Azərbaycanın Xalq artisti vəfat etdi .....                        Ermənistanda qumbara partlatmaq istədilər .....                        İlham Əliyev Trampa zəng etdi .....                        NATO rəhbəri Türkiyədə kimlərlə görüşdü? .....                        65 yaşını keçən müəllimlərlə bağlı rəsmi AÇIQLAMA .....                        "Bəy hamamı"nda yanğın .....                        Bakı-Qazax yolunda 4 maşın toqquşdu - Xəsarət alanlar var .....                        Türk Dünyası ölkələrinin yeni birliyi yaradıldı .....                        Ədalət Verdiyevi neçə il həbs gözləyir? .....                       
21-09-2023, 13:44
2024-cü ildə müdafiə və təhlükəsizlik büdcəsi 3 milyard manat olacaq


2024-cü ildə müdafiə və təhlükəsizlik büdcəsi 3 milyard manat olacaq

Azərbaycanın müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə 2024-cü ilin dövlət büdcəsində 3 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur.
Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra ölkəmiz tərəfindən bölgədə ədalətli və davamlı sülhün bərqərar olunması və iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə bir sıra siyasi-diplomatik xarakterli addımlar atılmışdır. Lakin, Ermənistan hökumətinin sülh prosesinə qeyri-konstruktiv yanaşma sərgiləməsi, müşahidə olunan separatizm meyilləri və bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması ilə bağlı cəhdlərin nəticəsiz qalması arzu olunan sülh və sabitliyə qarşı təhdidlər yaradır. Bu baxımdan, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi və hərbi potensialın artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi üçün 2024-cü ilin dövlət büdcəsində 3 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur.
18-09-2023, 14:31
AMB sədrinin imzasının əks olunduğu ilk manat buraxıldı


AMB sədrinin imzasının əks olunduğu ilk manat buraxıldı

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları 18 sentyabr 2023-cü il tarixindən etibarən tədavülə buraxılır.
Bu barədə AMB-dən bildirilib. Məlumata görə, imza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Həmçinin kağız pul nişanının üzərində “2023” istehsal ili əks etdirilib.
Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.
Qeyd edək ki, yenilənmiş 1 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq. Banknotun ön və arxa tərəfinin təsvirləri əlavə olunur.
18-09-2023, 13:08
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11 milyon manat ayrıldı


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11 milyon manat ayrıldı

Prezident İlham Əliyev Xaçmaz rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (20 km)–Hülövlü–Sərkərli–Alıcqışlaq–Qədmalıqışlaq–Rəhimoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (20 km)–Hülövlü–Sərkərli–Alıcqışlaq–Qədmalıqışlaq–Rəhimoba avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
14-09-2023, 15:41
Xəzərdə ən iri ticarət donanmasına sahibik - Prezident


Xəzərdə ən iri ticarət donanmasına sahibik - Prezident

Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib.
“Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, biz gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq. Yeni sərmayə layihələri başa çatdıqdan sonra, istehsal olunan tanker və quru yük daşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq”, - deyə dövlət başçısı vurğulayıb.
14-09-2023, 15:31
Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir - İlham Əliyev


Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir - İlham Əliyev

Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı söyləyib.
Gələn il həmin yol ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona qədər artırılacağını qeyd edən dövlətimizin başçısı bildirib ki, buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır.
13-09-2023, 19:51
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam edir


Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam edir

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları
ərazisində Azərbaycan Prezidentinin tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56,4 km təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 km olan yeni avtomobil yolunun da inşası icra olunur. Yolların ümumi uzunluğu isə 70,4 km-dir.
Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla, 0-46,2 km-lik hissəsi I, 46,2-56,4 km-lik hissəsi isə II texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hazırda yolun genişləndirilərək profilə salınması və 21,5 metr enində yeni torpaq yatağının inşası həyata keçirilir. Yolun layihə üzrə hərəkət hissəsinin eni 16,5 metr təşkil edəcək.
Tikinti işləri çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 20,4-56,4 km-lik hissəsində torpaq yatağı işləri davam etdirilir. Yol yatağı hazır olan 20,4 km-lik hissədə yol əsasının tikintisi işləri yekunlaşdırılıb və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Yolun Xanlıq istiqamətində olan 14 km-lik hissəsində torpaq işləri, boru və keçidlərin, körpülərin, istinad divarlarının tikintisi, topoqrafiya və layihələndirmə işlərinin icrası davam edir. Sözügedən yolun ilk 11 km-lik hissəsi I, 11-14 km-lik hissəsi isə II texniki dərəcəyə uyğun tikilir.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, əsas yolun 10, 22, 32 və 43-cü km-də, yanaşma yolun 35-ci km-də, həmçinin Qubadlı şəhərinə gedən avtomobil yolunun 1-ci km-də layihə üzrə nəzərdə tutulan körpülərin inşası aparılır. Körpülər üzrə artıq 42,5 % işlərin icrası yekunlaşıb. Bundan başqa Xanlıq-Qubadlı yolu ilə kəsişmədə müxtəlif səviyyəli yol qovşağının tikintisi işləri də davam etdirilir. Artıq 81 dairəvi, 32 düzbucaqlı boru və 12 yeraltı keçid tikilib, 4 796 metr istinad divarı da inşa olunub.
Layihə üzrə ümumi uzunluğu 2 397 m-lik 7 tunelin inşası da nəzərdə tutulur. Hazırda T-1 tunelinin giriş və çıxış portalında qazma işləri bitib, betonlanma işləri görülür. T-2 tunelində qazma və qrunt bərkitmə işləri gedir, T-3 tunelinin girişi portalında işlər davam edir.
“İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilən layihə üzrə 503,8 min kubmetr ərazidə bitki qatının çıxarılması, 6,9 milyon kubmetr həcmində qazma işləri aparılıb, 3,2 milyon kubmetr həcmində isə dolğu işləri icra olunub.
Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçən bu avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.
8-09-2023, 13:29
İlham Əliyev yol təmiriylə bağlı tədbirlər haqqında Sərəncam imzaladı


