2025-ci ildə ən çox edam həyata keçirən ölkə .....                        22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü .....                        Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze .....                        FIFA ilin ən yaxşılarını açıqladı .....                        Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb .....                        Qəzada yaralanan kişi bir gün sonra öldü .....                        Maduro Belarusa qaça bilər: qapımız açıqdır! - Lukaşenko .....                        Mürvət Həsənli İctimai Şuranın sədri seçildi .....                        İqor Babuşkin Azərbaycandadır - Fotolar .....                       
24-12-2021, 11:57
"Qarabağ" adı uğrunda TUM SAVAŞI... - VİDEO

Bərdədə fəaliyyət göstərən istehsal müəssisəsi saxtakarlıq yolu ilə qanunlara meydan oxuyur. Qeyd olunan məsələ barəsində məhkəmə qərarı var. Təəssüf ki,kimlərinsə hamiliyi ilə qanunsuzluqlara rəvac verilir.

DİA.AZ bildirir ki, bu barədə tənqidçi jurnalist Elçin İsmayıllı yazır.


Fakt budur ki,Bərdə şəhəri H.Əliyev prospekti Laçın rayon qaçqın məktəbinin həyətində heç bir standarta uyğun olmayan "Qarabağ günəbaxan tumları"nın istehsalı müəssisəsi fəaliyyət göstərir.
Əslində isə bu saxta müəssisə Tərtər rayonunda yerləşən və standartlara uyğun şəkildə fəaliyyət göstərən eyni adlı bir müəssisənin adını və əmtəə nişanını saxta yollarla əldə etmək yolu ilə fəaliyyət göstərir.
Bu qeydləri sübut edən məhkəmə qərarı var.Ancaq qərar icraya yönləndirilmir.
Görünür kimlərsə qanunları saya salmır və öz diqtəsi ilə fəaliyyət göstərir.
Hesab edirik ki, təcili olaraq əlaqədar qurumlar bu məsələ barədə ölçü götürməli və saxta istehsal müəssisəsinin fəaliyyəti dayandırılmalıdır.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...



Bütöv.az
24-12-2021, 11:53
Gəncə Dövlət Universitetində konfrans - FOTO

Gəncə Dövlət Universitetində “18 il-Güclü lider, qüdrətli dövlət, müasir ordu və Qarabağın azadlığına aparan yol” mövzusunda elmi-praktik konfrans keçirilib.

Modern.az xəbər verir ki, konfransı universitetin rektoru, professor Yusif Yusibov açaraq son 18 ildə Azərbaycanda həyata keçirilən işlər nəticəsində qazanılan uğurlardan danışmış və bütün bunlara görə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevə minnətdar olduğunu diqqətə çatdırıb.
Sonra müxtəlif mövzularda məruzələr dinlənilib. Universitetin Menecment və turizm işi kafedrasının müdiri, dosent Əli Allahverdiyev “Ölkənin iqtisadi inkişafı, islahatlar, layihələr, uğurlar”, Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “Prezident İlham Əliyevin Ordu quruculuğu siyasəti”, Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov “ Diplomatiya və ölkənin beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlər”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Elminaz Namazova “Torpaqların işğaldan azad edilməsinin siyasi və diplomatik özülünün yaradılması” və Universitetin prorektoru, Millət Vəkili Pərvin Kərimzadə “Müstəqil Azərbaycanın bu günkü uğurları Prezident İlham Əliyevin adı ilə bağlıdır” mövzularında məruzələrlə çıxış ediblər.
Univesitetin rektoru, professor Yusif Yusibov elmi-praktik konfransda yekun nitqi söyləyiblər.







Bütöv.az
24-12-2021, 11:37
General Paşayevin işçiləri Kəmaləddin Heydərovu məhkəməyə verir

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətnin əməkdaşı prezident İlham Əliyevə müraciət edib.

