Prezident şad xəbər verdi: “Hər birinizə 12 sot ayrılıb” .....                        Saleh Səmədovun üçüncü oğlu da İŞDƏN ÇIXARILDI .....                        Əli Babacan təkzib etdi - Ərdoğanın partiyasına qayıtmayacaq .....                        Prezidentdən Türkiyənin milli bayramı ilə bağlı paylaşım .....                        Nazir müavini Hikmət Hacıyevlə görüşdü .....                        İlham Əliyev Ərdoğanı təbrik etdi .....                        Birinci Qarabağ müharibəsi şəhidi dəfn edildi - FOTO .....                        İranın naziri xəstəxanaya yerləşdirildi .....                        Bugünkü reallıq ədalətin təntənəsidir - Prezident .....                       
11-10-2021, 21:36
Azərbaycanda daha 611 nəfərdə koronavirusa yoluxma aşkarlanıb

Son sutkada Azərbaycanda koronavirusa 611 yeni yoluxma faktı qeydə alınıb, 638 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 492 790 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 473 661 nəfər müalicə olunaraq sağalıb, 6 677 nəfər vəfat edib, aktiv xəstə sayı 12 452 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 575, ötən müddət ərzində isə ümumilikdə 4 958 312 test aparılıb.

Butov.az
11-10-2021, 17:53
Deputatlar 28 May və 18 Oktyabrla layihənin ilk oxunuşuna səs verdi

Milli Məclisin iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

Butov.az-ın məlumatına əsasən, layihə müzakirələrdən sonra səsverməyə çıxarılıb.

Deputatları layihənin lehinə səs veriblər.

“Müstəqillik haqqında” qanun layihəsinə əsasən, mayın 28-nin Müstəqillik Günü, оktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü kimi adlandırılması təklif edilir.

Həmin günlər hər il bayram kimi qeyd ediləcək.

Hazırda 28 may Respublika Günü kimi qeyd olunur və həmin gün qeyri-iş günüdür. 18 oktyabr isə Milli Müstəqillik Günüdür və iş günüdür.
11-10-2021, 17:39
İlham Əliyev nazirliyin adını dəyişdirdi - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılır.

Bundan başqa, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılır:

1. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi;

2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnnovasiyalar Agentliyi publik hüquqi şəxsin və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi informasiya kommunikasiya texnologiyaları və rabitə sahəsində sertifikatlaşdırmanı, uçotu, tənzimləməni və nəzarəti (keyfiyyətə nəzarət daxil olmaqla), o cümlədən telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsini və radiospektr idarəçiliyini həyata keçirən publik hüquqi şəxsdir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkilini, əlaqələndirilməsini, həyata keçirilməsini (o cümlədən nəzarət və tənzimləməni) təmin edən, yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirləri, elmi, elmi-texniki, innovasiya fəaliyyətini və müvafiq sınaq təcrübələrini həyata keçirən, fiziki və hüquqi şəxslərə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən, innovasiya yönümlü elmi tədqiqatları və innovativ layihələri (o cümlədən startapları) təşviq edən, onlara maliyyə dəstəyi verən və innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir.

Butov.az
11-10-2021, 12:37
UEFA Millətlər Liqasının qalibi Fransa oldu

UEFA Millətlər Liqasında Fransa klubu qalib olub.

Butov.az xəbər verir ki, klub final mərhələsində Milan şəhərindəki "San Siro" stadionunda İspanya üzərində 2:1 hesablı qələbəsi ilə qalib olub.

Qeyd edək ki, UEFA Millətlər Liqası bu il ikinci dəfədir keçirilib. İlk dəfə -2019-cu ildə Portuqaliya qalib olub.
11-10-2021, 12:05
Milli Məclisdə İran müzakirəsi: “Həmin generallar Azərbaycanı qorxuda bilməz”

“İrandan Azərbaycana qarşı təhdidlər səngimir”.

Butov.az-ın məlumatına əsasən, bunu parlamentin iclasında deputat Aydın Mirzəzadə deyib.

