Avropa dəstək verməyə hazırdır! .....                        ABŞ raketi Rusiyanı təşvişə saldı .....                        Bu gün Super Ay hadisəsi müşahidə olunur .....                        “Qarabağ” “Çelsi”yə uduzdu .....                        Azərbaycanlı tələbə Türkiyədə həbs edildi .....                        Ov qaydalarını pozan əcnəbilər saxlanıldı .....                        Spiker Braziliyaya getdi - COP30-da iştirak edəcək .....                        Elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq .....                        Sabirabadda pulnan əlillik dərəcəsi verən vəzifəli şəxslərə cinayət işi açıldı .....                       
4-12-2022, 19:50
İngiltərədən komandasına 450 minlik mükafat şərti..


İngiltərədən komandasına 450 minlik mükafat şərti..

İngiltərə millisi futbol üzrə dünya çempionatının
qalibi olarsa, yığmanın hər bir futbolçusu 450 min funt sterlinq mükafat alacaq. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Bildirilib ki, İngiltərə millisinin futbolçuları mundialda hər növbəti mərhələyə yüksəldiklərinə görə bonuslar almaq hüququna malikdirlər. Qeyd edək ki, İngiltərə yığması bu gün Qətərdə keçirilən çempionatın 1/8 finalında Seneqalla qarşılaşacaq.
4-12-2022, 19:44
Sumqayıtda yanğın - İki uşaq öldü


Sumqayıtda yanğın - İki uşaq öldü

Sumqayıtda iki azyaşlı yanaraq ölüb. Hadisə şəhərin Xəzər bağları yaşayış massivində qeydə alınıb. Belə ki, fərdi yaşayış evlərinin birində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürüldükdən sonra evdə 2 uşağın yanmış meyiti aşkarlanıb. Həmin azyaşlıların 2017-ci il təvəllüdlü Sübhan Abbasov və 2021-ci il təvəllüdlü Dərya Quliyeva olduğu bildirilir. Məlumata görə, hadisə baş verən zamanı evdə uşaqlar tək olub. Hər iki uşağın meyiti aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
4-12-2022, 19:26
Sabaha olan hava proqnozu - Yağış, qar..


Sabaha olan hava proqnozu - Yağış, qar..

Azərbaycanda dekabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 4-6° isti olacaq. Bakıda gecə və gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 777 millimetr civə sütunundan 775 millimetr civə sütununa enəcək. Nisbi rütubət 50-60 faiz olacaq. Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
4-12-2022, 14:49
Messidən yeni rekord


Messidən yeni rekord

Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi dünya çempionatlarında yeni rekord müəyyənləşdirib. 35 yaşlı hücumçu buna Qətərdə keçirilən mundialda Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub etdikləri 1/8 final matçının ən yaxşı oyunçusu seçilməklə nail olub. Turnirin tarixi ərzində heç bir futbolçu sözügedən mükafata Messi qədər layiq görülməyib. Təcrübəli forvard "yaşıl qitə" təmsilçisi ilə qarşılaşmada ilk qolun müəllifi olub. Hazırkı dünya çempionatında onun aktivində 3 qol və 1 məhsuldar ötürmə var. Qeyd edək ki, Argentina millisi 1/4 finalda Niderlanda rəqib olub. "Narıncılar" 1/8 finalda ABŞ seçməsini mübarizədən kənarlaşdırıb - 3:1.
4-12-2022, 14:46
7 illik “Günəşli faciəsi”


7 illik “Günəşli faciəsi”

Bu gün “Günəşli” yatağında baş vermiş faciədən yeddi il ötür. 2015-ci il dekabr ayının 4-də “Günəşli” neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb. 2020-ci ilin may ayında daha üç neftçinin meyiti dənizdən tapılıb. Xatırladaq ki, qəza zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edilib. Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub. SOCAR-ın rəsmi açıqlamasında bildirilmişdi ki, su altındakı 10 saylı platformanın qaz kəməri qasırğa ucbatından zədələnib və nəticədə yanğın baş verib.
4-12-2022, 14:35
Kəlbəcər atəşə tutuldu


Kəlbəcər atəşə tutuldu

Dekabrın 4-ü saat 03:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
4-12-2022, 14:29
Argentina millisi 1/4 final mərhələsində


Argentina millisi 1/4 final mərhələsində

Argentina millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb. Komanda 1/8 finalda Avstraliyanı 2:1 hesabı ilə məğlub edib. Komanda 1/4 finalda Niderlandla üz-üzə gələcək. Matç dekabrın 9-da baş tutacaq.
3-12-2022, 15:59
Komissiyanın tərkibi genişləndirildi


Komissiyanın tərkibi genişləndirildi

Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın tərkibi genişləndirilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla Komissiyanın tərkibinə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri əlavə edilib.
3-12-2022, 15:41
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda dekabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 4-7° isti olacaq. Bakıda gecə və gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi 777 mm civə sütunu olacaq. Nisbi rütubət 50-60 % olacaq. Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
3-12-2022, 15:39
Azərbaycanlı gəncin edam olunmasına qərar verildi


Azərbaycanlı gəncin edam olunmasına qərar verildi

İran rejimi güneyli fəal barədə edam hökmü çıxarıb. İran məhkəməsi əslən Cənubi Azərbaycanın Bostanabad bölgəsindən olan Milad Əşrəfi Atbatanın edam olunmasına qərar verib. Məlumata görə, məhkəmə sistemi ötən ilin iyun ayında İran İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin 840-cı birləşməsinin zabiti Mənsur Rəsulinin oğurlanması və ondan məcburi kəşfiyyat məlumatlarının alınmasında ittiham olunan dörd nəfər barədə edam hökmü çıxarıb. Milad Əşrəfi Atbatan, Həsən Orduxanzadə, Şahin İmani Mahmudabad və Mənuçöhr Şəhbəndi adlı şəxslər İsrailin xüsusi xidmət orqanı Mossadla əməkdaşlıqda günahlandırılıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!