Fidan amerikalı həmkarı ilə danışıqlar apardı .....                        Tramp Venesuelaya zərbə endirməyə icazə verəcək .....                        Fərhad Əhmədov məhkəmədə ifadə verdi .....                        Rusiya Mehdiyevi niyə satdı? - ŞƏRH .....                        Avropa İttifaqı Azərbaycanla dostluq körpülərini qurmaqdan məmnundur .....                        Paşinyan 2026-cı il seçkilərində qalib gələcəyini anons etdi .....                        Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı .....                        Azərbaycanla Çinin həkimləri tarixi əməliyyat keçirdilər .....                        Husilərin Baş Qərargah rəisi öldürüldü .....                       
29-09-2025, 20:50
Ramiz Quliyevin vəziyyəti pisləşib - Oğlu danışdı


Ramiz Quliyevin vəziyyəti pisləşib - Oğlu danışdı

Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Onun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Məşhur tarzənin oğlu, Əməkdar artist Əyyub Quliyev bildirib ki, Ramiz müəllimin bir neçə gün öncə səhhətində problemlər yaranıb. 1 il əvvəl böyrək çatışmazlığı ilə əlaqədər müəyyən müalicələr alıb.
“Bir neçə gün bundan əvvəl isə səhhətində ciddi problemlər yarandı. Müayinəyə apardıq və məlum oldu ki, kreatinin səviyyəsi kritik səviyyədə yüksək idi”.
O qeyd edib ki, tanıdığı həkimlərə müraciət etdikdən sonra Ramiz Quliyevi təcili olaraq xəstəxanaya yerləşdirmək lazım olduğu bildirilib:
“Mən də Heydər Əliyev Fonduna müraciət etdim. Sağ olsunlar ən qısa zamanda bizə geridönüş etdilər. Hətta Fondun icraçı direktoru Anar Ələkbərov özü əlaqə saxlayaraq bütün detalları öyrəndi. Hər şeyi izah etdikdən sonra bildirdi ki, dövlətimiz və Heydər Əliyev Fondu bizə dəstək olmağa hazırdır. Bizə də bu böyük stimul oldu, çünki çox gərgin dəqiqələr yaşayırdıq. Dərhal Heydər Əliyev Fondunun dəstəyi ilə Ramiz müəllim Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirildi və həmin günün axşamı Anar Ələkbərov və Mədəniyyət naziri Adil Kərimli atamı ziyarət etdilər, həkimlər bilavasitə Ramiz müəllimin vəziyyətini onlara izah etdi. Biz də çox sevindik ki, dövlətimiz ən yüksək səviyyədə Ramiz müəllimin sağlamlığı ilə bağlı bütün proseslərdə iştirak edir”.
“Mən də gündəlik həkimlərlə ünsiyyətdəyəm. Şükür Allaha ki, yaxşıya doğru irəlləyişlər var. Böyrəklər artıq funksiyalarını bərpa edir. Müəyyən xroniki xəstəliklər də var idi ki, onlar da artıq təhlükəli vəziyyətə gəlib çxırdı. Həkimlər onları da müalicə etmək üçün hər gün müxtəlif müayinələr və prosedurlar edirlər” -deyə Ramiz Quliyevin oğlu bildirib.
“İstərdim ki, fürsətdən istifadə edib bizim üçün belə çətin, önəmli anlarda bizi tək qoymayan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təşəkkürümü bildirim. Mənə elə gəlir ki, bir az geciksəydik nəticəsi ağır ola bilərdi. Demək olar ki, Ramiz müəllimi xilas etmiş oldular” - sonda o bildirib.
29-09-2025, 20:41
Əsas məsələ yalnız bilik əldə etmək deyil - Nazir


