Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü .....                        Bakıdakı piyada keçidlərindən biri hərəkət üçün bağlanacaq .....                        TDT-nin QHT Platforması hansı işləri görəcək? - Baş katibdən açıqlama .....                        Ceyhun Cəlilov özünə köməkçi təyin edib? .....                        Tramp arıqlamaq istəyir .....                        Bütün Türkiyənin danışdığı ailə faciəsində YENİ DETALLAR .....                        Terroru maliyyələşdirməkdə ittiham olunan şəxslərə ağır cəza verildi .....                        AFFA Hakimlər Komitəsində yeni sədr .....                        Azər Allahverənov yeni vəzifəyə seçildi .....                       
9-11-2025, 14:52
Azərbaycan bölgədə sülhün memarı kimi önə çıxacaq - Ərdoğan


Azərbaycan bölgədə sülhün memarı kimi önə çıxacaq - Ərdoğan

Azərbaycanla koordinasiyalı formada Ermənistanla normallaşma prosesini davam etdiririk.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində deyib.
"Bu proses həyata keçirilərkən Azərbaycanın hüquqlarının pozulmasına yol verməyəcəyik. Hazırda qardaşım İlham Əliyevin rəhbərliyi altında Qarabağda böyük bir inkişaf həyata keçirilir. Qarabağda yollar, tunellər, kənd təsərrüfatı layihələri və mənzillər tikintisi həyata keçirilir. Biz də bu prosesdə Azərbaycana lazımi töhfələri veririk", - o bildirib.
Sülh prosesində Azərbaycanın səylərini yüksək qiymətləndirən Ərdoğan Cənubi Qafqazda daimi sülh üçün bir imkan pəncərəsi açıldığını vurğulayıb. Onun sözlərinə görə, sülh prosesinin qısa zamanda başa çatması müharibənin qalibi olan Azərbaycanı bölgədə sülhün memarı kimi də önə çıxaracaq.
9-11-2025, 13:45
Qarabağdakı inkişaf İlham Əliyevin güclü liderliyinin göstəricisidir - Ərdoğan


Qarabağdakı inkişaf İlham Əliyevin güclü liderliyinin göstəricisidir - Ərdoğan

"İndi Qarabağda böyük inkişaf var və bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin güclü liderliyinin göstəricisidir".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdan səfərdən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, Qarabağ zəfəri təkcə Azərbaycanın deyil, türk dünyasının qələbəsidir: "Biz "Türkiyə sona qədər Azərbaycanın yanındadır" dedik və sözümüzün üstündə durduq".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: "Ziyarətimiz zamanı bizi hər zamankı kimi səmimi qonaqpərvərliyi ilə qarşılayan Azərbaycan Prezidenti İlham Əliyevə və bizi ürəkdən qarşılayan qardaş Azərbaycan xalqına təşəkkürümü bildirirəm".
9-11-2025, 13:38
Göyçayda ənənəvi "Nar Festivalı"


Göyçayda ənənəvi "Nar Festivalı"

Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Göyçay şəhərində ənənəvi "Nar Festivalı" keçirilir.
Festivalın əsas məqsədi regionun narçılıq ənənələrinin qorunması və təbliği, bu ənənələrin turizm məhsuluna çevrilməsi, eləcə də yerli istehsalçılar üçün satış və tanıtım imkanlarının genişləndirilməsidir.
65-dən çox stendin yer aldığı festivalda istehsal ilə məşğul olan müəssisələrin nardan hazırlanmış məhsulları, fermerlər tərəfindən yetişdirilən müxtəlif nar növləri və onlardan hazırlanan məhsullar, narla bağlı əl işləri nümayiş etdirilib, məhsulların dequstasiyası, yarmarka, ustad dərsləri, rəsm sərgisi, müxtəlif müsabiqələr və folklor qruplarının çıxışları təşkil edilib.
Festival konsert proqramı ilə yekunlaşacaq.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən regionlarda tematik festivalların keçirilməsi və turizm məhsulu kimi inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır.
2006-cı ildən etibarən təşkil olunan "Nar Festivalı" ölkənin kənd təsərrüfatı və aqrar mədəniyyətinin bir hissəsi kimi aqroturizmin inkişafına töhfə verir. Göyçayda yüksək dad və keyfiyyət göstəricilərinə malik gülöyşə, vələs, şirin, şıxbaba, şelli mələsi, qırmızıqabıq, bala mürsəl, şahnaz, ağşirin və s. kimi nar növlərin yetişdirilir. Azərbaycanın aqrar ixrac potensialının mühüm hissəsi kimi Göyçayda istehsal olunan nar və nar məhsulları xarici bazarlarda tanınmaqdadır.