O bildirib ki, Ərdəbilin imam-cüməsi Həsən Amuli Azərbaycana qarşı fikir səsləndirəndə Bakı buna təmkinli yanaşdı.
“Amma sən demə, bu, İrandan açılan ilk snayper atəşi idi. Daha sonra təhdidlərin miqyası genişləndi. Ağır siyasi artilleriyalar işə düşdü”, - deyə A.Mirzəzadə əlavə edib.
Deputat bildirib ki, ötən il həmkarı Bəhruz Məhərrəmov İrana qarşı çıxış edəndə Milli Məclis ona töhmət verib:
“Amma indi İran parlamentinin deputatları Azərbaycanı təhdid edir. Ancaq İran parlamenti onları cəzalandırmır”.
A.Mirzəzadə qeyd edib ki, İranın heç bir generalı Azərbaycanı qorxuda bilməz.
11-10-2021, 11:43
Həbs edilən nazir müavininin cəzası aşağı ENDİRİLDİ

Mədəniyyət nazirinin sabiq müavini, ötən il rüşvət aldığı üçün DTX tərəfindən həbs edilən Rafiq Bayrmovun cəza müddəti aşağı endirilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, bu barədə Bakı Apellyasiya məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, onun həbs müddəti 4 il 6 ay olaraq müəyyən edilib.

Qeyd edək ki, R.Bayramov avqust ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Butov.az
11-10-2021, 11:35
“Cəsəd Nərminə aid deyil” – Vəkildən sensasion fakt - VİDEO

Tovuzda amansızlıqla qətlə yetirilən və yandırılmış cəsədi tapılan Nərmin işi ilə bağlı sensasion iddialar açıqlanıb.

Reportyor.info xəbər verir ki, cinayətlə bağlı təqsirləndirilən şəxs olan İlkin Süleymanovun vəkili Əlibaba Rzayev meyitin əlamətlərinin Nərminin ölçüləri ilə uyğun gəlmədiyini açıqlayıb. Vəkil bildirib ki, boyu, diş sayı, qan qrupu fərqlidir və cəsəd Nərminə aid deyil. Vəkil deyib ki, uşağın ailəsi meyitə baxış keçirməkdə maraqlı olmayıblar. Qeyd edək ki, iş üzrə ittiham olunan İ.Süleymanov özünü təqsirli bilmir.



Butov.az
11-10-2021, 11:28
Qonşunun əsassız iddialarına ən yaxşı cavab - TƏHLİL

Prezident İlham Əliyev İrandan ölkəmizə yönələn ittihamlara cavab verdi: “Burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik”.

Bu barədə “Kaspi” qəzetində yayımlanan təhlili təqdim edirik.

Azərbaycan olduqca həssas regionda, böyük güclərin geosiyasi maraqlarının kəsişdiyi coğrafi ərazidə yerləşir. Bu baxımdan Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət yürüdür. Burada bütün dövlətlərlə eyni cür məsafə saxlamaq, ilk olaraq Azərbaycanın milli maraqlarını önə çəkmək əsas olaraq götürülür.

Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyası tam başa çatmasa da, əsgərlərimiz SSRİ dövründən müəyyən olunan ərazilərdə Vətənin keşiyində ayıq-sayıq dayanırlar. Rəsmi Bakı böyük humanizm göstərərək Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsindən istifadə etməsi üçün Ermənistana şərait yaradıb. Rəsmi İrəvan yolun bu hissəsinin Azərbaycan ərazisi olduğunu qəbul edib, bununla hesablaşıb. Belə bir reallıq fonunda İran qeyri-səmimi davranış nümayiş etdirir, gah hansısa əyalət mollasının timsalında, gah da bəzi rəsmi şəxslərin dili ilə Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirir. Paralel olaraq rəsmi Tehran Azərbaycan-İran sərhədində, Araz çayı boyunca hərbi təlimlər keçirir, ölkəmizə əzələ nümayiş etdirməyə çalışır.

Əlbəttə ki, bütün bunlar təəssüf doğurur. İlk növbədə ondan başlayaq ki, Azərbaycan xarici siyasət kursunda daim region dövlətləri ilə maraqların üst-üstə düşməsinə çalışıb, qarşılıqlı əməkdaşlıq çərçivəsində hərəkət etməyə üstünlük verib. Azərbaycan ABŞ-İran münasibətlərinin kəskinləşdiyi 2003-2006-cı illərdə belə, öz qonşusunun maraqlarının, ərazi bütövlüyünün əksinə olan hər hansı addım atmayıb. Prezident İlham Əliyev 2006-cı ildə ABŞ Prezidenti Corc Buşun dəvəti ilə Vaşinqtonda səfərdə olarkən media qarşısında bəyanat verərək bildirib ki, Azərbaycan ərazisindən istifadə edilib qonşu dövlətlərə zərər verilməsinə imkan yaradılmayacaq.

