13 ölkənin NATO nümayəndəsi Ceyhun Bayramovla görüşdü .....                        Prodüser Təranənin cəzası azaldıldı .....                        Bizə zəmanət verilib, Zəngəzurdan İrana təhdid olmayacaq - Arakçi .....                        Köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO .....                        Çexiya hökuməti istefa verdi .....                        Hikmət Hacıyev Böyük Britaniyanın ticarət elçisi ilə görüşdü .....                        İmişlidə yanğın - 2 nəfər zəhərləndi .....                        Əməkdar artist vəfat etdi - FOTO .....                        Saakaşviliyə yeni cinayət işi açıldı .....                       
20-10-2025, 17:16
Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - FOTO


Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - FOTO

Akademik elmi rütbəsi daşıyan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü olduğu hamıya məlumdur. 87 yaşlı akademik AMEA-nın həqiqi üzvü kimi 2018-ci ildən bəri hər ay dövlətdən 2000 manat elmi rütbə maaşı alır.
Ramiz Mehdiyev daha bir elmi təşkilatın üzvüdür. Belə ki, o, 2022-ci ildən Rusiya Elmlər Akademiyasının (REA) üzvü statusuna malikdir. Onun adı Rusiya Elmlər Akademiyasının saytında da yerləşdirilib. Mehdiyev REA-nın Sosial elmlər bölməsində fəlsəfə üzrə xarici akademikdir.
Qeyd edək ki, Ramiz Mehdiyev Rusiyayönümlü şəxs kimi tanınır. Azərbaycanda dövlət çevrilişinə cəhddə ittiham olunan Mehdiyev vətənə xəyanətini həyata keçirmək üçün Rusiyaya arxalanırmış.

20-10-2025, 17:05
Metronun bu stansiyalarında interval 5 dəqiqə azaldıldı


Metronun bu stansiyalarında interval 5 dəqiqə azaldıldı

Bakı metrosunun “Cəfər Cabbarlı-Xətai” mənzilində interval iş günlərində 5, həftə sonları 4 dəqiqə azaldılaraq qrafik optimallaşdırılıb.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Məlumata görə, “Cəfər Cabbarlı” stansiyasında və yaxın tuneldə aparılan təmir işləri ilə əlaqədar qatarların qəbulu hazırda yalnız bir platformadan həyata keçirilir. Buna baxmayaraq, sahə üzrə tunellərdə qatarların hərəkətinin təşkili ilə bağlı sınaqlar uğurla yekunlaşdırılıb və təhlükəsiz hərəkət tam təmin edilməklə 12 dəqiqəlik intervalın 7 dəqiqəyə endirilməsi mümkün olub.
20-10-2025, 16:54
Zığ dairəsi-Hava Limanı yoluna birləşdirən yanaşma yolları tikilir - VİDEO


Zığ dairəsi-Hava Limanı yoluna birləşdirən yanaşma yolları tikilir - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi, eləcə də yol infrastrukturunun yenidən qurulması istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir.
Bu çərçivədə Suraxanı rayonunun Bahar və Dədə Qorqud qəsəbələrini Zığ dairəsi–Hava Limanı avtomobil yoluna birləşdirən giriş, çıxış və yanaşma yollarının tikintisi işləri həyata keçirilir. Yanaşma yollarının ümumi uzunluğu 1600 metr təşkil edir.
Hazırda layihə üzrə ərazidə qazma və dolğu işləri icra olunur. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.
Layihənin icrası nəticəsində yolboyu hərəkət daha da rahatlaşacaq, yük və sərnişin daşımaları asanlaşacaq, həmçinin Bahar və Dədə Qorqud qəsəbələrinin sakinləri üçün Zığ dairəsi–Hava Limanı yolu ilə birbaşa nəqliyyat bağlantısı təmin ediləcək.
Bununla yanaşı, hazırda Bahar və Dədə Qorqud qəsəbələrini birləşdirən mövcud yolun da təmiri işləri aparılır. Uzunluğu 790 metr olan bu yol üzrə köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri görülür.
Aparılan bütün tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

