Dəhşətli qəzada son anda xilas olan həkim imiş .....                        Fransada böhran - Baş nazir 9 ayda ikinci dəfə istefada göndərildi .....                        İsrailə hücum edildi .....                        İran diplomatı Misirdə oğurlandı .....                        Zelenski erməni siyasətçini Umerova müavini təyin etdi .....                        Amerikada dini geri qaytarmalıyıq .....                        Türkiyə Azərbaycana yeni hərbi atteşe təyin etdi .....                        Rusiya ermənilərinin başçısı seçildi .....                        Almaniya əhalisi hakimiyyətdən narazıdır .....                       
12-08-2025, 16:10
Elmar Məmmədyarov İrəvana səfir gedə bilər: "Necə məsləhətdir..."


Elmar Məmmədyarov İrəvana səfir gedə bilər: "Necə məsləhətdir..."

8 avqustda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. Paraflanmış mətn ötən gün Xarici İşlər Nazirliyi tərəfindən ictimailəşdirilib. Sənəddə göstərilən maddələrdən biri də yekun sülh sazişinin qəbul edilməsindən sonra ölkələrin qarşılıqlı diplomatik münasibət qurması ilə bağlıdır.
Sazişin V maddəsində göstərilir:
“Tərəflər, bu Sazişin ratifikasiya olunması sənədlərinin hər iki tərəfdən mübadilə edilməsindən sonra __ gün ərzində öz aralarında Diplomatik və Konsulluq münasibətləri haqqında Konvensiyaların (müvafiq olaraq, 1961 və 1963-ci illərin) müddəalarına uyğun olaraq, öz aralarında diplomatik münasibətləri quracaqlar”.
Sazişin bu maddəsinə əsasən demək olar ki, yaxın gələcəkdə Azərbaycanın Ermənistanda səfirliyi açıla bilər.
Uzun müddət qanlı müharibə və düşmənçilikdən sonra əldə edilən barışın ardından İrəvana göndəriləcək səfir heç şübhəsiz ki, digər ölkələrə təyin olunan diplomatlardan fərqlənməli olacaq.
İrəvana səfir gedəcək şəxsin hansı keyfiyyətlərə malik olması vacib mövcuddur.
Elmar Məmmədyarov bildirib ki, Ermənistana təyin olunacaq səfirin erməni dilini bilməsi və bu xalqın xüsusiyyətlərinə bələd olması daha yaxşı olar:
“Ermənistana səfir təyin ediləcək şəxs yaxşı olardı ki, təcrübəli bir diplomat olsun. Bu vacib deyil ki, şəxs mütləq diplomat olsun, kənardan da kimisə təyin etmək olar. Yaxşı olardı ki, səfir erməni dilini bilsin. Dil bilmək çox önəmlidir. Ümumiyyətlə, erməni xalqının xüsusiyyətlərini başa düşüb, anlamalıdır. Ancaq Azərbaycanla Ermənistan arasında əsas sülh sazişi imzalanandan sonra bir də diplomatik əlaqələri qurmaq haqda sənəd imzalanmalıdır. Diplomatik əlaqələri qurmaq üçün xüsusi sənəd var. Belədə səfiri təyin edə bilməzsən. Gərək həmin sənəd imzalansın. Ondan sonra müzakirə edilə bilər ki, kim səfir olmalıdır, neçə nəfər səfirliyin əməkdaşı olmaldır. Qalanları texniki məsələlərdir”.
Elmar Məmmədyarov özünün İrəvanda səfir kimi çalışmağa hazır olub-olmadığı ilə bağlı sualımıza belə cavab verib:
“Sualın 1 cavabı var: necə məsləhətdir”.
12-08-2025, 15:19
Zəngəzur dəhlizi qədim İpək yolunun bərpası deməkdir - Deputat