Əsas məsələ yalnız bilik əldə etmək deyil - Nazir

“Əsas məsələ yalnız bilik əldə etmək deyil, həm də həmin biliklərin ölkənin milli inkişafına çevrilməsi prosesidir”.
Bu sözləri bu gün Bakıda “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən beynəlxalq “INMerge" İnnovasiya Sammitində (INMerge Innovation Summit 2025) “Təhsil-sahibkarlıq boru kəməri: Biliyin milli inkişafa çevrilməsi” mövzusunda təşkil edilmiş panel müzakirə zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, innovasiya və sahibkarlıq yalnız proqramlarla məhdudlaşmamalıdır, bunun mədəniyyət və təhsil sistemi ilə dərin bağlılığı vardır. “Biz, ilk növbədə, yanlış yanaşmalardan uzaq durmalı, düzgün metodları müəyyən etməliyik. Təhsil sahəsində innovasiya yalnız məktəblərə deyil, həm də geniş ictimaiyyətə təsir etməlidir”, – deyə o vurğulayıb.
Emin Əmrullayev əlavə edib ki, ölkədə innovasiya mühiti yalnız texnologiya və proqramlar ilə qurulmur, eyni zamanda gələcək nəsillərin yetişdirilməsi və cəmiyyətin ümumi inkişafına töhfə verəcək mədəniyyətin formalaşdırılması ilə bağlıdır.
29-09-2025, 19:22
Azərbaycanda oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlayır


Azərbaycanda oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlayır

Oktyabrın 1-dən Azərbaycanda məktəb avtobusları layihəsi başlayır.
Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, gələn aydan bununla bağlı pilot layihə icra ediləcək:
“Hazırda özəl sektorla bir yerdə təxminən 1200 uşaq var. Layihəyə oktyabrın 1-dən başlanılacaq. Ümumilikdə, bizim üçün də bu maraqlı layihədir. Biz də bu prosesi daha da asanlaşdırmaqla bağlı müəyyən müzakirələr aparırıq ki, bu avtobusların xətlərə buraxılması daha sürətli olsun. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bir yerdə işləyirik. Hazırda bu layihə 12 dövlət və özəl məktəbi əhatə edir. Hansı məktəblər tıxaca daha çox təsir edirsə, o məktəbləri cəlb etməyə çalışırıq. Amma bu, valideynlə həmin şirkət arasında olan münasibətlərdir. Bizim işimiz daha çox bunu mümkün etməkdir. Gələn aydan bu pilot səviyyədə tətbiq ediləcək. Amma 1200 uşaq da az deyil. Çünki bunların hamısı şəhərin mərkəzi məktəbləridir”.
E. Əmrullayev əlavə edib ki, dövlət layihənin ilkin mərhələsində müəyyən subsidiya və dəstək mexanizmləri ilə iştirak edəcək, lakin şagird sayı artdıqca ödənişin valideynlər tərəfindən qarşılanması nəzərdə tutulur: “Layihənin əsas məqsədi həm uşaqlar üçün rahat nəqliyyat təmin etmək, həm də tıxacların azaldılmasına töhfə verməkdir. Saylar artdıqca qiymətlər tədricən optimallaşdırılacaq”.
29-09-2025, 16:16
Metronun 5 stansiyasının qapıları yenilənəcək


Metronun 5 stansiyasının qapıları yenilənəcək

"Bakı Metropoliteni" QSC-nin "Nəsimi", "Ulduz", "Koroğlu", "Memar Əcəmi" və "Həzi Aslanov" metro stansiyalarında sıradan çıxmış "M" tipli qapılar demontaj və montaj ediləcək.
Bu işlərin 297 min manata başa gələcəyi gözlənilir.
29-09-2025, 15:57
Cabir İmanov zala daxil oldu, bir neçə dəqiqə sonra yıxıldı...


Cabir İmanov zala daxil oldu, bir neçə dəqiqə sonra yıxıldı...