Bütöv.az yazır ki, Criminal.az-a göndərilən müraciətdə bildirilir ki, əvvəlki müraciətlərindən sonra kirayə və ezamiyyət pullarını vermək əvəzinə onlara hədə-qorxu gəlirlər:

"Hərbi hissəyə çagirib xidmət rəisi, general mayor Şahmar Paşayev hədələyici tonda danışır. Deyirlər ki, mətbuata niyə deyirsiz? Mətbaut sizə pul verəndir? Bizə halal pulumuz vermirlər. Pulun ilin sonunda veriləcəyini vəd edirlər. Bizlər çətin vəziyyətdə kirayədə yaşayırıq. Mağazalarq çoxlu borcumuz var. Boğularaq övladlarımızın üzünə baxa bilmirik. Biz dərdimizi kimə deyək? Rəisimiz Şahmar Paşayevi aylarla görmürük. Çox zaman özünün şəxsi biznesi ilə məşğul olur, göydələnlər tikdirir. Olduqca çıxılmaz vəziyyətdəyik. Şahmar Paşayevin yanında alay komandiri polkovnik Xəlilli Məmməd, qərargah rəisi mayor Seyidəhməd Nurayev də bizi mətbuata şikayət ünvanladığımız üçün hədələyirlər. Hərbi hissədə bizləri toplayıb məlumati paylaşanı müəyyən edəcəkləri və işdən çıxaracaqlar ilə hədələyirlər.

"Biz onu tapıb sındıracağıq, xidmətdən qovacağıq” deyirlər. Polkovnik Mustafa Rəcəbov, kadrlar şöbəsinin rəisi Elxan Həmidov, polkovnik leytenant Çingiz Hüseynov xidmət rəisi kimi bizləri hədələyirlər. Bizə ildə iki dəfə olmaqla geyim verilməlidir. Amma xidmətin təhcizat şöbəsinin rəisi mayor Elyazov Rəşad formaları vermir.
Xidmət rəisinin göstərişi ilə formalar bizə satılır. Etiraz bildirəndə Elyazov bildirir ki, 500 manat maaş alırsız, dövlət sizə maaş verir, gedin formanı alın, mənim üstümə gəlməyin! Deyir göstərişi Şahmar Paşayev verib. Xidmət rəisinə söz deyəni də işdən çıxarır, təqib edirlər. Elyazov Rəşad xidmət rəisinin yaxın adamıdır. Zabit və gizirlərin kirayə qaldığı evlərə zorla soxulmaqdan belə çəkinmir. Bu adamlara dur deyən yoxdu.

Şəxsi heyətə qarşı kobudluq edənlərdən biri də mayor Axudlu Intiqamdır. Şəxsi heyətlə söyüşlə danışır, təhqir edir. Etiraz edəni də aşağılayır. Zabit və gizirləri istirahət günləri belə idarəyə çağırıb zabitə, gizirə yaraşmayan işləri gördürürlər. Bir sözlə xidmət çox bərbad gündədir. Cənab prezident, ümidimuz sizə qalib. Bizim kirayə, ezamiyyət pullarımızı vermirlər. Vəziyyət çox pisdir, dolana bilmirik. Halal haqqımızı ala bilmirik”.

Şikayətçilər problemlərinin həlli üçün fövqalədə hallar naziri Kəmaləddin Heydərovu məhkəməyə verəcəklər.
24-12-2021, 11:35
60 illik dövlət şirkəti Ağalar Vəliyevə necə “hədiyyə” edildi ?

20 kilo qızıl hədiyyə edilən toyda Ağalar Vəliyev iştirak edibmi?

İsgəndər Ərtuş Ağalar Vəliyevin oğlunun toyunda 1 milyon dollarlıq hədiyyəni niyə verdi ?

