20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
30-03-2026, 16:13
Bir əsgərin taleyi


(Esse)

Bir əsgərin taleyi

(416-cı Taqanroq diviziyasının

döyüş yolu)


Evimizin qabağında böyük bir armud ağacı var. Bu ağac indi də pöhrələnib böyüyür, hər il bol məhsul verir. Həmin ağac bizim üçün çox müqəddəsdir. Uşaqlıq çağlarımızda bu ağaca bir canlı kimi baxırdıq. Əmimizin bir nişanəsi olan bu ağac bizə indi də çox doğmadır. Bu ağacı Ələddin əmim əkmişdi...
Əmim meşədən gətirdiyi cır armud ağacına peyvənd ağacdan calaq vurmuş, qayğısına qalmışdı. İkinci Dünya Müharibəsindən bir neçə il əvvəl əkilən bu ağac böyüdü, qol-budaq atdı, hər il bar verdi. İndi də bu ağac öz şuxluğunu, əzəmətini itirməyib...
Uşaqlıq illərində görürdük ki, nənəmiz bu ağacı əzizləyir, onu qoruyur, “Oğlum Ələddinin ağacıdır”, - deyirdi. Armudları da yığıb bütün kəndə ehsan kimi paylayırdı.
Ələddin əmi 17 mart 1942-ci ildə müharibəyə getmiş, 1944-cü ilin fevral ayında “itkin” kağızı gəlmişdir. Hündürboy, enlikürək, pəhləvan cüssəli bu insan müharibədən qayıtmadı. Onun iki yadigarı qalmışdı. İki qızı körpə yaşlarından nənəsinin, əmisinin himayəsində böyüdü. O, müharibəyə gedəndə qızlarından böyüyünün 4, kiçiyinin 2 yaşı vardı. Nənə bütün ömür boyu gözlədi. İtkinlik çox pis şeydir. İnana bilmirdi ki, “dağ” boyda oğlu birdən-birə yox olsun. Əmimin şəklini divardan başının üstündən asdırmışdı. Evə gəlib-gedən qonaqlara şəkli göstərib deyirdi: “Bax, oğlum Ələddindir, yəqin, sağdır, mütləq gələcək”, “o, igid oğul idi, onu heç bir “nemes” öldürə bilməz”. Bu sözləri hər dəfə təkrarlayırdı.
Həyat çox qəribədir. İnsan ümidlə yaşayır. Bu ümid onu yaşamağa səsləyir. Bəli, həyat ümidin qırıldığı yerdə bitir. Nənəmiz onun yolunu gözləyə-gözləyə dünyasını dəyişdi. Ələddin əminin qızları böyüdü, ailə qurdular. Ələddin əminin nəvələrindən biri – Calalov Seyfəl Bahaddin oğlu hərbi təhsil alaraq aviasiya mühəndisi oldu, babasının bütün arzularını həyata keçirdi. Vətəni qorudu. Xalqımızın xoşbəxt yaşaması, ölkəmizin müstəqilliyi üçün işlər gördü.
Mən hələ məktəb illərində çox yerlərə məktublar yazdım. Heç nə öyrənə bilmədim. Gələn cavablar da bu idi: “Heç bir məlumat tapılmadı”.
Bir gün eşitdim ki, Rusiya dövlətində xüsusi arxivlər yaradılmışdır. Öyrəndim ki, “Pamyat naroda” (“Xalqın yaddaşı”) və “OBD Memorial” adlanan bu arxivlərdən hər cür məlumat almaq olar. Yaxşı ki, bu arxivlərdəki məlumatlar, sənədlər elektronlaşdırılmışdır. Artıq hər şey məlum olmağa başladı. Məlumatları tapdım. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən bu məlumatları əldə etdim. Sənədin 54-cü vərəqində 55-ci sırada yazılanlar bunlardır:
Azərbaycan dilində yazıram).
Adı, soyadı, atasının adı: Salmanov Ələddin Abid oğlu
Anadan olduğu yer: Azərbaycan SSR, Qonaqkənd rayonu, Afurca kəndi.
Doğum ili: 1910
Partiyalılığı: Partiyasız
Hərbi rütbəsi: Sıravi Qırmız Ordu əsgəri
Vəzifəsi: Atıcı