Cabir İmanov məşq prosesində vəfat etməyib.
Bu sözləri jurnalist Elvin Elxan öz feysbuk hesabında paylaşıb.
“Zala daxil oldu, bir neçə dəqiqə sonra oturdu və yıxıldı. Həyatımın ən böyük travmasını aldım. İlk dəfə birinin ölümünün şahidi oldum. O adam ki, ən gözəl məşq yoldaşı idi. Allah rəhmət eləsin!”, - paylaşımda bildirilib.
Xatırladaq ki, Əməkdar artist Cabir İmanov bu gün vəfat edib. O, idman zalında infarkt keçirib. Aktyorun həyatını xilas etmək mümkün olmayıb.
TƏBİB-dən bildirilib ki, 29.09.2025-ci il tarixində saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Qeyd edilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Saat 13:50-də briqada tərəfindən əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb.
29-09-2025, 15:48
“Dünən toyda biryerdə idik”


“Dünən toyda biryerdə idik”

Əməkdar artist Cabir İmanov vəfat edib. O, idman zalında infarkt keçirib. Aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Müğənni Zamiq Hüseynov bildirib ki, ötən gün Cabir İmanovla birgə toyda olublar.
"Dünən toyda biryerdə idik. Qucaqlaş, öp, bağrına bas, rəqs et. Sən deme sonuncu dəfə imiş Çox heyif! Yaxşı insan, gözəl dost. Allah sənə rəhmət eləsin. Vaxtsız getdin. Hər zaman qəlbimizdə gülərüz, pozitiv, nümunəvi bir insan kimi qalacaqsan. Məkanın cənnət olsun, dostum", - o qeyd edib.
TƏBİB-dən bildirilib ki, 29.09.2025-ci il tarixində saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Qeyd edilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Saat 13:50-də briqada tərəfindən əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb.
29-09-2025, 15:43
Azərbaycanda bu hərbçilərin yaş həddi artırılır


Azərbaycanda bu hərbçilərin yaş həddi artırılır

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib.
İclasda "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklik müzakirə edilib.
Layihələrə əsasən, gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədlərinin ayrıca sətirdə müəyyən edilməsi, birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmanın yaş həddinin 35 yaş, ikinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün 45 yaş və üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün isə 55 yaş olması təklif edilir.
Qeyd edilib ki, dəyişiklik layihəsi gizirlərin və miçmanların həqiqi hərbi xidmətkeçməsi qaydalarının və bir sıra normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
"Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun qüvvədə olan 12-ci maddəsinin "q" bəndinə və 38.1.4-cü maddəsinin tələblərinə əsasən, bütün gizir və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmanın müddəti 5 il müəyyən edilib.
Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrində, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrində təhsil almış hərbi qulluqçuların ixtisaslaşmış peşəkar kadr olduğunu nəzərə alaraq onların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha uzun müddət istifadə olunması məqsədilə layihədə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrini bitirmiş gizir və miçmanların dinc dövrdə həqiqi hərbi xidmətdə olma müddətinin 10 il müəyyən edilməsi təklif edilir.
Adıçəkilən qanunların müvafiq olaraq qüvvədə olan 26-cı maddəsinin "v" bəndinə və 36.1.3-cü maddəsində gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qəbul olunması mümkün olan şəxslərin siyahısında 40 yaşınadək hərbi vəzifəlilər də (zabitlərdən başqa) nəzərdə tutulub. Layihədə "40 yaşınadək hərbi vəzifəlilər" ifadəsinin konkretləşdirilərək "hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan gizirlər və miçmanlar, 40 yaşınadək ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar" ifadəsi ilə əvəz edilməsi təklif edilir.
Bundan başqa, adıçəkilən qanunların müvafiq olaraq qüvvədə olan 172-ci və 44.1-ci maddələrində əksini tapan cədvəllərdə əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar üçün ehtiyatda olmağın son yaş hədləri eyni sətirdə müəyyən edilib. Həmin maddələrdə əks olunan cədvəllərə dəyişiklik edilərək gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədlərinin ayrıca sətirdə müəyyən edilməsi, birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmanın yaş həddinin 35 yaş, ikinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün 45 yaş və üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün isə 55 yaş olması təklif edilir.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün yaş həddi 50-dir.
29-09-2025, 15:29
Nazirlik ürək xəstəliklərinin qarşısının alınması üçün mərkəz yaratdı


