Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılmışdır - Ərdoğan .....                        Azad edilmiş ərazilərdə yenidənqurmanın inanılmaz sürəti tam fenomenal xarakter daşıyır .....                        İnsansız Sistem Qoşunlarının heyəti hərbi paradda .....                        Türkiyə və Pakistan hərbçiləri Bakıda Hərbi paradda keçid etdi .....                        Ərdoğan paradda Məmməd Arazın şeirini səsləndirdi .....                        Qarabağın azad edilməsi Türk dünyası üçün də böyük qürur mənbəyidir - Ərdoğan .....                        Bu gün burada böyük vətənpərvərlik eşqi ilə güclü Azərbaycan xalqını görürəm .....                        İndi təcridxanada Azərbaycan çayı içirlər - İlham Əliyev .....                        Zəfərimiz mübarək olsun - Ərdoğan .....                       
30-09-2025, 12:40
Yerdə güclü maqnit qasırğası başlayıb


Yerdə güclü maqnit qasırğası başlayıb

Yer kürəsində son üç ayın ən güclü G3+ kateqoriyalı maqnit qasırğası başlayıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçov "RIA Novosti" agentliyinə müsahibəsində bildirib.
"Geomaqnit dalğalanmalarında kəskin artım qeydə alınır. Son ölçmələrə görə, geomaqnit aktivlik indeksi Kp 7.33-ə yüksəlib ki, bu da 5 ballıq şkala üzrə G3+ maqnit qasırğasına uyğundur", - deyə Boqaçov qeyd edib.
O əlavə edib ki, oxşar hal sonuncu dəfə bu il iyunun 1-də, birbaşa Günəş protuberansının Yer kürəsinə vurması zaman müşahidə edilib. O əlavə edib ki, günəş aktivliyinin artması Yerə yaxın kosmosda vəziyyəti xeyli çətinləşdirməkdə davam edir.
30-09-2025, 12:32
Ayxan Abbasov millimizin baş məşqçisi təyin olundu


]Ayxan Abbasov millimizin baş məşqçisi təyin olundu

Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəf əsas milli komandanın baş məşqçisi Ayxan Abbasovla görüşüb.
Görüş zamanı Rövşən Nəcəf mütəxəssisin U-21 komandasında gördüyü işləri, həmçinin A millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə (1:1) oyundakı çıxışını yüksək qiymətləndirib.
AFFA prezidenti Ayxan Abbasovla komandamızın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib, komandamıza növbəti oyunlarda uğurlar arzulayıb.
29-09-2025, 22:13
Cabirlə bərabər bu gün mən də öldüm - Murad Dadaşov


Cabirlə bərabər bu gün mən də öldüm - Murad Dadaşov

“Həyatımın və yaradıcılığımın ən yaxın kəsi, dostum, silahdaşım, əziz qardaşım Cabir İmanov dünyasını dəyişib. Sanki bir yuxunun içindəyəm və onun tez bitməsini istəyirəm”.
Bu sözləri Xəzər Media Mərkəzinin Baş direktoru, Xalq artisti və “Bakılı oğlanlar” KVN Teatrının keçmiş üzvü Murad Dadaşov yaxın dostu Cabir İmanovun vəfatı ilə bağlı “Qafqazinfo”ya açıqlamasında danışıb.
M.Dadaşov yaxın dostunun itkisini belə izah edib:
“Elə gün yox idi ki, bir-birimizin səsini eşitməyək. Gündəlik azı 20-25 dəqiqə danışırdıq. Ona deyirdim ki, “Cabir, bizi kənardan kimsə güdsə, deyər ki, bunlar dəlidir. Nə danışırlar?” Mahnıdan başlayıb, kinoda bitirirdik. O qədər çoxşaxəli bir tarix yaşamışıq ki. Cabir mənim ürəyimin bir parçası idi. Allahın belə dəhşətli günü mənə niyə yaşatdığını başa düşə bilmirəm”.
Xalq artisti sənət yoldaşı olan Cabir İmanovla eyni vaxtda peşəkar fəaliyyətə başlamaqlarından bəhs edib:
“Bütün səhnəciklərdə, səfərlərdə, hər bir işdə bərabər idik. Televiziya təcrübəmiz də eyni gündə başlayıb. O zamanlar “AzTV2”də “Bir cənub şəhərində” adlı layihəyə bərabər başladıq. O gün bu gündür, ailələrimiz, həyat yoldaşlarımız çox yaxındır”.
M.Dadaşov C.İmanovun övladlarına deməyə söz tapa bilmədiyini əlavə edib:
“Nə deyim Cahangirə, Süleymana? Nə söz tapım? Onlar adi bir ata yox, Cabir kimi ata itirdilər. Bu həyatda hər şey öz yolunu tapır, hər şey düzəlir, amma Cabirin itkisi mənim üçün çox böyük zərbədir. Çoxdandır bu cür pis durumda olmamışam.
O cümlə ki var, “Sözün bitdiyi an”. Birtəhər səslənir, o qədər adiləşir amma, bu gecə də qutaracaq, sabah səhər başlayacaq mən Cabirin zəngini gözləyəcəm.
Bu gün onunla vidalaşanda inana bilmirdim ki, biz bir də heç vaxt görüşməyəcəyik. Heç vaxt onu qucaqlayıb, öpüb, bağrıma basıb ürək sözlərimi deyə bilməyəcəm. Onunla bərabər bu gün mən də öldüm”.
29-09-2025, 22:07
Hər üç ölümdən birinin səbəbi ürək-damar xəstəliyidir...


