Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılmışdır - Ərdoğan .....                        Azad edilmiş ərazilərdə yenidənqurmanın inanılmaz sürəti tam fenomenal xarakter daşıyır .....                        İnsansız Sistem Qoşunlarının heyəti hərbi paradda .....                        Türkiyə və Pakistan hərbçiləri Bakıda Hərbi paradda keçid etdi .....                        Ərdoğan paradda Məmməd Arazın şeirini səsləndirdi .....                        Qarabağın azad edilməsi Türk dünyası üçün də böyük qürur mənbəyidir - Ərdoğan .....                        Bu gün burada böyük vətənpərvərlik eşqi ilə güclü Azərbaycan xalqını görürəm .....                        İndi təcridxanada Azərbaycan çayı içirlər - İlham Əliyev .....                        Zəfərimiz mübarək olsun - Ərdoğan .....                       
30-09-2025, 18:30
Prezidentlərin təkbətək görüşü keçirildi


Prezidentlərin təkbətək görüşü keçirildi

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə təkbətək görüşü keçirilib.
30-09-2025, 18:20
İtaliya Prezidentinin qarşılaşma mərasimi olub


İtaliya Prezidentinin qarşılaşma mərasimi olub

Sentyabrın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanı qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi İtaliya Prezidentinə raport verdi.
İtaliya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın qarşısından keçdi.
30-09-2025, 18:07
Yeni general Anar İsmayılov kimdir?


Yeni general Anar İsmayılov kimdir?

Prezident İlham Əliyevin Sərəncamı ilə polkovnik Anar Müslüm oğlu İsmayılova general-mayor ali hərbi rütbəsi verilib.
Anar İsmayılov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşıdır.
52 yaşlı yeni general 44 günlük Vətən müharibəsində son dərəcə əhəmiyyətli olan rabitə əlaqələrinin yaradılmasında xüsusilə fərqlənən şəxslərdəndir.
Müharibədən sonra A.İsmayılov Prezidentin Sərəncamı ilə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
O, hazırda həmin Dövlət Xidmətində Baş idarə rəisidir.
30-09-2025, 17:23
Metro sabah gücləndirilmiş iş rejimində çalışacaq


Metro sabah gücləndirilmiş iş rejimində çalışacaq

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” Futbol Klubunun növbəti matçı ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, Oktyabrın 1-də “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçla əlaqədar paytaxtımızda təşkil edilən kütləvi tədbirlər və Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi tətbiq olunacaq:
"Saat 20:45-də başlanacaq oyuna azarkeş marağı nəzərə alınaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə bir sıra tədbirlər görüləcək. “Gənclik” stansiyasında nəzarət mexanizmləri artırılacaq, əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib ediləcək.
Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da həyata keçiriləcək. Sərnişin axınının intensivliyinə əsasən zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarlar payız-qış iş rejiminin qrafikinə uyğun hərəkət edəcək".
30-09-2025, 17:18
Ramiz Ələkbərov Qəzzada atəşkəsə çağırdı


Ramiz Ələkbərov Qəzzada atəşkəsə çağırdı

Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatorunun müavini və rezident əlaqələndiricisi, BMT-nin humanitar koordinatoru Ramiz Ələkbərov təşkilatın Təhlükəsizlik Şurasında çıxış edib.
O, Qəzzadakı vəziyyəti “son onilliklərin ən ağır faciəsi” adlandırıb.
Ramiz Ələkbərovun sözlərinə görə, 22 aydır davam edən müharibə nəticəsində minlərlə insan həlak olub, bölgədə humanitar böhran yaşamır.
O qeyd edob ki, münaqişə başlayandan bəri 240-dan çox jurnalist öldürülüb. BMT rəsmisi, həmçinin 50 girovun hələ də HƏMAS-ın əlində olduğunu və onların ağır şərtlərdə saxlanıldığını bildirib.
Ramiz Ələkbərov xəbərdarlıq edib ki, Qəzza ərazisinin 86 faizi hərbi zonaya çevrilib və aclıq sürətlə yayılır. Onun sözlərinə görə, İsrailin buraxdığı məhdud humanitar addımlar vəziyyəti yüngülləşdirmir.
O, beynəlxalq ictimaiyyəti təcili olaraq atəşkəsə nail olmağa və bütün girovların qeyd-şərtsiz azad edilməsinə çağırıb.
30-09-2025, 17:12
Azərbaycanla Belarus baş nazirləri danışıqlar apardılar


Azərbaycanla Belarus baş nazirləri danışıqlar apardılar

Minskdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Belarus Respublikasının Baş naziri Aleksandr Turçin arasında danışıqlar aparılıb.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tərəflər dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edib və iki ölkənin prezidentlərinin birgə səyləri nəticəsində qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişafını vurğulayıblar.
Onlar iqtisadi-ticari və investisiya qarşılıqlı fəaliyyəti, sənaye kooperasiyası, o cümlədən kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Azərbaycan və Belarus dövlət başçılarının tapşırıqlarının icrasına xüsusi diqqət yetirilib, əldə olunmuş razılaşmalar çərçivəsində hazırlanmış bir sıra layihələrin həyata keçirilməsinin gedişi yüksək qiymətləndirilib.


