək lazımdır. Mən biletin pulunu neçəyə qoyum ki, icarə pulu çıxsın.

Axı insanların yüksək məbləğə imkanı çatmır. Amma gəlib dinləmək də onların haqqıdır. Buna görə də hazırda konsertləri saxlamışam".

Müğənni, həmçinin Azərbaycanda toylara pulsuz getdiyini də diqqətə çatdırıb: "Azərbaycanda ildə 10 dəfə toylara təmənnasız gedirəm. Heç kim deyə bilməz ki, ondan bir qəpik toyda oxuduğuma görə pul alıram. Özü də baxıram kimin toyudur, imkanı var, yoxsa yox. İmkansız ailə olur, amma istəyir ki, toyunda Bilal Əliyev oxusun. Bunları nəzərə alaraq 10 dəfə pulsuz oxuyuram. Qalan hallarda isə qohum toylarını çıxmaq şərti ilə Azərbaycanda toylara getmirəm. Bir milyonluq toy təklifləri almağımla bağlı məsələyə gəldikdə isə onu deyə bilərəm ki, burada kimə toyda oxuduğuna görə bir milyon verərlər ki? Ona görə yox ki, bir milyonları yoxdur.

Ona görə ki, qorxarlar bu bir milyonun sədası sonradan ətrafa yayılar. Xaricdən toy təklifi gələndə isə məbləğini açıqlamayacam, amma çox baha qiymətə gedirəm".


Butov.az


Paylaş



Bölmə: Şou Biznes / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!