Orduya çağrıldığı vaxt və yer: 17.03.1942. Azərbaycan SSR, Qonaqkənd rayonu, Hərbi Komissarlıq.Hərbi hissə: 416-cı atıcı Taqanroq diviziyası.
Nə vaxt və hansı səbəbdən sıradan çıxıb: 1944-cü ilin fevralında itkin düşüb.
İtkin düşdüyü yer: Ukrayna, Nikopol şəhəri.
Yaxın qohumlarının adı və ünvanı: Atası - Salmanov Abid. Qonaqkənd rayonu, Afurca kəndi. Bu məlumatlar 416-cı diviziyanın 1944-cü ilin fevral ayı üçün tərtib etdiyi “Məcburi itkinlər haqqında hesabat” sənədlərindən götürülüb. Bu rəsmi sənəd əlimə keçdikdən sonra mən 416-cı Taqanroq diviziyasının bütün döyüş yolunu öyrənməyə başladım. Zaqafqaziya Hərbi Dairəsinin komandanlığının əmrinə əsasən 1942-ci il 22 fevral tarixində Azərbaycan SSRİ-nin Ucar rayonunda 416-cı atıcı diviziyanın formalaşdırılmasına başlanılmışdır.
1054-cü və 1374-cü alay Ağdamda, 1373-cü alay Göyçayda, 1368-ci alay Sumqayıtda yaradılmışdır. Həmin il martın 22-də diviziyanın şəxsi heyəti hərbi andiçmə mərasimində iştirak etmiş, 416-cı Milli Diviziyanın döyüş yolu Qafqazdan başlamış, Mozdok, Taqanroq, Melitopol, Nikolayev, Nikopol, Odessa, Kişinyov və Polşadan keçərək Almaniyaya qədər uzanmışdır. Diviziya 1942-ci il sentyabrın əvvəllərində 44-cü ordunun tərkibinə daxil edilərək Şimali Qafqazda Xasavyurt rayonuna göndərilmişdir. Diviziyanın cəbhəyə getdiyi vaxt Qafqaz uğrunda döyüşlərin ən şiddətli dövrü olub. Burada diviziya sayca artıb. Diviziyanın şəxsi heyəti 10 mindən çox əsgərdən ibarət olub.
Almaniyanın “Cənub” ordu qrupu komandanlığına 1942-ci ilin 25 sentyabrında Bakını zəbt etmək əmri verilmişdi. 1942-ci ilin oktyabrında 416-cı diviziya 58-ci ordunun tərkibinə daxil edilərək, Sulak çayının Şərq sahilində düşmənin Mahaçqala istiqamətindəki hücumlarına qarşı mövqedə yerləşdi. Həmin ilin oktyabrında diviziya yenidən 44-cü ordunun tərkibinə daxil oldu və təcili olaraq Terek stansiyası zonasında yeni döyüş xəttinə göndərildi. 1942-ci ilin 30 noyabrında diviziya hücuma keçdi. 1943-cü il yanvarın əvvəlinə qədərki dövrdə diviziyanın döyüşçüləri Qafqazdan Azov sahilinə qədərki məsafəni döyüşlərdə keçərək, növbəti döyüşlərə hazırlaşırdılar. Bu dövrdə diviziyanın komandirlərindən biri general-mayor Tərlan Əliyarbəyov idi. 1942-ci ilin noyabrında Şimali Qafqazdan başlanan əks-hücumlar nəticəsində 3 ay ərzində Şimali Qafqaz düşməndən azad edildi və Rostov istiqamətində döyüşlərə başlamaq üçün zəmin yarandı. 1943-cü ilin 21 fevralında 416-cı diviziya əməliyyatlarının II dövründə hazırlığa başladı. Bunun üçün diviziyaya Azərbaycandan 1500 nəfər yeni döyüşçü göndərilmişdi. 416-cı Azərbaycan Milli Diviziyası və onun alaylarına müharibə illərində general-mayorlar Tərlan Əliyarbəyov, Heybət Heybətov və Hacıbaba Zeynalov (diviziyanın qərargah rəisi) komandirlik etmişdir.
416-cı diviziya 1942-cü ilin 17 avqustunda Taqanroq şəhəri istiqamətində başlanmış hücumlarda iştirak edirdi. Avqustun 30-da diviziya 28-ci ordunun tərkibində Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərdi və bu qələbəyə görə ona “Taqanroq diviziyası” fəxri adı verildi.
1944-cü ilin yanvarında 416-cı diviziya 3-cü Ukrayna cəbhəsində 5-ci zərbə ordusu tərkibində hücuma keçərək, Dnepr çayını keçdi və ağır döyüşlərlə Dnepr çayının sahillərinə çıxdı.
