Fidan amerikalı həmkarı ilə danışıqlar apardı .....                        Tramp Venesuelaya zərbə endirməyə icazə verəcək .....                        Fərhad Əhmədov məhkəmədə ifadə verdi .....                        Rusiya Mehdiyevi niyə satdı? - ŞƏRH .....                        Avropa İttifaqı Azərbaycanla dostluq körpülərini qurmaqdan məmnundur .....                        Paşinyan 2026-cı il seçkilərində qalib gələcəyini anons etdi .....                        Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı .....                        Azərbaycanla Çinin həkimləri tarixi əməliyyat keçirdilər .....                        Husilərin Baş Qərargah rəisi öldürüldü .....                       
30-09-2025, 17:05
Polşa deputatları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər


Polşa deputatları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Polşalı parlamentarilər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycan Respublikasında səfərdə olan Polşa parlamentinin Polşa-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun sədri Pşemışlav Vitekin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 30-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən şəhəri seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevinc Fətəliyeva və digər rəsmi şəxslər müşayiət ediblər.



30-09-2025, 16:57
Azərbaycanla Kamboca arasında memorandum təsdiqləndi


Azərbaycanla Kamboca arasında memorandum təsdiqləndi

“Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında turizm əməkdaşlığına dair Anlaşma Memorandumu” təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Kamboca Krallığı Hökumətinə bildiriş göndərməlidir.
30-09-2025, 16:49
AYNA-ya yeni vəzifə həvalə edildi


AYNA-ya yeni vəzifə həvalə edildi

Naxçıvan Muxtar Respublikasında nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), yeni avtomobil duracaqlarının (qarajlarının) yaradılması (layihələndirilməsi, tikilməsi) ilə bağlı tədbirlər görmək və onların cari vəziyyətinə nəzarəti həyata keçirmək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə həvalə edilib.
Bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə edilən dəyişiklikdə əksini tapıb.
Nazirlər Kabineti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
30-09-2025, 16:23
Azərbaycan Rusiya qazının İrana daşınmasına icazə verməyəcək - Sabiq diplomat


Azərbaycan Rusiya qazının İrana daşınmasına icazə verməyəcək - Sabiq diplomat

28 sentyabr 2025-ci ildən etibarən BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları tam şəkildə bərpa olunub.
Bu qərar Avropanın aparıcı dövlətlərinin - Böyük Britaniya, Almaniya və Fransanın təşəbbüsü ilə Tehranın MAQATE müfəttişlərini nüvə obyektlərinə buraxmaqdan imtina etməsinə cavab olaraq qəbul edilib. Beləliklə, 2015-ci ildə imzalanmış nüvə sazişi çərçivəsində dayandırılmış bütün məhdudiyyətlər (silah embarqosu, enerji və maliyyə sahəsində sərt qadağalar, xarici aktivlərin dondurulması) yenidən qüvvəyə minir.
Sanksiyaların bərpası ən çox İrana təsir göstərsə də, bu qərar Rusiyanın planlarını da çətin vəziyyətə salıb. Xatırladaq ki, Moskva və Tehran 2024-cü ildə ilkin razılıq əldə etmiş, 2025-ci ilin əvvəlində isə Rusiya qazının İran ərazisinə nəqli barədə saziş imzalamışdı. Bu qazın tranziti üçün əsas marşrut kimi Azərbaycan nəzərdə tutulurdu.
Lakin indi beynəlxalq məhdudiyyətlər fonunda Azərbaycanın bu layihədə iştirak edib-etməyəcəyi açıq sual olaraq qalır.
Sabiq diplomat Nəsib Nəsibli bildirib ki, Rusiya qazının Azərbaycan üzərindən İrana daşınması sanksiyaların ölkəmizə də tətbiq edilməsinə səbəb ola bilər:
“Rusiya qazının Azərbaycan üzərindən İrana daşınması məsələsi yeni deyil. Rusiya ilə hazırkı gərgin münasibətlər, Avropa və Qərblə normal münasibətlərinin qurulması istəyi şəraitində, məncə, Rusiyanın bu istiqamətdə təklifləri hökumət tərəfindən qəbul edilməyəcək. Əks təqdirdə sanksiyalar Azərbaycana da şamil edilə bilər. Azərbaycan çox çətin duruma düşə bilər”.
Sabiq diplomat beynəlxalq münasibətlərin olduqca mürəkkəb olduğunu vurğulayıb:
“Beynəlxalq münasibətlərdə bilmədiyimiz o qədər nüanslar var ki, bizim bildiyimiz proseslərin bəlkə də 5%-ni təşkil edir. Bir də görürsən çox önəmli məsələ ortaya çıxır və insanlar təəccüblənir ki, bu haradan çıxdı? Ona görə də, hazırkı məqamda onu demək mümkündür ki, Azərbaycan iqtidarının bu təklifi qəbul etmə ehtimalı çox azdır”.
N.Nəsibli bildirib ki, bu məsələ Rusiyanın öz problemləridir:
"Necə istəyir o cür də düşünsün. Azərbaycan öz maraqlarının arxasında dayanmalıdır”.
30-09-2025, 16:19
Ceyhun Bayramov ABŞ Dövlət Departamentini baş müşavirini qəbul edib


