20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
11-03-2026, 15:28
İcra başçısı tanınmış meyxanaçını görüşə dəvət etdi


İcra başçısı tanınmış meyxanaçını görüşə dəvət etdi

Tanınmış meyxanaçı Rüfət Kərimovu (Nasosnu) İTV telekanalında yayımlanan “Milyonçu şou”da çıxışından sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov görüşə dəvət edib.
Bu barədə meyxanaçının özü sosial şəbəkə hesabında məlumat verib.
"Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı, cənab Zakir Fərəcov 600 min vətəndaşın olduğu şəhərdə məni də diqqətdən kənarda saxlamayıbsa, bu incəsənətə və sözə verilən qiymətdir. Hər şeyə görə təşəkkür edirəm"-deyə meyxanaçı bildirib.

11-03-2026, 00:54
Azərbaycanla bağlı proqnoz dəyişmədi


Azərbaycanla bağlı proqnoz dəyişmədi

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) 2026-2027-ci illər üçün Azərbaycanda neft və digər maye karbohidrogenlərin orta gündəlik hasilatı ilə bağlı proqnozunu yeniləyib.
EIA-nın aylıq hesabatına görə, 2027-ci ildə Azərbaycanda neft və digər maye karbohidrogenlərin orta gündəlik hasilatı 540 min barel olacaq (proqnoz dəyişməyib).
EIA-nın hesablamalarına görə, 2026-cı ildə Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogen hasilatı da 540 min barel təşkil edəcək (proqnoz dəyişməyib).
Hesabata görə, 2025-ci ildə Azərbaycanda bu rəqəm gündə 570 min barel, 2024-cü ildə isə gündə 600 min barel olacaq.
10-03-2026, 23:43
"Qalatasaray" tarixi qələbə qazandı


"Qalatasaray" tarixi qələbə qazandı

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
İlk oyun günündə "Qalatasaray" "Liverpul"u sınağa çəkib. Gərgin keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Mario Leminanın 7-ci dəqiqədə vurduğu qolla İstanbul təmsilçisi rəqibini minimal hesabla məğlub edib - 1:0.
Cavab qarşılaşması növbəti həftə keçiriləcək.
10-03-2026, 18:46
Polis daha bir tiktokeri saxladı


Polis daha bir tiktokeri saxladı

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Tədbirlərlə “TikTok”da “privattee.ss” hesabı ilə canlı yayımda təhqiramiz ifadələr səsləndirən 22 yaşlı Solmaz Musayeva saxlanılıb.
Onun barəsində internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib olunub.
Müvafiq qərarla S.Musayeva inzibati qaydada həbs edilib.
10-03-2026, 18:39
Ceyhun Bayramov Omanın yeni qeyri-rezident səfirini qəbul edib


Ceyhun Bayramov Omanın yeni qeyri-rezident səfirini qəbul edib

10 mart tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Oman Sultanlığının ölkəmizə təyin edilmiş qeyri-rezident səfiri Seyf bin Raşid Əl-Cahvarini qəbul edib.
XİN-dən verilən xəbərə görə, görüş zamanı tərəflər Azərbaycan–Oman münasibətlərinin cari vəziyyətini və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
İki ölkə arasında siyasi dialoq, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin mədəni və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüş zamanı həmçinin regional və beynəlxalq məsələlər, o cümlədən Yaxın Şərqdəki artan gərginlik və hərbi eskalasiya barədə fikir mübadiləsi aparılıb. Oman vətəndaşlarının Azərbaycan ərazisindən istifadə etməklə təxliyəsinı, Azərbaycan vətəndaşlarının isə Oman ərazisindən istifadə etməklə təxliyəsinə yaradılmış şəraitə görə qarşılıqlı dəstək ifadə olunub.
Hər iki tərəf münasibətlərin daha da inkişaf etdirilməsi və regional təhlükəsizliyin gücləndirilməsi istiqamətində əməkdaşlığın daha da genişləndirilməsi, yüksək və ali səviyyədə səfərlərin əhəmiyyətini vurğulayıb.
10-03-2026, 18:30
Səfirlik ölən azərbaycanlı ilə bağlı məlumat yaydı