Qoşunlarımız artıq Ukrayna ərazisində vuruşurdular. 1944-cü il fevral ayının ilk günlərində 416-cı diviziya Ukraynanın Zaporojye və Dnepropetrovsk vilayətləri sərhəddində - Dnepr çayının sahilində idi. 416-cı diviziya 1944-cü ilin yanvar və fevral aylarında Ukraynanın Nikopol-Krivoy Roq əməliyyatında iştirak edirdi. Həmin vaxt diviziya Dnepr çayının sol sahilində almanların “Nikopol plasdarmı” adlanan güclü müdafiə xəttini yarmaq üçün çox şiddətli döyüşlər aparırdı. Fevral ayında bölgədə şiddətli yağışlar yağmışdı və palçıq hərəkəti çətinləşdirirdi. 416-cı diviziyanın 1368, 1373, 1374-cü alayları 8 fevral 1944-cü ildə Nikopol şəhərini azad etmək üçün həlledici hücuma keçmiş, Dnepr çayını adlayaraq düşmən müdafiəsini yarmışdı.
2 fevraldan 8 fevrala qədər diviziya almanların “Nikopol” qruplaşmasını məhv etdi. Dnepr çayını keçmək və bataqlıq ərazilərdə irəliləmək itkilər hesabına olurdu. Faşistlər artilleriya qurğularından atəş açırdılar. Belə bir vaxtda diviziyamızın itkiləri çox olurdu. Gündə 100-200 nəfər həlak olurdu. Nikopol şəhərini azad etmək üçün qanlı, dəhşətli döyüşlər başladı. Şəhər fevralın 8-də çoxlu itkilər hesabına azad olundu. Fevralın ortalarında diviziya 5-ci Zərbə Ordusunun tərkibinə keçərək Dnepr çayını keçmiş və Böyük Lepetixa kəndi istiqamətində qanlı döyüşlər aparmışdı. Bəzən cəsədləri tanımaq olmurdu, ya da sənədlər itirdi. Cəsədlər çox vaxt yerli əhali tərəfindən dəfn edilirdi. Heç bir sənədləşdirmə aparılmırdı. Cəsədlər bəzən toplu şəkildə basdırılırdı. Hansı əsgərin adı məlum olurdu, onun adı, soyadı yazılırdı. Adı bilinməyənlər isə “naməlum əsgər” kimi qeyd olunurdu. Evlərinə “itkin düşmüşdür” kimi məktub göndərilirdi.
Ələddin əmi Nikopol şəhəri uğrunda gedən döyüşlərdə şiddətli artilleriya atəşləri zamanı itkin düşmüşdür.
1942-ci il martın 17-də müharibəyə çağrılan Ələddin əmi 416-cı Azərbaycan diviziyasında vuruşub, şanlı döyüş yolu keçdi. Onun döyüş yolu Şimali Qafqazdan başlamış, Ukrayna torpaqlarında bitmişdir. Əfsuslar olsun ki, o, Qələbə gününü görə bilmədi. Taleyi belə imiş. Minlərlə Azərbaycan oğlu bu müharibədə həlak oldu. Orduda vuruşan 700 mindən çox azərbaycanlıdan 350 mini geri qayıtmadı.
Mən deyərdim ki, 416-cı diviziyanın hər bir əsgəri qəhrəman olub...
Qəhrəman xalqın qəhrəman əsgərləri Vətəni düşməndən azad etdilər. Ana və bacılarımızın rahat həyatını təmin etmək bu qəhrəmanların öhdəsinə düşmüşdü.
Əsrlər keçəcək, bu qəhrəmanlar heç vaxt yaddan çıxmayacaqlar. Çünki vətənimizin hər qayasında, hər daşında onların əksi, izi görünür. Azərbaycan xalqı, Azərbaycan torpağı onları unutmur. Onların ruhu Vətən torpaqlarında dolaşır.
Ukraynanın Nikopol şəhərinin yaxınlığında, Dnepr çayı sahilində bir “Qardaşlıq məzarlığı” var. Yüzlərlə qəhrəman burada dəfn olunmuşdur. Bəzilərinin adı və soyadı lövhədə yazılmış, kimliyi məlum olmayanlar “Naməlum əsgər” kimi qeydə alınmışdır. Ələddin əmi də həmin məzarlıqdadır. Ömrünün 33-cü ilində həyatdan gedən bu qəhrəman şəhidlik zirvəsinə ucalıb.
Vətənimiz və xalqımız Ələddin əmi kimi qəhrəman oğulları heç vaxt unutmayacaq.