Azərbaycanın qonşu İrana mərd münasibəti, ərazi bütövlüyünə dəstəyi qarşılığında Tehran rəsmiləri və mollaları fərqli münasibət sərgiləyiblər. 30 ilə yaxın vaxt ərzində İran Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək üçün hər hansı addım atmayıb. Azərbaycanın Cəbrayıl və Zəngilan rayonları, o cümlədən 130 kilometrlik Azərbaycan-İran sərhədi Ermənistan işğalı altında saxlanılanda, bu ərazilər narkotacirlərin, terrorçuların “oylağına” çevriləndə İran bir dəfə də olsun hərbi təlim keçirməyib. Amma Ermənistan işğalına son qoyulub ərazi bütövlüyümuz təmin olunduqdan sonra Tehran rəsmiləri həyəcanlanıb. Görünən budur ki, İran regionda yaranan yeni reallıqla barışmaq istəmir. Öz köhnə ampluasında olan İran mollaları, bəzi rəsmi şəxsləri Azərbaycanla dostluq, mehriban qonşuluq, müsəlman qardaşlığı çərçivəsində deyil, təzyiq və təhdid dilində rəftar etməyə üstünlük veriblər.

Onlara ən yaxşı cavabı Prezident İlham Əliyev bu günlərdə Cəbrayıl rayonuna səfəri zamanı verib. O, Azərbaycanın müstəqil siyasət apardığını diqqətə çatdıraraq deyib ki, ölkəmiz öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq, heç kim bizim işimizə burnunu soxmasın:

“Biz xoş niyyət göstəririk. Amma bu, o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya - bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bilirsiniz, bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Mənə məlumat verildi, mən dedim ki, fikir verməyin. Hansısa əyalət mollasının sözləri ilə biz indi bu fikirlərə əhəmiyyət verəsi deyilik. O kimdir ki?! Sadəcə olaraq, əhəmiyyət verməyin. Amma sonra əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.

Butov.az
11-10-2021, 11:25
Saatlıda yaşam üçün İBTİDAİ ŞƏRTLƏR... -  VİDEO

Havaların kəskin dəyişməsi, yağan yağışlar 15 ailədə olan şagirdin məktəbə gediş-gəlişini çətinləşdirib.

“Qafqazinfo” xəbər verir ki, söhbət Saatlı rayonunun Qara Nuru kəndində yeni yaşayış massivinin bir küçəsindən gedir. Həmin küçənin sakinlərinin gileyini dilə gətirən Nəcəfova Cəmilə Heydər qızıdır. O, bildirir ki, burada yaşayan gənc ailələrin hamısı yay fəslində tarlada günəmuzd əməklə çalışır. Qalan fəsillərdə də digər təsərrüfat işlərində çalışırlar ki, dolanışıqlarını təmin etsinlər:

"Yeni yaşayış massivində bizim küçə salınandan yolla bağlı heç bir iş görülməyib. Övladlarımız uzaq məsafədə məktəbə getməkdə çətinlik çəkir, bəziləri isə ümümiyyətlə getmir. Yağış yağanda at arabası ilə uşaqları məktəbə aparırıq. Çətinliklə bağlı icra hakimiyyətinə şikayətə gedəcəyimizi deyəndə, sabiq icra nümayyəndəsi bizi hədələdi ki, sizi şərləyib tutduracam. Bundan sonra çoxu qorxusundan heç bu haqda danışmır"

Sakinlərin yol problemi ilə bağlı sözügedən kəndin bələdiyyəsi ilə də əlaqdə saxladıq. Bələdiyyə sədri Kamil Ağayev “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, 8 minə yaxın əhalisi olan kənddə 141 küçə var:

"Daxili imkanlarımız, daha dəqiq desək, küçə sakinlərindən toplanan vergi pulu hesabına narahatlıq olan küçələri qumlayırıq. Yəni, hər hansı küçədən vergi pulu kimi toplanan vəsait həmin küçənin ehtiyaclarına xərcləriyirik. Əlavə imkanımız da da yoxdur ki, həmin küçəni də düzəldək. Burada yaşayan ailələrin demək olar ki, hamısı vergilərini vermir. Hətta, bəziləri bələdiyyə yaranandan vergi vermir”.



Butov.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!