AZAL təyyarəsinin qəzaya uğramasının birinci ildönümü... .....                        Saakaşvili İlham Əliyevi təbrik etdi: “Azərbaycanı qlobal siyasətin subyektinə çevirən lider” .....                        Keçmiş müttəfiqi Paşinyana qarşı çıxdı .....                        İki ildir axtarılan kişi qətlə yetirilibmiş .....                        Gürcüstanda sabiq DTX rəisi həbs edildi .....                        İlham Əliyev ad günündə ailəsi ilə birlikdə - FOTO .....                        Texniki Kollecin 21 illik direktoru işdən çıxarıldı .....                        Faiq Əliyev barəsində hökm ləğv edildi .....                        “Fənərbağça”nın prezidenti yenidən saxlanıldı .....                       
4-03-2023, 14:36
Xocalıda yol-nəqliyyat hadisəsi baş verib


Xocalıda yol-nəqliyyat hadisəsi baş verib

Xocalı Rayon Polis Şöbəsinə rayonun Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. Bildirilir ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. "İlkin araşdırmalar nəticəsində məlum olub ki, Bərdə rayon sakini Seymur Vəliyev idarə etdiyi "Shacman" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarındakı su arxına aşıb. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücüyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya göndərilib. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə açıqlamada qeyd olunur.


3-03-2023, 22:17
Kür çayında suyun səviyyəsi azalıb


Kür çayında suyun səviyyəsi azalıb

Kür çayında suyun səviyyəsi yenidən azalıb. Mövcud vəziyyət çayın Sabirabad rayonundan keçən hissəsində də açıq-aşkar müşahidə edilir. Bir vaxtlar Dəli Kür adı ilə tanınan Azərbaycanın ən böyük çayı indi öz məcrasından da xeyli geri çəkilib. Xanoğlan Əsgərov Sabirabad rayonu Surra kənd sakinidir. Bildirir ki, bu kənddə dünyaya göz açıb, uşaqlıq illəri də Kür çayının sahilində keçib: “Vaxt var idi Kür aşıb-daşardı. Son illər isə Kürdə suyun səviyyəsi xeyli aşağı düşüb. Yanvar ayında ölkə ərazisində yağıntılar Kürdə suyun səviyyəsinə müsbət təsir etsə də, son bir ayda çayda su demək olar ki, minimum səviyyəyə düşüb. Bu vəziyyət aran zonasında əkinlər üçün çətinliklər yaradır. Əkinin suvarılması üçün su Kür çayından nasoslar vasitəsilə götürülür. Lakin bir çox hallarda suyun azlığı həmin stansiyaların işinə çətinlik yaradır”. Onun sözlərinə görə, vaxt var idi ki, əkin sahələri Kür çayı vasitəsilə fasiləsiz suvarma suyu ilə təmin olunurdu. Lakin hazırda su qıtlığı səbəbindən suvarma qrafiklə təşkil edilir. Məqsəd isə sudan qənaətlə istifadə etməkdir. Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Adil Şabanlı deyir ki, Kür çayında son günlər suyun azalması düşməsi davam edir. Çayda suyun səviyyəsi yalnız yağıntılar olan zaman artır, digər hallarda isə suyun azalması müşahidə olunur. “Kürdə suyun səviyyəsi son günlərdə demək olar ki, 50 santimetr aşağı düşüb. Bu günə kimi çayın hazırki vəziyyəti Sabirabad rayonunda Kür üzərində olan nasos stansiyalarının işinə elə də ciddi təsir etməyib. Kür üzərində faktiki olaraq 68 nasos stansiyası var, onlardan 67-i suyu tam götürmək gücündədir”, - deyə o qeyd edib. Adil Şabanlı, həmçinin qeyd edib ki, su qıtlığı ümummilli problemdir. Ona görə də hər kəs su ehtiyatlarından səmərəli istifadə etməlidir: “Xüsusən də fermerlərimiz müasir suvarma sistemləri tətbiq etməlidirlər. Çünki müasir suvarma sistemlərinin tətbiqi nəticəsində həm su ehtiyatları qorunur, həm torpağın şoranlaşmasının qarşısı alınır, həm də məhsul bolluğu yaranır”. Məlumdur ki, su qıtlığı bütün dünyada müşahidə olunur. Bu səbəbdən ölkəmizdə də ən gur sulu çaylarda belə suyun səviyyəsi aşağı düşür. Ona görə də gələcəkdə su qıtlığı probleminin törədə biləcəyi fəsadların azaldılması üçün bütün su istifadəçiləri sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısını almalı, təsərrüfatda müasir texnologiya və suya qənaət edən avadanlıqlar tətbiq olunmalı, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalıdır.