Abid ŞAMİLOĞLU,

Quba rayonu Afurca kəndi,
müəllim.
29-03-2026, 21:20
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var


Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Şəhər ərazisində hərəkətdə olan “VAZ 2107” və “BYD” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
29-03-2026, 20:12
"Qarabağ" xanım azarkeşləri üçün girişi pulsuz etdi


"Qarabağ" xanım azarkeşləri üçün girişi pulsuz etdi

"Sabah" ilə oyunumuzda komandamıza dəstək olmaq istəyən xanım azarkeşlərimiz üçün stadiona giriş sərbəstdir!
Bu barədə "Qarabağ" klubundna məlumat verilib.
Bildirilib ki, Azərbaycan Kubokunun yarımfinal turu çərçivəsində “Sabah” ilə keçiriləcək ev oyunumuzda komandamızı dəstəkləmək istəyən xanım azarkeşlərimiz üçün giriş tamamilə pulsuzdur.
Qeyd edək ki, qarşılaşma aprelin 3-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matçın start fiti 20:00-da səslənəcək.
29-03-2026, 19:30
Tudor klubdan ayrıldı


Tudor klubdan ayrıldı

İngiltərənin "Tottenhem" klubu baş məşqçisi İqor Tudorla yollarını ayırıb.
Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xorvatiyalı çalışdırıcının Premyer Liqa klubunda işi 6 həftə çəkib.
Qeyd edək ki, "Tottenhem" Premyer Liqanın turnir cədvəlində 31 oyundan sonra 30 xalla 17-ci yerdədir.
29-03-2026, 18:44
3 nəfərin ölümünə səbəb olan klinika rəhbəri - Həbsdə qaldı


3 nəfərin ölümünə səbəb olan klinika rəhbəri - Həbsdə qaldı

Yasamaldakı çoxmərtəbəli binada üç nəfərin ölümü ilə bağlı saxlanılan “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayev yenidən hakim qarşısına çıxarılıb.
Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində qərar qəbul edilib.
Qərara əsasən, Bəhruz Paşayevin həbs müddəti daha 4 ay uzadılıb.
Xatırladaq ki, ötən il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında ağır yanğın hadisəsi baş verib. Baş Prokurorluğun məlumatına görə, binanın zirzəmisində başlayan yanğın nəticəsində üç sakin - Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər isə tüstüdən zəhərlənib.
İstintaqla müəyyən edilib ki, binanın zirzəmi və birinci mərtəbəsini icarəyə götürən “TAXES GROUP” MMC-nin (“Loft Dent” klinikası) direktoru Bəhruz Paşayev yanğın təhlükəsizliyi qaydalarına riayət etməyib. Onun məhz bu qaydaları pozaraq ehtiyatsızlıqdan üç şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr yaranıb.
B.Paşayev ötən il noyabrın 24-də Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində ibtidai istintaq davam etdirilir. Hadisədə təqsiri olan digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
29-03-2026, 18:37
Bu ərazidə 3 gündür istilik yoxdur


Bu ərazidə 3 gündür istilik yoxdur

Artıq 3 gündür Bakının Xətai rayonunun bir hissəsində istilik yoxdur.
Bu barədə sakinlər məlumat verib.
"Azəristilik"dən bildirilib ki, 3 gün öncə qəza baş verib.
Qeyd olunub ki, yaxın saatlarda qəzanın nəticələri aradan qaldırılacaq və istilik bərpa olunacaq. Təmir işlərinin hava şəraitinə görə gecikdiyi də əlavə edilib.
29-03-2026, 18:15
278 nəfər təxliyə edilib - VİDEO


278 nəfər təxliyə edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.
FHN-dən verilən xəbərə görə, görülmüş tədbirlər nəticəsində ümumilikdə 278 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

***
10:43

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gecə fasiləsiz olaraq davam etdirilib.
FHN-dən verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
"Təxliyə edilənlərdən 36-sı azyaşlıdır",- məlumatda bildirilib.

29-03-2026, 15:14
Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif etdi


Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif etdi

Prezident İlham Əliyev Cəmil Əziz oğlu Əliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında tibb elminin və səhiyyənin inkişafında xüsusi xidmətlərinə görə Cəmil Əziz oğlu Əliyev "İstiqlal" ordeni ilə təltif edilsin".
29-03-2026, 15:03
Rasim Balayevin cənazəsi bu gün Azərbaycana gətiriləcək


Rasim Balayevin cənazəsi bu gün Azərbaycana gətiriləcək

Xalq artisti, aktyor Rasim Balayevin cənazəsinin Azərbaycana göndərilməsi üçün İstanbuldakı Baş Konsulluq tərəfindən iş aparılır.
Bu barədə Baş Konsulluqdan məlumat verilib.
Bildirilib ki, cənazənin bu gün Bakıya göndərilməsi planlaşdırılır.
Qeyd edək ki hazırda Xalq artistinin oğlu da İstanbulun Göztəpə rayonunda yerləşən “Memorial” xəstəxanasındadır. Rasim Balayev bu gün İstanbulun Göztəpə rayonunda yerləşən “Memorial” xəstəxanasında vəfat edib.
29-03-2026, 15:02
Binəqədidə anbardakı yanğın nəzarətə götürüldü


Binəqədidə anbardakı yanğın nəzarətə götürüldü

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın nəzarətə götürülməklə yayılmasının qarşısı alınıb.
FHN-dən verilən məlumata görə, yanğının tam söndürülməsi üçün ərazidə kifayət qədər texnika və canlı qüvvə fəaliyyət göstərir.

***

12:45

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!