21-06-2022, 07:22
Yutub Semyon Peqovun kanalını sildi Yutub təxribatçı videolarla populyarlıq qazanan rusiyalı “jurnalist” Semyon Peqovun “WarGonzo” səhifəsini bağlayıb.
Butov.az Axar.az-a istinad edərək xəbər verir ki, səhifə həmişəlik silinib.
Qeyd edək ki, Semyon Peqov azərbaycanlılara daha çox İkinci Qarabağ savaşında erməni təbliğatına xidmət edən, böhtan və yalan, təxribat yayan videoları ilə tanışdır. O, Qarabağ savaşından sonra Ukraynanın işğal altında olan Donbas bölgəsində də təxribatçı videolar çəkməklə məşğul olub.
Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.
21-06-2022, 07:15
Saakaşvili siyasi partiyalara çağırış edib Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili siyasi partiyalara müraciət edib. Onun müraciəti sosial media hesabı vasitəsilə yayılıb.
"Bütün silahdaşlarıma, Vahid Milli Hərəkatın tərəfdarlarına, həmçinin bütün partiyalara müraciət edirəm ki, bugünkü (ötən gün keçirilən aksiya - red.) mitinq ilə kifayətlənməsinlər. Bizi kimlərsə nəyisə gözləməyə səsləyirsə, praktiki olaraq bizdən növbəti dəfə aldanmağı xahiş edir.
Bizim avropalı gələcəyimiz öz əlimizdədir. Deoliqarxizasiya üçün oliqarxın hakimiyyəti kimi başlıca institut dəyişməlidir. Texniki hökumət yaradılmalı və Avropa İttifaqının nəzarəti altında gürcü xalqının maraqlarına xidmət edən seçkilər baş tutmalıdır", - deyə Saakaşvili bildirib.
20-06-2022, 21:18
Ombudsmanın maaşı ARTIRILIRİnsan hüquqları üzrə müvəkkilin (ombudsman) maaşı artırılır. Bununla bağlı "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununda dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, ombudsmanın 2230 manat müəyyən edilən vəzifə maaşı artırılaraq 3060 manat olacaq. Bundan əlavə müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində əlavə ödəniləcək.
Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.
20-06-2022, 21:14
Toylarla bağlı daha bir tələb ləğv edilir2022-ci il iyunun 21-dən etibarən şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi ləğv olunur. Bununla bağlı Nazirlər Kabinetinin xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında qərarında deyilir.
20-06-2022, 21:04
Brüssel görüşü 5 saat davam etdi: İrəliləyiş varBrüsseldə Finlandiya, İsveç və Türkiyə nümayəndə heyətləri arasında Şimali Atlantika Alyansına üzvlük məsələsi üzrə keçirilən danışıqlarda irəliləyiş var. Bu barədə Finlandiya prezidentinin ofisindən məlumat verilib.
“Müzakirələr təxminən beş saat davam etdi. Bəzi məsələlərdə aydın irəliləyiş var, digərləri üzrə konsensusa çatmaq üçün hələ çox yol var. Əldə olunan razılaşmalarla bağlı müzakirələr aparılacaq. Ümumi məqsəd müzakirəni mümkün qədər tez davam etdirməkdir”, - məlumatda vurğulanıb.