20-10-2025, 16:42
Sabirabadda erkən nikahla bağlı araşdırma başladı


Sabirabadda erkən nikahla bağlı araşdırma başladı

Dövlət Komitəsinə Sabirabad rayonu Türkədi kənd sakini 19.06.2008-ci il təvəllüdlü Zəhra Qənimət qızı Salmanlının Yolçubəyli kənd sakini 03.01.1990-ci il təvəllüdlü Orxan Yengibar oğlu Mehbalıyev tərəfindən erkən evliliyə cəlb edilməsi faktı ilə bağlı məlumat daxil olub.
Bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, faktın araşdırılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən yerli icra hakimiyyətinin, rayon polis şöbəsinin və Yolçubəyli KİƏD nümayəndəsinin iştirakı ilə hər iki ailəyə səfərlər təşkil edilib.
"Zəhra Salmanlının ailəsinə səfər zamanı qız atası Qənimət Salmanov 15.10.2025-ci il tarixində qız toyu mərasiminin keçirildiyini bildirib. Orxan Mehbalıyevin ailəsinə səfər zamanı oğlan anası Şairə Mehbalıyeva oğlan toyunun Zəhra Salmanlının 18 yaşı tamam olduqdan sonra keçiriləcəyini bildirib. Səfərlər zamanı hər iki ailəyə 24 iyun 2024-cü il tarixində qəbul edilən və 01 iyul 2025-ci il tarixində qüvvəyə minən Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayyət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə bağlı ətraflı məlumat verilib. Qanuna əsasən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsinə görə, yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə mərasimlərin keçirilməsinə görə cəza tədbirlərin görülməsi nəzərdə tutulur. Faktla bağlı Qanun çərçivəsində tədbirlərin görülməsinə dair Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara məktub göndərilib", - məlumatda qeyd olunub.
20-10-2025, 16:33
Spiker Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında çıxış etdi


Spiker Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında çıxış etdi

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 20-də İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında keçirilən “Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda müzakirələrdə çıxış edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Çıxışında bu gün dünyada münaqişələrin və təbii fəlakətlərin sayının artmaqda davam etdiyini söyləyən spiker Sahibə Qafarova bunun özü ilə yeni humanitar çağırışlar – zorakılıq, köçkünlük, böhranlar və aclıq gətirdiyini bildirib. Birləşmiş Millətlər Təşkilatının Baş katibinin bu yaxınlarda qlobal humanitar fəaliyyətin iflasa uğramaq ərəfəsində olması ilə bağlı xəbərdarlıq etdiyini xatırladan Milli Məclisin sədrinin sözlərinə görə, bu, vəziyyətin nə qədər ciddi olduğunu və birgə tədbirlərə nə qədər ehtiyac duyulduğunu açıq şəkildə göstərir.
Tədbir iştirakçılarına bu ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistanın Birgə Bəyannamə imzalaması haqqında məlumat verən spiker Sahibə Qafarova deyib ki, tərəflər sülh sazişini də parafladılar ki, bu da onilliklərlə davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması istiqamətində tarixi addımdır. Milli Məclisin sədri ümidvar olduğunu bildirib ki, bu əlamətdar hadisə Cənubi Qafqazda daimi sülh, sabitlik və davamlı inkişafın yeni səhifəsini açacaq. Bu isə, hətta uzun müddətdir davam edən münaqişələrin də dialoq və siyasi iradə yolu ilə həll oluna biləcəyinə dair əminlik yaradır.
Milli Məclisin sədri, assambleyada daha bir humanitar çağırış kimi itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələyə də diqqət çəkib. O vurğulayıb ki, münaqişə illərində 4000-ə yaxın azərbaycanlı itkin düşüb və onların ailələri hələ də cavab gözləyir. Bu, təkcə milli ağrı deyil, həm də bir çox ölkələrin paylaşdığı universal humanitar narahatlıqdır.
Çıxışının sonunda Milli Məclisin sədri deyib ki, vaxtilə humanitar yardım alan Azərbaycan bu gün donor ölkə kimi çıxış edir, BMT-ni və qlobal humanitar səyləri dəstəkləyir.
20-10-2025, 16:28
İlham Əliyev Astanada - Tokayev şəxsən qarşıladı - FOTO


İlham Əliyev Astanada - Tokayev şəxsən qarşıladı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfərinə gedib.
Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlətimizin başçısını Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.









20-10-2025, 16:08
71 yaşlı kişi xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq öldü


71 yaşlı kişi xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq öldü

Gəncədə xəstəxanada ölüm olub.
Hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxananın travmatologiya şöbəsində qeydə alınıb. Belə ki, xəstəxananın sözügedən şöbəsində yatan Goranboy rayon sakini 1954-cü il təvəllüdlü Z.Rzayev ikinci mərtəbədən yerə düşüb. Yaşlı kişi xəstəxananın digər şöbəsinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, Z.Rzayev xəstəxanada müalicə alırmış. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
20-10-2025, 16:04
Novruz Məmmədov Mehdiyevdən danışdı: “Heç vaxt kömək ummamışam”


Novruz Məmmədov Mehdiyevdən danışdı: “Heç vaxt kömək ummamışam”