Bir müddət əvvəl dərc etdiyimiz “ Biznesmen deputatlar..” başlıqlı yazımıza yenidən qayıtmağa və daha detallı yazmağa ehtiyac hiss etdik.
Öncə onu qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir:
“Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir”.
Bəs görəsən, az qala yarısından çoxu biznes fəaliyyəti ilə məşğul olan deputatlarımızın niyə heç olmasa bir nəfəri bu günədək 89-cu maddə əsasında deputat mandatından məhrum edilməyib ?
Belə olan halda 89-cu maddəni konstitusiyada nə üçün saxlamısınız ?
Bəli, biznes fəaliyyəti ilə məşğul olan deputalarımızdan biri də 97 saylı Goranboy – Ağdam – Tərtər Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilən Ağalar Vəliyevdir.
Öncə onu qeyd edək ki, Ağalar Vəliyev 1996-1998-ci illərdə "Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsində çalışmışdır.
Burada bir STOP...
Bəli, adından da göründüyü kimi 60 ildən çox fəaliyyət göstərən bu qurum dövlətə məxsusdur.
Bəs dövlətə məxsus bu boyda qurumu necə 1998-ci ildə ASC adı ilə Ağalar Vəliyevə “hədiyyə” etdilər ?
Dünyanın heç bir yerində belə hadisə ola bilməz axı...
Bu qurumun bütün əmlakı Ağalar Vəliyevin dədəsinə, babasına deyil, mənz dövlətə məxsus idi, amma bu gün Ağalar Vəliyevin özəl şirkətidir.
Təsəvvür edirsiniz, Ağalar Vəliyev vaxtilə dövlət şirkətində çalışan işçilərdən ASC-nin səhmlərini 200 manata alır. Axı, bu insanlar ömür boyu dövlətin şirkətində işləyib, indi ona məxsus payı Ağalara niyə 200 manata satmalıdır ?
200 manata bizdə uzağı 20 kiloqram ət almaq olar. Amma Ağalar Vəliyev 60 illik şirkəti bu yolla əlinə keçirdi.
Və bu gün Ağalar Vəliyevin dünyanın müxtəlif ölkələrində biznesi var, göydələnlər tikir, oğlunun Avropada mülkəri və s.
Biz Gündəlik-Bakı olaraq ötən yazımızda Ağalar Vəliyevə suallar ünvanlamışdıq. Bu gün həmin suallara yenilərini də əlavə edib cənab deputatdan cavab gözləyəcəyik:
1. Ağalar Vəliyev 1992-93-cü illərdə Yol idarəsinin müdiri işləyərkən, Yevlax rayonunda qanunsuz mahlıc əməliyyatında iştirak edibmi ? Ağalar Vəliyevlə pambıq zavodunun həbs olunan direktorunu hansı maraqlar birləşdirib..?
2. Ağalar Vəliyevin keçmiş baş nazir Sürət Hüseynovla hansı qohumluq əlaqələri var ?
3. Ağalar Vəliyevin Milli Məclisin təmirində niyə adı hallanır ?
4. Ağalar Vəliyevin Binəqədidəki dəmir-beton zavoduna direktor qoyduğu Təyyar Yusifov kimdir ?
5. 2003-cü ildə Azərbaycana gətirilən 200000000-luq armaturun məsələsi necə yekunlaşdı ?
6. Ağalar Vəliyevin Türkiyənin Van vilayətindəki Ərtuş-Əşirətinin başçısı İsgəndər Ərtuşla hansı əlaqələri var ?
Daxil olan məlumata görə, İsgəndər Ərtuş Ağalar Vəliyevin oğlunun toyunda 1 milyon dollar dəyərində hədiyyə verib.
İsgəndər Ərtuşun kimliyi ilə bağlı oxuculara qısaca olaraq onu deyə bilərik ki, Türkiyənin Van vilayətinin Ərtuş tayfasından olan İskəndər Ərtuş oğlunun toyunda 4 mindən artıq qonaq iştirak edib. Və qonaqlar arasında Azərbaycandan da olanlar var. Toyda 20 kilodan artıq qızıl hədiyyələr bağışlanıb.
Ağalar Vəliyev həmin toyda iştirak edibmi ?
Əgər iştirak edibsə, nə bağışlayıb ?
Suallarımız çoxdur. Və cənab deputatdan cavab gözləyirik.
(gundelik baki.com)
Bütöv.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
24-12-2021, 11:04
Leyla Əliyeva Prezidenti təbrik etdi - VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Prezident İlham Əliyevin doğum günü ilə bağlı paylaşım edib.

həmin paylaşımı təqdim edir:



Bütöv.az
24-12-2021, 10:59
Hikmət Hacıyev İlham Əliyevi təbrik etdi - FOTO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında Prezident İlham Əliyevi 60 illik yubileyi münasibəti ilə təbrik edib.

“Xalqımızın həsrətinə son qoyan və torpaqlarımızı işğaldan azad edərək tarixə Müzəffər Ali Baş Komandan kimi adını yazan, Dövlətimizi yalnız inkişaf yolu ilə aparan Prezident İlham Əliyevi bir vətəndaş olaraq ad günü münasibətilə səmimi qəlbdən təbrik edirik”.