Nazirlik ürək xəstəliklərinin qarşısının alınması üçün mərkəz yaratdı

Aterosklerozla bağlı xəstəliklər – ürəyin işemik xəstəliyi, infarkt və insult xəstəliklərinin qarşısını almağın yeganə yolu vaxtında profilaktika və müalicədir. Məhz bu səbəbdən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu ölkəmizdə lipid xidmətlərinin yaradılması istiqamətində genişmiqyaslı layihəyə start verib və Azərbaycanda lipid məktəbi yaradılıb.
Bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu məlumat verib.
Bildirilib ki, institut tərəfindən Azərbaycanda lipid xidmətinin təşkili üçün yol xəritəsi hazırlanıb:
“Yol xəritəsinin məqsədi ürək-damar xəstəliklərinin yayılmasının qarşısını almaq və risk qrupunda olan şəxslərin vaxtında aşkarlanmasıdır. Bunun üçün Azərbaycan üzrə lipid məktəblərinin və mərkəzlərinin yaradılması, skrininq proqramlarının həyata keçirilməsi və hər bir xəstə üçün milli reyestr sisteminin qurulması üzərində işlər gedir, keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqi aparılır.
Lipid xidmətləri çərçivəsində vətəndaşlara yüksək keyfiyyətli tibbi yardım göstəriləcək. Belə ki, lipid profili analizi, irsi hiperkolesterinemiyanın aşkarlanması, mütəxəssis konsultasiyası, genetik testlər tətbiqi həyata keçiriləcək. Xəstələrin davamlı izlənməsi və regionlarda maarifləndirici proqramların keçirilməsi də layihənin əsas hədəflərindəndir”.
Qeyd olunub ki, əhalinin geniş maarifləndirilməsi üçün kampaniyalar aparılır: “Xolesterininizi yoxlayın!” şüarı altında sosial şəbəkələrdə, mediada və tədris materiallarında maarifləndirici məzmun paylaşılacaq, risk qrupları üçün xüsusi seminar və təlimlər təşkil ediləcək.
29-09-2025, 15:00
Cabir İmanovun ölümü haqda RƏSMİ AÇIQLAMA


]Cabir İmanovun ölümü haqda RƏSMİ AÇIQLAMA

Əməkdar artist Cabir İmanov vəfat edib.
TƏBİB-dən bildirilib ki, 29.09.2025-ci il tarixində saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Qeyd edilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Saat 13:50-də briqada tərəfindən əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb.
29-09-2025, 14:48
Xəzər dənizində suyun səviyyəsi daha da azalacaq - Muxtar Babayev


Xəzər dənizində suyun səviyyəsi daha da azalacaq - Muxtar Babayev

“Proqnozlar Xəzər dənizində suyun səviyyəsinin daha da azalacağını göstərir”.
Bunu Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində keçirilən dəyirmi masada çıxışında deyib:
“Xəzər dənizi ilə bağlı proqnozlaşdırma modellərinin sayı 100-dən artıqdır. Təəssüf ki, bu modellərin təxminən 10%-i suyun artması ilə əlaqəlidir”, – Muxtar Babayev bildirib.
“Xəzər dənizinin quruması balıqçılıq, neftçilik, logistika, limanların fəaliyyəti və digər sahələrə mənfi təsir göstərəcək. Bu ərazilərdə yaşayan insanlar təbii olaraq işlərini itirəcəklər və şəhərə köçməyə məcbur olacaqlar. Deməli, şəhər üzərində təzyiq güclənəcək. Üstəlik, küləklər quruyan ərazilərdən çoxlu miqdarda toz-torpağı ətraf yerlərə yayacaq. Bütün bunlar mənfi nəticələrə səbəb olacaq”, – Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!