Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad ediblər.
Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 097 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 746 nəfərdir. İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 953 nəfərdir. Buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 398 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 729 782, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 206 120, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 720 935, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 802 727 təşkil edir.
“Anadolu Agentliyi Yayınları” Qarabağ Zəfəri barədə kitab dərc edib.
Qələbənin necə qazanıldığı, hansı proseslərin yaşanması ilə bağlı fotoşəkillər və qrafiklərlə təqdim edilən 228 səhifəlik kitab 3 hissədən ibarətdir.
Qeyd edilir ki, dünya mediasının gözünü və qulaqlarını yumaraq, bölgədəki reallıqları görməzlikdən gəlməyə çalışdığı günlərdə “Anadolu” agentliyi fədakarlıq, cəsarət və peşəkarlıqla müharibənin hər anını bütün dünyaya yayımlayıb.
"Farer adaları ilə Bakıdakı oyuna zədəli çıxmışdım, amma bunu Qurban Qurbanova bildirməmişdim. Çünki oynamaq istəyirdim"
Bütöv.az xəbər verir ki, bu sözləri Sportinfo.TV-yə müsahibəsində milli komandanın keçmiş qapıçısı Kamran Ağayev deyib.
Kosovo ilə geniş rezonans doğuran matç haqqında danışan Ağayev həmin oyunu həqiqətən zədə üzündən buraxdığını vurğulayıb. Amma istənilən halda komanda ilə birgə səfərə yollanmadığı üçün özünü günahkar sayıb.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər - paytaxt sakinləri Kamran Mirzəzadə, Natiq Abbasov, Ramil Mehdiyev, Rəsul Rəsulzadə, Nazim Əsgərov, Türkan Nəsirova, Abbas Nəcəfi və Nəcməddin Əsgərov saxlanılıblar.
Bu barədə Bütöv.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Onların üzərindən, yaşadıqları mənzillərdən külli miqdarda metamfetamin, heroin və elektron tərəzilər aşkar edilib.
Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə olan narkotacirlərin təsiri ilə ölkə ərazisində narkokuryerlik etdikləri və qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub.
Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Bu şəxslərin hər biri barəsində Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Onlar tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.
Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,72 ABŞ dolları, yaxud 0,8 % artıb.
Bütöv.az xəbər verir ki, bununla da Azərbaycan neftinin 1 barelinin qiyməti 90,56 ABŞ dollarına çatıb. Qeyd edək ki, ötən gün “Brent” markalı neftin bir bareli 89,56 ABŞ dolları olub. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
"Gəncə hadisələri"nə görə həbs edilən və təcridxanada ölən Müşfiq Qurbanov ittiham olunduğu 10 maddə üzrə bəraət alıb.
Bütöv.az Musavat.com-a istinadən xəbər verir ki, Müşfiq Qurbanov Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə ittiham olunaraq Moskvada həbs olunub. Bakıya gətirildikdən sonra təcridxanada vəfat edən Müşfiq Qurbanov sabiq icra başçısına sui-qəsddə ittiham olunurdu. Gəncə Ağır Cinayətlər Məhkəməsi M.Qurbanovun bu və digər daha 9 cinayət əməli törətmədiyini aşkar edib. Onun Elmar Vəliyevə qarşı sui-qəsd hadisəsinə heç bir aidiyyəti olmadığı, adam öldürməyə cəhd və buna bənzər başqa maddələri törtmədiyi sübut olunub. O, yalnız hazırda həbsdə olan Yunis Səfərovla əlbir olub, terrorçuluğa hazırlıq, silah-sursat əldə etmə kimi əməllərdə təqsirli bilinib. Lakin öldüyünə görə ona bu maddələrlə cəza təyin olunmayıb. Xatırladaq ki, Qurbanovla birlikdə Moskvada saxlanılaraq Bakıya ekstradisiya olunmuş Yusif Sadıxov da var. O da ittiham olunduğu 11 maddə ilə bəraət alıb.
Azərbaycanda təqaüdə göndərilən generala yeni vəzifə verilib.
Bütöv.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bir neçə gün əvvəl təqaüdə göndərilən polis general-mayoru Səfər Əliyev nazirin müşaviri təyin edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl polis general-mayoru Səfər Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar Vilayət Eyvazovun əmri ilə DİN Katibliyinin rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Digər əmrlə onun yerinə Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə təyin edilib.(lent.az)
“Caliber” layihəsinin növbəti buraxılışı yayımlanıb.
“Tarixin səhifələri: Dünya ermənilərinin Türküstandakı cinayətləri” adlı növbəti material tarixən erməni millətçilərin törətdiyi qanlı cinayətlərdən bəhs olunub.
Qeyd olunub ki, Qafqazda demək olar ki, bütün xalqlar erməni terrorundan əziyyət çəkib. Erməni vəhşiliyi eyni zamanda Mərkəzi Asiya xalqlarından da yan keçməyib.
“Caliber” faktlar əsasında ermənilərin Türküstanda törətdiyi dəhşətli əməlləri işıqlandırıb.