Səfirlik ölən azərbaycanlı ilə bağlı məlumat yaydı

9 mart tarixində İsrail ərazisinə həyata keçirilmiş raket hücumu nəticəsində həlak olmuş Murtuzov Amid Əligüllah oğlu Azərbaycan və İsrail vətəndaşıdır.
Hadisə Yehud şəhəri ərazisində, tikinti sahəsində baş verib.
Amid Murtuzov İsrailin Petax Tikva şəhər sakini olub, ailəsi ilə birgə uzun illər əvvəl İsrailə miqrasiya edib və uzun müddətdir İsraildə yaşayıb.
“Mərhumun ailəsinə və doğmalarına səbir diləyir, başsağlığı veririk. Allah rəhmət eləsin!”, - məlumatda qeyd olunub.
10-03-2026, 18:16
Baş nazir hökumət üzvlərini topladı


Baş nazir hökumət üzvlərini topladı

Bu gün Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib.
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
Baş nazir, AİH-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Holdinqin idarəetməsində olan Portfel Şirkətlərin 2025-ci ilin yekunları üzrə Fəaliyyət Hesabatı, əsas fəaliyyət göstəriciləri və maliyyə nəticələri, o cümlədən ümumi gəlir və EBİTDA göstəriciləri, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin inkişaf perspektivlərinə ümumi baxış, dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı qəbul edilmiş yeni normativ-hüquqi aktların AİH-nin portfel şirkətlərinə tətbiqi barədə və digər cari məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun geniş təqdimatı dinlənilib. İclasda təqdim olunan məsələlərə dair AİH-in Müşahidə Şurasının üzvləri, AİH-in İdarə Heyətinin sədri və iclasa dəvət olunan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov çıxış ediblər.
İclasın yekununda AİH-in Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.
10-03-2026, 18:00
Üç kəndin adı dəyişdirilir


Üç kəndin adı dəyişdirilir

Quba rayonun üç kəndinin adı dəyişdirilir.
Bu barədə komissiyanın üzvü Elnarə Akimova məlumat verib.
Bildirilib ki, məsələ Milli Məclisin Toponomiya komissiyasının sabah keçirilən iclasında müzakirə edilcək.
Belə ki, Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinə daxil olan Vladimirovka kəndinin adı Elbir, Alekseyevka kənd inzibati ərazi dairəsinə daxil olan Alekseyevka kəndinin adı Çinarlı, həmin dairəyə daxil olan Timiryazev kəndinin adı isə Bəhrəli olaraq dəyişdirilir.
10-03-2026, 17:52
Gəncə şəhərinin Baş planı təsdiqləndi


Gəncə şəhərinin Baş planı təsdiqləndi

Gəncə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.
Nazirlər Kabineti bu barədə qərar verib.
10-03-2026, 17:38
İsrail atəşə tutuldu - 2 azərbaycanlı həlak oldu


