26 siyasi partiya Nazirliyə hesabat verdi .....                        MİQ imtahanı niyə pullu oldu? - NAZİRLİKDƏN CAVAB .....                        Türkiyə-Ermənistan sərhədində işlər başa çatır - Açılış olacaq .....                        Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişdi .....                        Buna görə kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək .....                        Suriyadan 5 Azərbaycan vətəndaşı vətənə gətirildi .....                        Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq .....                        Gecə və növbəli işdə çalışanlar nəzərə alınacaq .....                        Əməkhaqqında tutulmalarla bağlı yeni normalar təsdiqləndi .....                       
Tarix : 27-08-2013, 16:20
Sevgilisi ilə azyaşlı oğlunu öldürən anaya 15 il həbs verildi


Bakı Apelyasiya məhkəməsində Xətai rayon sakinləri Çaadayeva Yelena Gennadyevna və Mereşkin Aleksandr Vasilyeviçin məhkəməsi başlayıb. Gün.Az-ın məlumatına görə, azyaşlı uşağı öldürməkdə təqsirləndirilən sevgililərin məhkəməsi hakim İlqar Murquzovun sədrliyi ilə keçirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Çaadayeva Yelena Gennadyevna və Mereşkin Aleksandr Vasilyeviç 15 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il noyabrın 28-də Nobel prospekti 7 ünvanında Usov Gennadi Andreyeviçin meyiti aşkarlanıb. Araşdırmalar zamanı azyaşlının qətlə yetirildiyi müəyyən edilib. Həyata keçirilən əməliyyat nəticəsində hadisəni törədən Usov Gennadinin anası Çaadayeva Yelena Gennadyevna və onun sevgilisi saxlanılıb.

İstintaqa ifadə verən ana oğlunu ona qarşı əxlaqsız hərəkət etdiyi üçün öldürdüyünü bildirib.

Anaya oğlunu boğmaqda Mereşkin Aleksandr Vasilyeviç də köməklik edib.

Onlar törətdikləri cinayəti ört-basdır etmək məqsədilə əvvəlcə meyiti hadisə baş verən otağın giriş qapısının yuxarı hissəsində bərkidilmiş turnik kimi istifadə edilən dəmirdən asıb, sonra isə evdən çıxararaq yaşadığı evin sol tərəfində tikintisi aparılan bünövrəyə atıblar.


Paylaş



Bölmə: Kriminal / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!