20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
27-03-2026, 14:48
Qaydaları pozan idmançımıza 4 illik cəza verildi


Qaydaları pozan idmançımıza 4 illik cəza verildi

Azərbaycan güləşçisi Sabir Cəfərov 48 aylıq diskvalifikasiya olunub.
Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.
Bildirilib ki, idmançı iki maddəyə əsasən cəza ilə üzləşib.
Onun nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb. Həmçinin idmançı tərəfindən qadağan edilmiş maddə, qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi olub.
2025-ci il sentyabrın 1-dən başlayan sanksiya 2029-cu il avqustun 31-də başa çatacaq.
27-03-2026, 14:01
Bakıya sərnişin daşıyan maşın Masallıda qəzaya düşdü - Ölən var


Bakıya sərnişin daşıyan maşın Masallıda qəzaya düşdü - Ölən var

Astaradan Bakıya sərnişin daşıyan "Mercedes" markalı avtomobil Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində qəzaya uğrayıb.
Avtomobilin yol kənarında olan maneəyə çırpılması nəticəsində sürücü 1991-ci il təvəllüdlü Rəhim Hüseynov ölüb.
Hadisə nəticəsində iki sərnişin isə xəsarət alıb.
27-03-2026, 13:42
Bakıdakı güllələnmənin detalları üzə çıxdı


Bakıdakı güllələnmənin detalları üzə çıxdı

Ötən gün Zirə qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Hadisə Türkan və Zirə qəsəbələrinin arasında yerləşən, Zirə qəsəbə sakini, mərhum Vaqif Əmirovun həyətyanı torpaq sahəsində baş verib.
Hadisəni törətməkdə şübhəli bilinən Cavanşir Muradov Bakının Yasamal rayonu ərazisində yaşayırmış. O, 2 il əvvəl şəhər ərazisindəki evini satıb, Türkan qəsəbəsinə köçüb, orada təsərrüfatla məşğul olurmuş. O, Türkanla Zirə ərazilərində heyvan otarmaqla məşğul olurmuş. Həmin ərazidə isə Zirə qəsəbə sakini Vaqif Əmirov özünəməxsus torpaq sahəsində əkinçiliklə məşğul olub.
Hadisə Cavanşir Muradovla onun qonşusu Ruslan Əliyev arasında baş verən mübahisədən yaranıb. R.Əliyev Türkan qəsəbəsində C.Muradovun qonşusu olub və 2 il əvvəl Cavanşir evini tikərkən Ruslanla mübahisəsi düşüb. Həmin vaxtdan etibarən qonşular arasında narazılıq davam edib.
Ruslanla Cavanşir arasında bir gün əvvəl də mübahisə yaranıb, Ruslan hadisə yerindən qaçıb. Dünən axşam saatlarında Ruslan özünəməxsus VAZ-2107 markalı avtomobillə Cavanşirin heyvan otardığı yerin yanından sürətlə keçib və bu da Cavanşiri əsəbiləşdirib. Cavanşir evə qayıdaraq özünəməxsus odlu silahı götürüb, yenidən əkin sahəsinə qayıdıb və Ruslanın geri qayıtmasını gözləyib. Ruslan avtomobillə geri qayıdarkən Cavanşir odlu silahdan Ruslanın avtomobilinə üç dəfə atəş açsa da, onu vura bilməyib. Ruslanın avtomobilinə ciddi ziyan dəysə də, özü güllədən yayına bilib.
Səsə həyətyanı sahəsində əkinçiliklə məşğul olan Vaqif Əmirov və oğlu Məmmədhüseyn Əmirov gəliblər və Cavanşir Muradov naməlum səbəbdən onlara atəş açıb. Hadisə nəticəsində M.Hüseynov yüngül xəsarət alsa da, V.Əmirov aldığı güllə yarasından dünyasını dəyişib.
Qeyd edək ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Cinayəti törətməkdə şübhəli bilinən C.Muradov rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
27-03-2026, 13:25
Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanıldı


Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanıldı

Sabunçu rayonunda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfər yaşadığı evdən 6300 dollar pul vəsaitinin naməlum şəraitdə oğurlandığını deyib.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı R.Əlizadə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
27-03-2026, 13:12
Azərbaycan bu il də beynəlxalq kampaniyaya qoşulacaq


Azərbaycan bu il də beynəlxalq kampaniyaya qoşulacaq

“Yer saatı” beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə martın 28-də kütləvi aksiya təşkil ediləcək.
IDEA-dan bildiriblər ki, kampaniyaya qoşulan bir çox qurum və təşkilatlar yerli vaxtla saat 20:30-dan başlayaraq binalarının fasad işıqlarını bir saatlıq söndürəcəklər.
Qeyd edək ki, bu il dünyada “Yer saatı”nın 20 illiyi qeyd olunur. Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin siyahısına 2011-ci ildə qoşulub və o vaxtdan bəri kampaniya hər il IDEA-nın dəstəyi ilə ölkəmizdə keçirilir.
Dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, “Yer saatı” milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində işıqların kütləvi söndürülməsi təşəbbüsü kimi başlanmış bu kampaniya dünyanın əksər ölkələrində, minlərlə şəhərlərdə qeyd edilir. Hər il mart ayının son şənbə günündə qeyd olunan "Yer saatı" aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları bir saatlıq söndürülür. Bununla yanaşı, milyonlarla insan fərdi olaraq da bu aksiyaya qoşulmaqla, ətraf mühitin mühafizəsi istiqamətində həmrəylik nümayiş etdirir.
İqlim dəyişikliyi təhlükəsinin ciddiliyini, ona qarşı mübarizənin isə bəşəriyyət üçün vacibliyini nəzərə alaraq, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) hər kəsi martın 28-də saat 20:30-da işıqları 60 dəqiqəlik söndürməklə aksiyaya qoşulmağa və planetimizə bir saat vaxt ayırmağa dəvət edir.
26-03-2026, 17:13
3 gün sonra məktəblərdə dərslər başlayır


3 gün sonra məktəblərdə dərslər başlayır

Novruz və Ramazan bayramları ilə əlaqədar tətil bitmək üzrədir.
İstirahət günlərindən sonra altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində ilk dərs günü 28 mart, beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 31 mart tarixinə təsadüf edəcək.
Qeyd edək ki, hazırda 11 günlük qeyri-iş gününün 7-ci günüdür.
26-03-2026, 15:53
Azərbaycana soyuqlar gəlib


Azərbaycana soyuqlar gəlib

Soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraitinin dəyişəcəyi gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, kəskin hava şəraiti Bakıda və Abşeron yarımadasında martın 27-dən 29-dək, rayonlarda isə 30-dək davam edəcək.
“Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında, xüsusilə Quba-Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgələri ərazisindən axan çaylarda qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi ehtimal olunur”, - Gülşad Məmmədova bildirib.
26-03-2026, 15:34
Bakının ən rahat iş tapılan rayonları - SİYAHI


Bakının ən rahat iş tapılan rayonları - SİYAHI

Bakıda 70 mindən çox iş yeri yaradılıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, il ərzində paytaxtda ümumilikdə 78 min 411 yeni iş yeri açılıb. Eyni göstərici 2024-cü ildə 68 min 965 olub.
Rayonlar üzrə ən çox yeni iş yeri Nərimanov rayonunda qeydə alınıb. Bir il ərzində burada açılan iş yerlərinin ümumi sayı 14 708 olub. Onu Nəsimi (12 847), Xətai (10 897) və Yasamal (9 851) rayonları izləyir. Ən az göstərici isə Pirallahı rayonunda (30) qeydə alınıb.
Digər rayonlarda isə göstəricilər belədir:

Binəqədi 7 912
Səbail 8 172
Sabunçu 3 730
Nizami 4 608
Suraxanı 2 510
Xəzər 2 006
Qaradağ 1 140.