İsrail atəşə tutuldu - 2 azərbaycanlı həlak oldu

İsrailin mərkəzində İranın kaset başlıqlı raket zərbəsi nəticəsində yaralanan 2 azərbaycanlı ölüb.
Tibbi rəsmilərin verdiyi məlumata görə, ötən gün səhər saatlarında İsrailin mərkəzində İranın kaset bombalı raket hücumu zamanı yaralanan 40 yaşlarında Rüstəm Qulamov və Amid Murtuzov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Kaset başlıqlı raketin tərkibində olan submunisiyalar İsrailin mərkəzində ən azı 6 müxtəlif nöqtəyə düşüb. Partlayışlar Yehud, Or Yehuda, Holon və Bat Yam şəhərlərində qeydə alınıb.
Həlak olanların Petah Tikva şəhərinin sakinləri olan, əslən azərbaycanlı 40 yaşlarında Rüstəm Qulamov və Amid Murtuzov olduğu müəyyən edilib. Hər iki həmyerlimiz Yehud şəhərində tikinti sahəsində işləyərkən ballistik raketdən ayrılan kaset bombalarından biri həmin əraziyə düşüb.
İlkin yardım göstərən xilasedicilərin bildirdiyinə görə, onlar sığınacaqda və ya başqa qoruyucu məkanda olmayıblar.
Təcili tibbi yardım əməkdaşları yaralılardan birinin hadisə yerində öldüyünü elan edib, digər şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. O daha sonra aldığı xəsarətlərdən vəfat edib.
İsrailin Daxili Cəbhə Komandanlığının rəhbəri general-mayor Şai Klapper bildirib ki, həmin tikinti sahəsində çalışan onlarla işçi sığınacaqlara daxil olduqları üçün hücumdan sağ qalıblar.
“Həmin tikinti sahəsində bir neçə nəfərin yaralandığı çətin bir hadisə baş verdi. Eyni zamanda demək istəyirəm ki, onlarla işçinin həyatı xilas edildi. Onların həyatı ona görə xilas oldu ki, qorunan məkana daxil oldular və verilən göstərişlərə əməl etdilər”, – deyə o, ordunun yayımladığı videoda bildirib.
Hücum zamanı Or Yehuda şəhərində başqa bir kişi də ağır yaralanıb. Xilasedicilərin məlumatına görə, o da kaset bombalarından birinin partlaması zamanı sığınacaqda olmayıb.
Hadisə yerlərindən yayılan görüntülərdə partlayışların nəticəsində yerdə yaranan kraterlər, eləcə də zədələnmiş avtomobillər və binalar görünür.
Davam edən münaqişə fonunda İran İsrailə doğru kaset başlıqlı ballistik raketlər buraxıb. Bu tip raketlər geniş ərazilərə nəzarətsiz şəkildə çoxsaylı kiçik bombalar səpərək ciddi təhlükə yaradır.
“Haaretz” qəzetinə danışan və hücum zamanı Yehud tikinti sahəsində olan bir kran operatoru raket hücumları zamanı tikinti işçilərinin üzləşdiyi təhlükəni vurğulayıb.
“Mən aşağı düşdüm və güclə xilas oldum. Siqnal aldım, məni yükdən ayırmalarını gözlədim, kranı bağladım və aşağı endim”, – deyə o bildirib.
Onun sözlərinə görə, bütün proses bir neçə dəqiqə çəkib və vaxt çox az olub:
“Endiyimiz vaxt artıq sirena səslənməyə başlamışdı”.
Kran operatoru yerə çatanda sonradan ölən iki kişini gördüyünü xatırladıb və dərhal yaxınlıqdakı yeraltı avtodayanacağa sığınmaq qərarına gəldiyini deyib.
“Qərar verib qaraja enəndən cəmi on saniyə sonra güclü partlayış oldu. Yarım dəqiqə sonra yenidən yuxarı qalxdım və onları yerdə uzanmış vəziyyətdə gördüm”, – deyə o bildirib.
“Onların niyə içəri girmədiyini başa düşə bilmədim”.
İsrailin mərkəzində kaset bombalarından birinin düşdüyü başqa bir yaşayış evinin qarşısından danışan general-mayor Şai Klapper ölkə vətəndaşlarını fövqəladə vəziyyət qaydalarına əməl etməyə çağırıb.
“Bu mənzil kaset bombası ilə vurulub. Ola bilsin ki, buraxılan raketlərin miqyası bir qədər azalıb və sirenlərin sayı bir qədər çoxdur, lakin bu mənzil kaset bombasının nə qədər böyük dağıntı törətdiyini göstərir”, – deyə o bildirib.
Klapper qeyd edib ki, həmin mənzildə yaşayan ailə Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl edərək sığınacağa daxil olduğu üçün xəsarət alan olmayıb.
“Buna görə İsrail vətəndaşlarını dözümlü və cəsarətli olmağa, Daxili Cəbhə Komandanlığının təlimatlarına əməl etməyə çağırıram – bu təlimatlar insanların həyatını xilas edir”, – deyə o əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!