20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
28-03-2026, 19:08
BŞİH: Problemli ərazilər ADSEA-ya təqdim olunur


BŞİH: Problemli ərazilər ADSEA-ya təqdim olunur

Mart ayının 27-si səhər saatlarından etibarən Baki Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətləri və şəhərin digər təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.
Bu barədə Baki Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd olunub ki, bəzi ərazilərdə ikinci gündür ki aramsız yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Ayaz Hüseynov hadisə baş verən ərazilərə baxış keçirib, yağışın yaratdığı fəsadların aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Həmçinin, sözügedən məsələ ilə bağlı yaradılmiş monitorinq qrupları tərəfindən problemli ərazilər müəyyən edilir və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim olunur.
Hal-hazırda şəhərin müxtəlif ərazilərində yaranmış fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
28-03-2026, 18:00
Lənkəran-Lerik yolunda ağır qəza - 5 nəfər yaralandı


Lənkəran-Lerik yolunda ağır qəza - 5 nəfər yaralandı

Lənkəranda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Toyota Prius" və "Opel" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində 5 nəfər Lənkəran rayonunun Xarxatan kənd sakinləri 1997-ci il təvəllüdlü Mirşamil Namiq oğlu Hüseynzadə, 1997-ci il təvəllüdlü Mirabidin Asəf oğlu Məmmədzadə, Şovu kənd sakinləri 2005-ci il təvəllüdlü Aydan Eldar qızı Alxaslı, 2004-cü il təvəllüdlü Elgin Cavad oğlu Məmmədli və Rvo kənd sakini 2005-ci il təvəllüdlü Fərid Mübariz oğlu Ələsgərli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib.
Faktla bağlı araşdırma aparılır.
28-03-2026, 17:34
Yağış sularının çəkilməsi davam edir


Yağış sularının çəkilməsi davam edir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və onun tabeli qurumları, xüsusilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti intensiv yağışlarla əlaqədar gücləndirilmiş iş rejimində çalışır.
Bu barədə ADSEA-dan məlumat verilib.
Qeyd olunub ki, iri şəhərlərin xidməti ərazisində yağış sularının idarə olunmasına Operativ qərargah tərəfindən nəzarət edilir.
“955 Çağırı Mərkəzinə, elektron və sosial şəbəkə hesablarına, ictimaiyyətlə əlaqə telefonlarına daxil olan məlumatlar, o cümlədən həssas ərazilərdəki vəziyyətə dair informasiya Operativ Qərargah vasitəsilə Coğrafi İdarəetmə Sistemləri (CİS) üzərindən idarə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Hidrometrologiya Xidmətinin məlumatına görə hazırda Bakı və Abşeron yarımadasına yağan intensiv xarakterli yağıntının miqdarı 104 mm qeydə alınıb ki, bu da aylıq normanın 440 faizini təxminən (dörd dəfədən çox) təşkil edir.
Bütün sukanal idarələrində intensiv yağışlarla bağlı növbəli əsasda fasiləsiz fəaliyyət daha da genişləndirilib, xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərə yönləndirilməsi işləri icra olunur. Proseslərə müxtəlif funksiyaya malik texniklar da cəlb edilib. Ərazilərin yağış sularından təmizlənməsi və axıntıların kollektorlara yönləndirilməsi istiqamətdə intensiv fəaliyyət icra olunur”, - məlumatda bildirilir.
28-03-2026, 16:42
Xaçmazda 33 kəndi su basıb - FOTO


Xaçmazda 33 kəndi su basıb - FOTO

Son iki gündə aramsız yağan leysan və rayon ərazisindən keçən çaylarda əmələ gələn sel suları Xaçmaz rayonu ərazisində bir sıra fəsadlar törədib.
Yağış və sel suları vətəndaşlara məxsus fərdi yaşayış evlərinə və təsərrüfat tikililərinə dolaraq ciddi ziyan vurub.
Leysan yağışları nəticəsində rayonun 33 yaşayış məntəqəsində 537 fərdi yaşayış evini su basıb.
Həmçinin çaylarda əmələ gələn sel suları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan 1 avtomobil körpüsünə də ciddi ziyan vurub. Belə ki, Hülövlü-Qaracik Zeyid-Alıcqışlaq-Qədmalıqışlaq-Rəhimoba-Sərkərli avtomobil yolunda yerləşən Caqacuq çayı üzərindəki avtomobil körpüsü tamamilə dağılıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birlikdə sel sularından ziyan dəymiş ərazilərə baxış keçirib, fəsadların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
Hazırda dəymiş ziyanın müəyyənləşdirilməsi və fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.