Azərbaycanın sabiq Baş naziri Novruz Məmmədov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsinə və barəsində 4 aylıq ev həbsi çıxarılması barədə qərara münasibət bildirib.
Novruz Məmmədov deyib ki, Ramiz Mehdiyev barəsində çıxarılmış məhkəmə qərarı tam ədalətlidir. Onun sözlərinə görə, Ramiz Mehdiyev uzun illər Azərbaycanda gedən ictimai-siyasi proseslərdə mühim rol oynayıb:
“Hamı yaxşı bilir ki, Ramiz Mehdiyev uzun illər ərzində Azərbaycanda gedən ictimai-siyasi proseslərdə yer alan ən yüksək səviyyəli şəxslərdən biri kimi çox mühüm rol oynayıb. Dövlət idarəetmə sistemində gedən bütün prosesləri görüb, bunları müşayiət edən adamlar da biri olub. Son proseslərlə bağlı da bildirim ki, Ramiz Mehdiyevlə bağlı axtarış olub, xüsusi işlər görülüb, araşdırılıb, öyrənilib, haradansa məlumatlar əldə olunub. Ona görə də onunla bağlı belə qərar qəbul edilib.
Düşünürəm ki, onunla bağlı məhkəmə qərarı ədalətli və hər şey dəqiq nəzərə alınaraq atılan addımdır. Ona görə də mən bu məsələyə başqa cür yanaşmağı düzgün hesab etmirəm. Çünki Ramiz müəllimin gördüyü işlər çox idi, çox ciddi və məsuliyyətli işlərlə məşğul olurdu. Gərək o da çalışmalı idi ki, fəaliyyəti digərlərinə nümunə olsun”.
Novruz Məmmədov qeyd edib ki, Azərbaycan dövləti Ramiz Mehdiyevə çox böyük imkanlar yaratmışdı, o da həmin imkanlarla işləyib, yaşayırdı:
“Uzun illər biz eyni binada işləmişik, hərdən salamlaşırdıq, görüşürdük. Amma mən onun xarakterini bildiyim üçün ona heç zaman ehtiyacım olmayıb, heç vaxt Ramiz Mehdiyevdən kömək ummamışam. Buna mən özüm imkan verməmişəm. Amma adamlar var idi, kabinetinin qarşısında saatlarla, günlərlə onu gözləyirdilər ki, qəbul eləsin. Ramiz Mehdiyevin idarəçilik xarakteri çox qəribə idi, özünü elə aparırdı ki, sanki dünyada onu əvəzedəcək adam yoxdur. Sanki hamı onun qəbulunda saatlarla gözləməlidir və s. Ramiz Mehdiyev vəzifədə işləyən zaman çox insanlara qarşı heç də ədalətli olmurdu, onları qapıda çox gözlətdirirdi. Özündən çox razı idi, heç kimi saymırdı, heç kimlə məsləhətləşmək istəmirdi. Elə fikirləşirdi ki, sanki Azərbaycanı o idarə edir. Ona görə də mən onu qəbul edə bilmirdim, sadəcə yaşına görə işinə qarışıb bir söz demirdim. Bütün bunlara görə hesab edirəm ki, Ramiz Mehdiyev barəsində qərar ədalətlidir”.
Sabiq Baş nazir Ramiz Mehdiyevin PA-nın sabiq şöbə müdiri Əli Həsənovla münasibətlərindən də danışıb:
“Ramiz Mehdiyevin mənə ziyanı dəyməyib. Ümumiyyətlə, mən elə iş görməmişdim ki, onun mənə zərbəsi dəysin. PA-da çalşanda da işimi normal görürdüm, heç vaxt da aramızda ciddi problem yaşanmayıb. Əgər onun mənə bir zərbəsi dəysəydi, bu, həmin vaxtı böyük hadisə olardı. Çünki mən bunu Prezidentə məruzə edəcəkdim. Bəlkə də o başqa adamları axtarıb tapıb, hansısa işlər görürdü. Ancaq Əli Həsənov məndən fərqli idi, onun öz işindən başqa əlavə işlərin görülməsində fəaliyyəti geniş idi. Çünki Ramiz Mehdiyev və Əli Həsənov eyni sahələrə baxırdılar. Onların arasında nələrsə olubsa belə, Əli Həsənov çıxıb özü sözünü desin.
Amma yenə deyirəm ki, vəzifədə olarkən mən öz işimdən başqa iş görməmişəm. Heç, bir kvadrat metr belə torpaqda da gözüm olmayıb”.
20-10-2025, 15:59
Bakıda bir nəfər süni göldə batıb


Bakıda bir nəfər süni göldə batıb

Bakı şəhəri Qala qəsəbəsində süni göldən bir nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün Fövqəladə Hallar Nazirliyinə müraciət daxil olub.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri müraciət üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
20-10-2025, 15:46
Azərbaycanda 230 minə yaxın insan ev telefonundan imtina edib


Azərbaycanda 230 minə yaxın insan ev telefonundan imtina edib

Azərbaycanda 2024-cü il üzrə sabit şəbəkə telefonları (ev telefonları) istifadəçilərinin sayı azalıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ötən il ölkədə sabit şəbəkə telefonlarının ümumi sayı 1 milyon 175 min nömrə təşkil edib. Onlardan 1 milyon 95 min 200-ü mənzillərdə olan sabit şəbəkə telefonlarıdır.
2023-cü ildə isə vəziyyət bir qədər fərqli olub. Belə ki, həmin il 1.4 milyondan bir qədər artıq sabit şəbəkə telefonları istifadəçisi olub. Onlardan 1.3 milyonu mənzillərdə olan sabit şəbəkə telefonları olub.
Beləliklə, bir il ərzində 230 minə yaxın insan ev telefonlarından imtina edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!