9-11-2025, 12:27
Sabah hava yağmursuz keçəcək


Sabah hava yağmursuz keçəcək

Azərbaycan ərazisində noyabrın 10-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq, şimal-qərb küləyi səhər cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-4° isti, gündüz 10-15° isti olacaq.
9-11-2025, 11:55
Azərbaycan əsilli polis Ukraynada öldürüldü


Azərbaycan əsilli polis Ukraynada öldürüldü

Ukrayna Milli Polisinin Dnepropetrovsk üzrə idarəsinin mayoru, Azərbaycan əsilli Qurbanov Çingiz Sahib oğlu Donetsk vilayətində həlak olub.
42 yaşlı Çingiz Qurbanov Donetsk vilayətində xidməti məzuniyyət zamanı dron hücumuna məruz qalıb və hadisə yerində həlak olub.
S. Qurbanov Ukraynanın Dnepropetrovsk vilayətinin Kirovoy-Roq şəhərində doğulub, böyüyüb.
8-11-2025, 14:52
Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılmışdır - Ərdoğan


Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılmışdır - Ərdoğan

Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, müstəqillik və ləyaqət uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi kimi ortaq tariximizə qızıl hərflərlə yazılıb.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.
Ərdoğan deyib: “Bundan 45 gün əvvəl əslən qarabağlı olan böyük bir şairimiz rəhmətə getdi. Mərhum Yavuz Bülənd Bakilər Qarabağa olan həsrətini bu misralarla dilə gətirmişdi:

Torpağına bayraqlarla girə bilərəm.
Qara sevdalılar kimi həsrətəm Qarabağa.
Uğrunda ölə bilərəm.
Bir gün bitərsə hər şey Qarabağı görmədən
İstəmərəm lentlər, çələnglər.
Allahım, ruhuma bir az rahatlıq ver.
Üstümə oxunmuş bir neçə ovuc mübarək Qarabağ torpağı səpilsə, kifayət edər.

İllər boyu şairlər Qarabağ üçün belə həsrət dolu şeirlər yazmışlar. İlham qardaşımın liderliyi altında Azərbaycan Ordusu Qarabağı işğaldan qurtararaq, könüllərdəki 30 illik yanğını da söndürdü. Allaha şükürlər olsun, bu gün Laçından Şuşaya, Zəngilandan Xankəndiyə, Xocalıdan Füzuliyə qədər Qarabağın hər qarışında hüzur var, inkişaf var, barış, rifah və azadlıq var”.
8-11-2025, 14:48
Azad edilmiş ərazilərdə yenidənqurmanın inanılmaz sürəti tam fenomenal xarakter daşıyır


Azad edilmiş ərazilərdə yenidənqurmanın inanılmaz sürəti tam fenomenal xarakter daşıyır

Məcburi köçkün ailələrin Qarabağa, öz yurdlarına qayıdışını görmək ilhamlandırıcıdır. Əziz qardaşım cənab Prezident, bu, Sizin Azərbaycan xalqının rifahı və tərəqqisinə olan şəxsi güclü sadiqliyinizin böyük rəmzidir.
Bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı söyləyib.
Baş nazir əlavə edib ki, Qarabağın incisi Şuşada, Xankəndidə, Füzulidə, Laçında və azad edilmiş bütün digər ərazilərdə yenidənqurmanın bu cür inanılmaz sürəti tam fenomenal xarakter daşıyır.
8-11-2025, 14:38
İnsansız Sistem Qoşunlarının heyəti hərbi paradda


İnsansız Sistem Qoşunlarının heyəti hərbi paradda

İlk dəfə olaraq ən müasir qoşun növü olan İnsansız Sistem Qoşunlarının heyəti noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda keçid edib.
Parad heyətinə “Vətənə xidmətə görə” ordenli polkovnik Adəm Hüseynov başçılıq edib.
8-11-2025, 14:33
Türkiyə və Pakistan hərbçiləri Bakıda Hərbi paradda keçid etdi


Türkiyə və Pakistan hərbçiləri Bakıda Hərbi paradda keçid etdi

Türkiyə hərbçiləri Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda keçid edib.
Türkiyə hərbçiləri ilə yanaşı Pakistan hərbçiləri də Hərbi paradda keçid edib.
8-11-2025, 14:23
Ərdoğan paradda Məmməd Arazın şeirini səsləndirdi


Ərdoğan paradda Məmməd Arazın şeirini səsləndirdi

Bu gün birlikdə 30 illik işğalı sonlandıran möhtəşəm və mükəmməl bir Zəfərin beşinci ildönümünü qeyd edirik. Vətən müharibəsinin bütün şəhidlərini, Azərbaycanın igid övladlarını bir daha rəhmətlə anıram. Rəbbim şəhidlərimizin ruhlarını şad, məkanlarını inşallah cənnət eləsin.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.
O, Azərbaycanın Xalq şairi Məmməd Arazın şeirini səsləndirərək deyib: “Məmməd Araz Azərbaycan türkünün Vətən eşqini belə söyləyirdi:

Bu gün gərək

Hər anımız Vətən! - desin.

Qılıncımız, qalxanımız

Vətən! – desin.

Ölənlərin əvəzinə

Qalanımız - Vətən! - desin.

Vətən, - desin!

Qəlbimizin hər duyğusu, hər vurğusu

Vətən! - desin.

Fərqi yoxdur, harada olaq

Zamanımız, məkanımız

Vətən! - desin!

Qəlbləri hər səfərində Vətən deyə döyünən qəhrəman qazilərimizə minnət duyğularımı ifadə edir, Uca Allah onlardan razı olsun deyirəm”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!