Hər üç ölümdən birinin səbəbi ürək-damar xəstəliyidir...

Beynəlxalq tibb kollektivi aşkar edib ki, son 30 ildə ürək və damar xəstəlikləri ilə bağlı illik ölüm sayı 46% artaraq 1990-cı ildəki 13,1 milyon nəfərdən son illərdə 19,2 milyon nəfərə çatıb.
Nəticədə hazırda Yer üzündə baş verən hər üç ölüm halından birinin səbəbi ürək-damar xəstəlikləridir.
Bu barədə Amerika Kardiologiya Kollegiyasının (ACC) mətbuat xidməti məlumat yayıb.
“Biz aşkar etdik ki, ürək və damar xəstəliklərinin inkişaf tezliyindəki fərqləri yalnız zəngin və kasıb ölkələr arasındakı gəlir fərqləri ilə izah etmək mümkün deyil. Üstəlik, bu xəstəliklərdən ölüm səviyyəsi inkişaf etməkdə olan ölkələrdə də əhali arasında yaş fərqləri nəzərə alınmaqla belə, anormal dərəcədə yüksək qalır. Bu isə xəstəliklərin lokal xüsusiyyətlərini nəzərə alaraq tədbirlər hazırlamağın vacibliyini göstərir”, - deyə Sietl şəhərindəki Sağlamlıq İnstitutunun professoru Qreqori Rot bildirib.
Alimlər bu nəticəyə “Global Burden of Disease” (GBD) qlobal səhiyyə layihəsi çərçivəsində hazırlanan növbəti hesabat zamanı gəliblər. Layihəni 1990-cı ildən Ümumdünya Səhiyyə Təşkilatı, IHME və “Bill & Melinda Gates” Fondu aparır. Məqsəd qlobal səhiyyəyə təsir edən trendləri öyrənməkdir. Ürək-damar xəstəliklərinin və ölüm hallarının səviyyəsində dəyişiklikləri qiymətləndirmək üçün tədqiqatçılar BMT-yə üzv 204 ölkədə 375 geniş yayılmış kardioloji pozuntunun statistikasını analiz ediblər.
Analiz göstərib ki, GBD layihəsi çərçivəsində aparılan müşahidələr başlayandan bəri ürək-damar xəstəlikləri ilə bağlı ölüm sayı 13,1 milyondan 19,2 milyona yüksəlib və bu, illik ölüm hallarının təxminən üçdə birini təşkil edir. Artımda əsas rol oynayan amillər planet sakinlərinin sürətlə yaşlanması, bir çox inkişaf etməkdə olan ölkələrdə hipertoniya hallarının artması və zərərli qidaların geniş istehlakıdır.
Alimlər həmçinin bildiriblər ki, havanın çirklənməsi ölümcül ürək-damar xəstəliklərinin inkişaf tezliyinə əhəmiyyətli təsir göstərir. Xüsusilə də Okeaniya ölkələrində birbaşa və ya dolayı yolla təxminən 4 milyon ölüm halı bu amillə bağlıdır. Bundan başqa, onlar qeyd ediblər ki, təbii mühitin qurğuşun birləşmələri ilə çirklənməsi Orta Asiya və Şimali Afrika ölkələrində kardioloji pozuntuların artmasında mühüm rol oynayır.
29-09-2025, 22:01
III MDB Oyunları: Azərbaycan komandası 8 medal qazandı