3-03-2023, 21:47
Ceyhun Bayramov BMT Baş Assambleyasının Prezidentini qəbul edib


Ceyhun Bayramov BMT Baş Assambleyasının Prezidentini qəbul edib

Martın 3-də xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Çaba Köröşini qəbul edib. XİN-dən verilən xəbərə görə, Çaba Körösini salamlayan nazir Ceyhun Bayramov Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakına görə ona təşəkkürünü bildirib, ölkəmizin sədrliyi çərçivəsində təşkil edilmiş Zirvə görüşünün əhəmiyyətindən bəhs edib. Nazir Ceyhun Bayramov BMT nümayəndələrinin son illərdə ölkəmizə səfərlərindən, BMT Baş Assambleyasının Prezidentinin ofisi ilə faydalı əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək, BMT-nin gündəliyində duran məsələlər üzrə müzakirələrdə Azərbaycanın fəal iştirakını və təşəbbüslərini diqqətə çatdırıb. Görüşdə, həmçinin bölgədəki vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mövcud mina təhdidləri, Ermənistanla münasibətlərin normallaşdırılması, o cümlədən sülh gündəliyi üzrə Azərbaycan tərəfindən atılan addımlar qeyd edilib. BMT Baş Assambleyasının Prezidenti Çaba Köröşi öz növbəsində dəvətə görə minnətdarlığını bildirib, Qoşulmama Hərəkatının ölkəmizin sədrliyi dövründə artan rolundan bəhs edib. O, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyinin uğurla icrasını təqdir Azərbaycanın COVID-19 pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirib. Tərəflər, həmçinin BMT gündəliyində duran qarşılıqlı maraq doğuran digər məsələləri və cari regional vəziyyəti müzakirə ediblər.
2-03-2023, 18:37
Keçmiş futbolçunun oğlu “Barcelona” klubuna transfer oldu


Keçmiş futbolçunun oğlu “Barcelona” klubuna transfer oldu

Braziliya millisinin keçmiş futbolçusu Ronaldinyonun oğlu Joao Mendeş de Assis Moreyra “Barselona” klubuna transfer olunub. Bu barədə klubun rəsmi saytında məlumat yayılıb. 18 yaşlı hücumçunun İspaniya klubu ilə bir il yarımlıq müqavilə imzaladığı bildirilib. Mendeş U-19 komandasında çıxış edəcək. Xatırladaq ki, Ronaldinyonun özü 2003-2008-ci illərdə “Barselona”da oynayıb.
2-03-2023, 18:22
Mina probleminə BMT çərçivəsində baxılmalıdır - Prezident


Mina probleminə BMT çərçivəsində baxılmalıdır - Prezident

Azərbaycan böyükmiqyaslı mina problemi ilə üzləşib. Müharibənin başa çatmasından sonra - 2020-ci il noyabrın 10-dan indiyədək 300-ə yaxın vətəndaşımız mina partlaması səbəbindən həlak olub və ya yaralanıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini qəbul edərkən bildirib. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Ölkəmizin minatəmizləmə üzrə yeni Dayanıqlı İnkişaf Məqsədinin təsis edilməsi təşəbbüsü ilə çıxış etdiyini, BMT çərçivəsində də bununla bağlı müzakirələrin aparılmasının vacibliyini vurğulayan Prezident İlham Əliyev BMT-nin ali orqanlarında islahatların aparılması məsələsinə toxunub.
2-03-2023, 18:17
Ceyhun Bayramov Küveytin XİN başçısı ilə görüşüb


Ceyhun Bayramov Küveytin XİN başçısı ilə görüşüb

Martın 2-də xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində Azərbaycanda səfərdə olan Küveyt dövlətinin xarici işlər naziri Şeyx Salem Abdullah Al-Caber Al-Sabah ilə görüşüb. Görüşdə Azərbaycan və Küveyt arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq gündəliyi, çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub. Ölkələr arasında yüksək səviyyəli siyasi dialoqun mövcud olduğunu qeyd edən nazir Ceyhun Bayramov, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışıb. Nazir Ceyhun Bayramov BMT, QH, İƏT çərçivəsində ölkələr arasında qarşılıqlı dəstəyi məmnuniyyətlə qeyd edib. Görüş zamanı habelə “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiya” çərçivəsində fəaliyyət müzakirə olunub. Küveyt naziri Azərbaycanın Qoşulmama Hərəkatına müvəffəqiyyətli sədrliyinə görə minnətdarlıq ifadə edib. Əlaqələrin artan xətt üzrə inkişaf etdiyini qeyd edən nazir, iki ölkə arasında mütəmadi olaraq keçirilən görüşlərin əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini qeyd edib. Tərəflər həmçinin turizm, elm, təhsil, mədəniyyət və digər sahələrdə mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2-03-2023, 18:14
Ceyhun Bayramov Fələstinin XİN rəhbəri ilə görüşüb