Zəngəzur dəhlizi qədim İpək yolunun bərpası deməkdir - Deputat

"Zəngəzur dəhlizi ilk növbədə ölkəmizin əsas ərazisini onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə bütün ərazimizin fiziki birliyini və tamlığını təmin edəcək".
Bunu deputat Cavanşir Feyziyev deyib.
O, bildirib ki, bu, ölkə daxilində insanların, mal və məhsulların sərbəst hərəkətinə, Naxçıvanla ölkənin digər bölgələri arasında maneəsiz nəqliyyat və ticarət əlaqələrinin genişlənməsinə səbəb olacaq:
"Digər tərəfdən, Zəngəzur dəhlizi türk dünyasının quru yolları vasitəsilə birləşməsinə şərait yaradır ki, bu da türk dövlətləri arasında inteqrasiya proseslərinin sürətlənməsinə və vahid türk geo-siyasi, iqtisadi və mədəni məkanının formalaşmasına əlverişli zəmin yaradır".
Onun sözlərinə görə, Zəngəzur dəhlizi qədim İpək yolunun bərpası deməkdir:
"Bu isə Qərblə Şərq arasında iqtisadi-ticarət əlaqələrinin daha da canlanmasına, Azərbaycanın da Yeni İpək yolu üzərində nəqliyyat-tranzit proseslərinə daha fəal qoşulmasına və faydalanmasına gətirib çıxaracaq.Beləliklə, Zəngəzur dəhlizi milli, regional və beynəlxalq səviyyələrdə bütün dünyanın maraqlarına cavab verir. Qlobal miqyaslı belə bir ciddi transformasiya məhz Azərbaycanın istəyi və tələbi ilə həyata keçirilir ki, bu da Azərbaycan prezidentinin uzaqgörən və dərin düşünülmüş siyasətinin nəticəsidir".
12-08-2025, 14:51
Müəllimlərin sertifikasiyasının müsahibəsi nə vaxt başlayır? - RƏSMİ


Müəllimlərin sertifikasiyasının müsahibəsi nə vaxt başlayır? - RƏSMİ

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə avqust ayının sonlarından etibarən start veriləcək.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) yaydığı məlumatda deyilir.
Bildirilir ki, ilk növbədə təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimlər üçün müsahibələr təşkil olunacaq. Təkrar sertifikatlaşdırma üzrə 1 400-dən artıq müəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulub.
Qeyd olunur ki, 2025-ci il üçün təşkil olunmuş sertifikatlaşdırılma prosesində 21 000-ə yaxın kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverən, eyni zamanda, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak ediblər. Test imtahan mərhələsində 6 600 təhsilverən 51 bal və daha yuxarı, 11 318 təhsilverən isə 30 bal və daha yuxarı nəticə göstərib.
12-08-2025, 14:28
Tarix dərsliklərində Zəngəzur dəhlizindən BƏHS EDİLƏCƏK - RƏSMİ


Tarix dərsliklərində Zəngəzur dəhlizindən BƏHS EDİLƏCƏK - RƏSMİ

“Zəngəzur dəhlizi Azərbaycanın mühüm tarixi hadisəsi sırasında olduğundan yaş səviyyəsi və tarixi dövr əhatə olunan sinif üzrə tarix (“Zəfər tarixi 9”, “Azərbaycan tarixi 11”) dərsliklərində əks olunub”.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qurumdan bildirilib ki, ən yeni tarixin təhsilalanlara təqdim edilməsi baxımından növbəti illərdə hazırlanacaq və ya təkmilləşdiriləcək aidiyyəti dərsliklərdə son dövrləri əhatə edən mühüm məsələlər, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı əlavə məlumatlar yer alacaq.
Əlavə olaraq qeyd edilib ki, ümumi təhsil pilləsi üçün hazırlanmış dərsliklərdəki materialların təlimə uyğun həyata keçirilməsi üçün metodik tövsiyələri də özündə ehtiva edən dərsliklərlə komplekt təşkil edən müəllimlər üçün metodik vəsaitlər hazırlanır. Dərslikdə yer alan mövzuların effektiv tədrisi ilə bağlı tövsiyələr həmin vəsaitlərdə əks olunur.
12-08-2025, 14:10
Şabrandakı yanğına görə 2 nəfər tutuldu