III MDB Oyunları: Azərbaycan komandası 8 medal qazandı

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında sambo yarışları başa çatıb.
Yarışlar Göygöl Olimpiya İdman Kompleksində təşkil olunub.
Səkkiz idmançımız fəxri kürsüyə yüksəlib.
Azərbaycan təmsilçilərindən Abdullətif Musayev (53 kiloqram), Nihad Rəhimov (64 kiloqram) qızıl, Əbubəkir Hüseynov (98 kiloqram), Rəsul Səmədli (+98 kiloqram), Rüstəm Qasımzadə (58 kiloqram) gümüş, Sadiq Nadirov (79 kiloqram), Mikayıl Əmirov (71 kiloqram ) və Xəzər Əmrahlı (88 kiloqram) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
29-09-2025, 21:11
Sumqayıtda 350 min manata yol cizgiləri çəkiləcək


Sumqayıtda 350 min manata yol cizgiləri çəkiləcək

Sumqayıt şəhərinin küçə və prospektlərdə yol cizgilərinin çəkilməsi işlərinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
Sözügedən işlər Heydər Əliyev, Azərbaycan və Sülh prospektlərini, eləcə də Koroğlu, Bakı, N.Nərimanov, Ş.Bədəlbəyli, S.Vurğun, Z.Hacıyev, Sahil, M.Əsədov, C.Cabbarlı, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, Nizami, P.Həşimov və Bulvar küçələrini əhatə edəcək.
ŞİH yol cizgilərinin çəkilməsi işlərini “Dream Construction Company” şirkətinə həvalə edib və onunla 350 min manatlıq müqavilə bağlayıb.
29-09-2025, 20:50
Ramiz Quliyevin vəziyyəti pisləşib - Oğlu danışdı


Ramiz Quliyevin vəziyyəti pisləşib - Oğlu danışdı

Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Onun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Məşhur tarzənin oğlu, Əməkdar artist Əyyub Quliyev bildirib ki, Ramiz müəllimin bir neçə gün öncə səhhətində problemlər yaranıb. 1 il əvvəl böyrək çatışmazlığı ilə əlaqədər müəyyən müalicələr alıb.
“Bir neçə gün bundan əvvəl isə səhhətində ciddi problemlər yarandı. Müayinəyə apardıq və məlum oldu ki, kreatinin səviyyəsi kritik səviyyədə yüksək idi”.
O qeyd edib ki, tanıdığı həkimlərə müraciət etdikdən sonra Ramiz Quliyevi təcili olaraq xəstəxanaya yerləşdirmək lazım olduğu bildirilib:
“Mən də Heydər Əliyev Fonduna müraciət etdim. Sağ olsunlar ən qısa zamanda bizə geridönüş etdilər. Hətta Fondun icraçı direktoru Anar Ələkbərov özü əlaqə saxlayaraq bütün detalları öyrəndi. Hər şeyi izah etdikdən sonra bildirdi ki, dövlətimiz və Heydər Əliyev Fondu bizə dəstək olmağa hazırdır. Bizə də bu böyük stimul oldu, çünki çox gərgin dəqiqələr yaşayırdıq. Dərhal Heydər Əliyev Fondunun dəstəyi ilə Ramiz müəllim Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirildi və həmin günün axşamı Anar Ələkbərov və Mədəniyyət naziri Adil Kərimli atamı ziyarət etdilər, həkimlər bilavasitə Ramiz müəllimin vəziyyətini onlara izah etdi. Biz də çox sevindik ki, dövlətimiz ən yüksək səviyyədə Ramiz müəllimin sağlamlığı ilə bağlı bütün proseslərdə iştirak edir”.
“Mən də gündəlik həkimlərlə ünsiyyətdəyəm. Şükür Allaha ki, yaxşıya doğru irəlləyişlər var. Böyrəklər artıq funksiyalarını bərpa edir. Müəyyən xroniki xəstəliklər də var idi ki, onlar da artıq təhlükəli vəziyyətə gəlib çxırdı. Həkimlər onları da müalicə etmək üçün hər gün müxtəlif müayinələr və prosedurlar edirlər” -deyə Ramiz Quliyevin oğlu bildirib.
“İstərdim ki, fürsətdən istifadə edib bizim üçün belə çətin, önəmli anlarda bizi tək qoymayan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təşəkkürümü bildirim. Mənə elə gəlir ki, bir az geciksəydik nəticəsi ağır ola bilərdi. Demək olar ki, Ramiz müəllimi xilas etmiş oldular” - sonda o bildirib.
29-09-2025, 20:41
Əsas məsələ yalnız bilik əldə etmək deyil - Nazir