30-09-2025, 17:05
Polşa deputatları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər


Polşa deputatları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Polşalı parlamentarilər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycan Respublikasında səfərdə olan Polşa parlamentinin Polşa-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun sədri Pşemışlav Vitekin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 30-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən şəhəri seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevinc Fətəliyeva və digər rəsmi şəxslər müşayiət ediblər.



30-09-2025, 16:57
Azərbaycanla Kamboca arasında memorandum təsdiqləndi


Azərbaycanla Kamboca arasında memorandum təsdiqləndi

“Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında turizm əməkdaşlığına dair Anlaşma Memorandumu” təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Kamboca Krallığı Hökumətinə bildiriş göndərməlidir.
30-09-2025, 16:49
AYNA-ya yeni vəzifə həvalə edildi


AYNA-ya yeni vəzifə həvalə edildi

Naxçıvan Muxtar Respublikasında nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), yeni avtomobil duracaqlarının (qarajlarının) yaradılması (layihələndirilməsi, tikilməsi) ilə bağlı tədbirlər görmək və onların cari vəziyyətinə nəzarəti həyata keçirmək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə həvalə edilib.
Bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə edilən dəyişiklikdə əksini tapıb.
Nazirlər Kabineti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
30-09-2025, 16:23
Azərbaycan Rusiya qazının İrana daşınmasına icazə verməyəcək - Sabiq diplomat


Azərbaycan Rusiya qazının İrana daşınmasına icazə verməyəcək - Sabiq diplomat

28 sentyabr 2025-ci ildən etibarən BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları tam şəkildə bərpa olunub.
Bu qərar Avropanın aparıcı dövlətlərinin - Böyük Britaniya, Almaniya və Fransanın təşəbbüsü ilə Tehranın MAQATE müfəttişlərini nüvə obyektlərinə buraxmaqdan imtina etməsinə cavab olaraq qəbul edilib. Beləliklə, 2015-ci ildə imzalanmış nüvə sazişi çərçivəsində dayandırılmış bütün məhdudiyyətlər (silah embarqosu, enerji və maliyyə sahəsində sərt qadağalar, xarici aktivlərin dondurulması) yenidən qüvvəyə minir.
Sanksiyaların bərpası ən çox İrana təsir göstərsə də, bu qərar Rusiyanın planlarını da çətin vəziyyətə salıb. Xatırladaq ki, Moskva və Tehran 2024-cü ildə ilkin razılıq əldə etmiş, 2025-ci ilin əvvəlində isə Rusiya qazının İran ərazisinə nəqli barədə saziş imzalamışdı. Bu qazın tranziti üçün əsas marşrut kimi Azərbaycan nəzərdə tutulurdu.
Lakin indi beynəlxalq məhdudiyyətlər fonunda Azərbaycanın bu layihədə iştirak edib-etməyəcəyi açıq sual olaraq qalır.
Sabiq diplomat Nəsib Nəsibli bildirib ki, Rusiya qazının Azərbaycan üzərindən İrana daşınması sanksiyaların ölkəmizə də tətbiq edilməsinə səbəb ola bilər:
“Rusiya qazının Azərbaycan üzərindən İrana daşınması məsələsi yeni deyil. Rusiya ilə hazırkı gərgin münasibətlər, Avropa və Qərblə normal münasibətlərinin qurulması istəyi şəraitində, məncə, Rusiyanın bu istiqamətdə təklifləri hökumət tərəfindən qəbul edilməyəcək. Əks təqdirdə sanksiyalar Azərbaycana da şamil edilə bilər. Azərbaycan çox çətin duruma düşə bilər”.
Sabiq diplomat beynəlxalq münasibətlərin olduqca mürəkkəb olduğunu vurğulayıb:
“Beynəlxalq münasibətlərdə bilmədiyimiz o qədər nüanslar var ki, bizim bildiyimiz proseslərin bəlkə də 5%-ni təşkil edir. Bir də görürsən çox önəmli məsələ ortaya çıxır və insanlar təəccüblənir ki, bu haradan çıxdı? Ona görə də, hazırkı məqamda onu demək mümkündür ki, Azərbaycan iqtidarının bu təklifi qəbul etmə ehtimalı çox azdır”.
N.Nəsibli bildirib ki, bu məsələ Rusiyanın öz problemləridir:
"Necə istəyir o cür də düşünsün. Azərbaycan öz maraqlarının arxasında dayanmalıdır”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!