20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
8-03-2026, 13:29
Nəriman ABŞ-yə yollandı


Nəriman ABŞ-yə yollandı

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə tranfer olunduğu "Kolambus Kryu" klubunun düşərgəsinə qatılmaq üçün ABŞ-yə yollanıb.
Bu barədə 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov məlumat verib.
Forvard bu səhər yola düşüb. Futbolçu Amerika klubu ilə 1 ay əvvəl razılığa gəlsə də, o, iş icazəsinin yubanması səbəbindən komandanın düşərgəsinə qoşula bilmirdi.
N. Axundzadə Bakı vaxtı ilə sabah səhər saatlarında ABŞ-də olacaq.
Xatırladaq ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi futbolçu üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.
7-03-2026, 18:32
Metroda cibgirlik edən şəxs saxlanıldı


Metroda cibgirlik edən şəxs saxlanıldı

Martın 4-də metro stansiyalarının birində oğurluq hadisəsi qeydə alınıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bir qadın polisə müraciət edərək qatarda olarkən çantasından sənəd, kartlar olan pul kisəsi və mobil telefonunun oğurlandığını bildirib.
Metropolitendə Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı E.Qasımov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
7-03-2026, 17:28
Azərbaycan Özbəkistanla strateji müttəfiqliyi genişləndirəcək


Azərbaycan Özbəkistanla strateji müttəfiqliyi genişləndirəcək

Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan xarici işlər naziri Bəxtiyor Saidovarasında görüş keçirilib.
Bu barədə XİN-in X hesabında paylaşım edilib.
Bildirilib ki, nazirlər Azərbaycan-Özbəkistan strateji müttəfiqliyi, siyasi, iqtisadi və regional əlaqələr sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində koordinasiya ilə bağlı mövzuları müzakirə ediblər.
Yaxın Şərqdə davam edən hərbi eskalasiya ilə bağlı da fikir mübadiləsi aparılıb.
7-03-2026, 17:13
TDT Baş katibi ilə Azərbaycana dron hücumu müzakirə edilib


TDT Baş katibi ilə Azərbaycana dron hücumu müzakirə edilib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev ilə İranın dron Naxçıvana hücumlarını müzakirə edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, müzakirələr zamanı regional təhlükəsizlik vəziyyəti, Türk dövlətləri arasında koordinasiyanın daha da gücləndirilməsi və praktiki əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, bu gün İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər nazirləri şurasının qeyri-rəsmi iclası baş tutacaq.
7-03-2026, 16:56
Daha bir ölkə Azərbaycana dəstək verdi


Daha bir ölkə Azərbaycana dəstək verdi

Martın 7-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bayram Beqay İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qınadığını bildirib.
Prezident İlham Əliyev telefon zənginə, Albaniyanın açıq və qətiyyətli mövqeyinə görə minnətdarlığını ifadə edib.
Telefon söhbəti zamanı ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafı məmnunluqla vurğulanıb, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və təmasların əlaqələrimizin inkişafına verdiyi töhfəyə toxunulub.
Tərəflər ikitərəfli gündəlikdə yer alan məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
7-03-2026, 16:39
Bu ölkələrdən azərbaycanlılar təxliyə edilib - XİN AÇIQLADI


