1-07-2022, 08:17
Rusiya ilə müharibə olsa... NATO Ukraynadakı münaqişənin bilavasitə iştirakçısı deyil və qarşısına Rusiya ilə birbaşa toqquşmadan qaçmaq vəzifəsi qoyub.
Bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
"Rusiya ilə NATO arasında genişmiqyaslı müharibə olsa, biz daha böyük miqyasda əzab və dağıntılar görəcəyik. Buna görə də NATO-nun iki vəzifəsi var: bunlardan biri Ukraynaya yardım göstərməkdir. Amma biz həmçinin Ukraynanın hüdudlarından kənarda eskalasiyanın qarşısını almağa da məsuliyyət daşıyırıq. Buna görə də NATO Yer üzündə münaqişə tərəfi deyil”, - Stoltenberq qeyd edib.
1-07-2022, 08:12
İsrailin yen baş nazirinin adı açıqlandı. Yair Lapid rəsmi olaraq İsrailin baş naziri oldu.İsrailin "Yeş Atid" partiyasının lideri Yair Lapid iyunun 30-da iyulun 1-nə keçən gecə rəsmi olaraq ölkənin baş naziri olub.
Bu barədə "Kan" radiosu bildirib.
Y.Lapid İsrail tarixində 14-cü baş nazir olub.
Baş nazirin aparatının "Twitter" səhifəsində gecə yarısı Nazirlər Kabinetinin yeni rəhbərinin rəsmi fotosunu yerləşdirib. Fotonun altında "İsrailin baş naziri Yair Lapiddir" deyilib.
30-06-2022, 16:36
Britaniya Azərbaycana pul AYIRDIBöyük Britaniya işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi fəaliyyətini dəstəkləmək üçün Azərbaycana 500.000 funt sterlinq ayırıb.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
"Böyük Britaniya regionu insanlar üçün təhlükəsiz yerə çevirmək və regionda sabitlik üçün çalışır. Böyük Britaniya bölgədə minatəmizləmə fəaliyyətini dəstəkləmək üçün əlavə 500.000 funt sterlinq ayırıb", - məlumatda deyilir.
Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp bununla bağlı özünün "Twitter" səhifəsində paylaşım edib: "Biz bir yerdə regionda sülh üçün çalışmağa davam edirik. Britaniya Xarici İşlər Nazirliyi regionda minatəmizləmə fəaliyyəti üçün əlavə £500,000 ayrıldığını elan etdi. İnanıram ki, bu vəsait ANAMA-ya mülki əhali arasında riskləri azaltmağa və insanlara öz həyatlarını yenidən qurmağa imkan verəcək".
30-06-2022, 16:30
Vergi ödəyicilərinin sayı AÇIQLANIBAzərbaycanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı cəmi 1 358 581 nəfər olub. Bu barədə məlumat Dövlət Vergi Xidməti və Medianın İnkişafı Agentliyinin KİV nümayəndələri üçün keçirilən birgə təlim zamanı bildirilib.
Qeyd edilib ki, vergi ödəyicilərindən 1 190 710 nəfəri fiziki, 167 871-i isə hüquqi şəxslərdir:
"Hüquqi şəxslərin 151 859-u kommersiya qurumlarıdır. Bunlardan 92 430 nəfərinin fəaliyyəti aktivdir, 59429-nun isə fəaliyyəti dayandırılıb.
Hazırda xarici hüquqi şəxslərin sayı isə 17239 nəfərdir ki, bunlardan 12522-sinin fəaliyyəti aktivdir. 4717-nin fəaliyyəti isə dayandırılıb.