28-03-2026, 16:07
İntensiv yağışlar Sumqayıtı işıqsız qoydu


İntensiv yağışlar Sumqayıtı işıqsız qoydu

İntensiv xarakterli yağıntılar nəticəsində Sumqayıtın bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.
Məlumata görə, bununla bağlı "Azərişıq"və FHN əməkdaşları Sumqayıtda yarımstasiya və transformator məntəqələrin (TM) ərazilərinin sel sularından təmizlənməsi prossesini davam etdirir.
"Bir neçə gündür ölkə ərazisində davam edən intensiv xarakterli yağıntılar bir sıra ərazilərdə, eləcə də Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli məhdudiyyət yaradıb. Buna səbəb leysan xarakterli yağışların yağması nəticəsində yağış sularının ətraf ərazilərə və eləcədə elektrik yarımstansiyalarına, Paylayıcı Qurğulara (PQ), TM-lərinə dolmasıdır.
Qəza halları nəticəsində Sumqayıtda bir neçə küçədə və Corat qəsəbəsində 21-ci məhəllənin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.
İntensiv yağışların davam etməsi, bir çox ərazilərdə keçilməz gölməçələrin əmələ gəlməsi və yağış sularının ərazilərdən təmizlənməsi "Azərişıq" əməkdaşlarına əlavə problem yaradır. Bütün çətinliklərə baxmayaraq FHN əməkdaşlarının köməkliyi ilə "Azərişıq" ASC-nin əməkdaşları yaranan qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır. Qabaqlayıcı tədbirlər həyata keçirilir, yağış sularının ərazidən kənarlaşdırılması, eləcə də güc mərkəzlərində təmir-bərpa işləri davam etdirilir. Hissə-hissə ərazilərin elektirk enerjisi ilə təminatı həyata keçirilir",- "Azərişıq" bəyan edib.
28-03-2026, 15:34
Ağacların kəsilməsinə görə cinayət işi açıldı


Ağacların kəsilməsinə görə cinayət işi açıldı

Oğuz rayonunun Filfilli kəndi ərazisində 15 ədəd vələs ağacının kəsilməsi və təbiətə 6 min manata yaxın maddi ziyan vurulması ilə bağlı cinayət işi açılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən Xaçmaz kənd sakini, 21 yaşlı Nicat Süleymanov saxlanılıb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
28-03-2026, 15:03
Xaçmazda köməksiz qalan 22 nəfər təxliyyə edildi - FOTO


Xaçmazda köməksiz qalan 22 nəfər təxliyyə edildi - FOTO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Cığatay kəndində yağan intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərinə su dolması və köməksiz vəziyyətdə qalanların olması barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə FHN-in Mülki müdafiə qoşunları və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Görülən tədbirlər nəticəsində köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Həyata keçirilən tədbirlər nəticəsində 5-i azyaşlı və 1-i əlilliyi olan şəxs olmaqla ümumilikdə 22 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.





28-03-2026, 14:41
Bayram günlərində 12 nəfər qidadan zəhərləndi


Bayram günlərində 12 nəfər qidadan zəhərləndi

Bayram günlərində Naxçıvan Muxtar Respublikasında (MR) zəhərlənmə halları qeydə alınıb.
Naxçıvan MR "Yoluxucu Xəstəliklər Mərkəzindən verilən məlumata görə, qeyd olunan dövrdə, ümumilikdə, 17 nəfər müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib.
Statistikaya əsasən zəhərlənmə hallarından 12-si qida zəhərlənməsi, 3-ü dərman maddələri ilə zəhərlənmə, 2-si isə alkoqol mənşəli zəhərlənmə olub.
28-03-2026, 13:53
Azərbaycan və Ermənistan sərhədlərini birləşdirən yolun tikintisinə başlanılır


Azərbaycan və Ermənistan sərhədlərini birləşdirən yolun tikintisinə başlanılır

Gürcüstan hökuməti Tbilisidən Azərbaycan sərhədinə gedən yolun Rustavi-Tsiteli körpüsünə qədər olan hissəsinin və Ermənistana gedən magistralın Algeti-Sadaxlo hissəsinin tikintisinə nəzarət üçün yenidən beynəlxalq tender elan edib.
Bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyi məlumat yayıb.
Nazirliyinin Yol İdarəsinin məlumatına görə, nəzarət xidmətlərinin təxmini dəyəri ümumilikdə 19 milyon avrodur.
Rustavi-Tsiteli körpüsü və Algeti-Sadaxlo hissələri Şərq-Qərb və Cənub-Şimal beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm hissəsini təmsil edir və Gürcüstanın yol şəbəkəsini Azərbaycan və Ermənistan sərhədləri ilə birləşdirir. Layihəyə beynəlxalq yol təhlükəsizliyi standartlarına tam uyğun olaraq, 61,3 kilometr uzunluğunda, 4 zolaqlı, beton örtüklü, açıq işıqlandırma sistemi ilə təchiz olunmuş sürətli yolun tikintisi, eləcə də 26 körpü və 11 yol qovşağının tikintisi daxildir.
Layihə Avropa İnvestisiya Bankının krediti və dövlət büdcəsinin birgə maliyyələşdirilməsi ilə həyata keçirilir.
Əsas yol hissələrinin layihələndirilməsi Dünya Bankının maliyyə dəstəyi ilə Niderland şirkəti tərəfindən icra olunub.
28-03-2026, 13:26
İntensiv yağışlar nə vaxt kəsiləcək? - Nazirlik açıqladı


İntensiv yağışlar nə vaxt kəsiləcək? - Nazirlik açıqladı

Martın 29-da gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağan güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma hallarının davam edəcəyi istisna olunmur. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə 90-95 %, gündüz 60-70 % təşkil edəcək
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!