Bu ölkələrdən azərbaycanlılar təxliyə edilib - XİN AÇIQLADI

Yaxın Şərqdə davam etməkdə olan hərbi eskalasiya nəticəsində Körfəz ölkələrinin hava məkanlarının bağlanmasından dərhal sonra həmin ölkələrdə qalmış Azərbaycan Respublikası vətəndaşlarının təxliyəsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başlanılmışdır.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Körfəz ölkələrindəki diplomatik missiyalarımıza verilmiş tapşırıq əsasında təxliyə üçün vətəndaşlarımızın siyahıya alınması həyata keçirilmişdir.
İlkin siyahıyaalma nəticələrinə əsasən 5 ölkədə təxminən 1000 Azərbaycan Respublikası vətəndaşı təxliyə üçün müraciət etmişdir (Birləşmiş Ərəb Əmirlikləri: 490 nəfər, Səudiyyə Ərəbistanı: 220 nəfər, Qətər Dövləti: 200 nəfər, Bəhreyn Krallığı: 23 nəfər, Küveyt Dövləti: 26 nəfər).
Azərbaycan Respublikası vətəndaşları üçün əsas turizm istiqamətlərindən biri olan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) və xüsusilə də Dubay şəhərində ölkəmizin Baş konsulluğunun "FlyDubai" aviaşirkəti ilə apardığı danışıqlar nəticəsində Dubay-Bakı istiqamətində uçuşlar BƏƏ hava məkanı məhdud açıldıqdan sonra həyata keçirilməyə başlanmışdır. Qeyd olunan istiqamət üzrə 3-5 mart tarixlərində həyata keçirilmiş uçuşlarla 755 nəfər Azərbaycan vətəndaşı ölkəyə geri qayıdıb. Hal-hazırda BƏƏ hava məkanının yenidən bağlı olduğu nəzərə alınaraq, yerdə qalan Azərbaycan vətəndaşlarının ölkəmizə qaytarılması istiqamətində zəruri planlaşdırma işləri aparılır.
Təxliyəyə ehtiyac duyulan ikinci əsas istiqamət olan Səudiyyə Ərəbistanı üzrə 4 mart 2026-cı il tarixində Azərbaycan Hava Yollarına məxsus xüsusi təyyarə reysi ilə Ciddə şəhərindən 193 nəfər Azərbaycan vətəndaşı (bundan əlavə, 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı və 5 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı) (ümumi 207 nəfər) ölkəmizə təxliyə olunub. Bundan əlavə, Qətər Dövləti, Bəhreyn Sultanlığı və Səudiyyə Ərəbistanında qeydiyyata düşmüş vətəndaşlarımızın diplomatik missiyalarımızın təşkil etdiyi müvafiq avtobuslarla Ciddəyə nəqli həyata keçirilib və AZAL-a məxsus Ciddə-Bakı reysi ilə 7 mart 2026-cı il tarixində təxliyə olunaraq, 203 nəfər (2 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı, 1 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı daxil olmaqla) ölkəmizə geri qayıdıb.
İran İslam Respublikasında olan vətəndaşlarımızın maneəsiz şəkildə ölkəmizə quru yolu ilə keçə bilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul etmiş və aidiyyəti dövlət qurumlarına göstəriş verilmişdir. İndiyə qədər 300 nəfər Azərbaycan Respublikası vətəndaşı İrandan quru yolla Azərbaycana gəlib.
Regiondakı vəziyyət tərəfimizdən diqqətlə izlənməkdədir və vətəndaşlarımızın təxliyəsi üçün lazimi tədbirlər görülməkdədir.
7-03-2026, 16:31
Ceyhun Bayramov Fidanla görüşdü


Ceyhun Bayramov Fidanla görüşdü

Azərbaycan və Türkiyə xarici işlər nazirləri görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirlər Şurasının qeyri-rəsmi iclası çərçivəsində görüşüb.
7-03-2026, 15:18
MHP-li deputat: Azərbaycana hücum, Türkiyəyə hücum sayılır