Bütöv.az
24-12-2021, 10:50
60 yaşınız mübarək, Ali Baş Komandan!

Kubra Məhərrəmova yazır...

Əslində nə deyiləcək söz var, nə də yazılacaq. Çünki o, özü elə bir tarix yazdı ki, qalan bütün yazılar sadəcə faktların sadalanması olacaq. Amma bəzi şeylər var ki, onları hər dəfə yadına salanda qürurlanırsan. Qürurlananda da özünəinam hissin artır.

Biz “perestroyka” uşaqlarının ən böyük əyləncəsi divardan asılan xalçanın naxışlarını canlandırmaq olub. Psixoloji durumumuz isə bərbad idi. Müharibə uşaqları olan biz tez-tez “rus-erməni bizi qırdı” ifadəsini eşidirdik. Yəni kimlərsə bizdən daha güclüdür, o da bizi məhv edir. Və bunu gözümüzlə görürdük. Hər gün şəhidlər gəlirdi cəbhədən.

Nə qədər ağır olsa da, etiraf etməliyik. Bütün qurbanlara, qəhrəmanlıqlara, ölüm-qalım savaşlarına baxmayaraq I Qarabağ müharibəsində yaşadığımız məğlubiyyət bizi çökdürmüşdü.

Normal silah yox, ordu yox. Könüllü batalyonlardan başqa heç nə yox. Üstəlik ölkə də bərbad gündə. Xarici siyasət yox, Rusiya ilə münaqişəli münasibət. Avropadakılar heç bilmir ki, Qarabağ haradadır...

Bizdə isə daha yaşlı nəslin nümayəndələri açıq deyirdi ki, “Qarabağ getdi, daha geri dönən deyil”. Bəlkə də o vaxt ölkənin yarısı buna inanırdı, bilmirəm...
Açığı bu ritorika son illər də səslənirdi. “O qədər silah alınıb, niyə?”. “Qarabağ getdi” və s.

Hər zaman dillənməsini arzu etdiyimiz dünya birliyi isə bütün bu haqsızlığa həmişəki kimi “ay əqri viz yu” və “yalnız danışıqlar yolu mümkündür” ifadəsini səsləndirirdi. Həyasız, qırmızı sifəti ilə.

Minsk qrupunun həmsədri Anjey Kasprşik də hər dəfə regiona səfər edirdi, yeyib-içib qayıdırdı xarabasına. Hər dəfə onu televizorda müsahibə verən yerdə görəndə, elə bilirdim mən qazanıram o yeyir.

Bütün bu, açıq və gizli, daxili və xarici təsir və təzyiqlərə baxmayaraq o səbirlə, məqsədyönlü surətdə atasına verdiyi sözü planlı şəkildə həyata keçirirdi.

İlk növbədə ən müxtəlif yollarla Azərbaycanı dünyaya tanıtmağa başladı. İdman, mədəniyyət, mümkün olan bütün vasitələri həyata keçirtdi.
Güclü ordu yaratmaq üçün güclü infrastruktur qurdu. Ən son hərbi texnikanı, ən son silahları əldə etdi. Uzaq və orta mənzilli, super dəqiq raketləri, havadan müdafiə qurğularını və heç kimin ağlına gəlməyən vaxt o, PUA-ları əldə etdi.

II Qarabağ müharibəsində XXI əsrin müharibəsinin necə olmalı olduğunu dünyaya göstərdi, ustad dərsi keçdi.

Son model silahlardan istifadə edə bilən yeni, güclü, hərbi biliyi yüksək olan, vətənpərvər, möhkəm ruhlu nəsil yetişdirdi.

Torpağı, Vətəni hər şeydən üstün tutan qəhrəmanları tərbiyə etdi. 18 il hər gün səbirlə Qarabağa doğru getdi. Mümkün olan bütün beynəlxalq platformalarda rəsmi İrəvanla danışıqlara getdi. Hər dəfə onların axmaq, həyasız, absurd fikirlərinə, hücumlarına məruz qaldı. Siyasi meydanda hər dəfə bütün dünya birliyi ilə tək başına mübarizə apardı. Öz prinsip və məqsədlərindən əl çəkmədi. Heç vaxt Qarabağı unutmadı və unutdurmadı.