Ceyhun Bayramov ABŞ Dövlət Departamentini baş müşavirini qəbul edib

Sentybarın 30-da xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş müşaviri Vayat Tolki və Səfirliyin müvəqqəti işlər vəkili Emi Karlonu qəbul edib.
Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüş zamanı Azərbaycan-ABŞ münasibətləri, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumundan irəli gələn məsələlər, Azərbaycan-Ermənistan normallaşma prosesi və bu çərçivədə Vaşinqton razılaşmalarının icrası, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
İki ölkə rəsmiləri və nümayəndələri tərəfindən həyata keçirilən qarşılıqlı səfərlərin münasibətlərin inkişafında əhəmiyyətli yer tutduğu qeyd edilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
30-09-2025, 16:04
“Nar”ın rəhbərliyində dəyişiklik oldu


“Nar”ın rəhbərliyində dəyişiklik oldu

30 sentyabr 2025-ci il tarixində “Azerfon” MMC-nin ("Nar" ticarət nişanı) rəhbərliyində dəyişiklik olub.
Şirkətdən verilən məlumata görə, baş icraçı direktor Qunnar Panke karyerasında yeni mərhələyə başlamaq məqsədilə tutduğu vəzifədən ayrılıb.
“Bu gün, 8 ilə yaxın müddətdə “Nar”da davam edən fəaliyyətim tamamlanır. Bu illər ərzində məqsədimiz sərfəli brend olaraq müştərilərimizə yüksəkkeyfiyyətli məhsul və xidmətlər təqdim etmək olub. “Nar – Sənə ən yaxın” şüarı ilə insanların həyatına müsbət təsir edən bir sıra layihələr həyata keçirdik, ilklərə və önəmli nailiyyətlərə imza atdıq. “Nar” komandası ilə birlikdə əldə etdiyimiz uğurlarla fəxr edir, komandanın hər bir üzvünə təşəkkür edərək minnətdarlıq hissi ilə “Nar”dan ayrılıram”, - deyə Qunnar Panke bildirib.
“Nar” fəaliyyəti dövründə göstərdiyi yüksək peşəkarlıq, əzmkarlıq və əldə olunan nailiyyətlərə görə Qunnar Pankeyə təşəkkür edir, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayır.
“Nar” baş icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı məlumatı yaxın zamanda ictimaiyyətə təqdim edəcək.
2007-ci ildə fəaliyyətə başlayan “Azerfon” MMC (“Nar” ticarət nişanı) qısa müddətdə ölkənin telekommunikasiya sahəsində aparıcı şirkətlərdən birinə çevrilib. Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
30-09-2025, 15:41
Fahrettin Altun Azərbaycanda


Fahrettin Altun Azərbaycanda

Sentyabrın 30-da Konstitusiya Məhkəməsində ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK)-in sədri Fahrettin Altunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Konstitusiya Məhkəməsindən verilən xəbərə görə, sədr Fərhad Abdullayev Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verərək, Azərbaycan-Türkiyə əlaqələrinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” tezisinə əsaslandığını bildirib.
Sədr vurğulayıb ki, iki qardaş ölkə arasında sarsılmaz münasibətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində durmadan inkişaf edir.
Daha sonra Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Fahrettin Altun bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də sıx əməkdaşlıq qarşılıqlı dəstək və anlaşma əsasında uğurla inkişaf edəcək.
Söhbət zamanı geniş fikir mübadiləsi aparılıb, insan hüquq və azadlıqlarının qorunması və digər hüquqi məsələlər müzakirə olunub.
Görüşdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.
Tədbirin sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar və xatirə fotoşəkilləri çəkdiriblər.


30-09-2025, 15:07
İtaliya Prezidenti Azərbaycana gəldi


İtaliya Prezidenti Azərbaycana gəldi

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella sentyabrın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İtaliya Prezidenti Sercio Mattarellanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

***

14:55

İtaliya Prezidenti Sergio Mattarella sentyabrın 30-dan oktyabrın 1-dək Azərbaycanda rəsmi səfərdə olacaq.
Bu barədə İtaliya Prezidentinin mətbuat xidməti məlumat yayıb.
30-09-2025, 14:46
Azərbaycanla bağlı saxta xəbər yayan şəxs saxlanıldı


Azərbaycanla bağlı saxta xəbər yayan şəxs saxlanıldı

Azərbaycanla bağlı dezinformasiya yayan türk vətəndaşı saxlanıldı.
Sosial şəbəkələrdə “Tuğberk” adlı "X" istifadəçisi BMT Baş Assambleyasının 80-ci sessiyası ilə bağlı yanlış məlumatlar yaydığı üçün müzakirələrin mərkəzinə çevrilmişdi. O, İsrailin Baş naziri Benyamin Netanyahunun Fələstin mövzusundakı çıxışını Azərbaycan rəsmilərinin izlədiyi və alqışladığı barədə saxta paylaşımlar etmişdi.
Məsələ ictimai rezonans doğurduqdan sonra həmin şəxs İspaniyadan Türkiyəyə qayıdarkən polis tərəfindən saxlanılıb. O, ifadəsi alındıqdan sonra sərbəst buraxıldığını öz "X" hesabında açıqlayıb.

30-09-2025, 14:38
Rəsmilər Cabir İmanovun vida mərasimində - FOTO


Rəsmilər Cabir İmanovun vida mərasimində - FOTO

Əməkdar artist Cabir İmanovla Şəhriyar adına Mədəniyyət Mərkəzində vida mərasimi keçirilir.
Vida mərasimində dövlət rəsmiləri də iştirak edirlər.
Onların arasında xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Prezidentin köməkçisi Anar Ələkbərov, Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Mərkəzi Bankın sədri Taleh Kazımov və digər rəsmilər var.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!