Şabrandakı yanğına görə 2 nəfər tutuldu

Avqustun 4-də və 10-da Şabran rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən iki nəfər müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla bu qanunsuz əməllərin rayon sakinləri Ağaməmməd Heydərov və Abdulla Abdullayev tərəfindən törədildiyi məlum olub. Onlar biçilmiş əkin sahələrini yandırdığına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.
Saxlanılan hər iki şəxs məsuliyyətə cəlb olunub.
12-08-2025, 14:00
125 min uşağın 1-ci sinfə qəbulu yekunlaşıb


125 min uşağın 1-ci sinfə qəbulu yekunlaşıb

2025-2026-ci tədris ili üzrə uşaqların 1-ci sinfə qəbul prosesinə mayın 6-da start verilib. İndiyədək 125 min uşağın birinci sinfə qəbulu yekunlaşıb.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatında bildirilib.
Proses ilkin mərhələdə Bakı və digər regionlarda prioritet tətbiq olunmaqla həyata keçirilib.
Hazırda hər bir kəs məktəbəqəbul.edu.az platformasına daxil olmaqla seçdikləri məktəb və müəllim üzrə, boş yer olduğu təqdirdə, tədris Azərbaycan və digər dillərdə aparılan ümumitəhsil müəssisələrinə sorğularını yerləşdirə bilər. Proses 12 sentyabra qədər davam edəcək, bu müddət ərzində sorğularını yerləşdirmiş valideynlər sənədlərini məktəblərə təqdim edə bilərlər.
"Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2025-2026-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər",- deyə məlumatda qeyd edilib.
12-08-2025, 13:47
75 minə yaxın müəllimin maaşı artacaq - RƏSMİ


75 minə yaxın müəllimin maaşı artacaq - RƏSMİ

Bu il 75 minə yaxın müəllim sertifikatlaşdırmadan uğurla keçib və əmək haqqını əlavələrlə alacaq.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Məlumata əsasən, 2025-ci il üçün təşkil olunmuş sertifikatlaşdırılma prosesində 21 minə yaxın kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edib.
Test imtahan mərhələsində 6 min 600 təhsilverən 51 bal və daha yuxarı, 11 min 318 təhsilverən isə 30 bal və daha yuxarı nəticə göstərib.
Qeyd edilib ki, sertifikatlaşdırma prosesinin növbəti mərhələsi, yəni müsahibə mərhələsinə artıq avqust ayının sonlarından etibarən başlayacaq. İlk növbədə təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimlər üçün müsahibələr təşkil olunacaq. Təkrar sertifikatlaşdırma üzrə 1400-dən artıq müəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulub.
11-08-2025, 20:40
Dünya çempionatında ölkəmizi onlar təmsil edəcək


Dünya çempionatında ölkəmizi onlar təmsil edəcək

Avqustun 17-dən 24-dək Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı keçiriləcək.
“Samokov Arena”da təşkil ediləcək mundialda ölkəmizi 23 güləşçi təmsil edəcək.
Yarışın ilk günlərində sərbəst güləşçilər xalçaya çıxacaq. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq), Fərhad Hacıyev (61 kq), Ağa Qasımov (65 kq), Nurlan Ağazadə (70 kq), Ağanəzər Novruzov (74 kq), Muradxan Omarov (79 kq), Təbriz Bayramov (86 kq), Anar Cəfərli (92 kq), Rəvan Musayev (97 kq) və Yusif Dursunov (125 kq) uğur qazanmağa çalışacaq.
Daha sonra qadın güləşində baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) mübarizəyə qoşulacaq.
Dünya çempionatının son günlərində estafet yunan-Roma güləşçilərinə keçəcək. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov, Turac Hüseynli və Zöhrab Abbasovun rəhbərliyi altında Turan Daşdəmirov (55 kq), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Fəraim Mustafayev (67 kq), Seymur Qasımov (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130 kq) ölkəmizi təmsil edəcək.
Görüşlər hər gün Bakı vaxtı ilə 11:00-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 19:00-da start götürəcək.
Məsul yarışda I dərəcəli hakimlər – Kamran Əliyev və Bəşir İsazadə ədaləti qoruyacaq.
11-08-2025, 20:16
Azərbaycan deputatından Matveyevə SƏRT CAVAB