Eyni zamanda, 2025-ci ildə Bakıda 11 min 155 yeni müəssisə və təşkilat yaradılıb.
Bu göstərici üzrə lider Xətai rayonu (1 973) olub. Sonrakı yerlərdə Yasamal (1 785), Nərimanov (1 519) və Nəsimi (1 380) qərarlaşıb. Ən az yeni müəssisə isə yenə Pirallahı rayonunda (70) qeydə alınıb.
26-03-2026, 15:16
Qarabağda açılan iş yerlərinin sayı sürətlə artır


Qarabağda açılan iş yerlərinin sayı sürətlə artır

2025-ci ildə Qarabağ iqtisadi rayonunda iqtisadi aktivlik davam edib, yeni müəssisələrin yaradılması və məşğulluğun artırılması istiqamətində mühüm göstəricilər qeydə alınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, il ərzində bölgədə ümumilikdə 270 yeni müəssisə və təşkilat yaradılıb.
Yeni yaradılan müəssisələrin sayına görə liderlər sırasında Xankəndi şəhəri və Bərdə rayonu (hər biri 60) yer alıb. Onları Ağdam rayonu (33) və Füzuli rayonu (30) izləyir. Ən az müəssisə isə Ağdərə rayonunda (4) qeydə alınıb. Şuşa (9) və Xocavənd (11) rayonları da aşağı göstəricilərlə diqqət çəkir.
Eyni zamanda, Qarabağ iqtisadi rayonunda yeni açılmış iş yerlərinin sayı 2025-ci ildə 2361 olub. Bu göstərici 2024-cü illə müqayisədə artıb. Belə ki, həmin il açılan iş yerlərinin ümumi sayı 2266 idi.
Ən çox yeni iş yeri Tərtər rayonunda (533) və Bərdə rayonunda (466) yaradılıb. Xankəndidə isə 577 yeni iş yeri açılsa da, bu göstərici əvvəlki illə müqayisədə azalma ilə müşahidə olunur. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə Xankəndidə 702 iş yeri açılıb.
Orta səviyyəli göstəricilər Ağdam (187), Füzuli (143) və Xocalı (132) rayonlarında qeydə alınıb. Ən az iş yeri isə Ağdərə rayonunda (61) yaradılıb.
Şuşa rayonunda isə 2024-cü illə müqayisədə iş yerlərinin açılmasında azalma müşahidə olunub . Belə ki, mədəniyyət paytaxtında yeni iş yerlərinin sayı 352-dən 85-ə düşüb. Bunun əksinə olaraq, Bərdə və Tərtər rayonlarında əhəmiyyətli artım qeydə alınıb.
Bərdədə 2024-cü ildə açılan iş yerlərinin sayı 118 idisə, bu ötən il 466-a qalxıb. Eyni göstərici Tərtər üçün 401 və 533-dür.
26-03-2026, 14:55
Minaya düşən şəxsin ayağı amputasiya olundu - YENİLƏNİB


Minaya düşən şəxsin ayağı amputasiya olundu - YENİLƏNİB

İşğaldan azad edilmiş Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində 2026-cı il 26 mart tarixində mina hadisəsi baş verib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıblar.
1985-ci il təvəllüdlü Ağdam rayonu Yusifcanlı kənd sakini Abbasov Ceyhun Firdovsi oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!" - məlumatda qeyd olunub.

***

14:13

Ağdamda 41 yaşlı Yusifcanlı kənd sakini Abbasov Ceyhun Firdovsi oğlu minaya düşüb.
Hadisə rayonun işğaldan azad olunmuş Yüsifcanlı kəndi ərazisində baş verib.
Hazırda ANAMA əməkdaşları minaya düşərək xəsarət alan şəxsin ərazidən çıxarılması üçün hadisə yerinə gedir.
Faktla bağlı araşdırma aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!