Və 28 il sonra Azərbaycan tarixində ən böyük qələbəyə imza atdı. Bu qələbə ilə xalq olaraq yenidən doğulduq. Anladıq ki, biz yiyəsiz deyilik. Biz gücsüz deyilik. Biz müdafiəsiz deyilik. Xalq olaraq bunu anlamaq əlahiddə hissdir. Bundan sonra bizim qaçqın uşaqlarımız, ana-bacılarımız olmayacaq. Biz qalib xalqın uşaqları, qalib qazilərin ana-bacısıyıq. Biz canının torpaq, namus uğrunda fəda edən şəhidlərin xatirəsini yaşadanlarıq.

Cənab Prezident, biz xalq olaraq elə torpaq vermişik, bu dəfə xalq-ordu-prezident birliyi itirilən torpaqları geri qaytardı. Birmənalı şəkildə ordunu qələbəyə aparan onun Ali Baş Komandanıdır. Əgər Ali Baş Komandanın siyasi iradəsi, siyasi manevrləri, bilikləri olmasaydı biz bu günləri yaşamazdıq.

Şuşanın işğaldan azad olunmasını xalqa çatdıran Ali Baş Komandan ata vəsiyyətini yerinə yetirdiyini bildirdi. Həm atasının ruhu qarşısında, həm də xalqın qarşısında hesabat verdi.

Onun rəhbərliyi altında qısa müddət ərzində Şuşaya “Zəfər yolu” çəkildi, Füzulidə Beynəlxalq Hava Limanı inşa edildi. İnfrastruktur yaradıldı. Öz işığımız Ağdamda, Şuşada, Füzulidə yandırıldı. Yeni binalar, evlər tikildi.

Növbəti məqsəd Zəngəzur dəhlizi, bütün yolların açılması və regionda sülhün bərqərar olmasıdır. Heç kimə də sirr deyil ki, regionda sülhün qarantı Azərbaycandır.

Bu işdə Sizə möhkəm can sağlığı, uzun ömür və hər zaman qələbə qazanmağı arzu edirik.

60 yaşınız mübarək, Ali Baş Komandan!

Hər zaman güclü və qüdrətli olun!

Bütöv.az
24-12-2021, 10:43
Mehriban Əliyeva Prezident İlham Əliyevlə bağlı paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib.

Birinci vitse-prezidentin bununla bağlı rəsmi "İnstaqram" səhifəsində etdiyi paylaşımda deyilir:

“Hörmətli cənab Prezident!

Bu gün mən milyonlarla Azərbaycan vətəndaşı kimi Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bizə – Azərbaycan xalqına milli qürur və birlik hissi bəxş etdiyinizə görə Sizə təşəkkür edirik. Uzun illərdir ki, hər bir azərbaycanlının qəlbində yaşayan istəyini və müqəddəs arzusunu çin etdiyinizə görə Sizə minnətdarıq. Azərbaycan xalqı – müzəffər xalqdır!

Böyük işlər bir anda baş tutmur. İstənilən tarixi nailiyyətə aparan yol uzun, mürəkkəb və çətin olur. Sizin tarixi xidmətiniz ondadır ki, bu yola qədəm qoydunuz və onu şərəflə keçdiniz. Misilsiz xidmətiniz ondadır ki, bütün bu illər ərzində ölkəyə başçılıq edərək verdiyiniz qərarlarla Azərbaycan xalqının Zəfər qazanmasını təmin etdiniz.

Sizin gücünüz ondadır ki, bu yolda Siz xalqın etimadını qazanmağı bacardınız və məhz xalqın inam və sevgisinə arxalanaraq bu dəyərli etimadı doğrulda bildiniz. Tarixi xidmətiniz ondadır ki, bu illər ərzində bütün çətinliklərə, təzyiqlərə, bəzən əsassız və ədalətsiz fikirlərlə üzləşdiyinizə baxmayaraq bir an belə inamınızı, ümidinizi və iradənizi itirmədiniz. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi böyük Missiyanın yerinə yetirilməsi də məhz Sizin yenilməz iradəniz sayəsində mümkün oldu.