Ceyhun Bayramov Fələstinin XİN rəhbəri ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Fələstin Dövlətinin xarici işlər naziri Riyad Əl-Maliki ilə görüşüb. Bu barədə Azərbaycan XİN-dən bildirilib. Görüş zamanı, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən bölgədə cari vəziyyət müzakirə mövzusu olub. Azərbaycan və Fələstin arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi məmnunluqla qeyd olunub. Bu xüsusda, Fələstinin Ramallah şəhərində Azərbaycan Respublikasının Təmsilçilik Ofisinin açılmasının mövcud münasibətlərin inkişafına daha böyük təkan verəcəyinə dair inam ifadə olunub. Beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, habelə QH çərçivəsində göstərilən qarşılıqlı dəstəyin təqdirəlayiq olduğu, bu xüsusda əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd olunub. Nazir Riyad Əl-Maliki Azərbaycan ilə Fələstin arasında qarşılıqlı hörmət, həmrəylik və dostluğa əsaslanan münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, habelə siyasi dialoqun əhəmiyyətini vurğulayıb. Nazir Riyad Əl-Maliki, Azərbaycanın QH-ya sədrliyinin Hərəkatın inkişafına mühüm töhfələr verdiyini, onun daha da gücləndirilməsinə xidmət etdiyini bildirib.
2-03-2023, 16:50
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Martın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi səhər mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.
2-03-2023, 15:42
İraq prezidentindən dünyaya çağırış


İraq prezidentindən dünyaya çağırış

“Tədbirin təşkili və dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmək istəyirəm”. Bunu bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən İraq Prezidenti Əbdüllətif Camal bildirib. O vurğulayıb ki, İraq qlobal pandemiya böhranından çıxmağa davam edir, infrastruktur, sosial ehtiyaclar, iqtisadi şaxələndirmə və kollektiv tədbirlər vasitəsi ilə bu işləri görməyə davam edir:“İraq hökuməti iqlim dəyişikliyi, ərzaq çatışmazlığı və su resurslarının qıtlığı ilə bağlı məsələlərə də xüsusi diqqət yetirir. Bütün bunlar bizim sosial stabilliyimizə təsir göstərir. Hazırda təhlükəsizliyin təmininə xüsusi diqqət yetiririk. Xüsusi dəstək vasitəsi ilə ölkədə kənd təsərrüfatına və suyun effektiv idarə edilməsinə vəsait qoymalıdır. İqlim dəyişikliyi ilə bağlı riskləri azaltmaq istiqamətində işlər görməliyik”. Əbdüllətif Camal qeyd edib ki, ölkəsi müharibədən, dağıntılardan əziyyət çəkib, indi isə fərqli bir ölkədir: “Biz bu acınacaqlı təcrübədən, silahlı münaqişələrdən sonra anlayırıq ki, ancaq dialoqla sülh quruculuğu mümkündür. Biz konstruktiv dialoqla zorakı ekstremizmin aradan qaldırılmasına çalışırıq. İraq regional tərəfdaşlıqda da müsbət rolunu davam etdirməyə hazırdır. Biz regional təhlükəsizliyə və enerji təhlükəsizliyinə töhfə verməyə hazırıq”. O vurğulayıb ki, yeni İraq qonşuları ilə qarşılıqlı hörmət, diplomatiya, ortaq çağırışları, sərhəd təhlükəsizliyi, eyni zamanda, transsərhəd su resursları, su mənbələrinin adekvat optimallaşdırılması ilə münasibətlər qurmağa davam edir: “Yüksək neft qiymətlərini nəzərə alaraq, İraqda hazırda adekvat səhiyyə, su və təhlükəsizliyi, institusional sahələrdə işlər görülməlidir. İctimai infrastrukturun qurulması da məqsədlərdən biridir. Ətraf mühiti qorumaq və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı tədbirlər görülməli, İraqın irsinin növbəti nəsillərə çatdırmaq üçün addımlar atılmalıdır”.
2-03-2023, 15:35
Füzulidə insan sümükləri aşkarlanıb


Füzulidə insan sümükləri aşkarlanıb

Füzulidə mina axtarışları zamanı insan sümükləri aşkarlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, martın 1-i Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində mina-təmizləmə işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!