Azərbaycan deputatından Matveyevə SƏRT CAVAB

Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyev Azərbaycana və ölkəmizin Ukraynaya növbəti humanitar yardımı qərarına qarşı paylaşdığı ictimai fikirləri ilə diqqət çəkib.
Azərbaycanın Ukraynaya növbəti dəfə humanitar yardım göstərmək qərarını “rusofob” addım kimi qiymətləndirən Matveyev Rusiyada yaşayan azərbaycanlılara qarşı repressiv addımlara çağırıb.
Milli Məclisin deputatı Qaya Məmmədov Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyevin 11 avqust 2025-ci ildə gazeta.ru nəşrinə verdiyi müsahibədə səsləndirdiyi fikirləri şərh edib.
Deputat bildirib ki, Matveyevi narahat edən məsələ humanitar yardım deyil, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olunması və beləliklə hər iki dövlətin müstəqilliyi əleyhinə onilliklər ərzində rıçaq kimi istifadə edilmiş faktorun aradan qalxmasıdır.
"Azərbaycanı sistematik rusofobiyada ittiham edən rusiyalı deputatın diqqətinə çatdırmaq istərdik ki, rusofob ölkədə rus teatrı, rus dilində məktəblər və rus dilində nəşrlər olmur. Matveyev və onun kimiləri bilməlidir ki, Azərbaycan əleyhinə belə nankorcasına təbliğat aparmaları Azərbaycanda dövlət büdcəsi hesabına rus dili və mədəniyyətinin təşviqi məsələsinə yenidən baxmağı aktuallaşdırır.
Azərbaycan diasporuna qarşı repressiv tədbirlərə çağıran deputata xatırlatmaq istərdik ki, siyasi motivlərlə bütöv bir etnik qrupun hədəf alınması irqçilikdir. Görünür, cənab Matveyev və onun kimiləri II Dünya Müharibəsində on milyonlarla insanın həyatı bahasına məğlub edilmiş bir ideologiyanı dirçəltmək və tətbiq etmək qərarına qəliblər".
Qaya Məmmədov qeyd edib ki, Rusiya tərəfinin Azərbaycan Hava Yolları təyyarəsinin Rusiya ərazisində vurulması ilə bağlı və ondan sonra nümayiş etdirdiyi bir sıra addımları, o cümlədən, bu yaxınlarda Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına məqsədyönlü şəkildə hava zərbələri endirməsi ikitərəfli münasibətlərin əsaslarını sarsıdır:
"Biz Rusiyanın siyasi dairələrinin Azərbaycana qarşı sözügedən addımlarını pisləyirik. Həmişə faşizm və onun müasir formalarına qarşı mübarizədə ön planda olduğunu iddia edən Rusiya Federasiyasının məsul dövlət qurumlarından deputat Matveyevin ikitərəfli əlaqələrə zərər verən, etnik və dini əsasda nifrət və düşmənçilik yaradan irqçi təbliğatı ilə əlaqədar qanun çərçivəsində tədbir görməyi tələb edirik".
11-08-2025, 18:15
Bakı metrosunda yeni təyinat


Bakı metrosunda yeni təyinat

"Bakı Metropoliteni" QSC-yə yeni baş maliyyə inzibatçısı (CFO) təyin edilib.
Bu vəzifə Kamal Hüseynliyə həvalə edilib.
Qeyd edək ki, Kamal Hüseynli 2024-cü ilin sentyabr ayından 2025-ci ilin avqust ayına kimi "ADY Ekspress" MMC-nin direktor müavini olub. O, daha əvvəl həmin şirkətdə baş maliyyə inzibatçısı olaraq çalışıb.
Kamal Hüseynli, həmçinin Azərbaycan Voleybol Federasiyasında İdarə Heyətinin üzvü olub, "Azərbaycan Dəmir Yolları"nda Planlaşdırma, Modelləşdirmə və Büdcələşdirmə şöbəsinin rəisi, İqtisadi planlaşdırma, modelləşdirmə və qiymətləndirmə şöbəsinin rəisi, aparıcı maliyyə mütəxəssisi kimi vəzifələrdə çalışıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!