MHP-li deputat: Azərbaycana hücum, Türkiyəyə hücum sayılır

Azərbaycan dəfələrlə öz ərazisindən İrana qarşı heç bir hərbi əməliyyatda istifadə olunmayacağını bəyan etsə də, martın 5-də molla rejimi Naxçıvana dronlarla hücum edib. Texniki vasitələrlə təsbit edilib ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib.
Türkiyə Böyük Millət Məclisinin(TBMM) Milliyyətçi Hərəkat Partiyasından olan deputatı Kamil Aydın bildirib ki, Azərbaycan və Türkiyə mübarək ayda tərəfləri tez bir vaxtda hücumlara son qoymağa çağırır:
"Təəssüf ki, təxminən bir həftə əvvəl ABŞ və İsrail tərəfindən birgə həyata keçirilən İrana hücumların intensivliyinin və coğrafi təsirinin artdığının şahidi oluruq. Bölgəmizdəki bu hadisələrin təkcə qlobal miqyasda deyil, xüsusən də region ölkələri üçün çox mənfi təsirləri olduğu aydındır. Türkiyə Respublikası və Azərbaycan dövləti bu mənfi təsirlərin ön sıralarındadır. Bundan əlavə, vəziyyəti daha mürəkkəb, çoxşaxəli və çoxmillətli hala gətirməyə yönəlmiş cəhdlərin, səylərin və hücumların şahidi oluruq. Lakin həm dost və qardaş Azərbaycan dövləti, həm də güclü dövlət strukturlarına və ənənələrinə malik olan Türkiyə Respublikası vəziyyəti sakit və ehtiyatla qiymətləndirir, həmişə olduğu kimi sülhə, əmin-amanlığa və qardaşlığa üstünlük verir. Onlar tərəfləri bu mübarək günlərdə hücumlarına son qoymaq üçün mümkün qədər tez bir zamanda masaya gəlməyə çağırır və buna nail olmaq üçün vasitəçilik təklif edirlər. Buna baxmayaraq, cənub sərhədimizdəki Hatay əyalətinə düşən raketlər və sonradan 5 mart tarixlərində Naxçıvan Hava Limanına və Azərbaycandakı bir məktəbə edilən raket hücumları Türkiyə və Azərbaycanı bu qanlı ssenariyə cəlb etmək kimi pis niyyətlərin şahidi olduq. Təbii ki, dərhal sonra həm Prezidentimiz, həm də Prezident İlham Əliyev İran rəsmilərini və səfirlik nümayəndələrini açıq və birmənalı şəkildə çağıraraq izahat tələb etdilər. Bu görüşlərdən sonra üzr istənildi, raketlərin İran tərəfindən buraxılmadığı bildirildi və beləliklə, tələ və fitnə cəhdləri uğursuz oldu. İrana bildirildi ki, bu cür cəhdlər yenidən baş verərsə, hər iki qardaş ölkə, xüsusən də ikitərəfli müdafiə müqavilələri işığında aydın və birmənalı şəkildə cavab verəcəklər".
K.Aydın Milliyyətçi Hərəkat Partiyasının məsələyə mövqeyinin aydın olduğunu vurğulayıb:
"Milliyyətçi Hərəkat Partiyası olaraq, sədrimizin bu məsələ ilə bağlı aydın mövqeyi və fikirləri işığında birmənalı şəkildə aşağıdakıları bildiririk: Azərbaycana qarşı hər hansı bir təqib, təcavüz və ya hücum cəhdi bizə, Türkiyəyə qarşı hücum hesab ediləcək, ona görə də heç kim belə bir səhv hesablama aparmamalıdır. Biz bunu dünən dedik və bu gün də təkrar edirik. Biz çox açıq və birmənalı şəkildə bildiririk ki, heç kim Türkiyəni və Azərbaycanı bu çirkin tələyə sala bilməyəcəklər və bu qərarların arxasında möhkəm dayanırıq. Türkiyədəki hökumətimiz, özümüz və parlamentdə bir çox siyasi partiya bu fikri bölüşür. Buna görə də, Azərbaycana edilənlər bizə, bizə edilənlər isə Azərbaycana edildiyi üçün kim olursa olsun, belə bir səhv hesablama etməməsi bizim qəti arzumuz və düşüncəmizdir. İnanıram ki, bu mövqe İrana gələcəkdə bu cür hərəkətlərə cəhd etməmək üçün müəyyən bir düşüncə verəcək".
7-03-2026, 13:58
Naxçıvandan İğdıra və əks istiqamətdə 673 nəfər daşınıb