İlham Əliyev yol təmiriylə bağlı tədbirlər haqqında Sərəncam imzaladı

Prezident İlham Əliyev Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M–3) bir hissəsinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M–3) 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,0 (yeddi) milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
6-09-2023, 13:47
Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrıldı


Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Qubadlı - Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20,0 (iyirmi) milyon manat ayrılıb.
3-09-2023, 12:48
Azərbaycan Pekində keçirilən sərgidə iştirak edir


Azərbaycan Pekində keçirilən sərgidə iştirak edir

Azərbaycan Pekində keçirilən sərgidə vahid ölkə stendi ilə iştirak edir.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədəki hesabında yazıb.
"Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində (China International Fair for Trade in Services-CIFTIS) “Invest in Azerbaijan” vahid ölkə stendimizi ziyarət etdik. Ölkəmizin əlverişli iqtisadi mühiti, işğaldan azad edilmiş ərazilərimizə investisiya qoyuluşu üçün yaradılmış imkanlar və həyata keçirilən layihələr sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır", - nazir qeyd edib.
2-09-2023, 15:40
Çin şirkətləriylə əməkdaşlığımız güclənir


Çin şirkətləriylə əməkdaşlığımız güclənir

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çin Beynəlxalq Xidmətlər və Ticarət Sərgisinin (CIFTIS) açılış mərasimində iştirak edib, “China Energy International Group Co. Ltd.”, “Wenzhou Nixin”, “Wontai Power” şirkətlərinin rəhbərləri ilə görüşlərdə əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, minlərlə yerli və xarici şirkətin öz xidmətlərini nümayiş etdirdiyi tədbirə Çinin və digər ölkələrin rəhbər şəxsləri qatılıblar. 2019-cu ildən Azərbaycan CIFTIS-də vahid ölkə stendi ilə təmsil olunur.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra Çin şirkətlərinin rəhbərləri ilə görüşüb.
"Görüşlərdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb, ölkəmizin əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar, alternativ enerji sahəsində həyata keçirilən layihələr və tərəfdaşlığın perspektiv istiqamətləri dəyərləndirilib", - məlumatda deyilir.
“China Energy International Group Co.Ltd.” şirkətinin sədri Lü Dzesianq ilə görüşdə tərəflər arasında ölkəmizin “yaşıl” enerji potensialı, azad edilmiş ərazilərimizdə bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verilib.
Azərbaycan nümayəndə heyəti şirkətin fəaliyyəti ilə tanış olub. Tərəflər günəş, külək, hidrogen enerjisi və dəniz suyunun duzsuzlaşdırılması üzrə layihələrdə əməkdaşlıq barədə müzakirə aparıblar.
“Wenzhou Nixin Trading Co., Ltd” şirkətinin sədri Fan Cianşan ilə görüşdə Azərbaycanda şirkət tərəfindən keramik plitələr istehsalı zavodunun tikintisi layihəsi üzrə görülən işlər və əməkdaşlıq imkanları nəzərdən keçirilib.
“Wontai Power” şirkətinin vitse-prezidenti Lin Boşenq ilə görüşdə batareya enerjisi saxlama sistemi və külək enerjisi stansiyası layihələrinə investisiya yatırılması sahəsində əməkdaşlıq imkanları qeyd olunub. Tərəflər batareya enerjisi saxlama sisteminin qurulması layihəsinin dövlət-özəl sektor tərəfdaşlığı əsasında həyata keçirilməsi potensialını və digər əməkdaşlıq məsələlərini müzakirə ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!