8-11-2025, 14:18
Qarabağın azad edilməsi Türk dünyası üçün də böyük qürur mənbəyidir - Ərdoğan
Bu böyük Zəfərin memarı və lideri olan İlham Əliyev qardaşımı səmimi-qəlbdən təbrik edir, uğurlarının daimi olmasını diləyirəm.
Bu sözləri türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı söyləyib.
“Qarabağın azad edilməsi təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir”, - deyə o əlavə edib.
8-11-2025, 14:18
Bu gün burada böyük vətənpərvərlik eşqi ilə güclü Azərbaycan xalqını görürəm
Bu gün ürəyim fəxarət hissi ilə dolur. Çünki mən burada böyük həvəslə və vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını görürəm.
Bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı söyləyib.
8-11-2025, 14:15
İndi təcridxanada Azərbaycan çayı içirlər - İlham Əliyev“Ermənistan düzgün nəticə çıxara bilməmişdi, ikinci Qarabağ müharibəsi zamanı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdı, hətta yeni torpaqlar işğal edəcəklərini deyirdilər”.
Bu sözləri Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı deyib.
“Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, deyirdilər ki, onlar Bakıda çay içəcək. Əslində onların bu arzuları həyata keçdi, onları biz gerçəkləşdirdik, onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayı içirlər”, - Azərbaycan lideri vurğulayıb.
8-11-2025, 14:12
Zəfərimiz mübarək olsun - ƏrdoğanSizləri ən səmimi duyğularımla, sayğı və sevgi ilə salamlayıram. Zəfər Günümüzün 5-ci ildönümündə sizlərlə bərabər olmaqda böyük bəxtiyarlıq duyuram. İlham Əliyev qardaşıma dəvəti üçün minnətdarlığımı çatdırıram. Sizlərə Türkiyədəki qardaşlarınızın salamlarını gətirdim. Sizlərə 86 milyonun ən səmimi məhəbbətlərini gətirdim.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.
“Bu qürur günümüzdə hazırda Türk Dövlətləri Təşkilatındakı qardaşlarımız da bizimlə eyni coşğunu yaşayır. Zəfərimiz mübarək olsun”, - deyə o bildirib.
8-11-2025, 14:09
Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlirBu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Bu gün “Böyük Qayıdış” Proqramı icra edilir.
Bu sözləri Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.
“Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır”, - deyən dövltəimzin başçısı bütün bu tarixi nailiyyətlər münasibətilə xalqımızı bir daha təbrik edib.
8-11-2025, 14:02
Böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik - İlham ƏliyevBiz enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək, bir çox ölkələr üçün, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik
Bu barədə Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, bütün bu amillərlə bərabər, ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı.
8-11-2025, 13:59
Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil
Biz iqtisadi müstəqillik qazanmışdıq və bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Bu, bizə daha böyük siyasi güc verirdi.
Bu barədə Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.
“Biz müstəqil siyasət aparan ölkə idik və bu amillər digər amillərlə bərabər bizi şanlı Zəfərə yaxınlaşdırırdı”, - deyə dövlətimizin başçısı əlavə edib.
8-11-2025, 13:56
Şuşada iki yaşayış kompleksinin inşasına başlanıldıGələn il Şuşada bərpa-quruculuq işləri davam edəcək. Hazırda Şuşa şəhərində intensiv tikinti işləri aparılır, iki yaşayış kompleksinin inşasına start verilib. Yaxın aylarda üçüncü yaşayış kompleksinin inşasına da başlanılacaq.
Bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.
“Gələn ilin sonu - 2027-ci ilin əvvəlində mərhələli olaraq binaları şuşalıların istifadəsinə verəcəyik. Keçmiş məcburi köçkünlərin növbəti köç dalğası baş tutacaq. Yaxın aylarda Sadıqcanın ev-muzeyinin bərpası bitəcək. Altı tarixi abidədə konservasiya layihələri həyata keçirilərək tamamlanacaq. Bundan başqa, bir neçə layihə də yekunlaşacaq. Şəhərin mərkəzi olan Qarabağ küçəsində inşa olunan binaların daxilində tamamlama işləri gedir. Bu, şəhərdə mehmanxana xidmətinin daha yaxşı olmasına imkan verəcək”, - deyə A.Kərimov bildirib.
8-11-2025, 13:48
Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi
1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdü. Bir milyon Azərbaycan vətəndaşı qaçqın-köçkün vəziyyətinə salınmışdı.
Bu fikirləri Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı səsləndirib.
Xalqımıza qarşı hərbi cinayətlərin, Xocalı soyqırımının törədildiyini, etnik təmizləmə siyasəti aparıldığını xatırladan dövlətimizin başçısı bildirib: “Bu, bizim iradəmizi sındırmadı. Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi”.
8-11-2025, 13:40
Pakistan hərbçilərinin paradda iştirakı Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyidirPakistan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir.
Bu sözləri Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı söyləyib.
Dövlətimizin başçısı vurğulayıb: “Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür”.