Əsas məsələ yalnız bilik əldə etmək deyil - Nazir

“Əsas məsələ yalnız bilik əldə etmək deyil, həm də həmin biliklərin ölkənin milli inkişafına çevrilməsi prosesidir”.
Bu sözləri bu gün Bakıda “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən beynəlxalq “INMerge" İnnovasiya Sammitində (INMerge Innovation Summit 2025) “Təhsil-sahibkarlıq boru kəməri: Biliyin milli inkişafa çevrilməsi” mövzusunda təşkil edilmiş panel müzakirə zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, innovasiya və sahibkarlıq yalnız proqramlarla məhdudlaşmamalıdır, bunun mədəniyyət və təhsil sistemi ilə dərin bağlılığı vardır. “Biz, ilk növbədə, yanlış yanaşmalardan uzaq durmalı, düzgün metodları müəyyən etməliyik. Təhsil sahəsində innovasiya yalnız məktəblərə deyil, həm də geniş ictimaiyyətə təsir etməlidir”, – deyə o vurğulayıb.
Emin Əmrullayev əlavə edib ki, ölkədə innovasiya mühiti yalnız texnologiya və proqramlar ilə qurulmur, eyni zamanda gələcək nəsillərin yetişdirilməsi və cəmiyyətin ümumi inkişafına töhfə verəcək mədəniyyətin formalaşdırılması ilə bağlıdır.
29-09-2025, 19:22
Azərbaycanda oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlayır


Azərbaycanda oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlayır

Oktyabrın 1-dən Azərbaycanda məktəb avtobusları layihəsi başlayır.
Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, gələn aydan bununla bağlı pilot layihə icra ediləcək:
“Hazırda özəl sektorla bir yerdə təxminən 1200 uşaq var. Layihəyə oktyabrın 1-dən başlanılacaq. Ümumilikdə, bizim üçün də bu maraqlı layihədir. Biz də bu prosesi daha da asanlaşdırmaqla bağlı müəyyən müzakirələr aparırıq ki, bu avtobusların xətlərə buraxılması daha sürətli olsun. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bir yerdə işləyirik. Hazırda bu layihə 12 dövlət və özəl məktəbi əhatə edir. Hansı məktəblər tıxaca daha çox təsir edirsə, o məktəbləri cəlb etməyə çalışırıq. Amma bu, valideynlə həmin şirkət arasında olan münasibətlərdir. Bizim işimiz daha çox bunu mümkün etməkdir. Gələn aydan bu pilot səviyyədə tətbiq ediləcək. Amma 1200 uşaq da az deyil. Çünki bunların hamısı şəhərin mərkəzi məktəbləridir”.
E. Əmrullayev əlavə edib ki, dövlət layihənin ilkin mərhələsində müəyyən subsidiya və dəstək mexanizmləri ilə iştirak edəcək, lakin şagird sayı artdıqca ödənişin valideynlər tərəfindən qarşılanması nəzərdə tutulur: “Layihənin əsas məqsədi həm uşaqlar üçün rahat nəqliyyat təmin etmək, həm də tıxacların azaldılmasına töhfə verməkdir. Saylar artdıqca qiymətlər tədricən optimallaşdırılacaq”.
29-09-2025, 16:16
Metronun 5 stansiyasının qapıları yenilənəcək


Metronun 5 stansiyasının qapıları yenilənəcək

"Bakı Metropoliteni" QSC-nin "Nəsimi", "Ulduz", "Koroğlu", "Memar Əcəmi" və "Həzi Aslanov" metro stansiyalarında sıradan çıxmış "M" tipli qapılar demontaj və montaj ediləcək.
Bu işlərin 297 min manata başa gələcəyi gözlənilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!