Mən bilirəm ki, Siz həmişə öz xalqınıza inanmısınız. Məhz bu inam Sizin bütün şəxsi keyfiyyətlərinizlə birgə qazandığınız və qazanacağınız qələbələrin mənbəyidir.

Sizə ən səmimi təşəkkürlər!

İcazənizlə, yubiley gününüzdə Sizə və bütün Azərbaycan xalqına uzun ömür, möhkəm cansağlığı və bütün arzularınızın yerinə yetməsini diləyirəm.

Sizin uğur yolunuz davam etməkdədir və qarşıda hələ Vətənimiz naminə görəcəyiniz çoxlu işlər var.

Tanrı Sizə güc və səbir versin! Uca Allah Sizi və Azərbaycan xalqını bu müqəddəs yolda qorusun!

Biz Sizinlə fəxr edir və Sizi çox sevirik!

Mehriban Əliyeva”.



Bütöv.az
24-12-2021, 10:38
“Ən çətin vəzifənin ən layiqli sahibi” - Prezidentin fəaliyyəti ilə bağlı maraqlı çarx - VİDEO

Azərbaycan Televiziyası Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi münasibətilə maraqlı videoçarx hazırlayıb.

Videoçarxda müxtəlif peşə sahibləri iş başında görüntülənib.

Qeyd edək ki, həmin şəxslər öz işinin peşəkarı olan real şəxslərdir.

Sonda isə ən çətin vəzifənin ən layiqli sahibi kimi Prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin və əvəzsiz xidməti qeyd olunur: “Onun işi daha çətindir. Çünki xalqın və dövlətin taleyi onun əllərindədir. Ən çətin vəzifənin ən layiqli sahibi: İlham Əliyev”.



Bütöv.az
24-12-2021, 10:35
Bu gün Prezidentin 60 yaşı tamam olur - VİDEO

Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin doğum günüdür.

Dövlət başçısının 60 yaşı tamam olur.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.

1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.

1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.

1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.

1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.

2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

Evlidir. Üç övladı, beş nəvəsi var.

Təltiflər və fəxri adların siyahısı:

Ordenlər

Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il)

Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il)

Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)

Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il)

Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il)

Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il)

Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il)

Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il)

Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il)

Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il)

Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il)

Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il)

Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)

Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il)

Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il)

Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il)

Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il)

“Serbiya Respublikasının lentli Ordeni” (22 fevral 2013-cü il)

Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il)

Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il)

Türk Dünyasının Ali Ordeni (12 noyabr 2021-ci il)

Fəxri elmi adlar

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)

Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il)

Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)

Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)

Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)

Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il)

Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il)

İordaniya Universitetinin fəxri doktoru (29 iyul 2007-ci il)

Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il)

Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il)

Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il)

Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il)

Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il)

Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il)

Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il)

Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il)

İdman təşkilatlarının mükafatları

Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)

Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il)

Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il)

Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)

Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il)

MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)

Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il)

Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)

Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il)

Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)

Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il)

Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il).

Müzəffər Ali Baş Komandan İlham Əliyev öz adını Azərbaycan tarixinə qalib sərkərdə kimi yazdırıb. 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi ilə Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad edib.

Torpaqlarımızın işğaldan azad edilməsində İlham Əliyevin güclü siyasi iradəsi və qətiyyəti, xalqın Ali Baş Komandana və orduya dəstəyi böyük rol oynayıb.

İlham Əliyevin illərlə apardığı siyasətin və strategiyanın bəhrəsi bizə öz torpaqlarımızı azad etmək xoşbəxtliyini bəxş etdi.

Ali Baş Komandan postmünaqişə dövründə də erməni revanşizminin alovlanmaması üçün prinsipial mövqe nümayiş etdirir, Ermənistanı sülhjə məcbur etmə taktikasını yeridir.

Azərbaycan öz qətiyyətli mövqeyini beynəlxalq təşkilatlarda, digər ölkə rəhbərləri ilə görüşlərdə nümayiş etdirir.

Prezidentin qətiyyəti, iradəsi, strategiyası elə mükəmməl kombinasiya təşkil edir ki, buna görə Azərbaycanla hesablaşırlar.

Bütöv.az saytının bütün kollektivi adından cənab Prezidenti doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ölkəmizin parlaq gələcəyi uğrunda yorulmaz fəaliyyətində uğurlar arzu edirik!

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!