Naxçıvandan İğdıra və əks istiqamətdə 673 nəfər daşınıb

Naxçıvanla İğdır arasında sərnişindaşıma xüsusi ayrılmış avtobuslarla davam etdirilir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
"Məlum olduğu kimi, Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb. Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunur. Sərnişinlərin İğdır şəhərindən Naxçıvana və əks istiqamətə daşınması isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xüsusi ayrılmış avtobuslarla ödənişsiz şəkildə həyata keçirilir", - deyə AYNA-dan bildirilib.
Qurumdan qeyd edilib ki, Naxçıvan Avtovağzalından İğdır hava limanı və əks istiqamətə daşımalar 7 iritutumlu avtobusla həyata keçirilir. Eyni zamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri də ayrılıb.
Martın 5-dən indiyədək ümumilikdə 19 reys həyata keçirilib, 673 nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb. Proses davam etdirilir.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatı ilə hücum edilib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, texniki vasitələr İran İslam Respublikasının silahlı qüvvələrinin hücumlar həyata keçirmək üçün Azərbaycanın Naxçıvan bölgəsinə dörd pilotsuz uçuş aparatı (PUA) göndərdiyini aşkar edib. Onlardan biri Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib, digərləri isə dərslər zamanı orta məktəb də daxil olmaqla mülki infrastruktur obyektlərini hədəfə alıb.
Orta məktəb binasına yönəlmiş PUA xoşbəxtlikdən hədəfə çatmayıb və məktəbin yaxınlığında qəzaya uğrayıb partlayıb.
Hadisə nəticəsində dörd mülki şəxs yaralanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq, İran İslam Respublikasından vəziyyəti dərhal aydınlaşdırmasını, izahat verməsini və oxşar hadisələrin təkrarlanmasının qarşısını almaq üçün lazımi təcili tədbirlər görməsini tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb və İran tərəfinə sərt etiraz bildirilib.
6-03-2026, 18:30
“Qənirə Paşayeva mükafatı”nın builki qalibi məlum oldu


“Qənirə Paşayeva mükafatı”nın builki qalibi məlum oldu

Azərbaycan Türk Ocağı Türk dünyasının tanınmış simasının adını daşıyan mükafatın qalibini açıqlayıb
Azərbaycan Türk Ocağı İctimai Birliyinin ötən il ali məktəblərin jurnalistika fakültəsi tələbələri ücün təsis etdiyi "Qənirə Paşayeva mükafatı"nın bu ilki qalibi müəyyən olunub.
Azərbaycan Türk Ocağı sədri Akif Aşırlı deyib ki, bu dəfə qalib Nuray Namiq qızı Məmmədrzayevadır. Nuray Bakı Slavyan Universiteti Jurnalistika ixtisasının lll kurs tələbəsidir. Yüksək təhsil göstəriçiləri , içtimai fəallığı ilə seçilən Nuray həm də mətbuatda fərqli yazılarla çıxış edir.
A.Aşlrlı qeyd edib ki, Türk Dünyası ücün böyük işlər görmüş, jurnalistikamızda silinməz izlərlə yaddaşlarda yaşayan Qənirə Paşayevanın adını daşıyan mükafata sahib olmaq böyük şərəfdir və bu ilki qalib tələbə Nurayın da bu yolda fədakarlıq göstərəçəyinə inanır.
Qeyd edək ki, 2025-ci ilin fevral ayının 25-də Azərbaycan Türk Ocağı İdarə Heyyətinin qərarı ilə ali məktəbin Jurnalistika fakültəsi tələbələri ücün Qənirə Paşayeva mükafatı təsis edib, davamlı olaraq hər il 8 mart Qənirə Paşayevanın doğum günündə veriləcəyi qərarlaşdırılıb. Qalib plaket və pul ilə mükafatlandırılır.
Nuray Məmmədrzayeva 2006-cı ildə Bakıda anadan olub. Bakı şəhəri Nəsimi rayonu 14 nömrəli tam orta məktəbi bitirib. Elə həmin il Bakı Slavyan Universitetinin Jurnalistika ixtisasına qəbul olub. Hazırda Bakı Slavyan Universitetinin III kurs tələbəsidir.Təhsil göstəriciləri yüksəkdir, yaradıcılıqla məşğuldur, ictimai fəaldır. Yazıları universitet qəzetində və müxtəlif saytlarda dərc olunub.
Xatırladaq ki, ötən ilin mükafatçısı BDU-nun Jurnalistika fakültəsinin ll kurs tələbəsi Banuçiçək Kalbalıyeva idi.
Mükafat yaxın günlərdə qalibə təqdim olunacaq.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!